Month: October 2024

  • Bakı, Sumqayıt və Abşeron üzrə oktyabr ayının pensiyaları ödənilib

    Bu gün Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonu üzrə oktyabr ayının pensiyaları ödənilib.

    Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondundan məlumat verilib.

    Qeyd edilib ki, yaxın günlərdə respublikamızın digər bölgələri üzrə bu ayın pensiyaları, həmçinin güzəştli şərtlərlə pensiya hüququna malik şəxslərin pensiyaları da ödəniləcək.

  • “WhatsApp” işlədənlər üçün möhtəşəm YENİLİK – Bundan sonra…

    Məşhur “WhatsApp” messencerinin komandası istifadəçilərə həmsöhbətləri tərəfindən göndərilən şəkillərin həqiqiliyini tez bir zamanda yoxlamağa kömək edəcək yeni funksiya üzərində işləyir.

    Bu seçim artıq Android üçün “WhatsApp”ın ən son beta versiyasında mövcuddur və çox güman ki, iOS üçün gələcək yeniləmələrə daxil ediləcək.

    Median.Az Lent.az-a istinadən xəbər verir ki, bu yenilik müəllif hüquqlarının qorunması üçün nəzərdə tutulub.

    Məsələn, şirkətlər öz məhsullarının və ya xidmətlərinin fotoşəkillərini göndərə bilər və vicdansız həmsöhbətlər başqalarının işlərini özlərininki kimi qəbul edərək müştəriləri manipulyasiya edə bilərlər.

    Bu funksiyadan istifadə etmək üçün istifadəçi göndərilən şəkli açmalı, yuxarı sağ küncdəki üç nöqtəyə klikləməli və “Onlayn tap” təklifi seçilməlidir.

    Bundan sonra “WhatsApp” standart brauzerinizi açacaq və internetdə oxşar şəkilləri axtaracaq. Bu, istifadəçilərə şəklin internetdən çəkilib-çəkilmədiyini tez bir zamanda yoxlamağa imkan verəcək.

    İstifadəçilər xəbərlərdə yaxud sosial şəbəkələrdə dərc olunan şəkillərin həqiqiliyini yoxlaya biləcəklər ki, bu da dezinformasiyanın yayılmasına qarşı istifadə oluna bilər.

    Hazırda yenilik inkişaf mərhələsindədir və gələcək “WhatsApp” yeniləməsində əlçatan olacaq.

  • Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə veriləcək

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) oktyabrın 13-dən Laçın şəhərinə müntəzəm avtobus reysi istifadəyə verəcək.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Məlumata görə, məqsəd “Böyük Qayıdış” proqramı çərçivəsində işğaldan azad edilmiş ərazilərdə məskunlaşan vətəndaşların keyfiyyətli nəqliyyat infrastrukturu və xidmətləri ilə təmin olunmasıdır.

    Reyslər Bakı Beynəlxalq Avtovağzal Kompleksindən hər gün saat 08:00-da, Laçın şəhərindən Bakıya isə 16:00-da həyata keçiriləcək. Bakı-Laçın-Bakı reysi üzrə bir istiqamət üçün biletin qiyməti 16,2 manat təşkil edir. Bu reys üzrə Zəngilan rayonunun Ağalı kəndi aralıq məntəqə kimi müəyyən edilib. Bakı-Zəngilan (Ağalı) aralıq məntəqəsi üçün biletin qiyməti 13,9 manatdır.

    Biletləri “biletim.az” portalı üzərindən yalnız onlayn qaydada əldə etmək olar.

    Biletləri əldə edərkən işğaldan azad olunmuş ərazilərə girişlə bağlı buraxılış qaydalarına uyğun olaraq icazələrin olması mütləqdir.

  • Bu yolda qoşa xətt silinərək qırıq xətlə əvəz olundu

    Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) Bakıda küçə və prospektlərdə yeni xətləmə və nişanlama işləri aparıb.

    Bu barədə AYNA məlumat yayıb.

