Month: October 2024

  • Mikayıl Cabbarov: “Yaşıl elektrik enerjisinin ixracı sahəsində də layihələrin icrasına başlanıb”

    “Enerji ölkə iqtisadiyyatının ən vacib sahələrindən biri olub, lakin enerji məfhumu ənənəvi yanacaq mənbələrindən artıq bərpaolunan mənbələrinə keçməkdədir”.

    Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “PAŞA Holdinq” MMC-nin təşkilatçılığı ilə Bakıda keçirilən “INMerge” Innovasiya Sammitində bildirib.

    “Azərbaycan bu sahədə öz neft və qaz ixracı ilə yanaşı, artıq yaşıl elektrik enerjisinin ixracı sahəsində də layihələrin icrasına başlayıb. Bu sahədə biz regionda bir sıra ölkələrlə əməkdaşlıq edirik. Hazırda yeddi giqavat gücündə investisiya layihələrinin icrası üzrə işlər görülür”.

    Qeyd edək ki, Bakı Konqres Mərkəzində “INMerge” İnnovasiya Sammitinin ilk günü başlayıb.

    Sammitin məqsədi ölkədə innovasiya ekosisteminin inkişafına töhfə vermək, startaplar və investorları bir araya gətirərək onlara əməkdaşlıq üçün fürsət yaratmaq, eləcə də innovasiya ekosisteminin bütün iştirakçıları arasında fikir və təcrübə mübadiləsi üçün platforma qurmaqdır.

    Bu il “INMerge” İnnovasiya Sammitində “YouTube”un həmtəsisçisi Stiv Çen iştirak edir. Eləcə də, təsdiqlənmiş spikerlər arasında “Amazon”un vitse-prezidenti və CTO-su Verner Fögels və “Avito”nun keçmiş baş icraçı direktoru Vladimir Pravdivıy da var.

    Bununla yanaşı, “Paradox Strategies” və “InnovationForce” şirkətlərinin qurucusu, Harvard Biznes Məktəbinin professoru Linda Hill, Stenford Universitetin professoru İlya Strebulayev və “Vodafone” şirkətinin region üzrə rəhbəri Yohan Hammer də spikerlər siyahısına qoşulublar.

    Onlarla yanaşı, ölkəmizdən “PAŞA Holding”in baş icraçı direktoru Cəlal Qasımov və ekosistem üzrə baş icraçı direktor Fərid Məmmədov, “Kapital Bank”ın baş icraçı direktoru Fərid Hüseynov, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin sədri İnarə Vəliyeva və”4SİM”in icraçı direktoru Fariz Cəfərov çıxış edəcəklər.

    Qeyd edək ki, sammitdə maliyyə texnologiyaları, rəqəmsallaşma, elektron ticarət, telekommunikasiya, əlavə dəyər xidmətləri, yeni iqtisadiyyat və digər sahələr müzakirə olunacaq.
    //oxu.az

  • AYNA: Рассматривается вопрос въезда такси на автобусные полосы

    После решения других проблем, связанных с таксомоторной деятельностью в Баку, можно обсудить вопрос о разрешении на въезд такси на автобусные полосы.

    Об этом АПА сказал председатель Агентства наземного транспорта (AYNA) Анар Рзаев.

    По его словам, Агентство уже начинает рассматривать этот вопрос.

  • AYNA sədrindən taksilərin avtobus zolağına daxil olması ilə bağlı AÇIQLAMA

    “Bakıda taksi fəaliyyəti ilə bağlı digər problemləri həll edəndən sonra taksilərin avtobus zolaqlarına daxil olmasına icazə verilməsi məsələsi ciddi müzakirə edilə bilər”.

    Bunu APA-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev deyib.

    “Zolaqdan taksi istifadə etsə, bu, taksinin sayının artmasına gətirib çıxaracaq. Biz bunu cari mərhələdə istəmirik. Digər tərəfdən, zolaqdan taksinin istifadə etməsi onun ictimai nəqliyyat kimi fəaliyyət göstərməsinə imkan yaradır. Bu o deməkdir ki, əgər kimsə, taksi ilə zolaqla gedəcəksə, yolda ən azı üç avtomobil azalacaq. Əgər beş ay bundan əvvəl, ümumiyyətlə, bu məsələ barədə söhbət gedə bilmirdisə, indi bu sual artıq qalxmağa başlayır.

