Month: October 2024

  • Narin Güran qətlində yeni təfərrüatlar üzə çıxdı

    8 yaşlı Narin Güranın qətli ilə bağlı yeni təfərrüatlar əldə edilib.
     
    Median.Az xəbər verir ki, Narinin öldürüldüyü gün azyaşlının əmisi Səlim Güran ilə saxlanılan Nevzat Bəxtiyarın telefon zənglərində diqqəti çəkən detal üzə çıxıb.
     
    Nevzat Bəxtiyarın verdiyi üç fərqli ifadə arasındakı ziddiyyətlər istintaqın gedişatını dəyişib. Bəxtiyar meyitin aparıldığı yerlə bağlı hər dəfə ifadəsində fərqli yerləri qeyd edib. Ancaq telefon siqnallarının araşdırılması işin açılması üçün mühüm rol oynayıb.
     
    Belə ki, qətl günü saat 15:21-15:46 arasında Səlim Güran və Nevzat Bəhtiyarın mobil telefonlarının siqnallarının bir-birinə yaxın olduğu öyrənilib. Bu təsbit üzərinə aparılan istintaq şəxslərin birlikdə hərəkət etmiş ola biləcəyini göstərib.

    Araşdırmalar göstərib ki, siqnalın gəldiyi nöqtə məktəbin ətrafındakı daşlı yol olub. Kameraya görünməyən bu yol vasitəsilə isə dərə yatağına rahat getmək olar.

    Qeyd edək ki, hazırda digər qohumların da telefon siqnalları araşdırılır. Bununla da başqa kimlərin həmin ərazidə olduğu aşkarlanacaq.

    (Baku.ws)

  • “28 May”ın qarşısındakı işlər nə vaxt tamamlanacaq?

    “Bu gün Bakı şəhərinin bəzi yerlərində piyadaların sıxlığı müşahidə olunur. Bu zaman piyadalar avtomobillərin hərəkətdə olduğu yollarda təhlükəsiz şəkildə hərəkət edə bilmirlər. Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən bu amil nəzərə alınaraq, belə ərazilərdə avtomobillərin hərəkətinə məhdudiyyət qoyulur”.

    “Trend”in xəbərinə görə, bu istiqamətdə görülən işlərlə bağlı AYNA-nın Bakı regional idarəsinin müdir müavini, müdir vəzifəsini icra edən Tərlan Səfərov ətraflı məlumat verib.

    Qurum rəsmisi bildirib ki, Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən hərəkətin yenidən təşkili ilə bağlı müxtəlif layihələr həyata keçirilir.
    Onun sözlərinə görə, agentlik fəaliyyətə başladığı ilk gündən piyadaların rahat və təhlükəsiz hərəkəti prioritet hesab olunur:

    “Bir neçə gün əvvəl Xaqani bağı ətrafında yerləşən küçələr bağa birləşdirildikdən sonra yeni görkəmdə piyadaların ixtiyarına verildi. Hazırda metronun “28 May” stansiyasının qarşısında yerləşən ərazidə yenidənqurma işləri tamamlanmaq üzrədir. Hər iki layihə AYNA-nın təklifi əsasında Nəqliyyatı Əlaqələndirmə Şurasında razılaşdırılıb.

    Eyni zamanda, artıq 6 aydır ki, həftəsonları və qeyri-iş günlərində şəhər mərkəzində yerləşən bir sıra küçələr sakinlər istisna olmaqla, digər avtomobillərin hərəkəti üçün bağlanır. Bu dəyişikliklər qeyd edilən ərazilərdə hamı üçün çox gözəl bir mühitin formalaşmasına imkan verməklə yanaşı, ərazinin turizm və biznes potensialının daha da artmasına kömək edir”.

  • Арестован военком Ходжавенда

    Арестован начальник Ходжавендского районного отделения Государственной службы по мобилизации и призыву на военную службу Азербайджана.

    Об этом в ответ на запрос report сообщил руководитель пресс-службы Военной прокуратуры, старший помощник военного прокурора главный советник юстиции Фирад Алиев.

