Month: October 2024

  • Bakıda qadın iynədən şoka düşərək ölüb

    Bakıda qadın iynədən şoka düşərək ölüb.

    Lent.az-ın məlumatına görə, hadisə Sabunçu rayonu Kürdəxanı qəsəbəsində baş verib.

    Qəsəbə sakini 56 yaşlı Zülfiyyə Həmid qızı Nəcəfova qonşuluqda yaşayan tibb bacısı 41 yaşlı Gülnar Mirzəhən qızı Qəniyevanın vurduğu iynədən şoka düşərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakının bu 4 yerindən ev almayın – Şəhər sakinlərinin nəzərinə!

    Bakı şəhəri tıxac kimi sosial-iqtisadi bəladan “can verir”. Bu baxımdan şəhərin bir neçə regionunda sakinlər üçün yaşayış çətinləşib.

    Median.Az konkret.az-a istinadən xəbər verir ki, bir sıra ekspertlər həmin bölgələri 4 yerə bölüb.

    Birinci yerdə 20 yanvar və Şamaxinka deyilən ərazidir. Şəhərin çıxış qapısı sayılan bu yer həm də qulaq batıran səs-küyü ilə seçilir. Burada əhali kontingenti olduqca qarışıqdır. Üstəlik, çoxlu sayda xəstəxana və tibb ocaqlarının yerləşməsi buraya ağır bir ab-hava verir.

    İkinci yerdə isə Əcəmi və 3-cü mikrorayon dairəsi məskunlaşıb. Bu ərazi Sovet hakimiyyəti dövründə tikintilər şəhərsalma normalarına uyğun aparılsa da, hazırki dövrdə bu sahədə ciddi nöqsanlara yol verilib. Bir neçə alış-veriş mərkəzlərinin, o cümlədən Moskva univermağının yerləşməsi sözügedən rayonun yaşama şərtlərini ağırlaşdırıb. Əhalinin kontingenti burada da qarışıqdır, nəqliyyat sıxlığı getdikcə dramatikləşir.

    3-cü sırada “Neftçilər”, “Xalqlar dostluğu”, “Qara Qarayev” metrosu əraziləridir. Şəhərin digər yerləri kimi burada da mühit olduqca ağırdır, kontingent müxtəlifliyi ilə seçilir, yollar sıxlığa davamlı deyil, pərakəndə alış-veriş mərkəzləri rayonun yaşam səviyyəsini aşağı salıb.

    4-cü bölgə isə Yeni Yasamaldır. Burada tikilən binalar heç bir şəhərsalma normalarına uyğun tikilməyib. Şəhərin mərkəzinə yollar olduqca darısqal və keyfiyyətsizdir. Əhali sayına görə sıx ərazi hesab olunur. Memarlıq üslubu ilə tikilən binalar isə olduqca azdır.

  • Emin Ağalarovun ev yarışının qalibi bəlli oldu -FOTO

    Xalq artisti Emin Ağalarovun bir müddət öncə başlatdığı və ölkə gündəminə çevrilən yarışma başa çatıb.
     
    Median.Az yazır ki, “SeaBreeze”də yerləşən evin sahibi nəhayət müəyyənləşib.
     
    “Qasımovaaa__” adlı hesabla yarışa qoşulan şəxs qalib olub.
     
  • İşğaldan azad edilmiş ərazilərə getmək istəyənlərə yeni xəbər (VİDEO)

    Laçın şəhərinə müntəzəm avtobus reysi fəaliyyətə başlayacaq. Bu həftənin bazar günündən etibarən avtobuslar Bakı-Laçın-Bakı reysi üzrə hərəkət edəcəklər

    Maşrut üzrə reyslər gündəlik fəaliyyət göstərəcək.

    Qeyd edilib ki, bilet alan şəxslərin işğaldan azad olunmuş ərazilərə girişlə bağlı icazələrinin olması mütləqdir.

    Xezerxeber.az-ın mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edirik

  • Şamaxıda hər yerdən görünən heykəl… (VİDEO)

    Şamaxı şəhərində “Nəsimi bağları” kompleksi yaradılır. 

    Komleks ərazisində Azərbaycanın görkəmli şairi İmadəddin Nəsiminin müasir üslubda hazırlanmış heykəli olacaq.

    Heykəl nəhəngliyi ilə diqqət çəkir və Şamaxının bir sıra yerlərindən aydın görünür.

    Qeyd edək ki, heykəlin gələn il keçirilməsi nəzərdə tutulan Nəsimi festivalı çərçivəsində xüsusi təqdimatı nəzərdə tutulur.

  • AQTA Fransadan bu məhsulların idxalını məhdudlaşdırdı

    Ümumdünya Heyvan Sağlamlığı Təşkilatının (WOAH) rəsmi məlumatlarına əsasən, Fransa Respublikasının Overn-Rona-Alplar regionunda epizootik homorraji, Danimarka Krallığının Paytaxt regionunda, Avstriya Respublikasının Karintiya inzibati ərazi vahidində, İngiltərənin Qərbi Midland, Şimal-Qərb İngiltərə regionlarında blutanq, Polşa Respublikasının Podlask inzibati ərazisində nyukasl, Almaniya Federativ Respublikasının Saksoniya vilayətində isə yüksək patogen quş qripi xəstəliyi qeydə alınıb.
     
    Bu barədə sfera.az-a Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.
     