    Biz bu məsələyə baxmağa başlayırıq. Taksilərin avtobus zolaqlarında istifadəsinə icazə verilməsi mərkəzə daxil olan maşınların sayını azalda bilər. Amma bunun üçün taksinin göstərdiyi xidmətə inamımız tam olmalıdır. Hələ bu inam tam deyil. Bunun tam olması üçün bir az vaxt lazımdır”, – deyə Anar Rzayev bildirib.

  • Из Баку на освобожденные территории будет открыт новый маршрут

    Из Баку на освобожденные территории будет открыт новый маршрут.

    Об этом АПА-Экономикс сообщил председатель Азербайджанского агентства наземного транспорта (AYNA) Анар Рзаев.

    “Об этом будет объявлено в ближайшее время. Процесс подготовки уже завершен”, – сказал Анар Рзаев.

  • Bakıdan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq

    Bakıdan işğaldan azad edilmiş ərazilərə yeni marşrut xətti açılacaq.

    Bu barədə APA-ya açıqlamasında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) sədri Anar Rzayev məlumat verib.

    “Yaxınlarda bu barədə elan ediləcək. Yeni marşrut artıq hazırlanıb”, – deyə Anar Rzayev bildirib.

  • Израильская авиация нанесла удар по иранскому заводу в Сирии

    В городе Хесья в сирийской провинции Хомс самолеты израильских ВВС нанесли удар по иранскому машиностроительному заводу Saba.

    Об этом сообщил РИА Новости директор индустриального города Хесья Амер Халиль.

    “Израиль атаковал с воздуха машиностроительный завод Saba в индустриальном городе Хесья”, – сказал Халиль.

  • İsrail aviasiyası İran zavoduna zərbə endirib

    İsrailin Hərbi Hava Qüvvələrinin qırıcıları İranın Suriyada yerləşən “Saba” maşınqayırma zavoduna zərbə endirib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə sənaye şəhərinin direktoru Əmir Xəlil məlumat verib.

    Əmir Xəlil qeyd edib ki, hava hücumu nəticəsində dörd nəfər yaralanıb.

    “İsrail aviasiyasının hücumu böyük yanğına səbəb olub”, – deyə o əlavə edib.

  • В Агджабединском районе наказан мужчина, занимавшийся незаконной ловлей рыбы

    В Агджабединском районе наказан браконьер.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу МВД, в результате мероприятия, проведенного сотрудниками районного отдела полиции, было установлено, что Я.Ахмедов занимался незаконной ловлей рыбы на участке Карабахского канала, проходящем по территории района.

    У него были обнаружены резиновая лодка, два весла, две сети, аккумулятор и различные виды выловленной рыбы. В отношении указанного лица был составлен протокол на основании соответствующей статьи Кодекса об административных проступках и направлен в районный суд на рассмотрение.

    Мероприятия в этом направлении продолжаются.

  • Ağcabədidə qanunsuz balıq ovlayan şəxs cəzalandırılıb

    Ağcabədidə qanunsuz balıq ovuna qarşı tədbir keçirilib.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri tədbir nəticəsində Qarabağ kanalının rayon ərazisindən keçən hissəsində Y.Əhmədovun qeyri-qanuni balıq ovu ilə məşğul olduğu müəyyən edilib.

    Ondan bir rezin qayıq, iki avar, iki tor, bir akkumulyator və ovladığı müxtəlif növdə balıqlar aşkarlanıb. Həmin şəxs barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən protokol tərtib olunaraq baxılması üçün rayon məhkəməsinə göndərilib.

    Bu istiqamətdə tədbirlər davam etdirilir.

  • İsmayıllıda meşədə qanunsuz ağac kəsən 8 nəfər saxlanılıb

    İsmayıllı Rayon Polis Şöbəsinin əməkdaşlarının həyata keçirdikləri tədbirlərlə İvanovka və Qalacıq kəndlərindəki meşə massivlərində ağacların naməlum şəxslər tərəfindən qanunsuz kəsilməsi faktları aşkar olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib.

    Məlumata görə, 6 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ilə birgə əraziyə baxış keçirilib və əməli törədən 8 nəfər polis əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.