Month: October 2024

  • Uşaq xəstələnəndə onu zorla yedirtmək lazımdırmı? – Həkimdən tövsiyələr

    “Soyuq mövsümdə uşaqlar tez-tez kəskin respirator virus infeksiyalarına (KRVX) yoluxurlar. Soyuqdəymə dövründə uşağın qidalanması az və ya çox dərəcədə dəyişə bilər”.

    Median.Az-ın “İzvestiya”ya istinadla verdiyi məlumata görə, bu barədə rusiyalı pediatr, uşaq qastroenteroloqu Anastasiya Lyutova məlumat verib.

    O bildirib ki, xəstəlik zamanı qida rasionuna yeni məhsullar əlavə etmək lazım deyil.

    “Xəstə uşağı kiçik porsiyalarla yedizdirmək, qidalanma sayını artırmaq daha yaxşıdır. Valideyn körpənin vəziyyətini yüngülləşdirmək üçün onun yaşına uyğun, lakin asanlıqla çeynənən və tez həzm olunan yeməklər hazırlaya bilər “, – deyə o bildirib.

    Mütəxəssisin sözlərinə görə, xəstəliyin ilk günlərində şirniyyat və çörək məmulatlarını məhdudlaşdırmaq daha yaxşıdır, çünki onlar qaz əmələ gəlməsini artıra və bəzi hallarda ürəkbulanma, hətta qusma kimi xoşagəlməz simptomlara səbəb ola bilər.

    “Həmçinin, çox şəkər və stabilizator tərkibli paketlənmiş şirələri, konservləşdirilmiş kompotları istisna etmək lazımdır, çünki bunlar mədə-bağırsaq traktının selikli qişasının daha çox qıcıqlanmasına səbəb ola bilər. Qrip, KRVX zamanı pediatr süd və bitki məhsullarının üstünlük təşkil etdiyi qidalanma təyin edə bilər, çünki onlar vitaminlərlə, minerallarla zəngindir. Həmçinin bol maye qəbulu faydalıdır, bunun üçün isti və ya ilıq çay, quşüzümü və ya mərsin şirəsi, itburnu həlimi, qələvi mineral suyu seçmək olar”, – deyə qastroenteroloq qeyd edib.

    Lyutova onu da vurğulayıb ki, əgər uşaq, məsələn, yüksək hərarət zamanı yeməkdən imtina edirsə, təkid etmək lazım deyil, xəstəlik zamanı iştahanın olmaması və ya azalması tez-tez rast gəlinən haldır.

    “Bu vəziyyətin uzanmamasına nəzarət etmək lazımdır. Xəstəliyin kəskin dövründə uşağa maye içirtməyə üstünlük vermək daha yaxşıdır, bunun üçün su, şəkərsiz alma kompostu, düyü həlimi, zəif qara çay uyğundur. Artıq sağalma dövründə isə körpə yaxşılaşmağa başlayanda qidalanma mühüm rol oynayır. Gücü bərpa etmək üçün qida yaxşı həzm olunmalı, enerji ilə zəngin olmalı, mineral maddələr və vitaminlər tərkibli olmalıdır”, – deyə pediatr izah edib.

    Həkim qeyd edib ki, KRVX zamanı immuniteti möhkəmləndirməyə həkim tərəfindən vaxtında və düzgün təyin edilmiş müalicə (antiviral preparatlar, probiotiklər və ya simbiotiklər, absorbentlər) kömək edir, valideynlər heç bir halda uşağa dərman preparatlarını özləri seçməməlidirlər.

    “Respirator xəstəlikdən sonra ümumi möhkəmləndirici terapiya kimi həkim tərəfindən üç yaşdan yuxarı uşaqlara polivitamin kompleksləri, bu yaşa qədər isə “D” vitamini məhlulu təyin edilə bilər. Pəhriz uşaq orqanizminin qida maddələrinə olan yaş tələbatına uyğun olaraq balanslaşdırılmış təyin edilir. Həmçinin gün rejiminə riayət etmək, təmiz havada vaxt keçirmək və xəstə insanlarla təmasları məhdudlaşdırmağa çalışmaq vacibdir”, – deyə Lyutova sözlərini yekunlaşdırıb.

  • Хвича Кварацхелия признан лучшим игроком Серии А в сентябре

    Полузащитник “Наполи” Хвича Кварацхелия признан лучшим игроком чемпионата Италии по футболу в сентябре.

    Об этом сообщает пресс‑служба Серии А.

    В прошлом месяце 23‑летний грузинский футболист провел в чемпионате три матча, отметившись двумя забитыми мячами и одной голевой передачей.