  • Xocavəndin hərbi komissarı həbs edilib – RƏSMİ

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi həbs edilib.

    Bu barədə report-a hərbi prokurorun böyük köməkçisi – Hərbi Prokurorluğun Mətbuat xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev məlumat verib.

    Bildirilib ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun İstintaq idarəsində istintaq olunan cinayət işi üzrə müvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Əliyev Sadiq Həsən oğluna Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 311.3.2-ci və 311.3.3-cü maddələri ilə ittiham elan edilmiş, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun təqdimatına əsasən, Bakı Hərbi Məhkəməsinin qərarı ilə barəsində 4 (dörd) ay müddətinə həbs qətimkan tədbiri seçilib.
    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi, o cümlədən hər bir fakta və əmələ hüquqi qiymət verilməsi təmin ediləcək.

  • Pul köçürmələrinə nəzarət gücləndirildi

    “İqtisadi Şuranın dünənki iclasında müzakirə edilən məsələlərdən biri də Azərbaycandan xaricə pul köçürmələri və ixrac dəyərinin tam qaytarılması ilə bağlı olub. Azərbaycan Prezidenti İlham Əliyevin sentyabrın 26-da keçirilən müşavirədəki tapşırıqlarına uyğun olaraq, bu sahədə nəzarətin daha da gücləndirilməsi prioritetləşib”.
     
    Median.Az xəbər verir ki, bunu deputat Vüqar Bayramov deyib. O bildirib ki, burada ixrac əməliyyatları zamanı əldə olunmuş vəsaitin 180 gün ərzində ölkəyə gətirilməsi, fiziki və hüquqi şəxslər üzrə ölkəyə qaytarılmayan valyuta vəsaitləri ilə bağlı məsələlər öz əksini tapır.
     
    Onun sözlərinə görə, 2024-cü ilin geridə qalan aylarının rəsmi statistikası göstərir ki, Azərbaycan ixracının həcminin azalmasına baxmayaraq, pul köçürmələrində artım müşahidə olunmaqdadır:

    “Bu ilin ilk 7 ayında ölkəmizin ticarət dövriyyəsi 26 milyard 239 milyon dollar olub. Onun 15 milyard 446 milyon dolları ixracın, 10 milyard 793 milyon dolları isə idxalın payına düşüb. 2023-cü ilin yanvar-iyul ayları ilə müqayisədə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 3.3 faiz, real ifadədə 5.0 faiz, o cümlədən idxal 3.0 faiz, ixrac isə 6.1 faiz azalıb. Göründüyü kimi, enerji məhsullarının qiymətinin azalması ümumi ixracatımızın həcminə də təsirsiz ötüşməyb. Bütün bunlarla yanaşı, bu ilin ilk yarısında (hələlik 7 aylıq göstəricilər elan edilməyib) Azərbaycandan xaricə 343 milyon dollar pul köçürülüb. Xaricdən ölkəmizə köçürülən vəsaitlərin həcmi 36.4 faiz azalsa da, Azərbaycandan xaricə köçürmələr 34.7% artıb.
     
    Rəsmi statistika da təsdiq edir ki, Azərbaycandan xaricə pul köçürmələri və eləcə də ixracın dəyərinin ölkəyə tam qaytarılması üzrə nəzarətin daha da gücləndirilməsi aktuallaşıb. Daha çox valyutanın ölkədə qalması isə hər zaman əsas hədəflərdəndir”.

  • Советник Байдена: На COP29 можно достичь прогресса в вопросе углеродного налога

