Month: October 2024

  • Sumqayıtda avtomobilin bir neçə gün əvvəl vurduğu piyada xəstəxanada ölüb

    Sumqayıtda bir neçə gün əvvəl avtomobilin vurduğu piyada xəstəxanada ölüb.

    “Report”un yerli bürosu məlumat verir ki, hadisə sentyabrın 30-da Səməd Vurğun küçəsində qeydə alınıb.

    Yolu keçən piyada, 1978-ci il təvəllüdlü Məzahir Şamil oğlu Dünyamalıyevi avtomobil vurub.

    Yaralı xəstəxanaya çatdırılıb. Həkimlərin səyinə baxmayaraq, onun həyatını xilas etmək mümkün olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Замгенсека ООН поблагодарила председательство СОР29 за вклад в достижение общих соглашений

    Заместитель генерального секретаря ООН Амина Мохаммед выразила благодарность азербайджанскому председательству СОР29 за вклад в достижение общих соглашений.

    Как передает Report, об этом Амина Мохаммед сказала в ходе открытия Предварительной конференции сторон ООН по изменению климата 2024 года (Pre-COP29) в Баку.

    “Я хочу поблагодарить правительство Азербайджана, председательство СОР29, а также СОР28 и тройку [председателей] за весь сложный путь, который мы прошли для достижения общих соглашений”, – сказала она.

    Замгенсека также отметила, что ООН поддерживает Азербайджан в его начинаниях и председательстве в СОР29.

  • BMT baş katibinin müavini COP29 sədrliyinə təşəkkür edib

    BMT baş katibinin müavini Əminə Ceyn Məhəmməd ümumi razılaşmaların əldə olunmasına verdiyi töhfəyə görə Azərbaycanın COP29 sədrliyinə minnətdarlığını bildirib.

    “Report” xəbər verir ki, o, bunu Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) açılışı zamanı deyib.

    “Mən Azərbaycan hökumətinə, COP29-un sədrliyinə, eləcə də COP28-ə və sədrlər üçlüyünə ümumi razılaşmalara nail olmaq üçün keçdiyimiz bütün çətin yola görə təşəkkür etmək istəyirəm”, – o bildirib.

  • Ceyhun Bayramov Quterreşin müavini ilə görüşüb

    Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov ilə BMT Baş katibinin müavini Amina Mohammed arasında görüş keçirilib.

    Bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, görüş zamanı Azərbaycan-BMT əlaqələrinin cari vəziyyəti və perspektivləri, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə əlaqədar hazırlıq prosesləri, Azərbaycanın COP29 sədrliyinin prioritetləri müzakirə olunub.

    Azərbaycanın çoxtərəfli diplomatiyada, eləcə də BMT təsisatlarında rolunun əhəmiyyətinə diqqət çəkən BMT Baş katibinin müavini, ölkəmizin COP29-un təşkil olunması istiqamətində apardığı fəaliyyəti yüksək qiymətləndirib.

    Bununla yanaşı, sülh və təhlükəsizlik, yeni texnologiyalar, gələcəyin maliyyə arxitekturası kimi elementlərin də əks olunduğu Gələcəyin Sammiti zamanı qəbul edilmiş yekun sənədin vacibliyi vurğulanıb.

    Tərəflər daha sonra, ölkəmizin Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində əldə etdiyi nailiyyətləri nəzərdən keçirərək, bu işdəki əhəmiyyətli proqresi məmnunluqla qeyd ediblər.

    C.Bayramov Azərbaycanın sədrlik etdiyi COP29 çərçivəsində aparılan danışıqlar prosesi barədə ətraflı məlumat verərək, iqlim dəyişmələri ilə mübarizədə tələb olunan maliyyə vəsaitinin qarşılanması üçün yeni kəmiyyət maliyyə hədəfi müəyyənləşdirilməsinə çalışıldığı, bunun üçün konsensusun əhəmiyyətini diqqətə çatdırıb.

    Tərəflər bu istiqamətdə BMT və beynəlxalq maliyyə təsisatlarının dəstəyinin əhəmiyyətini vurğulayıblar. Eyni zamanda, COP29 sədrliyi tərəfindən müxtəlif istiqamətlərdə irəli sürülən 14 təşəbbüsə dəstək barədə məlumat verilib.

    Görüşdə həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

  • Azərbaycanda həkim VƏFAT ETDİ

    Azərbaycanda həkim vəfat edib.

