Month: October 2024

  • İranda 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verildi

    İranda 15 yaşlı qızların dünyaya uşaq gətirmələrinə icazə verilib.

    “Azad İran” “Telegram” kanalının İran mediasına istinadla verdiyi məlumata görə, bu barədə İranın səhiyyə nazirinin müavini Əlirza Rəisi bəyan edib.

    O, ölkədə hamiləlik üçün yaş həddi aradan qaldırıldığını bildirib. Nazirin sözlərinə görə, artıq ölkədə hamiləlik üçün yaş həddi 15-49 arasındadır.

    İranlı rəsmi gənclərin evlənməsi üçün xüsusi ödənişlərin nəzərdə tutulduğunu da qeyd edib.

    Ə.Rəisi, həmçinin tibb kitablarında yeniyetmə qızlar üçün istifadə edilən “yüksək riskli hamilə analar” ifadəsinin çıxarılaraq “xüsusi qayğıya ehtiyacı olan” analar ifadəsi ilə dəyişdiriləcəyini vurğulayıb.

  • Bakıda 16 yaşlı qızı motosikletlə vuraraq iflic edən şəxs: “Özümdə günah görmürəm” – VİDEO

    Bakının Əhmədli qəsəbəsində motosiklet qəzası 16 yaşlı qızı iflic edib.

    Belə ki, 6 ay öncə məşğələdən qayıdan Fidan Abbasovanı motosiklet vurub.

    “Kitabımı unutmuşdum, yolu qaçaraq keçdim. Bu zaman məni motosiklet vurdu. Əlimlə ayağımı yoxladım, gördüm ki, hiss etmirəm. Xəstəxanaya çatdırılanda məlum oldu ki, onurğam bir neçə yerdən qırılıb, daxili orqanlarım xəsarət alıb. Lakin əməliyyatdan sonra anama dedilər ki, mən bir daha yeriyə bilməyəcəyəm. Hətta aldığım xəsarətlərdən gələcəkdə ana olma şansım yoxdur” , – deyə F.Abbasova bildirib.

    Zərərçəkənin anası Nailə Xəlilovanın sözlərinə görə, övladını vuran şəxs Mirpaşa Məmmədov ərazidəki şəxslərə sürətinin yüksək olduğunu və saxlayarsa, özünün xəsarət ala biləcəyini deyib. O, motosikletini götürərək ərazidən uzaqlaşıb.

    Mirpaşa Məmmədovun sözlərinə görə, bədbəxt hadisədən özünü günahlandırmır:

    “Axşam saatları idi. Ərazidə piyada xətti yox idi. Qız qəfildən yoluma çıxdı. Özüm də xəsarət almışam”.

    Faktla bağlı müvafiq maddə ilə cinayət işi başlanılıb.

    Ətraflı Real TV-nin süjetində:

  • İnternet üzərindən çətənə yağı və toxumunun satışı qanunidirmi? – VİDEO

    Sosial şəbəkələrdə çətənə yağı və toxumu satılır.

    Xezerxeber.az-ın məlumatına görə, “müxtəlif xəstəliklərin dərmanı” adı altında bu məhsulun açıq satışını həyata keçirirlər. Həmin şəxslərdən biri ilə əlaqə saxladıq. O deyir ki, çatdırılma ilə məhsulları əldə etmək mümkündür.

    Həkimlərin sözlərinə görə, bu bitkinin satışına icazə verilən ölkələrdə yağının və toxumunun da satışı həyata keçirilir. Allerqoloq Şahvələd Məmmədov bildirib ki, bu məhsul xaricdə qida əlavəsi kimi yalnız həkim nəzarəti ilə qəbul edilir.

    Səhiyyə Nazirliyinin Analitik Ekspertiza Mərkəzindən bildirilib ki, məhsulun dərman kimi satışı Azərbaycanda qadağandır.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyi ölkə ərazisində qanunsuz olaraq narkotik vasitə, psixotrop maddə və ya onların prekursorlarını hazırlama, istehsal etmə, əldə etmə, saxlama, daşıma, göndərmə və ya satılmasının qadağan olduğunu vurğulayıb. Bu əməli törədən şəxslər cinayət məsuliyyətinə cəlb olunurlar. Həmçinin, qanunsuz olaraq tərkibində narkotik maddələr olan bitkiləri kultivasiya etmək də cinayət məsuliyyəti daşıyır.

