Month: October 2024

  • “Formula-1” komandalarının 2025-ci il üçün reytinq cədvəli AÇIQLANDI

    2025-ci il üçün “Formula-1” komandalarının ilkin reytinqi təqdim edilib.

    Median.Az xəbər verir ki, bu barədə “Autosport” məlumat yayıb.

    Maraqlıdır ki, bu mövsümün ilk favoriti, Avstriyanın “Red Bull” komandası yalnız dördüncü yerdə qərarlaşıb. Siyahıya başçılıq edən “Ferrari”, yeddiqat dünya çempionu britaniyalı Lyuis Hemilton və moneqasklı Şarl Leklerdir.

    Valtteri Bottas təsdiqlənsəydi, “Kik-Zauber” səkkizinci yeri tuta bilərdi. “RB” isə həm Liam Louson, həm də Daniel Rikkardo ilə yeddinci yerdə qalacaqdı.
    “Autosport”a görə, 2025-ci il mövsümü üçün “Formula-1” komandalarının reytinqi:

    1. “Ferrari” (Lyuis Hemilton, Şarl Lekler).
    2. “McLaren” (Lando Norris, Oskar Piastri).
    3. “Uilyams” (Karlos Sayns-kiçik, Aleks Albon).
    4. “Red Bull” (Maks Ferstappen, Serxio Peres).
    5. “Mercedes” (Corc Rassel, Andrea Kimi Antonelli).
    6. “Aston Martin” (Fernando Alonso, Lens Stroll).
    7. “RB” (Yuki Tsunoda, elan olunmayıb).
    8. “Haas” (Esteban Okon, Oliver Berman).
    9. “Alpin” (Pyer Qasli, Cek Duen).
    10. “Kik-Zauber” (Niko Hülkenberq, elan olunmayıb).

  • Sabah Bakının üç rayonunda qaz olmayacaq

    Sabah saat 10:00-dan Xəzər rayonunda, saat 09:30-dan Qaradağ rayonunda və saat 14:00-dan 16:00-dək isə Binəqədi rayonunda qaz xətlərində görüləcək təmir işləri ilə əlaqədar qaz təchizatının dayandırılması planlaşdırılır.

    Bu barədə  “Azəriqaz” İB-dən bildirilib.

    Təmir işləri aparılan müddətdə Xəzər rayonu üzrə Mərdəkan bağlarının, Mərdəkan Yeni, Stansiya Qala yaşayış massivlərinin, Şüvəlan qəsəbəsinin 1 hissəsinin, Qaradağ rayonu üzrə Qobustan qəsəbəsinin, Binəqədi rayonu üzrə isə Binəqədi qəsəbəsinin, Binəqədi kəndinin, Mədən ərazisinin, Baksol yolunun və Binəqədi şosesinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

  • Baş Prokurorluqdan Əhməd Əhmədovla bağlı AÇIQLAMA

    “Əhməd Əhmədovun cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil”.

    Median.Az xəbər verir ki, bu sözləri mediaya açıqlamasında Baş Prokurorluğun Dövlət İttihamının Müdafiəsi üzrə İdarənin Ağır Cinayətlər Məhkəmələrində Dövlət İttihamından müdafiəsi üzrə şöbəsinin prokuroru Orxan Səmədov deyib.

    O qeyd edib ki, cinayət işi üzrə ibtidai istintaq zamanı 2 dəfə məhkəmə-psixiatrik ekspertizası təyin edilərək keçirilmiş və hər iki ekspert rəyi ilə Əhmədov Əhməd Mehman oğlunun ona istinad edilən cinayət əməlini törədərkən “Şizofreniya paranoid forma, hallüsinator – paranoid sindromla təzahür edən kəskin psixotik hal” növündə psixi xəstəliyindən əziyyət çəkməsi, yəni öz hərəkətlərinin faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etmək və onları idarə etmək iqtidarında olmadığı müəyyən edilib: “Eyni zamanda hal-hazırkı psixi vəziyyətinə görə Ə.M.Əhmədovun özü və ətrafdakılar üçün təhlükəli olması nəzərə alınaraq stasionar şəraitdə məcburi müalicəyə ehtiyacının olması müəyyən edilib.