    Bu barədə məlumat sosial şəbəkələrdə paylaşılıb.

    Bildirilib ki, Cəlilabad rayonunda illərdir təcili tibbi yardım briqadasında çalışan həkim-terapevt Ələkbər Mirzəyev uzun sürən xəstəlikdən sonra dünyasını dəyişib.

  • Dövlət Agentliyi 145 min manata “Toyota Land Cruiser” alır

    İqtisadiyyat Nazirliyinin tabeliyində fəaliyyət göstərən İqtisadi Zonaların İnkişafı Agentliyi tərəfindən keçirilən tender müsabiqəsinin qalibi “Toyota Absheron Merkezı” MMC (VÖEN – 3103678821) olub.

    Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, İqtisadi Zonaların İnkişafı Agentliyi “Toyota Absheron Merkezı” MMC-dən dəyəri 145 min 300 manat olan 1 ədəd avtomobil alacaq.

    Bildirilir ki, istehsal ili 2024-cü il olan “SUV/Offroad” ban növünə malik 5 qapılı avtomobilin mühərrik gücü 2400-3500 kub sm. olmalı və benzilə işləməlidir.

    Qeyd edək ki, hazırda satışda olan və bu göstəricilərə uyğun olan “Toyota Land Cruiser” modelləridir.

    Məlumat üçün bildirək ki, tenderin qalibi olan “Toyota Absheron Merkezı” MMC 12 yanvar 2021-ci il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 10 000 manat olan MMC-nin hüquqi ünvanı Xırdalan şəhəri, Bakı-Quba Şossesi, ev 6 KM-də yerləşir. MMC-nin qanuni təmsilçisi Məmmədov Cəmil Böyükağa oğludur.

    Onu da bildirək ki, “Toyota” avtomobillərinin Azərbaycandakı satışını həyata keçirən “Toyota Absheron Merkezı” MMC tanınmış iş adamı İsgəndər Xəlilova məxsus olan “İSR Holdinq” şirkətlər qrupuna daxildir.

  • İcra başçısının qəbuluna getdi, özünə xəsarət yetirdi – Cərimə olundu

    Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbuluna iş üçün gələn şəxs özünə xəsarət yetirdiyinə görə saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, hadisə 2 oktyabr 2024-cü il tarixində, saat 11:20 radələrində baş verib.

    Belə ki, 1982-ci ildə Neftçala şəhərində doğulmuş V.N. oğlunun işlə təmin olunması ilə bağlı müraciət etmək üçün Neftçala Rayon İcra Hakimiyyətinə gedib. Həmin şəxsin oğluna Neftçala rayon Mənzil Kommunal İdarəsində fəhlə işi təklif edilib.

    V.N. isə spirtli içkinin təsiri altında olduğundan bu işi oğluna rəva bilməyib, əsəbləşərək İcra Hakimiyyəti binasının qarşısında uca səslə qışqıraraq söyüşlər söyüb və daha sonra özünə xəsarət yetirib. O, saxlanılaraq barəsində İnzibati Xətalar Məcəlləsinin 510-cu maddəsi ilə protokol tərtib edilib və iş məhkəməyə göndərilib.

    Məhkəmədə təqsirləndirilən şəxs əməlindən peşman olduğunu bildirib. Məhkəmənin qərarı ilə, V.N. 100 manat cərimə olunub.

    Xatırladaq ki, 21 iyun 2023-cü ildə Neftçala Rayon İcra Hakimiyyətinin başçısı Mirhəsən Seyidovun qəbulunda məmura kəllə ilə zərbə vuran şəxsə hökm oxunub. Məhkəmənin hökmü ilə Zaur adlı şəxs Cinayət Məcəlləsinin 221.2.2-ci maddəsi ilə təqsirli bilinərək 1 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilib. O, cəzasını 1 may 2024-cü ildən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkir.

  • Nəcməddin Sadıkov uzun müddət sonra görüntüləndi – FOTO

    Müdafiə nazirinin sabiq birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının keçmiş rəisi general-polkovnik Nəcməddin Sadıkov uzun fasilədən sonra ictimaiyyət arasında görünüb.

    Median.Az “Unikal”a istinadən məlumatına görə, N.Sadıkov Binə Atçılıq Mərkəzində “Mahir Muradov Kuboku” uğrunda keçirilən konkur yarışlarını izləyib.

    O, Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevlə yanaşı əyləşib.

