Month: October 2024

  • Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib

    Rusiya Federasiyası və İranın beynəlxalq hadisələrlə bağlı mövqeləri çox vaxt yaxın olur.

    Median.Az APA-ya istinadən xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin Aşqabadda İran Prezidenti Məsud Pəzeşkianla ilə görüşdə deyib.

    Putin Pezeşkianı Rusiyaya rəsmi səfərə dəvət edib. İran prezidenti dəvəti qəbul edib.

  • Bu rayonun hərbi komissarı saxlanıldı

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

    İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.

    Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib

  • Sumqayıtda yol qəzası olub, sürücü ölüb

    Sumqayıt şəhərində sürücünün ölümü ilə nəticələnən yol-nəqaliyyat hadisəsi baş verib.

    Hadisə şəhərin 6-cı mikrorayominda qeydə alınıb.

    Məlumata görə, idarətmədən çıxan moped divara çırpılıb, nəticədə sürücü hadisə yerində ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin istintaqı başa çatıb

    Bakıda 75 yaşlı kişinin başını kəsərək qətlə yetirməkdə təqsirləndirilən Zahid İsayevin cinayət işi üzrə ibtidai istintaq başa çatıb.

    “Report” xəbər verir ki, təqsirləndirilən şəxs barəsində toplanan materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.

    Cinayət işi hakim Samir Əliyevin icraatına verilib.

    Qeyd edək ki, hadisə bu il iyulun 20-də gecə saat 1 radələrində paytaxtın Nizami rayonunda qeydə alınıb.

    1965-ci il təvəllüdlü Zahid İsayevin aralarında yaranmış mübahisə zamanı 1949-cu il təvəllüdlü Tahir Əliyevin başını kəsərək qətə yetirib.

    Zahid İsayev tutularaq istintaqa təhvil verilib.

  • Azərbaycanda hərbi komissar saxlanıldı

    Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Xocavənd rayon bölməsinin rəisi mayor Sadiq Əliyev saxlanılıb.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, S.Əliyev külli miqdarda rüşvət almaqda təqsirləndirilir.

    İş üzrə Respublika Hərbi Prokurorluğunda istintaq aparılır.

    Qeyd edək ki, yaxın müddətdə bir neçə indiki və sabiq hərbi komissar həbs edilib.

  • Prezident İlham Əliyev tunisli həmkarını təbrik edib

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Tunis Respublikasının Prezidenti Kays Sayidə təbrik məktubu ünvanlayıb.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Tunis Respublikasının Prezidenti vəzifəsinə yenidən seçilməyiniz münasibətilə Sizi səmimi-qəlbdən təbrik edirəm.

    İnanıram ki, Azərbaycan ilə Tunis arasında dostluq və əməkdaşlıq münasibətlərinin genişlənməsi və möhkəmlənməsi yolunda bundan sonra da birgə səylər göstərəcəyik.

    Sizə möhkəm cansağlığı, xoşbəxtlik, dost Tunis xalqının rifahı naminə məsul fəaliyyətinizdə uğurlar arzulayıram”.

  • Ermənistanın sabiq Baş Qərargah rəisi Baş Prokurorluğa çağırılıb

    Ermənistan Silahlı Qüvvələrinin sabiq Baş Qərargah rəisi Artak Davtyan Baş Prokurorluğa çağırılıb.

    Sabiq Baş Qərargah rəisi qanunsuz əmlakla bağlı oktyabrın 18-də Baş Prokurorluqda olmalıdır.

    Qeyd edək ki, Davtyan iki dəfə — 2018-2020-ci illərdə, eləcə də 2021-2022-ci illərdə Baş Qərargah rəisi vəzifəsində çalışıb. O, həmçinin keçmiş müdafiə naziri David Tonoyan və başqaları ilə birlikdə silah-sursat tədarükü zamanı sui-istifadə halları ilə bağlı ittiham olunur.

    ///apa

  • Sabirabadda yük maşını kanala düşdü

    Bu gün Sabirabadda qəza baş verib.

    “Unikal”ın məlumatına görə, hadisə rayonun Xəlfəli kəndi ərazisində qeydə alınıb.

    Belə ki, yük avtomobili qarşısına çıxan maşını vurmamaq üçün manevr edərək yolun kənarındakı su kanalına düşüb.

    Hadisə nəticəsində xəsarət alan olmasa da, yük avtomobilinə ziyan dəyib.

  • Deputat vəzifəsindən azad edildi

    Sentyabrın 1-də keçirilən növbədənkənar parlament seçkisində ilk dəfə deputat seçilən Mircəlil Qasımov “Bakı Məişət Maşınları” Açıq Səhmdar Cəmiyyətinin (ASC) sədri vəzifəsindən azad edilib.

    Median.Az modern.az-a istinadla xəbər verir ki, o, deputat mandatı qazandıqdan sonra ASC-dəki işindən ayrılıb.

    Qeyd edək ki, “Bakı Məişət Maşınları” ASC Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində fəaliyyət göstərir.

    Məlumata görə, “Bakı Məişət Maşınları” ASC-nin sədri vəzifəsinə Məhərrəməli Pənahov gətirilib. O, “Ceyranbatan Polimer Materialları” ASC-nin sədri vəzifəsində çalışıb.

    Xatırladaq ki, 1992-ci ildə anadan olan Mircəlil Qasımlı Milli Məclisin ən gənc deputatıdır. O, Bakı şəhərində anadan olsa da, əslən Kəlbəcər rayonunun Başlıbel kəndindəndir. Deputat parlamentdə 123 saylı Kəlbəcər seçki dairəsini təmsil edir.

  • Продлен срок ареста Араика Арутюняна, Давида Бабаяна и других

    Продлена мера пресечения в виде ареста в отношении Бако Саакяна, Араика Арутюняна, Давида Бабаяна, Давида Ишханяна, генерала Давида Манукяна и других.

    Об этом сообщили в пресс-службе Генеральной прокуратуры.

    Бинагадинский районный суд рассмотрел ходатайство Следственного управления надзорного ведомства и представления генпрокурора Азербайджана о продлении срока ареста в отношении Аркадия Гукасяна, Бако Саакяна, Араика Арутюняна, так называемых (т.н.) “президентов” самопровозглашенного образования, созданного после оккупации Карабахского региона и других суверенных территорий Азербайджанской Республики (АР) в результате военной агрессии Армении, т.н. “министра иностранных дел” Давида Бабаяна, а также т.н. “председателя парламента” Давида Ишханяна, генерала Давида Манукяна и других.

    По уголовному делу, расследование которого ведется совместной следственной группой, состоящей из сотрудников Генеральной прокуратуры, Военной прокуратуры, Службы государственной безопасности, Министерства внутренних дел и других следственных органов, к ответственности по различным статьям Уголовного кодекса АР привлечены в общей сложности 14 членов сепаратистского режима.

    Согласно решению суда, срок ареста в отношении указанных лиц продлен.