    США уверены, что на климатической конференции COP29 удастся достичь значительного прогресса в вопросе углеродного налога (налога на выбросы углекислого газа).
    Как сообщает report, об этом заявил специальный советник президента США по международной климатической политике Джон Подеста на брифинге для азербайджанских журналистов.
    “Одним из ключевых итогов COP28 стало решение, что все страны должны принять согласованные обязательства по сокращению парниковых газов на уровне экономики, чтобы к середине столетия мир достиг нулевых выбросов. Для разных стран временные рамки различаются: США, большая часть Европы, Япония и многие другие страны нацелены на 2050 год, тогда как Китай стремится к нулевым выбросам к 2060 году. Однако, комплекс мер для достижения этих целей будет зависеть от национальных условий”, – отметил он.
    Подеста также подчеркнул, что вопрос статьи 6 Парижского соглашения, касающийся углеродных рынков и торговли углеродом, является ключевым на конференциях COP.
    “Статья 6, которая позволяет странам вести учет торговли сокращениями выбросов углерода, а также способствует созданию надежных углеродных рынков частного сектора, является в центре обсуждений. Эти рынки могут использоваться для финансирования сокращения выбросов и инвестиций в устойчивость, адаптацию и сохранение природы. Мы уже достигли значительного прогресса по одному из основных вопросов повестки дня и движемся к решению второго. Это станет важным шагом для создания режима углеродных рынков, обещанного в рамках Парижского соглашения, который может привлечь значительные инвестиции в развивающиеся страны, поддерживать защиту лесов, сокращение выбросов и переход к возобновляемым источникам энергии”, – добавил Подеста.

  • Baydenin müşaviri: COP29-da karbon vergisi ilə bağlı irəliləyiş əldə edilə bilər

    ABŞ COP29 iqlim konfransında karbon vergisi (karbon qazı emissiyalarına görə vergi) ilə bağlı əhəmiyyətli irəliləyişin əldə olunacağından əmindir.
    Report xəbər verir ki, bu barədə ABŞ Prezidentinin beynəlxalq iqlim siyasəti üzrə xüsusi müşaviri Con Podesta azərbaycanlı jurnalistlər üçün keçirdiyi brifinqdə bildirib.
    “COP28-in əsas nəticələrindən biri dünyanın XXI əsrin ortalarına qədər xalis sıfır emissiyaya çatması üçün bütün ölkələrin iqtisadi səviyyələrinə uyğun istixana qazlarını azaltmaq üzrə razılaşdırılmış öhdəliklər götürmələri barədə qərar oldu. Vaxt çərçivələri ölkələrdən asılı olaraq dəyişir: ABŞ, Avropanın böyük hissəsi, Yaponiya və bir çox başqa ölkələr 2050-ci ili hədəfləyir, Çin isə 2060-cı ilə qədər xalis sıfır emissiyanı hədəfləyir. Lakin bu məqsədlərə nail olmaq üçün tədbirlər kompleksi milli şəraitdən asılı olacaq”, – o deyib.
    Podesta həmçinin vurğulayıb ki, Paris Sazişinin karbon bazarları və karbon ticarəti ilə bağlı 6-cı maddəsi COP konfranslarında əsas məsələlərdəndir.
    “Ölkələrə karbon emissiyalarının azaldılması ilə bağlı ticarətin uçotunu aparmağa imkan verən, eləcə də etibarlı özəl sektor karbon bazarlarının yaradılmasını təşviq edən 6-cı maddə müzakirələrin mərkəzindədir. Bu bazarlar emissiyaların azaldılmasının maliyyələşdirilməsi və dayanıqlılıq, adaptasiya və təbiətin qorunmasına investisiyalar üçün istifadə edilə bilər. Gündəlikdəki əsas məsələlərdən biri ilə bağlı artıq xeyli irəliləyiş əldə etmişik və ikincinin həllinə doğru gedirik. Bu, inkişaf etməkdə olan ölkələrə əhəmiyyətli investisiyalar cəlb edə, meşələrin mühafizəsini dəstəkləyə, emissiyaları azalda və bərpa olunan enerji mənbələrinə keçidi təmin edə bilən Paris Sazişində vəd edilmiş karbon bazarı rejiminin yaradılması istiqamətində mühüm addım olacaq”, – Podesta əlavə edib.

  • İcra başçısı ilə birgə həbs edilən sabiq baş həkim vaxtından əvvəl azadlığa buraxılıb

    Kürdəmirin sabiq icra başçısı Ceyhun Cəfərovla birgə həbs edilən rayon xəstəxanasının sabiq baş həkimi Məhəmməd Musayevin vaxtından əvvəl azadlığa buraxılması ilə bağlı müraciətinə baxılıb.