    Respublika ərazisinin həmin yoluxucu xəstəliklərdən qorunması üçün zonalaşma prinsipi nəzərə alınmaqla, Overn-Rona-Alplar regionunda xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri gövşəyən heyvanların, həmçinin onlara aid genetik materialların, Paytaxt regionunda, Karintiya inzibati ərazi vahidində, Qərbi Midland və Şimal-Qərb İngiltərə regionlarında xəstəlik baş vermiş təsərrüfatdan 150 kilometr radiusda olan məsafədən bütün növ diri iri və xırdabuynuzlu heyvanların, dəvələrin, həmçinin onlara aid genetik materialların, Podlask inzibati ərazisində, Saksoniya vilayətində xəstəlik baş vermiş təsərrüfatdan 10 kilometr radiusda olan məsafədə yerləşən müəssisələrdən diri quş və inkubasiya yumurtalarının, quş ətinin, tərkibində quş emalı məhsulları olan quş ətindən və bütün növ quşçuluq məhsulundan alınan hazır ət məhsullarının (xəstəlik viruslarının məhv edilməsini təmin edən termik emala məruz qalan mallar istisna olmaqla), quş yemləri və quş üçün yem əlavələrinin (bitki mənşəli, kimyəvi və mikrobioloji sintez yolu ilə alınmış yemlər və yem əlavələri istisna olmaqla), quşların saxlanması, kəsilməsi və emalı üçün istifadə olunmuş avadanlıqların idxalına WOAH-nin “Quruda yaşayan heyvanların sağlamlıq Məcəlləsi”nə uyğun olaraq müvəqqəti məhdudiyyət tətbiq olunub.

    Eyni zamanda nəzarət tədbirlərinin gücləndirilməsi məqsədilə qeyd olunan inzibati ərazi vahidlərindən gələn, yaxud tranzitlə keçib respublikamıza daxil olan, habelə respublika ərazisindən tranzitlə digər ölkələrə gedən nəqliyyat vasitələri ilə bağlı müvafiq tədbirlərin görülməsi üçün Dövlət Gömrük Komitəsinə müraciət edilib.

  • Millətlər Liqası: Azərbaycan millisi Estoniyaya uduzdu

    Azərbaycan yığması UEFA Millətlər Liqasında səfərdə Estoniya millisinə məğlub olub.

    Qaynarinfo-nun məlumatına görə, C Liqasının I qrupundakı qarşılaşmada yığmamız 1:3 hesabı ilə uduzub.

    Tallində gerçəkləşən matçda hesabı meydan sahiblərindən 32-ci dəqiqədə İoan Yakovlev açıb. 45+ 1-ci dəqiqədə yığmamız hesaba tarazlıq gətirib. Toral Bayramov penalti zərbəsini dəqiq yerinə yetirib. Bununla belə, Estoniya fasiləyə üstün yollanmağı bacarıb. 45+2-ci dəqiqədə Vlasi Sinyavski Mehdi Cənnətovun qoruduğu qapıya yol tapıb. Qarşılaşmada yekun hesabı 71-ci dəqiqədə fərqlənən Rokko Robert Şeyn təyin edib.
    Qeyd edək ki, Fernandu Santuşun rəhbərlik etdiyi yığma Millətlər Liqasında növbəti oyununu oktyabrın 14-də Slovakiyaya qarşı keçirəcək. Tofiq Bəhramov adına Respublika stadionunda baş tutacaq matç saat 20:00-da start götürəcək.

    Millətlər LiqasıC Liqası I qrup, III tur
    11 oktyabrEstoniya – Azərbaycan 3:1Qollar: İoan Yakovlev, 31. Vlasi Sinyavski, 45+2. Rokko Robert Şeyn, 71 – Toral Bayramov, 45+1-pen.Estoniya: 12. Karl Yakob Heyn, 3. Mihael Şyonninq-Larsen, 4. Mattias Kayt, 5. Rokko Robert Şeyn, 8. Henri Anyer, 11. Mihkel Aynsalu, 13. Maksim Paskotsi, 15. İoan Yakovlev, 16. Yoonas Tamm, 18. Karol Mets (k), 23. Vlasi Sinyavski.Ehtiyat oyunçular: 1. Matvey İqonen (q), 22. Karl Andre Vallner (q), 2. Marten Kuusk, 6. Rasmus Peetson, 7. Robi Saarma, 9. Erik Sorqa, 10. Sergey Zenyov, 14. Patrik Kristal, 17. Martin Miller, 19. Maykl Lilander, 20. Markus Poom, 21. Martin Vetkal.Baş məşqçi: Yurgen Henn.Azərbaycan: 1. Mehdi Cənnətov, 3. Elvin Cəfərquliyev, 5. Anton Krivotsyuk, 7. Coşqun Diniyev, 9. Renat Dadaşov, 11. Ramil Şeydayev, 13. Rahil Məmmədov, 15. Bədavi Hüseynov, 17. Toral Bayramov, 20. Aleksey İsaev, 22. Abbas Hüseynov (k).Ehtiyat oyunçular: 12. Aydın Bayramov (q), 23. Rza Cəfərov, 2. Şəhriyar Əliyev, 4. Zamiq Əliyev, 6. Ozan Kökcü, 8. Emin Mahmudov, 10. Mahir Emreli, 14. Rüstam Əhmədzadə, 16. Vadim Abdullayev, 18. Ceyhun Nuriyev, 19, Xəyal Nəcəfov, 21. Qismət Əliyev.Baş məşqçi: Fernando Santuş.Baş hakim: Robert Harvi (İrlandiya).Tallin, “A.Le Koq Arena”.