    Agentlik tərəfindən Bakının Heydər Əliyev prospektində 1 010 metrlik məsafədə qoşa xətt silinərək qırıq xətt ilə əvəz olunub, 8 məlumat lövhəsi quraşdırılır.

    Bundan başqa, Bakı dairəvi yolunda (Zuğulba yolu) 2 500 metrlik üfüqi nişanlanma xətti çəkilib.

    Həmçinin, paytaxtın Mətbuat prospektində üfüqi nişanlanma xətləri işləri görülüb. Həsən bəy Zərdabi və Əhməd bəy Ağaoğlu küçələrində, həmçinin Zivər bəy Əhmədbəyov və Cəfər Cabbarlı küçələrində ndə işanlanma xətləri yenilənir.

    Bakının İstiqlaliyyət küçəsində və 8 Noyabr, Xocalı prospektlərində də işlər davam edir.

  • “Yuventus” klubunun baş direktoru Pol Poqbanın gələcəyini açıqladı

    “Yuventus”un baş direktoru Mauritsio Skanavino yarımmüdafiəçi Pol Poqbanın klubdan ayrılacağını təsdiqləyib.

    Klubun baş direktoru məsələ ilə bağlı açıqlamasında fransalı futbolçunun yanvar ayında komanda ilə yollarını ayıracağını bildirib.

    Qeyd edək ki, Pol Poqbanın 2023-cü il sentyabrın 11-də A Seriyasının I turunda “Udineze” ilə matçdan sonra dopinq testi müsbət nəticələnib. Futbolçu məhz bu səbəbdən 4 il müddətinə diskvalifikasiya edilmişdi. Daha sonra isə Poqbanın cəzası 18 aya endirilmişdi.

  • Задействованный в тушении лесных пожаров в Турции самолет-амфибия МЧС вернулся в Азербайджан

    Самолет-амфибия Бе-200 ЧС авиационного отряда Министерства по чрезвычайным ситуациям, направленный по поручению Президента Азербайджанской Республики Ильхама Алиева в Турцию для оказания помощи в тушении лесных пожаров, вернулся в Азербайджан.

    Как сообщили в МЧС, самолет-амфибия Бе-200 ЧС участвовал в тушении лесных пожаров с 18 августа 2024 года в направлениях Мугла – Ула, Болу – Гереде, Ушак – Эшме, Акхисар – Ташкуючак, Балыкесир – Эдремит, Маниса – Алашехир, Измир – Урла, Бергама, Фоча, Алиага, Кемальпаша – Камберлер.

    В рамках мероприятий по борьбе с лесными пожарами в очаги возгорания было сброшено в общей сложности около 400 т воды.

    Самолет-амфибия с сотрудниками МЧС на борту, профессионально выполнившими поставленные задачи и добившимися полного тушения пожаров совместно с местными силами, сегодня около 14:40 приземлился в международном аэропорту Гейдар Алиев.

  • Azərbaycanın amfibiya təyyarəsi Türkiyədən geri qayıdıb

    Prezident İlham Əliyevin tapşırığına əsasən Türkiyədəki meşə yanğınlarının söndürülməsinə köməklik göstərilməsi məqsədilə göndərilmiş Fövqəladə Hallar Nazirliyinin (FHN) Aviasiya dəstəsinin “BE-200ÇS” amfibiya tipli təyyarəsi Azərbaycana qayıdıb.

    Bu barədə FHN-in Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, 18 avqust 2024-cü il tarixindən meşə yanğınları ilə mübarizə tədbirlərinə qoşulan “BE-200ÇS” amfibiya tipli təyyarəsi Muğla – Ula, Bolu – Gerede, Uşak – Eşme, Akhisar – Taşkuyucak, Balıkesir – Edremit, Manisa – Alaşehir, İzmir – Urla, Berqama, Foça, Əliağa, Kemalpaşa – Kamberler istiqamətlərində yanğınsöndürmə əməliyyatlarını həyata keçirib:

    “Meşə yanğınları ilə mübarizə tədbirləri çərçivəsində yanğın ocaqlarına ümumilikdə 400 tona yaxın su tökülüb. Qarşıya qoyulmuş tapşırıqları yüksək peşəkarlıqla yerinə yetirən və yerli yanğınsöndürmə qüvvələri ilə əlaqəli şəkildə yanğınların tam söndürülməsinə nail olan amfibiya təyyarəsi bu gün saat 14:40 radələrində Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edib.”