    Göndərilən sorğuya Azərbaycan Qida Təhlükəsizliyi Agentliyindən məsələnin araşdırıldığı bildirilsə də, iki gün ərzində heç bir cavab verilməyib.

    Ətraflı sujetdə:

  • Prezident İlham Əliyev COP-öncəsi tədbirin iştirakçılarına müraciət ünvanlayıb

    Azərbaycan Prezidenti İlham Əliyev Bakıda keçirilən BMT-nin İqlim Dəyişmələri üzrə Tərəflərin İlkin Konfransının (Pre-COP29) iştirakçılarına müraciət ünvanlayıb.

    Median.Az AZƏRTAC-a istinadən bildirir ki, müraciətdə deyilir:

    “Hörmətli nazirlər,

    Xanımlar və cənablar,

    Mən sizi Bakıda keçirilən COP-öncəsi tədbirində salamlayıram.

    İqlim dəyişmələri bütün qitələrin ölkələrinə təsir edir, ancaq inkişaf etməkdə olan kiçik ada dövlətləri bu təsirlərə daha həssasdır. Bu, qlobal miqyasda insanların yaşayışına mənfi təsir göstərir və Dayanıqlı İnkişaf Məqsədlərinə nail olmaq istiqamətində irəliləyişə mane olur.

    Burada Azərbaycan da istisna deyil. Biz hər il çaylarımızda suyun səviyyəsinin azaldığını, Xəzər dənizinin isə səviyyəsinin aşağı düşdüyünü görürük. Azərbaycan da su qıtlığı ilə də üzləşib.

    Azərbaycan bu çağırışların öhdəsindən gəlmək üçün cəsarətli addımlar atır. Biz milli səviyyədə “təmiz ətraf mühit və yaşıl inkişaf” sosial-iqtisadi prioritetimizi uğurla icra edirik. Azərbaycan 2024-cü ili “Yaşıl dünya naminə həmrəylik ili” elan edib.

    Zəngin külək və Günəş enerjisi potensialımız bizə bərpaolunan enerji gündəliyini inkişaf etdirməyə imkan verir. “Yaşıl enerji” zonaları elan edilmiş işğaldan azad olunmuş Qarabağ və Şərqi Zəngəzur kifayət qədər bərpaolunan enerji mənbələrinə malikdir.

    Azərbaycan, həmçinin, neft və qaz hasilatından əldə etdiyi gəlirləri “yaşıl enerji”yə yatırır. Bu, açıq şəkildə göstərir ki, qazıntı enerji növləri ilə zəngin olmağımız yaşıl gündəliyi təşviq etmək istiqamətində addımlarımıza mane olmur.

    Qlobal istixana qazı emissiyalarında payının cəmi 0,1 faiz təşkil etdiyi ölkə kimi Azərbaycan daha kiçik emissiya payına sahib ölkələrin iqlim dəyişmələri ilə mübarizəyə əhəmiyyətli töhfələr verə biləcəyi ilə bağlı bir nümunə göstərir.

    Qlobal iqlim fəaliyyətinə dəstək vermək əzmimiz COP29 tədbirinə ev sahibliyi etmək üçün namizədliyimizin irəli sürülməsi ilə nəticələndi.

    Mən Azərbaycana verilən yekdil dəstəyi beynəlxalq ictimaiyyətin ölkəmizə olan inamının təzahürü hesab edirəm. Biz fəxr edirik ki, Cənubi Qafqazda və bütün regionda ilk COP Azərbaycanda keçiriləcək.

