Month: October 2024

  • Qarabağa avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılır

    Sabah saat 11:00-da Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə noyabr ayı üçün biletlər satışa çıxarılacaq.

    Median.Az bu barədə agentliyə istinadən xəbər verir.

    Bakı-Şuşa, Əhmədbəyli-Şuşa, Bakı-Ağdam və Bərdə-Ağdam reyslərinə biletləri vətəndaşlar  www.yolumuzqarabaga.az portalı üzərindən əldə edə bilərlər.

    Bakı-Xocalı-Xankəndi-Şuşa, Bərdə-Xankəndi və Bakı-Laçın reyslərinə isə biletlər onlayn qaydada  https://biletim.az/ portalı üzərindən əldə edilir.
    Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

    Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

    İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 1 120 reys həyata keçirilib, 34 981 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.

  • AQTA 350 hotelin qidalanma blokunda yoxlama aparıb

    Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən vətəndaşların təhlükəsiz və keyfiyyətli qida məhsulları ilə təmin edilməsi, istehlakçı hüquqlarının qorunması, kütləvi tədbirlər zamanı qida zəhərlənməsi hallarının qarşısının alınması, qidalanmanın təşkilinə nəzarət məqsədilə tədbirlər davam etdirilir.

    Tədbirlər çərçivəsində AQTA tərəfindən Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə ümumilikdə 350 hotelin qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qiymətləndirmə aparılan bir sıra hotellərin qida blokunda qida təhlükəsizliyi tələblərinin pozulması faktı aşkarlanıb ki, bununla bağlı obyekt rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

    Aparılan təkrar qiymətləndirmə nəticəsində 223 hotelin qidalanma blokunda aşkarlanan nöqsanların tam, 20-də qismən aradan qaldırıldığı müəyyən edilib. 2 hotelin isə hazırda fəaliyyət göstərmədiyi məlum olub. Bu istiqamətdə nəzarət və tənzimləmə işləri davam etdirilir.

    Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

    Bildirilib ki, agentlik tərəfindən Azərbaycanın digər regionlarında yerləşən 159 hotelin də qidalanma blokunda qiymətləndirmə həyata keçirilib. Qida təhlükəsizliyi tələblərinə uyğunluğun qiymətləndirilməsi zamanı bəzi müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər görülüb.

    Qeyd edilib ki, hotellərlə yanaşı, Bakı və Sumqayıt şəhərləri, habelə Abşeron rayonunun inzibati ərazi vahidi üzrə keytrinq xidməti ilə məşğul olan 48 obyektin qida təhlükəsizliyi tələblərinə uyğunluğunun qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə zamanı bir sıra müəssisələrdə aşkarlanan nöqsanların həlli istiqamətində müvafiq tədbirlər həyata keçirilib, müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib. Hazırda həmin müəssisələrdə sağlamlaşdırma tədbirləri davam edir.

    Əlavə olaraq, 10 rezidensiyada da qiymətləndirmə aparılıb. Qida bloklarının, mətbəxlərinin qiymətləndirilməsi zamanı həmin müəssisələrin sanitar-texniki və sanitar-gigiyenik vəziyyətində bir sıra uyğunsuzluqlar müəyyən edilib. Nöqsanların aradan qaldırılması ilə bağlı müəssisə rəhbərlərinə icrası məcburi göstərişlər verilib.

  • COP29-da restoran, gözəllik salonları bağlanacaq? – Rəsmi cavab

    “COP29-la bağlı müxtəlif mağaza, restoran, gözəllik salonları və digər bu kimi iaşə obyektlərinin fəaliyyəti ilə bağlı hansısa məhdudiyyət nəzərdə tutulmayıb və bu səbəbdən onların iş rejimində hansısa dəyişikliyin olması gözlənilmir”.

    Bunu APA-ya açıqlamasında COP29 Əməliyyat Şirkətinin Koordinasiya Şurasının üzvü Ayan Nəcəf deyib.

    O, eyni zamanda qeyd edib ki, Bakıda İqlim fəaliyyəti üzrə Dünya Liderlərinin Sammitinin keçirildiyi 12-13 noyabr tarixlərində bəzi yollarda məhdudiyyətlər tətbiq olunacaq:

    “Həmin tarixlərdə işə gedən vətəndaşları çətinlik yaşanmasın deyə, daha çox ictimai nəqliyyatdan, xüsusən, yeraltı nəqliyyatdan istifadə etməyə çağırırıq”.