    Cinayət məcəlləsinin 21-ci maddəsinə əsasən ictimai təhlükəli əməli törətdiyi zaman anlaqsız vəziyyətdə olmuş, yəni xroniki psixi xəstəlik, psixi fəaliyyətin müvəqqəti pozulması, əqli gerilik və ya sair psixi xəstəlik nəticəsində öz əməlinin (hərəkət və ya hərəkətsizliyinin) faktiki xarakterini və ictimai təhlükəliliyini dərk etməyən və ya onu idarə edə bilməyən şəxs cinayət məsuliyyətinə cəlb edilmir. Həmçinin həmin maddəyə əsasən anlaqsız vəziyyətdə ictimai təhlükəli əməli törətmiş şəxs barəsində məhkəmə tərəfindən bu Məcəllə ilə nəzərdə tutulmuş tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər”.

    O bildirib ki, qanunvericilikdə müəyyən edilmiş hallarda ixtisaslaşdırılmış psixiatriya stasionarlarına, məcburi müalicədə bir gün olma müddəti bir gün azadlıqdan məhrum edilmə hesabı ilə hesablanır: “Məhkəmənin yekun qərarına əsasən psixi pozuntusu olan Əhmədov Əhməd Mehman oğluna CM-nin 95-ci maddəsində müəyyən edilmiş Psixi pozuntusu olan şəxslərə təyin edilən tibbi xarakterli məcburi tədbirlərin ən ciddi növü ixtisaslaşdırılmış psixiatriya stasionarlarında intensiv müşahidə altında məcburi müalicə təyin edilib.

    Əhmədov Əhməd Mehman oğlunun məhkəmənin qərarına əsasən cinayət məsuliyyətindən və cəzadan azad edilməsi onun ümumiyyətlə azad edilməsi demək deyil. Məhkəmənin qərarına əsasən Əhməd Əhmədov intensiv müşahidə altında məcburi müalicə olunması üçün müvafiq ixtisaslaşdırılmış psixiatriya stasionarlarına yerləşdiriləcək”.

  • Makron Pavel Durovun saxlanılmasının səbəbini AÇIQLADI

    “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durovun həbsinin arxasında heç bir siyasi qərar dayanmayıb. Bu, Fransa məhkəmə sisteminin qanun pozuntularına və əməkdaşlıqdan imtinaya cavab olaraq atdığı addımdır”.
     
    Median.Az xəbər verir ki, bu sözləri Fransa prezidenti Emmanuel Makron “Variety” jurnalına müsahibəsində deyib.

    Fransa prezidenti bildirib ki, “Telegram” bəzi digər platformalar kimi dözümsüzlüyün artmasına töhfə verir və ifadə azadlığını qorumaq adı altında demokratiyaya qarşı çıxış edir.

    “Rəqəmsal oyunçulardan internetdə hər hansı qeyri-qanuni fəaliyyətə qarşı mübarizədə əməkdaşlıq tələb olunur və bizim məhkəmə sistemimiz qanun pozuntusuna müvafiq reaksiya vermək səlahiyyətindədir. “Telegram”ın həmtəsisçisinin saxlanılması da məhz bununla əlaqədardır”, – deyə Emmanuel Makron vurğulayıb.

  • Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı iddiası əsasında məhkəmə başlayıb

    Xalq artisti Ağadadaş Ağayevin “Medera Hospital”a qarşı iddiası əsasında məhkəmə başlayıb.

    Apa xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Etibar Mustafayevin sədrliyi ilə keçirilən hazırlıq iclasında anket məlumatları dəqiqləşdirilib.

    Məhkəmənin baxış iclası oktyabrın 23-nə təyin olunub.
    Qeyd edək ki, bu ilin iyul ayında xalq artisti Ağadadaş Ağayevlə “Medera Hospital”ın mühafizəçisi Nurəddin Cəlilov arasında insident baş verib. Ağadadaş Ağayev mübahisə etdiyi mühafizəçiyə balta atıb, balta klinikada çalışan N. Paşayevaya dəyərək xəsarət yetirib.Mühafizəçi Nurəddin Cəlilov isə Xalq artistini döyüb.

    Ağadadaş Ağayev “Medera Hospital”ı Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr – mənəvi zərərin ödənilməsi üçün məhkəməyə verib.

    Öz növbəsində, “Medera Hospital”ın rəhbəri Qaraxan Əliyev də Ağadadaş Ağayevə qarşı iddia qaldıracaqlarını bildirmişdi.