    İxtiyarımızda bir ildən az vaxtın olmasına baxmayaraq, biz tam məsuliyyəti öz üzərimizə götürərək nəzərəçarpan nailiyyətlər əldə etdik. Qadınların, parlament üzvlərinin və vətəndaş cəmiyyəti nümayəndələrinin cəlb olunduğu inklüziv COP29 Təşkilat Komitəsi Bakı COP tədbirinə hərtərəfli hazırlıq işlərinin görülməsini təmin edir.

    COP29 Sədrliyi “Yaşıl dünya naminə həmrəylik” şüarını rəhbər tutaraq bütün maraqlı tərəflərlə konstruktiv ruhda və şəffaf şəkildə əməkdaşlıq edir, çoxsaylı səfərlər həyata keçirir və narahatlıqlarını nəzərə almaq üçün hamını dinləyir.

    Biz inkişaf etməkdə olan kiçik ada dövlətləri üçün iqlim dəyişmələrinin səbəb olduğu çağırışların həllini prioritet olaraq müəyyənləşdirmişik. Azərbaycan bu dövlətlərə kömək etməyi özünə mənəvi borc hesab edir və onlara həm maddi, həm də siyasi, o cümlədən Millətlər Birliyi təşkilatı çərçivəsində dəstəyini göstərir.

    Göstərilən səylərin davamlılığını təmin etmək məqsədilə BƏƏ, Azərbaycan və Braziliya tərəfindən COP28, COP29 və COP30-un sədrləri qismində “İqlim Troykası” təsis edildi.

    Azərbaycan sülh, maliyyə, insan kapitalı, su kimi bir sıra digər məsələlər üzrə 14 təşəbbüsdən ibarət iddialı Fəaliyyət Gündəliyi hazırlayıb. Mövcud olan geosiyasi gərginlik fonunda “COP atəşkəs çağırışı” öz aktuallığını daha da artırmış olur.

    Qeyd etmək lazımdır ki, bu ilin sentyabrında Bakıda İtki və Zərərə Cavab Fondunun əməli fəaliyyətə başlaması istiqamətində mühüm irəliləyiş əldə olunub.

    Bununla belə, qarşımızda duran əsas vəzifə inkişaf etməkdə olan, az inkişaf etmiş və inkişaf etməkdə olan kiçik ada dövlətlərinin ehtiyaclarına cavab verən ədalətli və iddialı Yeni Kollektiv Kəmiyyət Məqsədinin (NCQG) razılaşdırılmasından ibarətdir. Yeni maliyyə məqsədi əhəmiyyətli artım tələb edir.

    COP29-un sədri olaraq nə Azərbaycan, nə də digər dövlət başqalarının adından qərar qəbul edə bilər. Bizim rolumuz danışıqlara dəstək vermək üçün platforma təmin etməkdən ibarətdir və inanırıq ki, bu rolumuzu qərəzsiz şəkildə yerinə yetirməkdəyik. Azərbaycanın təşəbbüsü ilə irəli sürülmüş innovativ “Şamaxı məsləhətləşmələri” iqlim üzrə danışıqların gələcək inkişafı üçün səmərəli qeyri-rəsmi format rolunu oynaya bilər.

    COP29-a hazırlığın son mərhələsinə daxil olduğumuz bir vaxtda, mən sizi bəşəriyyət naminə konstruktiv şəkildə və xoş məramla əməkdaşlıq etməyə çağırıram. Dövlətlərin ümumi, lakin fərqli məsuliyyətləri olsa da, onlar fikir ayrılıqlarını bir kənara qoymalı, bir-birini günahlandırmağı dayandırmalı və ortaq məxrəcə gəlməlidirlər. Qlobal istiləşmədə kimin günahkar olduğunu və ya kimin ətraf mühitə daha çox zərər vurduğunu müəyyənləşdirmək üçün vaxt itirməyə haqqımız yoxdur.

    Dəfələrlə vurğulandığı kimi, Bakı COP tədbiri çoxtərəflilik üçün həlledici sınaq olacaq. Beynəlxalq ictimaiyyətin uğursuzluğa düçar olmağa ixtiyarı yoxdur və Yeni Kollektiv Kəmiyyət Məqsədi (NCQG) ilə bağlı razılaşma əldə olunmalıdır. Mən COP29-da bizim ümumi uğurumuz kimi tarixə düşəcək tarixi razılaşmanın – “Bakı Sazişi”nin əldə olunmasını gözləyirəm.

