Month: October 2024

  • В Википедии запустили проект по борьбе со сгенерированными ИИ статьями

    Википедия (Wikipedia) из-за массовых публикаций с недостоверной информацией, сгенерированных искусственным интеллектом, запустила проект WikiProject AI Cleanup для обнаружения, редактирования и удаления ИИ-текстов.

    Об этом сообщает TechSpot.

    По словам основателя проекта WikiProject AI Cleanup Ильяса Леблю, проблема стала очевидной, когда редакторы и пользователи Википедии заметили фрагменты статей, явно написанные ИИ. Эти подозрения подтвердились, когда некоторые тексты были воспроизведены с помощью ChatGPT.

    Леблю и его коллеги отмечают, что точные мотивы публикующих сгенерированные нейросетями статей пользователей неизвестны, но проблема частично заключается в самом устройстве Википедии, позволяющем каждому стать редактором.

  • “Wikipedia” süni intellektlə yaradılan yanlış məqalələrlə bağlı hərəkətə keçdi

    “Wikipedia” süni intellekt (Sİ) tərəfindən yaradılan yalan məlumatlar hesab edilən kütləvi nəşrləri silmək üçün “WikiProject AI Cleanup” layihəsini işə salıb.

    Bu barədə “TechSpot” məlumat yayıb.

    “WikiProject AI Cleanup”ın yaradıcısı İlyas Leblunun sözlərinə görə, problem “Wikipedia” redaktorları və istifadəçiləri açıq-aydın Sİ tərəfindən yazılmış məqalələrin fraqmentlərini gördükdə aşkar olunub. Buna dair şübhələr bəzi mətnlərin “ChatGPT”dən istifadə edilərək səsləndirildiyi zaman təsdiqlənib.

    Buna aşkar nümunə Osmanlı qalası “Əmberlisihar” haqqında reallıqda olmayan məqalə olub. Təxminən 2 min sözdən ibarət olan məqalədə uydurma obyektin yeri və inşası ətraflı təsvir edilib ki, bu da real faktların əlavə edilməsi sayəsində saxta məlumatları mümkün qədər inandırıcı edib.

    Leblu və onun həmkarları qeyd edirlər ki, neyroşəbəkə tərəfindən yaradılan məqalələri dərc edən istifadəçilərin dəqiq motivləri məlum deyil, lakin qismən problem “Wikipedia”nın hər kəsə redaktor olmağa imkan verən strukturundadır.

  • Bağçada işləyən müəllimlərə imtahanda hansı suallar veriləcək? – VİDEO

    Məktəbəqədər təhsil müəssisələrində diaqnostik qiymətləndirilmə prosesinə başlanılır.

    Xezerxeber.az xəbər verir ki, 19-20 oktyabr tarixlərində ilk dəfə məktəbəqədər təhsil müəssisələrində pedaqoji fəaliyyətlə məşğul olan tərbiyəçi-müəllim və metodistlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması üçün diaqnostik qiymətləndirilmə həyata keçiriləcək.

    Prosesin test imtahanı mərhələsinin respublikanın müxtəlif şəhər və rayonları üzrə 28 imtahan mərkəzində təşkil olunması nəzərdə tutulur.

    Məktəbəqədər və ümumi təhsil üzrə dövlət agentliyinin şöbə müdiri İlahə Rəsulova onu da bildirib ki, ölkə üzrə bütün məktəbəqədər təhsil müəssisələrində fəaliyyət göstərən pedaqoji heyətlə diaqnostik qiymətləndirilməyə dair əvvəlcədən görüşlər həyata keçirilib.

    Ətraflı süjetdə:

  • Direktorluqdan imtina edib, Xankəndiyə müəllim kimi qayıtdı

    Bərdə rayon Heydər Xəliloğlu adına Qullar kənd tam orta məktəbinin direktoru Günay Musayeva vəzifəsindən imtina edib.

    O, Nizami Gəncəvi adına Xankəndi şəhər 4 nömrəli tam orta məktəbinə ibtidai sinif müəllimi kimi gedib.

    Günay Musayeva “Böyük Qayıdış” prosesində iştirak etməkdən qürur duyduğunu deyib.

  • На Каспии произошло землетрясение

    В Каспийском море произошло землетрясение магнитудой 3.8.

    Как сообщает Median.Az со ссылкой на Республиканский центр Сейсмологической службы, подземные толчки были зафиксированы 11 октября в 23:50 в 133 км к востоку от станции Гала.

    Очаг стихии залегал на глубине 68 км.

  • Xəzər dənizində zəlzələ oldu

    Qala stansiyasından 133 kilometr şərqdə Xəzər dənizində zəlzələ qeydə alınıb.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatında bildirilib.