    По итогам голосования болельщиков и анализа статистических данных Кварацхелия опередил Бремера (“Ювентус”), Сантьяго Кастро (“Болонья”), Патрика Кутроне (“Комо”), Федерико Димарко (“Интер”) и Кристиана Пулишича (“Милан”).

    Отметим, что Хвича – сын Бадри Кварацхелии, который в свое время выступал за азербайджанские клубы “Кяпаз” и “Шамкир”, а также провел несколько игр за сборную Азербайджана.

  • Kvaratsxeliya İtaliya A seriyasında sentyabrın ən yaxşı oyunçusu seçilib

    “Napoli”nin yarımmüdafiəçisi Xviça Kvaratsxeliya İtaliya futbol çempionatının sentyabr ayının ən yaxşı oyunçusu seçilib.

    Bu barədə A Seriyasının mətbuat xidməti məlumat yayıb.

    Ötən ay 23 yaşlı gürcü futbolçu A Seriyasında üç oyun keçirib, iki qol vurub və bir məhsuldar ötürmə edib.

    Azarkeşlərin səsverməsinin nəticələrinə və statistik məlumatların təhlilinə əsasən, Kvaratsxeliya Bremer (“Yuventus”), Santyaqo Kastro (“Bolonya”), Patrik Kutrone (“Komo”), Federiko Dimarko (“İnter”) və Kristian Pulişiçi (“Milan”) qabaqlayıb.

    Qeyd edək ki, Xviça vaxtilə Azərbaycanın “Kəpəz” və “Şəmkir” klublarında çıxış etmiş, eyni zamanda Azərbaycan millisində də bir neçə oyun keçirmiş Badri Kvaratsxeliyanın oğludur.

  • В Баку украдены часы стоимостью 330 000 манатов: подозревается гражданин Китая

    В Баку украли часы стоимостью 330 000 манатов.

    Как сообщает Report, инцидент произошел в магазине VMF Continental, расположенном в Ясамальском районе.

    Неизвестный украл наручные часы марки Breguet стоимостью 330 000 манатов.

    По данному факту возбуждено уголовное дело по статье 177.3.2 (кража, с причинением крупного ущерба) Уголовного кодекса Азербайджана.

    В ходе расследования был задержан подозреваемый в совершении указанного деяния гражданин Китая Чжан Гуомин (1977 г.р).

    В настоящее время следствие по делу продолжается.

  • Bakıda 330 min manatlıq saat oğurlanıb – Çin vətəndaşı şübhəli bilinir

    Bakıda 330 min manat dəyərində saat oğurlanıb.

    “Report” xəbər verir ki, hadisə Yasamal rayonunda yerləşən “VMF Continental” mağazasında qeydə alınıb.

    Oraya gələn naməlum şəxs 330 min manat dəyərində olan “Breguet” markalı qol saatını oğurlayıb.

    Faktla bağlı Cinayət Məcəlləsinin 177.3.2-ci (oğurluq, külli miqdarda ziyan vurduqda) maddəsi ilə cinayət işi başlanılıb.

    İstintaq zamanı hadisəni törətməkdə şübhəli bilinən Çin vətəndaşı, 1977-ci il təvəllüdlü Jang Quomin tutulub.

    Hazırda istintaq davam edir.

  • ОАО Səba ликвидируется

    Повестка внеочередного общего собрания акционеров ОАО Səba, назначенного на 28 октября в 15:00, изменилась.

    Как сообщает Report, в повестку собрания включены вопросы о ликвидации акционерного общества, создании в связи с этим ликвидационной комиссии, завершении ликвидации в установленном законодательством порядке и распределении его активов между акционерами после ликвидации, а также о продаже земельных участков и основных средств, состоящих из оросительных систем типа Pivot, расположенных на территориях Кюрдамирского и Агсуинского районов, принадлежащих Qarabağ Taxıl, с целью исполнения кредиторских обязательств Səba и ее дочерних обществ – ООО Qarabağ Taxıl и Biləsuvar Aqro, и обеспечения финансирования их текущей хозяйственной деятельности.

    Кроме того, акционеры обсудят следующие вопросы, как было объявлено ранее: о Совете директоров Səba, о сделке по передаче кредитного обязательства дочернему обществу ООО Chicken Pro., единственным учредителем которого является Səba, о сделке по продаже долей Səba в уставном капитале Chicken Pro., о сделке по продаже долей ООО Qarabağ Taxıl и Biləsuvar Aqro, о выкупе акций, принадлежащих миноритарным акционерам в уставном капитале Səba, и о новой редакции устава ОАО.

    Собрание состоится по адресу: Абшеронский район, город Хырдалан, проспект Гейдара Алиева, 1.