    Burada bəzi media qurumlarının Azərbaycanın imicini ləkələmək məqsədi daşıyan qarayaxma kampaniyasına toxunmaya bilmərəm. Bu cəhdlər əbəsdir və bizi iqlim dəyişmələrinin mənfi təsirləri ilə mübarizə aparmaq üçün nəcib missiyamızı həyata keçirməkdən çəkindirə bilməz.

    Mən yaşıl dünya naminə həmrəylik ruhunda birgə fəaliyyət göstərmək üçün noyabrın 12-dən 13-dək Bakıda keçiriləcək Dünya Liderlərinin İqlim Fəaliyyəti Sammitində dövlət və hökumət başçılarını salamlamağı arzulayıram.

    Sonda sizə gələn ay Bakıda uğurlu nəticələrin əldə olunması ilə nəticələnəcək səmərəli müzakirələrin keçirilməsini arzulayıram”.

  • На Земле ожидается самая сильная магнитная буря года

    Магнитная буря до класса G4 или выше начнется сегодня. По силе она сможет сравниться с бурями, прошедшими в мае этого года.

    Об этом сообщил ведущий специалист российского центра погоды “Фобос” Михаил Леус.

    “Новые прогнозы подтверждают предварительные выводы исследователей. Магнитные бури ожидаются очень сильными, в пике до класса G4 или даже выше, и продолжительными. Начало возмущений магнитосферы Земли ожидается сегодня, около полудня, и продлятся магнитные бури с колебаниями интенсивности в диапазоне от средней до очень сильной, G2-G4, до конца суток пятницы, 11 октября”, – написал синоптик в своем Telegram-канале.

    По его словам, бури продолжатся в субботу с меньшей интенсивностью и прекратятся только в воскресенье.

    “Ожидаемая магнитная буря может побороться за звание самой сильной и продолжительной бурей нынешнего года с событиями, произошедшими 10-12 мая”, – отметил он.

  • Növbəti iki gün güclü geomaqnit qasırğası baş verəcək

    Oktyabrın 10-12-də güclü geomaqnit qasırğası baş verəcək.

    Bu barədə Bakı Dövlət Universitetinin Fizika fakültəsinin Astrofizika kafedrası məlumat yayıb.

    Qeyd olunub ki, Günəşin səthində bir sıra aktiv oblastlarda güclü X sinif (radiodalğaların yayılmasına güclü maneələr yaradan) alışmaların baş verdiyi müşahidə olunub. Oktyabrın 9-da gecə saatlarında Günəşdə güclü X1.8 alışması baş verib. Alışmalar səbəbindən yaranan güclü şüalanma və tac kütlə atılması (TKA) 10-12 oktyabr tarixlərində Yerə çatacaq.

    Günəş aktivliyinin 11-12 oktyabr tarixinədək yüksək aktiv səviyyədə olacağı, eləcə də X alışmaların ola biləcəyi proqnozlaşdırılır. Yaranan Günəş qasırğaları (S1-S2 – nəzərə alınmayan-orta) oktyabrın 10-dək davam edəcək, sonrakı dövrdə fon səviyyəsinə enəcək. Həmin dövrdə Günəş küləyi parametrləri həyəcanlaşmış vəziyyətdə olacaq.

    X1.8 alışması səbəbindən yaranan TKA planetlərarası fəzada saniyədə 1200-1400 km sürətlə yayılacaq, Yer yaxınlığında isə sürəti 600-700 km/s təşkil edəcək. Yaranmış bir neçə TKA hesabına Günəş küləyi zərbə keçidində olacaq. TKA-ların təsiri 10-12 oktyabr tarixlərində hiss ediləcək, oktyabrın 12-dən intensivliyi azalacaq, sonradan parametrlər fon səviyyəsinə enəcək. Yaranacaq qəfil impuls xüsusi peyklər tərəfindən 30-45 dəqiqə müşahidə olunacaq, sonrakı mərhələdə Yerdə olan maqnetometrlər vasitəsilə qeydə alınacaq.