  • Türkiyə çempionu evinin eyvanından yıxılaraq ölüb

    Türkiyəli atlet Selen Durna evinin eyvanından yıxılaraq faciəli şəkildə vəfat edib.

    Median.Az Sporx.com-a istinadən xəbər verir ki, 32 yaşlı idmançı 6-cı mərtəbədən yerə çırpılıb.

    Hüquq-mühafizə orqanları S.Durnanın intihar etdiyini düşünür. Faktla bağlı araşdırma aparılır.

    Qeyd edək ki, ötən il “Beşiktaş” klubunda çıxış edən idmançı nizəatma üzrə Türkiyə çempionu olub. O, 2019-cu ildə Balkan çempionatının gümüş medalını qazanıb.

  • Ağadadaş Ağayevin ölkədən çıxışına QADAĞA

    Xalq artisti Ağadadaş Ağayev məhkəməyə verilib.

    Buna səbəb onun dövlətə vergi borclarının yaranmasıdır.

    Belə ki, müğənniyə məxsus “Ağadadaş” MMC-nin dövlət büdcəsinə vergi və fondlara borcu yaranıb. Lakin o, həmin borcları müəyyən olunan vaxt keçməsinə baxmayaraq, ödəməyib. Buna görə də Dövlət Vergi Xidmətinin Bakı şəhəri üzrə Lokal Gəlirlər Baş İdarəsi ona qarşı Bakı Kommersiya Məhkəməsində iddia qaldırıb.

    İddiada borcu ödəmədiyi təqdirdə Xalq artistinin Azərbaycandan çıxışına müvəqqəti qadağa qoyulması xahiş olunur.

    İddiaya hakim Kənan Hüseynov baxacaq.

    Qeyd edək ki, sənətçi bu yay Binəqədi rayonu ərazisində yerləşən “Medera” hospitaldakı qalmaqallı dava ilə gündəmə gəlib.

  • Новые иски против Р.Diddy: рэпера обвиняют в сексуальном насилии над несовершеннолетними

    Известный американский рэпер и продюсер Р.Diddy (настоящее имя – Шон Комбс) вновь оказался в центре громкого скандала. Согласно новым искам, поданным в суд штата Нью-Йорк, музыканта обвиняют в сексуальном насилии над 10-летним ребенком в 2005 году и 17-летним подростком в 2008-м.

    Об этом сообщает агентство Reuters.

    Гражданский иск был подан адвокатом Тони Бузби, который утверждает, что представляет интересы более 150 жертв насилия. По его словам, он уже подал не менее 17 исков против Р.Diddy. “Это только начало. Мы намерены добиться справедливости для всех пострадавших”, – заявил Бузби в интервью Reuters.

    Во втором иске другой обвинитель заявил, что в 2008 году, будучи 17-летним парнем, проходил прослушивание для реалити-шоу Making the Band, когда Комбс и его телохранитель совершили в его отношении сексуальное насилие.

    Подробности инцидентов пока не разглашаются.

    Адвокаты Р.Diddy категорически отвергают все обвинения. “Адвокат, стоящий за этим иском, заинтересован во внимании СМИ, а не в правде. В суде правда восторжествует. Комбс никогда не совершал сексуальных нападений и не занимался торговлей людьми”, – говорится в их заявлении, похожем на те, что были выпущены после более ранних исков.

  • Azyaşlıların cinsi istismarında ittiham olunan Diddiyə qarşı yeni iddialar qaldırıldı

    Məşhur ABŞ-li reper və prodüser Diddi (əsl adı Şon Kombs) ilə bağlı yenidən səs-küylü qalmaqal yaranıb.

    Nyu-York əyalət məhkəməsinə irəli sürülən yeni iddialara görə, musiqiçi 2005-ci ildə 10 yaşlı uşağa və 2008-ci ildə 17 yaşlı oğlana qarşı cinsi istismarda ittiham olunur.

    Bu barədə oxu.az “Reuters”ə istinadən xəbər verir.

