Month: October 2024

  • Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb

    Araik Arutyunyan, Davit Babayan və digərlərinin həbs müddəti uzadılıb.

    Bu barədə Baş Prokurorluğun Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Azərbaycan Respublikasının Qarabağ bölgəsinin və digər suveren ərazilərinin Ermənistanın hərbi təcavüzü nəticəsində işğal olunduqdan sonra yaradılmış qondarma qurumun “prezidentləri” olmuş Arkadi Qukasyan, Bako Saakyan, Arayik Arutyunyan, sabiq “xarici işlər naziri” Davit Babayan, eləcə də “parlament sədri” David İşxanyan, generallar David Manukyan və digərlərinin barəsində seçilmiş həbs qətimkan tədbirlərinin müddətinin uzadılması ilə bağlı Baş Prokurorluğun İstintaq idarəsinin vəsatətlərinə və Azərbaycan Respublikasının baş prokurorunun təqdimatlarına Binəqədi rayon məhkəməsində baxılıb.

    İstintaqı Baş Prokurorluğun rəhbərlik etdiyi, Hərbi prokurorluq, Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər istintaq qurumlarının peşəkar əməkdaşlarından ibarət birgə istintaq qrupu tərəfindən aparılan cinayət işi üzrə separatçı rejimin ümumilikdə 14 nəfər üzvü Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə məsuliyyətə cəlb olunub.

    Məhkəmənin qərarına əsasən, qeyd olunan şəxslərin barəsində seçilmiş həbs qətimkan tədbirinin müddəti uzadılıb.

  • Sumqayıtda qəza – Sürücü ölüb

    Sumqayıt şəhərində sürücünün ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib

    “Report” xəbər verir ki, hadisə şəhərin 6-cı mikrorayonunda qeydə alınıb.

    Məlumata görə, idarəetmədən çıxan moped divara çırpılıb, nəticədə sürücü hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В некоторых частях Баку запретили парковку автомобилей

    Азербайджанское агентство наземного транспорта (AYNA) при Министерстве цифрового развития и транспорта запретило парковку автомобилей в некоторых частях Баку.

    Об этом сообщает Median.Az со ссылкой на агентство.

    По заявлению AYNA, с ростом количества автомобилей в столице становится все сложнее найти место для парковки. Для решения этой проблемы регулярно проводятся работы. В частности, на улице Исмайыл бека Гутгашинлы были проведены работы по нанесению разметки для организации парковки на 29 мест.

    Меры по упорядочиванию парковки также были приняты на улицах Сабита Рахмана и Алы Мустафаева. Здесь на существующих парковках установлены три информационных дорожных знака.

    На некоторых улицах была пресечена незаконная парковка. Так, на улицах Мамеда Намазова, Кямала Рагимова, Хагана Дадашова и на шоссе Бильгя – Пираллахи (возле Amburan Mall) установлены девять дорожных знаков “Остановка и стоянка запрещены”.

  • Bakıda bəzi ərazilərdə maşın saxlamaq qadağan edilib

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda bəzi ərazilərdə maşın saxlamağı qadağan edib.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Qurum bəyan edib ki, paytaxtda avtomobillərin sayı artdıqca maşını saxlamaq üçün yer tapmaq çətinləşir. Mövcud problemin həlli istiqamətində mütəmadi olaraq işlər görülür. Bu istiqamətdə İsmayıl bəy Qutqaşınlı küçəsində 29 yerlik parklanma məntəqəsinin təşkili üçün nişanlanma işləri görülüb.

    Parklanma ilə bağlı Sabit Rəhman və Alı Mustafayev küçələrində də tədbirlər görülüb. Burada mövcüd parklanma məntəqələrində 3 ədəd məlumat lövhəsi yol nişanı quraşdırılıb.

    Bəzi yollarda isə qanunsuz parklanmanın qarşısı alınıb. Belə ki, Məmməd Namazov, Kamal Rəhimov, Xəqan Dadaşov küçələri və Bilgəh-Pirallahı şosesində (“Amburan Mall”) 9 ədəd “Dayanma və durma qadağandır” yol nişanı quraşdırılıb.

  • Bakıda dəstə üzvləri bir nəfəri döyüb qarət etdilər

    Bakıda quldurluq hadisəsi olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən məlumat verilib.

    Məlumata görə, hadisə oktyabrın 9-da gecə saatlarında paytaxtın Nizami rayonu ərazisində baş verib. Bir nəfərin 300 manat pulunun və mobil telefonunun quldurluq yolu ilə talanması barədə Nizami Rayon Polis İdarəsinin 24-cü Polis Şöbəsinə məlumat daxil olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə quldurluq əməlində şübhəli bilinən, əvvəllər dəfələrlə məhkum olunmuş E.Heydərov, E.Adıgözəlov və A.Məmmədli müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırma aparılır.