    Oktyabrın 10-11-də Yerin geomaqnit sahəsi həyəcanlanmış səviyyədə, geomaqnit aktivliyi göstərən əmsal isə 6-7 olacaq. Oktyabrın 10-dan 11-nə keçən dövrdə G4 (güclü) geomaqnit qasırğasıının olacağı proqnozlaşdırılır. Yerin maqnit sahəsinin təsirindən asılı olaraq geomaqnit sahə dəyişə bilər.

  • 45 yaşlı kişi qızının sinif yoldaşını evinə çağırıb, təcavüz etdi

    Salyan rayonunda 1979-cu il təvəllüdlü Vahid yetkinlik yaşına çatmayan Faziləyə (adlar şərti göstərilib – red.) təcavüz edib.

    Teleqraf.com-un məlumatına görə, Vahid 2012-ci il təvəllüdlü qızı Nərminin sinif yoldaşı olan Fazilənin on dörd yaşına çatmadığını bilib.

    Qıza qarşı özündə cinsi istək formalaşdıran Vahid onun hər hansı müqavimət göstərə bilməyəcəyindən, lal-kar, psixi xəstə olan valideynilərinin himayəsindən məhrum olmasından, habelə özünün fiziki cəhətdən üstünlüyündən təsiretmə üsulu kimi yararlanıb.

    O, Fazilənin köməksiz vəziyyətindən istifadə etməklə seksual xarakterli zorakılıq hərəkətləri edib və öz cinsi ehtirasını pozğun formada təmin etmək qərarına gəlib. 2022-ci ilin fevral ayından həmin ilin iyul ayınadək dəqiq məlum olmayan aylarda və günlərdə Fazilə ilə cinsi əlaqəyə girib.

    Faziləni qızı Nərminlə görüşdürmək bəhanəsi ilə Salyan rayonunun kəndindəki evinə dəvət edib. Daha sonra o, zəif vəziyyətindən istifadə edərək onunla cinsi əlaqədə olub, seksual xarakterli hərəkətlər edib.

    İstintaq orqanı tərəfindən Vahidin barəsində Cinayət Məcəlləsinin 150.3.3-cü (on dörd yaşına çatmayan şəxs barəsində seksual xarakterli zorakılıq hərəkətləri törətmək) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Vahid ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilməyib. O bildirib ki, Fazilə ilə arasında məktəblə bağlı problem olub:

    “Fazilə mənim qızımı məktəbdə döyürdü, uşağım da ağlayaraq üstümə gəlirdi. Bu barədə məktəbə gedərək direktora, müəlliməyə və Fazilənin dayısına şikayət etmişəm. Biz də razılığa gələrək Faziləni məktəbdən uzaqlaşdırdıq, onu uşaq evinə verdilər. Bundan sonra Fazilə həmişə məndən narazı qaldı. Dedi ki, səni tutduracam, buradan uzaqlaşsam, səndən şikayət edəcəyəm. Məktəbin direktoru da dedi ki, bununla mən bacarmıram.

    Özümü heç bir cinayətdə təqsirli bilmirəm, heç nədən həbsdə əzab çəkirəm. Xəstəyəm, Faziləni öyrədərək bura yollayıblar, dediklərinin hamısı yalandır”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, Fazilə onun evinə bir dəfə özü işdə olan vaxt gəlib, uşağı ilə oynayıb: “Həmin vaxt evimdə kimlər olub, bilmirəm. Onu uşağımdan həmişə uzaqlaşdırmağa çalışmışam. Fazilə dəfələrlə mənə zəng vurub, lakin telefona cavab verməyib, söndürmüşəm. Sonra geri yığaraq ondan “niyə zəng vurursan?”, deyə soruşmuşam. O isə uşağımla danışmaq istədiyini deyib.

