Month: October 2024

  • Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək

    Qarabağ və Şərqi Zəngəzurda 28 su elektrik stansiyası tikiləcək.

    “Report” xəbər verir ki, bu barədə “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da qeyd edilib.
    Bildirilib ki, Milli Strategiya 2024−2040-cı illəri əhatə etməklə ölkədə su ehtiyatlarının səmərəli istifadəsi, idarə edilməsi və çirklənməsinin qarşısının alınması, dəniz suyunun duzsuzlaşdırılması, suvarma sistemlərinin modernləşdirilməsi, habelə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından istifadə sahəsində tədbirləri nəzərdə tutur.

    Strategiyaya əsasən, Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının su ehtiyatlarından və hidroenerji potensialından “ağıllı su” sistemlərinin tətbiqi ilə rasional istifadə təmin ediləcək.

    Yerüstü suların hidroenerji potensialı qiymətləndirilərək su elektrik stansiyaları, o cümlədən su təsərrüfatı obyektlərinin imkanları nəzərə alınmaqla kompakt enerji stansiyası yaradılacaq.

    Sağlamlıq, sahil və su turizmi imkanları üzrə qiymətləndirmə aparılacaq, əhalinin içməli su ilə təchizatının daha da yaxşılaşdırılması, əkin sahələrinin suvarma suyuna tələbatının ödənilməsi və su ehtiyatları potensialından səmərəli istifadə edilməsi hövzələrarası su transferini həyata keçirməyə imkan verəcək. Beləliklə, iqtisadi rayonlarda 300 min hektardan çox torpaq sahəsi suvarma suyu ilə təmin ediləcək.

  • Azərbaycanda televiziya kanalına yeni rəhbər təyin olundu

    Azərbaycan Televiziyası və Radio Verilişləri QSC-nin tərkibində olan İdman kanalına yeni rəhbər təyin olunub.

    Median.Az-ın əldə etdiyi məlumata görə, kanala Zaur Zeynal rəhbərlik edəcək.

    Mədəniyyət kanalının rejissoru işləyən Zaur Zeynal daha çox şou-biznes sahəsində tanınırdı. Onun idman kanalına rəhbər təyin olunması bir sıra suallar doğurub.

    Qeyd edək ki, bir neçə gün əvvəl kanalın direktoru Rövşən Binnətli vəzifəsindən kənarlaşdırılmışdı. Onun yerinə isə müvəqqəti olaraq tanınmış idman şərhçisi Fikrət Adıgözəlli təyin olunmuşdu.

  • COP29 Azərbaycan Sədrliyinin irəli sürdüyü “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının üzv dövlətləri tərəfindən dəstəklənib

    Azərbaycan Respublikasının Birləşmiş Millətlər Təşkilatının 29-cu İqlim Dəyişmələri Konfransına (COP29) sədrliyi çərçivəsində Beynəlxalq Sülh Günü kimi qeyd olunan 21 sentyabr tarixində elan etdiyi “Birgə Atəşkəs Çağırışı” Qoşulmama Hərəkatının bütün üzv dövlətləri tərəfindən dəstəklənib.

    APA xəbər verir ki, beləliklə, təşəbbüsə indiyə qədər 127 ölkə qoşulub.

    Bu təşəbbüs münaqişə və iqlim dəyişməsi arasındakı əlaqənin və ən həssas qrupları qorumaq üçün kollektiv həll yollarının tapılmasının vacibliyini vurğulamaq, eləcə də xalqlar arasında sülhə gətirib çıxara biləcək müsbət impulsu və əməkdaşlığı təşviq etmək məqsədi daşıyır.

    Çağırışda bütün tərəflərdən COP29 sessiyasının keçirildiyi noyabr ayı ərzində atəşkəsə riayət etmək xahiş olunur və COP29-un fundamental mesajı xüsusunda bəşəriyyətimizin siyasi problemlərin öhdəsindən gələ və həmrəy ola biləcəyinə inam ifadə edilir.

    Birgə Atəşkəs Çağırışı dövlətlərlə yanaşı, mindən artıq beynəlxalq təsisat, özəl sektor təmsilçiləri, vətəndaş cəmiyyəti qurumları və nüfuzlu ictimai xadimlər tərəfindən dəstəklənir.

    Təşəbbüsün tam mətni ilə https://cop29.az/az/news/cop29-presidency-officially-launches-joint-solemn-appeal-for-a-cop29-truce internet səhifəsində tanış olmaq mümkündür.

  • Fransanın energetika naziri COP29-öncəsi müzakirələr üçün Bakıya gəlib

    Fransanın energetika naziri Olqa Jiverne Bakıya gəlib.

    Apa xəbər verir ki, bu haqda o öz “X” hesabında xəbər verirb.

    “COP29-öncəsi tədbir üçün Bakıya gəldim. COP29-öncəsi müzakirələr bu tədbirə hazırlamaq və əsas iqlim məsələlərində irəliləmək üçün vacibdir.”, – deyə o bildirib.

  • Bakıda məşhur restoran qarət edildi

    Metronun “İçərişəhər” stansiyasının yaxınlığında yerləşən məşhur “Soloha” restoranında oğurluq hadisəsi baş verib.
    Median.Az xəbər verir ki, bu barədə müəssisənin sahibi Lidiya Əliyeva özünün “Instagram” hesabında məlumat verib.
    “Bu gecə “İçərişəhər”dəki “Soloha Baku” restoranım qarət olunub, özümü çox məyus hiss edirəm. Oğru pəncərədən içəri daxil olaraq, qiymətli əşyaları oğurlayıb və gedib”, – o yazıb.
    Onun sözlərinə görə, polis artıq hadisə ilə bağlı araşdırma aparır.