  • Президент Бразилии Лула да Сильва приедет на СОР29 в Баку

    Президент Бразилии Луис Инасиу Лула да Силва прибудет в Азербайджан для участия в Бакинской глобальной климатической конференции СОР29.

    Об этом сказал Report Андре Корреа ду Лагу, секретарь по вопросам климата, энергетики и окружающей среды Министерства иностранных дел Бразилии.

    Ду Лагу подчеркнул, что конференция СОР29 чрезвычайно важна для Бразилии, как для страны-хозяина предстоящей 30-й сессии СОР.

    “Безусловно, СОР29 чрезвычайно важна для нас, потому что на ней будет затронута тема финансирования через новые коллективные количественные цели – NCQG. Таким образом, с продвижением дискуссий по финансированию мы сможем провести более плодотворные дебаты по национально определяемым вкладам (NDC’s). Это станет главной темой COP30 в Бразилии”, – сказал он.

  • Braziliya Prezidenti COP29-da iştirak edəcək

    Braziliya Prezidenti Luis İnasiu Lula da Silva BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak etmək üçün Azərbaycana gələcək.

    Bu barədə “Report”a Braziliya Xarici İşlər Nazirliyinin iqlim, enerji və ətraf mühit üzrə katibi Andre Korrea du Laqu məlumat verib.

  • Sarayda şagird məktəbin binasından yıxıldı

    Abşeron rayonunda şagird məktəb binasından yıxılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, hadisə Saray qəsəbəsində yerləşən 2 saylı orta məktəbdə qeydə alınıb.

    Məktəbdə təhsil alan 8-ci sinif şagirdi Lalə Hüseynova (ad və soyad şərti) ilkin məlumata görə, məktəb binasının üçüncü mərtəbəsindən ehtiyatsızlıq nəticəsində yerə yıxılıb.

    Məktəbli ağır sınıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı Abşeron Rayon Prokurorluğunda araşdırma aparılır.

    Qeyd edək ki, xəsarət alan məktəbli Saray qəsəbəsindəki 1 nömrəli tam orta məktəbin şagirdidir. Həmin məktəb hazırda təmirdədir.

  • 16 yaşı tamam olmamış qızla evləndi – Cinayət işi açıldı

    Saatlı rayonunda yetkinlik yaşına çatmayan qızla evlənən gənc cinayət məsuliyyətinə cəlb edilib.

    “Qafqazinfo” xəbər verir ki, Nərimankənd sakini olan 2004-cü il təvəllüdlü Samir Şahbazova (ad və soyad şərtidir) Cinayət Məcəlləsinin 152.1-ci (16 yaşına çatmayan şəxslə cinsi əlaqədə olma) maddəsi ilə iş açılıb.

    Bildirilib ki, bu ilin mayında Samir yetkinlik yaşına çatmayan Fərəhi Xırdalan şəhərindən evlənmək məqsədilə qaçıraraq yaşadığı kəndə gətirib. Hazırda onlar ər-arvad kimi birgə yaşayırlar və qız hamilədir.

    S.Şahbazov Fərəhin 18 yaşı tamam olanda onunla rəsmi nikah bağlayacağını bildirib. Zərərçəkmiş qız da S.Şahbazovdan şikayətçi olmayıb.

    Saatlı Rayon Məhkəməsinin dünən çıxardığı hökmlə Samirə bir il həbs cəzası verilib. Lakin onun cəzası sınaq müddəti təyin edilməklə şərti hesab edilib.

  • Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb – FOTO

    Bakıda ictimai iaşə obyektində saxta spirtli içkilər aşkarlanıb.

    Bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.

    Qeyd olunub ki, Bakı şəhəri, Nəsimi rayonu, Mərdanov Qardaşları küçəsi, ev 22 ünvanında fəaliyyət göstərən, fiziki şəxs Raman Qadağa oğlu Hidayətova məxsus “London Pub” ictimai iaşə obyektində AQTA əməkdaşlarının keçirdiyi plandankənar yoxlama zamanı qida təhlükəsizliyi sahəsində normativ hüquqi aktların bir sıra tələblərinin pozulduğu müəyyən edilib.

    Orada aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan iki ədəd 0.7 litrlik “Arxangelskaya” əmtəə nişanlı, bir ədəd birlitrlik “Finlandia” əmtəə nişanlı, bir ədəd 0.7 litrlik “Organic Line” əmtəə nişanlı, bir ədəd 0.5 litrlik və bir ədəd 0.7 litrlik “Nemiroff” əmtəə nişanlı spirtli içki məhsulunun satışının həyata keçirildiyi məlum olub.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq obyektin rəhbərliyi barəsində inzibati protokol tərtib olunub, saxta məhsulların satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.