  • Военные эксперты Азербайджана и Беларуси обсудили вопросы инженерно-технического обеспечения

    В соответствии с планом двустороннего сотрудничества на 2024 год, подписанным между министерствами обороны Азербайджана и Беларуси, делегация Минобороны Республики Беларусь (РБ) совершает визит в нашу страну.

    Об этом сообщает управление по связям со СМИ и общественностью оборонного ведомства Азербайджанской Республики (АР).

    В рамках визита гости посетили Управление международного военного сотрудничества Министерства обороны.

    Белорусской делегации был представлен брифинг об основных направлениях деятельности инженерных войск.

    На встрече начальник Главного управления инженерных войск генерал-майор Анар Керимов проинформировал гостей о работе по разминированию территорий, освобожденных после победы в Отечественной войне, одержанной под руководством Президента АР, Верховного главнокомандующего Вооруженными силами Ильхама Алиева.

    Затем были обсуждены перспективы двустороннего военного сотрудничества и предложения по развитию взаимодействия в этой сфере.

    На следующий день гости побывали в N-ской воинской части, подчиненной Главному управлению инженерных войск.

    Делегация ознакомилась с образцами вооружения, боеприпасов и военной техники, находящихся на вооружении инженерных подразделений и инженерным городком на территории воинской части.

  • Azərbaycan və Belarus hərbi ekspertləri mühəndis-texniki təminat üzrə məsələləri müzakirə ediblər

    Azərbaycan və Belarus Müdafiə nazirlikləri arasında imzalanan 2024-cü il üçün ikitərəfli əməkdaşlıq planına əsasən, Belarus Müdafiə Nazirliyinin nümayəndə heyəti Azərbaycana səfər edib.

    Bu barədə Müdafiə Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, səfər çərçivəsində qonaqlar nazirliyin Beynəlxalq Hərbi Əməkdaşlıq İdarəsində olublar:

    “Belarus nümayəndə heyətinə Mühəndis Qoşunlarının əsas fəaliyyət istiqamətlərinə dair brifinq təqdim olunub. Mühəndis Qoşunları Baş İdarəsinin rəisi, general-mayor Anar Kərimov qonaqlara Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi ilə Vətən müharibəsində qazanılan qələbədən sonra azad edilmiş ərazilərdə minaların təmizlənməsi üzrə görülən işlər barədə məlumat verib.

    Sonra qarşılıqlı mümkün əməkdaşlıq perspektivləri və bu sahədə əlaqələrin inkişaf etdirilməsi istiqamətində təkliflər müzakirə edilib. Səfərin növbəti günündə qonaqlar Mühəndis Qoşunları Baş İdarəsinin tabeliyindəki “N” hərbi hissəsində olublar. Nümayəndə heyəti mühəndis bölmələrinin silahlanmasında olan silah sursat, təchizat və texnika nümunələri, hərbi hissənin ərazisindəki mühəndis şəhərciyi ilə tanış olub.”

  • Эммануэль Макрон назвал причину ареста Павла Дурова в Париже

    За арестом сооснователя мессенджера Telegram Павла Дурова не стояло политического решения. Это действия судебной системы Франции в ответ на нарушения закона и отказ сотрудничать.

    Об этом заявил президент страны Эммануэль Макрон в интервью журналу Variety.

    Французский лидер заявил, что Telegram, как и некоторые другие платформы, способствует росту нетерпимости и работает против демократии под видом защиты свободы выражения мнений.

    “Цифровые игроки обязаны сотрудничать в борьбе с любой незаконной деятельностью в интернете, и наша судебная система уполномочена действовать в случаях нарушения. Именно так и произошло, когда основатель Telegram был задержан за отказ сотрудничать”, – подчеркнул Макрон.