    “Report” xəbər verir ki, Xəzər Rayon Məhkəməsində hakim Hüseyn Hüseynlinin sədrliyi ilə keçirilən prosesdə qərar qəbul edilib.

    Qərara əsasən, Məhəmməd Musayevin cəza müddətinin 2/3 hissəsini çəkməsini nəzərə alaraq qalan 1 il 4 ay cəzadan şərti olaraq azad edilib.
    Qeyd edək ki, C.Cəfərov və digər eks-vəzifəlilər 2020-ci ilin avqustunda korrupsiya cinayətləri ilə bağlı həbs olunublar.
    Lənkəran Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Ceyhun Cəfərov, icra başçısının birinci müavini Tacəddin Novruzov 8 il 6 ay, rayon Mərkəzi Xəstəxanasının direktoru Eynulla Novruzov, həmin xəstəxananın baş həkimi Məhəmməd Musayev, rayon Təhsil Şöbəsinin müdiri Mətləb Allahverdiyev, Təhsil Şöbəsinin baş mühasibi Rəcəb Hüseynov 8 il 3 ay müddətinə azadlıqdan məhrum ediliblər.
    Sonradan Şirvan Apellyasiya Məhkəməsi Ceyhun Cəfərovun cəzasını 6 ilə, digərlərinkini 5 il 6 aya endirib.
    Ali Məhkəmədə isə Ceyhun Cəfərovun cəzası 4 il 6 aya , Məhəmməd Musayevin cəzası isə 4 il 4 aya endirilib.
    Daha sonra sabiq icra başçısı Ceyhun Cəfərov məntəqə tipli cəzaçəkmə müəssisəsinə köçürülüb.

  • Rusiya XİN Yaponiyaya xəbərdarlıq edib

    Rusiya Yaponiyaya oktyabrın sonu – noyabrın əvvəlində Tokionun Rusiya sərhədləri yaxınlığında ABŞ-la birgə hərbi təlimlər keçirmək planları ilə bağlı adekvat cavab tədbirləri barədə xəbərdarlıq edib.

    Apa xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyi məlumat yayıb.

    “Yaponiyanın Moskvadakı səfirliyinə Rusiya Federasiyasının suverenliyini qorumaq üçün gözlənilən adekvat cavab tədbirləri barədə xəbərdarlıq edilib”, – məlumatda deyilir.

  • Telefon oğurlandıqda avtomatik bloklanacaq – Yeni funksiya – FOTO

    “Android ” smartfonları oğurluqla mübarizə üçün faydalı funksiya təqdim edib.

    Median.Az lent.az-a istinadən bildirir ki, yeni funksiyalardan ən diqqət çəkəni “oğurluğun aşkarlanması” kilididir. Süni intellekt alqoritmi qeyri-adi qəfil hərəkətləri aşkar edərsə (məsələn, smartfon qəfildən əlinizdən qoparıldığında), cihazın ekranı avtomatik olaraq parolla kilidlənəcək.
    Smartfonunuzun oğurlandığı bir vəziyyətdə, “Uzaqdan Kilid” funksiyasından istifadə edərək yalnız telefon nömrənizdən istifadə edərək onu uzaqdan blok edə bilərsiniz. Üçüncü funksiya, “Offline Device Lock”, uzun müddət oflayn olarsa, smartfon ekranını avtomatik olaraq kilidləyəcək

    Prokurorluğun veteranları və gənc hüquqşünaslarla görüş keçirilib

    Dövlət qulluğuna qəbul imtahanı keçirildi
    “Dələduz zərərçəkmişi özünün müdafiəçisinə çevirir…”
    Siz “Parametrlər” → Google → “Bütün xidmətlər” → “Oğurluqdan qorunma” bölməsində yeni funksiyaları aktivləşdirə bilərsiniz. Yeniliklər tədricən Android 10 və daha sonra işləyən qadcet istifadəçilərində görünəcək. “Google Pixel 7” və “Xiaomi 14” istifadəçiləri yazır ki, onların smartfonlarında artıq yeni funksiyalar mövcuddur.