Month: October 2024

  • Emmanuel Makron Pavel Durovun saxlanılmasının səbəbini açıqlayıb

    “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durovun həbsinin arxasında heç bir siyasi qərar dayanmayıb. Bu, Fransa məhkəmə sisteminin qanun pozuntularına və əməkdaşlıqdan imtinaya cavab olaraq atdığı addımdır”.

    Bu sözləri Fransa prezidenti Emmanuel Makron “Variety” jurnalına müsahibəsində deyib.

    Fransa prezidenti bildirib ki, “Telegram” bəzi digər platformalar kimi dözümsüzlüyün artmasına töhfə verir və ifadə azadlığını qorumaq adı altında demokratiyaya qarşı çıxış edir.

    “Rəqəmsal oyunçulardan internetdə hər hansı qeyri-qanuni fəaliyyətə qarşı mübarizədə əməkdaşlıq tələb olunur və bizim məhkəmə sistemimiz qanun pozuntusuna müvafiq reaksiya vermək səlahiyyətindədir. “Telegram”ın həmtəsisçisinin saxlanılması da məhz bununla əlaqədardır”, – deyə Emmanuel Makron vurğulayıb.

  • В образовательный комплекс №132-134 назначен директор

    В образовательный комплекс №132-134 города Баку назначен новый директор.

    Как сообщает Report, соответствующим приказом председателя Госагентства по дошкольному и общему образованию на эту должность назначена Айгюн Микаилова.

    В 1996 году Айгюн Микаилова окончила факультет преподавания азербайджанского языка и литературы Азербайджанского государственного педагогического университета имени Насреддина Туси.

    Профессиональную деятельность начала в том же году в качестве преподавателя в Бакинском европейском лицее. В 2005-2006 годах работала в том же лицее заместителем директора по учебно-воспитательной работе.

    В 2015-2018 годах занимала должность директора Бакинского европейского лицея, а в 2018-2024-м – исполнительного директора Современного образовательного комплекса имени Гейдара Алиева.

    Отметим, что в 2008 году А.Микаилова была удостоена почетного звания “Заслуженный учитель Азербайджанской Республики”.

  • 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib

    Bakıda 132-134 nömrəli Təhsil Kompleksinə direktor təyin edilib.

    “Report” xəbər verir ki, Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin sədrinin müvafiq əmrinə əsasən, bu vəzifəyə Aygün Mikayılova təyinat alıb.

    Aygün Mikayılova 1996-cı ildə N.Tusi adına Azərbaycan Dövlət Pedaqoji Universitetinin Azərbaycan dili və ədəbiyyatı müəllimliyi fakültəsini bitirib.

    Əmək fəaliyyətinə 1996-cı ildə Bakı Avropa Liseyində müəllim olaraq başlayıb. 2005-2006-cı illərdə Bakı Avropa Liseyində təlim-tərbiyə işləri üzrə direktor müavini vəzifəsində çalışıb.

    2015-2018-ci illərdə Bakı Avropa Liseyində direktor, 2018-2024-cü illərdə isə H.Əliyev adına Müasir Təhsil Kompleksində icraçı direktor vəzifəsində çalışıb.

    Qeyd edək ki, Aygün Mikayılova 2008-ci ildə “Əməkdar müəllim” adına layiq görülüb.

  • В ближайшие три дня в регионах ожидается сильный ветер – ПРЕДУПРЕЖДЕНИЕ (ОБНОВЛЕНО)

    В ближайшие три дня в регионах ожидается ветреная погода. В связи с этим синоптики объявили жёлтое предупреждение.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    В Мингячевире, Евлахе, Барде, Тертере, Кельбаджаре, Сабирабаде, Билясуваре, Масаллы, Ширване, Нефтчале, Лянкяране, Джалилабаде, Гёранбое, Нафталане, Гяндже, Шабране, Сиязане, Хачмазе, Хызы порывы западного ветра будут достигать 13.9-20.7 м/сек.

    * * * * *

    С 11 по 15 октября в Азербайджане ожидается нестабильная погода, дожди и грозы.

    Об этом сообщили в Национальной службе гидрометеорологии Министерства экологии и природных ресурсов.

    На отдельных территориях (Газах-Гянджа, Нахчыванская АР, Карабах и Восточный Зангезур, Балакен-Шеки, Губа-Гусар, Горный Ширван, Центральный Аран, Лянкяран-Астара) возможны интенсивные ливни, град, а в высокогорье – снег.

    Температура воздуха снизится на 5-10 градусов по сравнению с предыдущими днями.

    Вследствие повышения водности на некоторых реках Большого и Малого Кавказа, а также Лянкяран-Астаринского региона возможны кратковременные паводки и сход селевых потоков.

  • Növbəti üç gündə bölgələrdə güclü külək əsəcək – XƏBƏRDARLIQ (YENİLƏNİB)

    Növbəti üç gündə bölgələrdə küləkli hava şəraiti gözlənilir.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Qurumdan sarı xəbərdarlıq elan edilib. Belə ki, Mingəçevir, Yevlax, Bərdə, Tərtər, Kəlbəcər, Sabirabad, Biləsuvar, Masallı, Şirvan, Neftçala, Lənkəran, Cəlilabad, Goranboy, Naftalan, Gəncə, Şabran, Siyəzən, Xaçmaz, Xızıda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

    * * * * *

    Azərbaycanın rayonlarında sabah gündüzdən oktyabrın 15-dək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağış yağacağı, şimşək çaxacağı gözlənilir.