    Məlumata görə, oktyabrın 11-də yerli vaxtla saat 23:50-də qeydə alınan yeraltı təkanların maqnitudası 3.8-ə bərabər olub.

    Zəlzələnin ocağı 68 kilometr dərinlikdə yerləşib.

  • В Турции один из проспектов назван в честь Национального героя Азербайджана

    В турецкой провинции Афьон-Карахисар один из проспектов получил имя Национального героя Азербайджана Ибада Гусейнова.

    Об этом сообщает АЗЕРТАДЖ со ссылкой на муниципалитет Центрального Чайырбага.

    Согласно информации, решение о переименовании проспекта Куртулуш в районе Чайырбаг в честь И.Гусейнова было принято муниципальным советом.

    Официальная церемония открытия запланирована на 17 октября.

    Отметим, что в 2022 году в районе Чукурова провинции Адана был создан парк имени Ибада Гусейнова, там же установлен памятник Национальному герою.

  • Türkiyədə prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanının adı verilib

    Türkiyənin Afyonkarahisar vilayətində yerləşən prospektlərdən birinə Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adı verilib.

    Bu barədə AZƏRTAC-a Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsindən bildirilib.

    Qeyd edilib ki, qəhrəmanın adı prospektə Afyonkarahisar Mərkəz Çayırbağ Bələdiyyəsinin Bələdiyyə Məclisinin qərarı ilə verilib. Qərara əsasən, Afyonkarahisarın Çayırbağ rayonundakı “Qurtuluş” prospektinin adı “İbad Hüseynov” olaraq dəyişdirilib.

    Prospektin rəsmi açılış mərasimi oktyabrın 17-də keçiriləcək.

    Qeyd edək ki, 2022-ci ildə Türkiyənin Adana vilayətinin Çukurova rayonunda Azərbaycanın Milli Qəhrəmanı İbad Hüseynovun adını daşıyan park salınıb və burada Milli Qəhrəmanımızın heykəli ucaldılıb.

    Xatırladaq ki, Birinci Qarabağ müharibəsində şərəfli döyüş yolu keçən kəşfiyyatçı İbad Hüseynovun böyük qəhrəmanlıqlarından biri də ASALA erməni terror təşkilatının başçısı Monte Melkonyanı məhv etməsidir. O dövrdə Ermənistanın prezidenti Levon Ter-Petrosyan başda olmaqla rəsmi şəxslərin ASALA-nın başçısı Monte Melkonyanın dəfnində iştirak etməsi Ermənistanın terrorçu dövlət olduğunu bir daha təsdiqləyib. Melkonyanın məhv edilməsi ilə bağlı işğalçı Ermənistanda üç günlük matəm elan olunub.

  • Xətaidə məhəlləyə su çəkənlər borunu zədələyib, üstünü asfalt qatı ilə örtərək gediblər – İDDİA (VİDEO)

    Su borusu partlayıb, asfalt örtüyü çökmüş vəziyyətdədir. Vətəndaşa məxsus yaşayış evinin zirzəmisi yararsız hala düşüb.

    Xezerxeber.az xəbər verir ki, söhbət Xətai rayonunun Rəşid Bağırov küçəsi, 36 ünvanından gedir. Vətəndaş iddia edir ki, 2013-cü ildən adıçəkilən ünvanda yaşayır.

    Nəzakət Məmmədova deyir ki, illər öncə zədələnən su borusundan onun zirzəmisinə su sızırmış.

    Xətai Rayon İcra Hakimiyyətindən bildirilib ki, məsələ araşdırılır. İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən isə bildirilib ki, ünvana baxış keçirilib. Məlum olub ki, su borusunun üzərindən avtomobil keçməsi nəticəsində xətdə qəza baş verib. Xidmətin dəstəyi ilə baş vermiş qəza aradan qaldırılacaq və su borusu bərpa olunacaq.

    Mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik:

  • FIFA “Barselona”ya 6 milyon avro təzminat ödəməli olacaq

    Bir ilə yaxındır zədədən əziyyət çəkən Qaviyə görə “Barselona” Beynəlxalq Futbol Federasiyaları Assosiasiyasından (FIFA) böyük məbləğdə təzminat ala bilər.

    “Mundo Deportivo” təzminat məbləğinin azı 6 milyon avro olacağı barədə məlumat yayıb.

    Milli komandaların oyunlarında futbolçuların aldığı zədələrə görə klublara pul ödəyən FIFA 20 yaşlı yarımmüdafiəçinin xəstəxanada keçirdiyi hər gün üçün kataloniyalılara 20 min avroya yaxın pul verəcək.

    Qeyd edək ki, Qavi ötən ilin noyabrında İspaniya millisinin Gürcüstanla oyununda zədələnib və dizinin çarpaz bağları sıradan çıxdığı üçün əməliyyat olunub.