    Xatırladaq ki, N.Sadıkov 2 noyabr 1993-cü ildə müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargahının rəisi vəzifəsinə təyin edilib. 2020-ci ilin oktyabrında tutduğu vəzifədən azad edilib.

  • Pensiyaçıların sayının azalmasına səbəb olan 3 amil…

    “Azərbaycanda orta ömür rəsmi məlumatda göstəriləndən daha azdır”.

    Bunu Qaynarinfo-ya açıqlamasında ekspert Akif Nəsirli deyib. O, hesab edir ki, statistikalar təhlilər üçün nəzərdə tutulur:

    “Reallıqlar real rəqəmlərə təsir edir. Bütün bunlar pensiyaya çıxan əhalinin sayının azalmasına gətirib çıxardır. Pensiya yaşına çatmadan da dünyasını dəyişənlər az deyil”.

    Akif Nəsirli bildirib ki, Azərbaycanda qadınlar 64, kişilər isə 65 yaşında pensiyaya çıxır:

    “Kişilərin orta yaş həddi təxminən 72, qadınların isə ömür uzunluğu 74-dür. Azərbaycan qanunla pensiyaçılara 12 il pensiya verilir. 12 illik pensiya müddətinin bu qədər uzun olması, orta ömür uzunluğunun aşağı düşməsi, pensiya yaşının qaldırılması – bu 3 amilin təsiri altında pensiyaçılarımızın sayı yaşa görə sürətlə azalır”.

    Akif Nəsirlinin fikrincə, 2017-ci ilin iyulun 1-də qüvvəyə minən qanunun əsas, yəni görünməyən hədəflərindən biri bu idi ki, pensiyaçıların sayı azalsın:

    “Yəni dövlət büdcəsinin xərclərinin bu istiqamətdə azaldılması qanunun əsas hədəflərindən biri idi. Artıq indi bu hədəfə nail olunur. Ona görə də pensiyaçılarımızın sayı sürətlə azalır. Bura ömür uzunluğu da təsir edir. Çünki hazırda statistika 71 və 74 yaş göstərir”.

  • 75 yaşında siqareti tərgitmək sizə əlavə 0,7 il ömür verə bilər (ARAŞDIRMA)

    Miçiqan Universitetinin amerikalı alimləri müəyyən ediblər ki, istənilən yaşda siqareti tərgitmək sağlamlığa fayda verir və ömrü uzadır.

    Qaynarinfo xəbər verir ki, tədqiqat “American Journal of Preventive Medicine” (AJPM) elmi jurnalında dərc olunub.

    Siqaret tüstüsü bədənin demək olar ki, hər bir orqanına zərər verən və çoxsaylı xərçəng növləri, insult, ürək və ağciyər xəstəlikləri ilə əlaqəli minlərlə zəhərli kimyəvi maddə ehtiva edir.

    Mütəxəssislər 10 illik fasilələrlə 35-75 yaş arası insanlarda siqaretin gözlənilən ömür uzunluğuna təsirini ölçüblər. Tədqiqatçılar müxtəlif yaşlarda siqareti tərgitməyin faydalarını göstərən həyat cədvəlləri qurmaq üçün siqaretlə əlaqəli bütün səbəblərdən ölüm hallarının nisbi risklərindən istifadə ediblər.

    Heç vaxt siqaret çəkməyən insanlarla müqayisədə 35, 45, 55, 65 və ya 75 yaşlarında olan siqaret çəkənlər bütün ömrü boyu siqaret çəkməyə davam edərlərsə, müvafiq olaraq orta hesabla 9,1, 8,3, 7,3, 5,9 və 4,4 il itirəcəklər.

    Ancaq bu yaşların hər birində siqareti buraxsalar, orta hesabla müvafiq olaraq 8,0, 5,6, 3,4, 1,7 və 0,7 il itkidən qaçacaqlar. Nəticələr göstərib ki, 65 yaşında siqareti buraxan insanların təxminən 10%-i buraxmayanlara nisbətən ən azı 8 il daha çox ömür qazanır.

    Alimlər qeyd ediblər ki, 65 yaşında tütündən imtina edənlərin ömrünü ən azı bir il uzatmaq şansı 23,4%, 75 yaşında isə 14,2% təşkil edir. Bundan əlavə, 75 yaşına qədər siqareti buraxanların 8%-i siqaret çəkməyə davam edənlərlə müqayisədə ən azı dörd il daha çox ömür qazanır.