  • Azərbaycanı Çexiyadakı turnirdə təmsil edəcək gimnastlar müəyyənləşib

    Azərbaycanı Çexiyanın Yablones nad Nisou şəhərində keçiriləcək batut gimnastikası üzrə 51-ci Beynəlxalq Dostluq yarışında təmsil edəcək idmançılar müəyyənləşib.

    Median.Az xəbər verir ki, turnirdə məşqçilər Abdulla Qasımov və Vladimir Şulikinin rəhbərliyi altında fərdi yarışlarda Hüseyn Abbasov, Nicat Mirzəyev, Əli Niftəliyev, Ammar Baxşaliyev, Fərhad Mustafayev, Ömər Qasımlı, Ayan Şabanova və Samirə Hüseynova iştirak edəcək.

    Sinxron yarışlarda isə Hüseyn Abbasov – Nicat Mirzəyev, Əli Niftəliyev – Ammar Baxşaliyev, Fərhad Mustafayev – Ömər Qasımlı həmçinin Ayan Şabanova – Samirə Hüseynova cütlükləri mübarizə aparacaq.
    Hakim qismində isə Azərbaycanı Rövşən Qurbanov təmsil edəcək.

  • Sahibə Qafarova və beynəlxalq konfransın iştirakçıları Emoməli Rəhmon ilə görüşüblər

    Milli Məclisin sədri Sahibə Qafarova Tacikistan Respublikasının Konstitusiyasının qəbul olunmasının 30-cu ildönümü münasibətilə təşkil olunan Beynəlxalq Parlament Konfransında iştirak etmək məqsədilə bu ölkədə işgüzar səfərdədir.

    Apa xəbər verir ki, bu gün Sahibə Qafarova və Konfransda iştirak edən digər ölkələrin parlament nümayəndə heyətlərinin rəhbərləri Tacikistan Respublikasının Prezidenti Emoməli Rəhmon ilə görüşüblər.

    Qonaqları salamlayan Tacikistan Prezidenti bu beynəlxalq konfransın əhəmiyyəti barədə fikirlərini bildirib. O, Konstitusiyanın qəbulunun Tacikistanın inkişafında, o cümlədən ölkədə parlamentarizm ənənələrinin möhkəmlənməsində rolu haqqında danışıb. O, Konstitusiyanın qəbulunu ölkədə siyasi islahatların və dövlət müstəqilliyinin möhkəmləndirilməsi yolunda ilk və davamlı addımlardan biri kimi qiymətləndirib.

    Emoməli Rəhmon, həmçinin ölkələr arasında əməkdaşlığın mühüm aspektləri, o cümlədən mədəni və tarixi oxşarlığa əsaslanan humanitar əlaqələr haqqında fikirlərini bildirib, ölkələrimizin qanunvericilik orqanlarının bu prosesin konstruktiv inkişafına ciddi töhfələr verə biləcəyini vurğulayıb.

    Söhbət zamanı parlamentlərin beynəlxalq və regional parlamentlərarası strukturlar çərçivəsində əməkdaşlığına da diqqət yetirilib.

  • Ucarda minik avtomobili mikroavtobusla toqquşub

    Ucarda xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

    Apa -nın yerli bürosunun xəbərinə görə, hadisə bu gün axşam saatlarında Bakı-Qazax əsas magistral yolunun rayonun Alpout kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, Qax rayon sakini, 1995-ci il təvəllüdlü Elgün İsmayıl oğlu İsmayılzadəyə məxsus “Chevrolet Cruze” markalı minik avtomobili ilə Ucar rayon sakini, 1970-ci il təvəllüdlü Müslümov Qiyas Müslüm oğluna məxsus “Ford” markalı mikroavtobus toqquşub.

    Nəticədə 4 nəfər müxtəlif bədən xəsarətləri ilə Ucar Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.
    Faktla bağlı araşdırma aparılır.

  • Президент Ильхам Алиев подписал распоряжение Об утверждении «Национальной стратегии рационального использования водных ресурсов» bu

    Президент Ильхам Алиев подписал распоряжение Об утверждении «Национальной стратегии рационального использования водных ресурсов».

    Как передает апа, согласно распоряжению, координацию мероприятий, предусмотренных Национальной стратегией, должна осуществлять комиссия, созданная распоряжением Президента Азербайджанской Республики от 15 апреля 2020 года № 1986 “О мерах по обеспечению эффективного использования водных ресурсов

    Кабинету министров поручено раз в год информировать Президента Азербайджанской Республики о проделанной работе по реализации Национальной стратегии, в том числе о состоянии выполнения мер, предусмотренных Национальной стратегией, решать другие вопросы, вытекающие из этого распоряжения.

    Мониторинг и оценку выполнения мероприятий, предусмотренных Национальной стратегией, будет осуществлять Центр анализа и коммуникации экономических реформ на основании приказа Кабинета министров.

  • Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nı təsdiqləyib


    Prezident İlham Əliyev “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb.

    Azertac xəbər verir ki, Sərəncama əsasən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin əlaqələndirilməsini “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiya həyata keçirməlidir.

    Nazirlər Kabinetinə Milli Strategiyanın həyata keçirilməsi ilə bağlı görülən işlər, o cümlədən Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icra vəziyyəti barədə ildə bir dəfə Azərbaycan Respublikasının Prezidentinə məlumat vermək, bu Sərəncamdan irəli gələn digər məsələləri həll etmək tapşırılıb.
    Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini, Nazirlər Kabinetinin sifarişi əsasında, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi həyata keçirəcək.