    Bununla bağlı Milli Hidrometeorologiya Xidməti xəbərdarlıq yayıb.

    Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) yağıntıların leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, yüksək dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 5-10 dərəcə enəcək.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, Lənkəran-Astara bölgəsinin bəzi çaylarında qısamüddətli daşqın olacağı və sel keçəcəyi ehtimalı var.

  • В бакинской тюрьме скончался еще один заключённый

    В Баку скончался заключённый.

    Как сообщает lent.az, факт смерти зафиксирован в одном из столичных исправительных учреждений Пенитенциарной службы.

    Умер отбывавший там наказание Фикрет Исмайылов.

    По информации, причиной его смерти стала болезнь.

    Отметим, что это 30-й по счету с начала этого года случай смерти заключенного в бакинских тюрьмах.

  • Bakıda həbsxanada daha bir ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən məhkum Fikrət Xəlil oğlu İsmayılov ölüb.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 30-cu ölüm hadisəsidir.

  • 15-летняя школьница найдена мёртвой после игры в шахматы с отцом

    В Подольске (Россия) 15-летнюю девочку нашли мёртвой после того, как она поиграла с отцом в шахматы. Школьница сильно расстроилась из-за проигрыша и последующей за этим ссоры с родителями.

    Как передает Median.Az со ссылкой на Telegram-канал Mash, девочка играла с отцом в шахматы, потерпела неудачу, обиделась и стала плакать. Мужчина резко сказал, чтобы она вышла из-за стола. Мать вдогонку крикнула, чтобы дочь занялась уроками, а сама ушла играть с мужем.

    Через некоторое время женщина почувствовала, что в квартире резко похолодало, отправилась проверять, откуда дует. Зашла в комнату к девочке, заметила, что её нет, но открыто окно. Выглянула на улицу и увидела тело дочери. Школьница на учёте в ПДН (подразделение по делам несовершеннолетних), у психиатра и нарколога не состояла, не курила и не выпивала – была примерной ученицей.

    Возбуждено уголовное дело по статье о доведении до самоубийства.

  • Rusiyada 15 yaşlı qız şahmata görə özünü öldürdü

    Rusiyanın Podolsk şəhərində 15 yaşlı qız atası ilə şahmat oynadıqdan sonra özünə qəsd edib. O, uduzduğuna görə kədərlənib və özünü 13-cü mərtəbədəki otağının pəncərəsindən atıb.

    Bu barədə Median.Az “Mash” “Telegram” kanalına istinadən xəbər verir.

    Məlumata görə, qız atası ilə şahmat oyunu zamanı uduzub, bundan inciyib və ağlamağa başlayıb. Bu zaman atası əsəbiləşib və ona masanı tərk etməsini, bir daha onunla oynamayacağını deyib.

    Ardınca anası da qıza səslənib.

    “Ondansa ev tapşırıqları ilə məşğul ol, hələ imtahan verəcəksən”, – deyə anası bildirib və daha sonra əri ilə şahmat oynamağa gedib.

    Qız otağına qaçaraq qapını kilidləyib.

    Bir müddət sonra qadın mənzilin qəfildən soyuduğunu hiss edib və küləyin haradan əsdiyini yoxlamağa gedib.

    Qızın otağına girib və uşağın orada olmadığını, amma pəncərənin açıq olduğunu görüb. Küçəyə baxdıqda qızının cəsədini görüb.

    Bildirilir ki, məktəbli qız yetkinlik yaşına çatmayanlarla iş şöbəsində, psixiatrda və ya narkoloqda qeydiyyatda olmayıb, siqaret və alkoqol istifadəçisi olmayıb, nümunəvi şagird olub.

    Hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən hadisə ilə bağlı “Özünü öldürmə həddinə çatdırma” maddəsi ilə iş açılıb.

  • DİN ƏMƏLİYYAT KEÇİRİB – Narkoşəbəkənin 20 üzvü saxlanıldı – VİDEO

    Daxili İşlər Nazirliyinin Baş Narkotiklərlə Mübarizə İdarəsi sentyabr ayı ərzində 146 kiloqram narkotik vasitəni dövriyyədən çıxarıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, DİN Baş Narkotiklərlə Mübarizə İdarəsinin əməkdaşları tərəfindən sentyabr ayı ərzində narkotiklərin qanunsuz dövriyyəsinə qarşı paytaxt və bölgələrdə əməliyyatlar davam etdirilib. Nəticədə narkoşəbəkənin daha 20 üzvü saxlanılıb. Onların sırasında narkotiklərin əsas tədarükçülərindən olan şəxslər də var. Əməliyyatlarla 146 kiloqramdan çox heroin, tiryək, metamfetamin, tərkibi psixotrop maddələrlə zənginləşdirilmiş marixuana, 25 556 ədəd psixotrop tərkibli metadon həbi, narkotiklərin dövriyyəsində istifadə edilən elektron tərəzilər və bank kartları aşkar olunub.

    Faktlarla bağlı cinayət işləri başlanılıb, saxlanılan şəxslər barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbirləri seçilib.