    Evdə olanda telefonunu qızıma vermişəm, Fazilə ilə danışdırmışam. İki dəfə belə hadisə olub. Faziləni qətiyyən zəng vuraraq evimə çağırmamışam”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, onu döyüblər, təhdid ediblər və ondan 17 min manat pul istəyiblər: “Qardaşlarım da bununla bağlı Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng vuraraq şikayətlər ediblər. Məni soyundurublar, sonra bədənimdə olanları yazıblar ki, qız belə deyir. Mənə qarşı sübut olmadığına görə bunu ediblər.

    Fazilə zəng vurarkən çox vaxt işdə olmuşam, telefonumu söndürmüşəm. Çoxsaylı zənglərindən sonra açaraq soruşmuşam ki, nə istəyirsən. Özüm heç vaxt ona zəng vurmamışam. İlk dəfə mənə məxsus telefondan Faziləyə zəng vurulmasının səbəbini bilmirəm. Bəlkə də qızım zəng vurub. Mənim Faziləyə zənglərimin səbəbi odur ki, deyim, bizə zəng vurma.

    Fazilə ilə heç bir cinsi təmasım olmayıb. Günahsız yerə yatıram, bunlar oyunudur, cəzasını mən çəkirəm”.

    İş üzrə zərərçəkmiş qismində ifadə verən Fazilənin sözlərinə görə, dəqiq xatırlamadığı vaxtda Vahid ona zəng edərək qızı Nərminlə oynaması üçün evinə çağırıb: “Vahid məni aldatdı. Onlara getdikdə bildim ki, Nərmin nənəsigilə gedir. Mən də onlarla birlikdə getdim. Nərmin nənəsigildə qaldı, Vahidlə mən geri qayıtdıq. Həmin vaxt məktəbə gedən vaxtlar olardı. Vahid mənə dedi ki, bizə gəl. Birlikdə onun evinə getdik, divanda oturduq.

    Əvvəlcə Vahid gələrək divanda məni qucağında oturdu. Sonra dedi, o biri otağa gəl. Mən də onun təklifi ilə həmin otağa getdim. Yerə uzadaraq şalvarımı əynimdən çıxardı. Daha sonra özü də soyundu. Üstümə iyrənc hərəkətlər etməyə başladı. Pozğun hərəkətlər etdi, onları burada dilimə gətirə bilmirəm. Məni məcbur elədi. Çirkin əməlini başa çatdırandan sonra evimə getdim”.

    Zərərçəkmiş qeyd edib ki, bundan sonrakı günlərdə Vahid onu yenə çağırıb: “Mən də onlara gedirdim. Deyirdi ki, gəl, qızım Nərminlə oyna, mən də oynamaq istəyirdim. Lakin onlara getdikdə Vahidin yenə məni aldatdığını, evdə heç kim olmadığını görürdüm.

    Mən dördüncü sinifdə oxuyandan Vahid bu hərəkətləri öz evində edirdi. Belə hərəkətləri çox olub. Hər dəfə ona inanaraq Nərminlə oynamaq üçün getmişəm. O, məni otağa aparırdı, özü də mənim yanıma uzanırdı. Sonra üstümə çıxırdı. Məni iyrənc hərəkətlər etməyə məcbur edirdi. Onun dediklərini edirdim”.

    Fazilənin ifadəsinə görə, daha sonra beşinci sinifdə internat məktəbinə gedib: “Könüllü internat məktəbinə getdim ki, Vahid məndən əl çəksin. Çünki məndən əl çəkmirdi, çirkin əməllərini davam etdirirdi. Bu barədə internat məktəbində olanda qızlara dedim. Qızlar gedərək xəbərlədilər. Bunu qızlara yemək yeyərkən demişəm. Bundan sonra dayımı məktəbə çağırdılar. Məni müayinəyə apardılar”.