  • Утвержден Меморандум о взаимопонимании с Секретариатом Рамочной конвенции ООН по изменению климата, Киотского протокола и Парижского соглашения

    Утвержден «Меморандум о взаимопонимании между Правительством Азербайджанской Республики и Секретариатом Рамочной конвенции Организации Объединенных Наций по изменению климата, Киотского протокола и Парижского соглашения», подписанный 4 сентября 2024 года в городе Баку и 9 сентября 2024 года в городе Бонн.
    Как сообщает апа, соответствующий указ подписал Президент Ильхам Алиев.

    После вступления в силу Меморандума о взаимопонимании, изложенного в части 1 настоящего Указа, назначенный президент (President-Designate) 29-й сессии Конференции Сторон Рамочной конвенции Организации Объединенных Наций по изменению климата (COP29), 19-й сессии встречи сторон Киотского протокола и 6-й сессии встречи сторон Парижского соглашения должен обеспечить выполнение его положений, Министерство иностранных дел Азербайджанской Республики должно направить в Секретариат Рамочной конвенции Организации Объединенных Наций по изменению климата, Киотского протокола и Парижского соглашения уведомление о выполнении внутригосударственных процедур, необходимых для вступления в силу Меморандума о взаимопонимании

  • BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi ilə Anlaşma Memorandumu təsdiqlənib

    2024-cü il sentyabrın 4-də Bakı şəhərində və 2024-cü il sentyabrın 9-da Bonn şəhərində imzalanmış “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyi arasında məlumat mübadiləsi haqqında Anlaşma Memorandumu” təsdiq edilib.

    APA xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı müvafiq fərman imzalayıb.

    Bu Fərmanın 1-ci hissəsində göstərilən Anlaşma Memorandumu qüvvəyə mindikdən sonra Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29), Kioto Protokolunun Tərəflər Görüşünün 19-cu sessiyasının və Paris Sazişinin Tərəflər Görüşünün 6-cı sessiyasının müəyyən edilmiş Prezidenti (President-Designate) onun müddəalarının həyata keçirilməsini təmin etməli, Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Anlaşma Memorandumunun qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Birləşmiş Millətlər Təşkilatının İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının, Kioto Protokolunun və Paris Sazişinin Katibliyinə bildiriş göndərməlidir.

  • Посольство РФ рекомендовало находящимся в Иране россиянам соблюдать меры безопасности

    Посольство России в Тегеране рекомендовало россиянам, находящимся в Иране, соблюдать меры безопасности в связи с вероятностью нанесения Израилем ударов по иранской территории.
    Как сообщает апа со ссылкой на ТАСС, об этом говорится в заявлении дипмиссии.

    “В связи с обострением ситуации вокруг Ирана, связанным с перспективой ответного удара Израиля по различного рода объектам страны, посольство России рекомендует росгражданам, находящимся в Иране, строго соблюдать меры безопасности”, – говорится в заявлении.

  • Rusiyanın Tehrandakı səfirliyi ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib

    Rusiyanın Tehrandakı səfirliyi İsrailin İran ərazisinə zərbə endirmə ehtimalı ilə əlaqədar bu ölkədəki ruslara təhlükəsizlik tədbirlərinə riayət etməyi tövsiyə edib.

    Apa TASS-a istinadən xəbər verir ki, bu barədə diplomatik missiyanın bəyanatında deyilir.

    “İran ətrafında vəziyyətin gərginləşməsi, İsrailin ölkədəki müxtəlif obyektlərə cavab zərbəsi endirməsi ehtimalı ilə əlaqədar Rusiya səfirliyi İrandakı Rusiya vətəndaşlarına təhlükəsizlik tədbirlərinə ciddi riayət etməyi tövsiyə edir”, – bəyanatda vurğulanıb.

  • Sumqayıtda qəza baş verib, piyada ölüb

    Sumqayıtda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Apa xəbər verir ki, hadisə Bakı-Quba yolunun Sumqayıt şəhərindən keçən hissəsində qeydə alınıb.

    2004-cü il təvəllüdlü Elgün Mahmudov idarə etdiyi “Toyota” markalı avtomobillə yolu keçən piyadanı vurub.

    Piyada hadisə yerində ölüb.

    Fakt araşdırılır.