  • “Səba” ləğv olunur

    “Səba” ASC-nin səhmdarlarının oktyabrın 28-də saat 15:00-a təyin edilmiş növbədənkənar ümumi yığıncağının gündəliyi dəyişib.

    “Report” xəbər verir ki, yığıncağın gündəliyinə səhmdar cəmiyyətin ləğv edilməsi, bununla bağlı Ləğvetmə Komissiyasının yaradılması, qanunvericilikdə nəzərdə tutulmuş qaydada ləğvetmənin başa çatdırılması və ləğvetmədən sonra onun aktivlərinin səhmdarlar arasında bölüşdürülməsi barədə, eləcə də “Səba”nın və onun törəmə cəmiyyətləri – “Qarabağ Taxıl” və “Biləsuvar Aqro” MMC-lərin kreditor öhdəliklərini icra etmək və cari təsərrüfat fəaliyyətlərinin maliyyələşdirilməsini təmin etmək məqsədilə “Qarabağ Taxıl”ın mülkiyyətindəki Kürdəmir və Ağsu rayonlarının ərazilərində yerləşən torpaq sahələrinin və həmin sahələrdəki “Pivot” tipli suvarma sistemlərindən ibarət əsas vəsaitlərinin satılması barədə məsələlər daxil edilib.

    Bundan başqa, səhmdarlar əvvəlcədən elan edildiyi kimi aşağıdakı məsələləri də müzakirə edəcəklər:

    1. “Səba”nın Direktorlar Şurası barədə;

    2. “Səba”nın tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Chicken Pro.” MMC-yə kredit öhdəliyinin ötürülməsinə dair əqd barədə;

    3. “Chicken Pro.”ya məxsus əmlakın ipoteka ilə yüklü edilməsinə dair əqd barədə;

    4. “Chicken Pro.”nun nizamnamə kapitalındakı “Səba”ya məxsus payların satılmasına dair əqd barədə;

    5. “Səba” ASC-nin tək təsisçiliyi ilə yaradılmış törəmə cəmiyyət “Qarabağ Taxıl”ın “Qarabağ Toxum” MMC-nin nizamnamə kapitalındakı paylarının satılmasına dair əqd barədə;

    6. “Qarabağ Taxıl”ın ötən illərin yığılmış mənfəətinə əsasən dividendlərin elan edilməsi barədə;

    7. “Səba”nın əvvəllər emissiya edilib yerləşdirilmiş və geri alınmış səhmləri barədə;

    8. “Səba”nın birgə təsisçiliyi ilə yaradılmış “Biləsuvar Aqro”nun nizamnamə kapitalındakı payların satılması barədə;

    9. “Səba”nın nizamnamə kapitalındakı minoritar səhmdarlara məxsus səhmlərin geri alınması barədə;

    10. “Səba”nın Nizamnaməsinin yeni redaksiyası barədə.

    Yığıncaq Abşeron rayonu, Xırdalan şəhəri, Heydər Əliyev prospekti, 1 ünvanında keçiriləcək.

  • Naxçıvanda “Şəhidlər bağı” salınacaq

    Naxçıvan şəhər İcra Hakimiyyəti və Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən Zəfər Günü ərəfəsində “Şəhidlər bağı”nın salınması nəzərdə tutulub.

    Bu barədə Naxçıvan şəhər İcra Hakimiyyəti başçısının müavini Gülxanım Orucova jurnalistlərə müsahibəsində bildirib.
    Qeyd edilir ki, bağ şəhidlərin adını əbədiləşdirmək üçün salınacaq və hər birinin üzərində QR kodlar yerləşdiriləcək. Bu QR kodlar vasitəsilə də Naxçıvandan olan şəhidlər haqqında məlumat əldə etmək mümkün olacaq. “Şəhidlər bağı”nın salınması ilə bağlı şəhid ailələri ilə razılıq əldə edilib və hər rayon üzrə ağacların əkiləcəyi sahələr müəyyənləşdilib.

  • Rusiya İrandakı vətəndaşlarına çağırış etdi

    Rusiya vətəndaşlarına İsrailin İran hədəflərinə mümkün zərbəsi ilə əlaqədar təhlükəsizlik tədbirlərinə riayət etmələri tövsiyə olunur.

    Bu barədə Rusiyanın Tehrandakı səfirliyi çağırış edib

    “İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkənin hədəflərinə cavab zərbəsi endirməsi ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, – məlumatda deyilir. 

    Rusiya Federasiyasının vətəndaşlarına Rusiya səfirliyinin resursları haqqında məlumatı daim izləmət tövsiyə olunub. 

  • Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək

    Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək.

    “Report” xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
    Bildirilib ki, Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

    Strategiyaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək.

    Yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaq.

    Sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcək. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.