    Zərərçəkmiş qeyd edib ki, daha sonra başqaları da ona əxlaqsız hərəkətlər ediblər: “Hər gün mənə əxlaqsız hərəkətlər edirdilər. Vahid öz nömrəsini mənə vermişdi, mən də ona zəng vururdum. Daha çox Vahid zəng vuraraq mənimlə danışırdı. Deyirdi ki, hardasan, mən də evdə olduğumu deyirdim. Sonra deyirdi ki, bizə gələrsən. Mən də gələcəyimi deyirdim. Vahiddən şikayətçiyəm, onunla barışmıram”.

    Zərərçəkmiş daha sonra ifadəsində həm yaşadığı, həm də qonşu kəndlərdə, kəndarası çöllük ərazilərdə başqa-başqa oğlanlarla cinsi əlaqəyə girməsindən, onların seksual xarakterli hərəkətlər etməsindən danışıb: “Birinci dəfə izahat verəndə Samirin, Pərvizin, Fəridin və Fəhminin adlarını polisə demişəm. Birinci dəfə Samirin mənimlə cinsi əlaqədə olduğunu bildirmişəm.

    Samirin mənimlə cinsi əlaqədə olmasını Vahid bilib, bu barədə ifadəsində də deyib. O, bunu düz danışır. Amma Vahid də mənimlə intim əlaqədə olub. Belə olduğunu Allaha and içirəm. İlk dəfə izahat verəndə Vahidin adı yadımdan çıxdığından onun adını çəkməmişəm. Mənimlə cinsi əlaqədə olanların hamısı yadımdadır. Sayı on altı nəfərdir. Yadıma düşdükcə onların da adlarını deyəcəm”.

    Bu cinayət işinə Lənkəran Ağır Cinayətlər Məhkəməsində baxılıb. Məhkəmənin hökmü ilə Vahid 11 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

    Qeyd edək ki, bundan əvvəl zərərçəkmişə qarşı seksual xarakterli hərəkətlər etməkdə ittiham olunaraq bir neçə nəfər mühakimə edilib və barələrində ittihamedici hökm çıxarılıb.

  • Защитник сборной Греции Джордж Болдок найден мертвым

    Защитник греческого футбольного клуба “Панатинаикос” Джордж Болдок был найден мертвым в бассейне своего дома в Афинах.

    Об этом сообщает SDNA.

    На данный момент никаких дополнительных подробностей о смерти 31-летнего спортсмена не разглашается.

    По данным источника, футболист сборной Греции не отвечал на звонки жены, после чего она позвонила владельцу виллы, где жил Болдок, чтобы выяснить, что произошло. Он нашел 31-летнего грека без сознания в бассейне и немедленно позвонил в скорую помощь. Приехавший врач констатировал смерть.

    Опытный защитник почти всю свою карьеру провел в Англии, играя за “МК Донс”, “Нортгемптон”, “Тэмворт”, “Оксфорд Юнайтед” и “Шеффилд Юнайтед”, а этим летом он перешел в “Панатинаикос”.

    С 2022 года Болдок также был игроком сборной Греции, в составе которой сыграл 12 матчей.

  • Yunanıstan millisinin futbolçusu evində ölü tapılıb

    Futbol üzrə Yunanıstan milli komandasının müdafiəçisi Corc Baldok 32 yaşında vəfat edib.

    Bu barədə SDNA agentliyi məlumat yayıb.

    Məlumata görə, futbolçunun meyiti onun Afinadakı evinin hovuzunda tapılıb.

    Hələlik futbolçunun hansı səbəbdən dünyasını dəyişdiyi məlum deyil.

    Məlumat üçün qeyd edək ki, C.Boldokun son klubu Yunanıstanın “Panatinaykos” klubu olub. O, Yunanıstan millisinin heyətində 12 oyun keçirib.

  • Пострадавший несколько дней назад в ДТП в Сумгайыте пешеход скончался в больнице

    Пешеход Мазахир Дуньямалыев (1978 г.р.), которого несколько дней назад в Сумгайыте сбил автомобиль, скончался в больнице.

    Как сообщает Report, инцидент произошел 30 сентября на улице Самеда Вургуна.

    Пострадавший был госпитализирован. Несмотря на усилия врачей, спасти ему жизнь не удалось.

    По данному факту ведется расследование.