    Mülki iddia vəkil Toni Buzbi tərəfindən qaldırılıb və o, 150-dən çox zorakılıq qurbanını təmsil etdiyini bildirir. Vəkilin sözlərinə görə, o, artıq Diddiyə qarşı ən azı 17 iddia qaldırıb.

    “Bu, yalnız başlanğıcdır. Biz bütün qurbanlar üçün ədalətə nail olmaq niyyətindəyik”, – deyə Buzbi “Reuters”ə müsahibəsində qeyd edib.

    İkinci iddiada başqa bir ittihamçı 2008-ci ildə 17 yaşında ikən “Making the Band” realiti-şousunun dinləmələrində iştirak etdiyini və bu zaman Kombs, eyni zamanda onun mühafizəçisi tərəfindən cinsi zorakılığa məruz qaldığını deyib.

    Hadisələrin təfərrüatı hələlik açıqlanmayıb.

    Diddinin vəkilləri bütün ittihamları qəti şəkildə rədd edirlər.

    “Bu iddianın arxasında duran vəkil həqiqətin ortaya çıxmasında deyil, medianın diqqətinin cəlb edilməsində maraqlıdır. Məhkəmədə həqiqət qalib gələcək. Kombs heç vaxt cinsi təcavüz və ya insan alveri ilə məşğul olmayıb”, – deyə Şon Kombsun vəkillərinin bəyanatında bildirilir və bu bəyanatlar daha əvvəlki məhkəmə iddialarından sonra verilənlərlə oxşarlıq təşkil edir.

  • Xankəndidə Mədəniyyət Mərkəzinin binası bərpa ediləcək

    Xankəndi şəhərində yerləşən Mədəniyyət Mərkəzinin binası bərpa ediləcək.

    “Report” bu barədə Xankəndi şəhərində, Ağdərə və Xocalı rayonlarında Bərpa, Tikinti və İdarəetmə Xidmətinə istinadən xəbər verir.

    Məlumata görə, artıq bununla bağlı hazırlıq işlərinə başlanılıb, müvafiq layihə hazırlanır.

  • COP29-a gələn qonaqlardan koronavirus testi götürülməyəcək

    BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasına (COP29) gələn qonaqlardan koronavirus testi götürülməyəcək.

    Bu barədə səhiyyə nazirinin müavini Nadir Zeynalov bildirib.

    COVID-19 pandemiyasında əldə edilən təcrübələrdən söz açan nazir müavini qeyd edib ki, Azərbaycanda Beynəlxalq Tibbi-Sanitariya Qaydalarında tətbiq olunur: “2005-ci ildə qəbul edilən bu qaydalar COVID-19 pandemiyası zamanı sınaqdan keçirildi. Azərbaycan da bu qaydalar çərçivəsində tədbirlər gördü. Artıq gələcəkdə belə hallar yaşanarsa, atılacaq addımların müəyyənləşdirilməsi və təhlükəsizliyin təmini daha asan olacaq”.

    Qeyd edək ki, bu ilin noyabrın 11-22-də Bakıda keçiriləcək COP29 konfransına müxtəlif ölkələrdən minlərlə ziyarətçinin səfər edəcəyi gözlənilir.

  • “Qızıl Top” mükafatının Rodriyə verilməsinin səbəbi açıqlandı

    “France Football” nəşrinin baş redaktoru Vensan Qarsiya “Qızıl top” mükafatının “Real Madrid”in cinah hücumçusu Vinisius Juniora deyil, “Mançester Siti”nin yarımmüdafiəçisi Rodriyə verilməsinin səbəbini açıqlayıb.

    Onun sözlərinə görə, buna səbəb “Real Madrid” klubundan Vinisiusla birlikdə daha dörd üzvünün namizədlər arasında yer almasıdır.

    Bu fakt riyazi olaraq Vinisiusun bir neçə xal itirməsinə yol açıb. Jürinin “Real Madrid”li futbolçular arasında seçim etməsi Rodriyə üstünlük qazandırıb.

    Qeyd edək ki, hər il dünyanın ən yaxşı oyunçusuna təqdim edilən “Qızıl top” mükafatının təşkilatçısı “France Football” nəşridir.