Month: October 2024

  • ABŞ Müdafiə Nazirliyi 5 ölkə ilə 1,2 milyard dollarlıq müqavilə imzalayıb

    ABŞ Müdafiə Nazirliyi Avstraliya, Braziliya, Yunanıstan, İsveç və Taylanda gələcək tədarük üçün “UH-60M Black Hawk” helikopterlərinin istehsalı üçün 1,2 milyard dollardan çox dəyərində müqavilə imzalayıb.

    Bu barədə Pentaqonun mətbuat xidməti məlumat yayıb.

    Müqavilə “Lockheed Martin”in törəmə şirkəti və bu helikopter modelinin istehsalçısı “Sikorsky Aircraft” ilə bağlanıb. Helikopterlərin qarşıdakı üç il ərzində sifarişçilərə çatdırılacağı təxmin edilir.

  • 15-й Всемирный климатический саммит пройдет параллельно COP29 в Баку

    17 ноября в Баку пройдет 15-ый Всемирный климатический саммит, крупнейшее мероприятие для бизнеса и государственного сектора, проходящее параллельно с конференциями COP.

    Этот форум служит платформой для обмена лучшими практиками в жизненно важных секторах, имеющих решающее значение для усилий по декарбонизации в области энергетики, транспорта, строительства, промышленности, финансов и природы.

    Нынешний саммит будет направлен на значительное усиление государственно-частного партнерства для реализации политики, инноваций и инвестиций, необходимых для достижения целей по энергопереходу к 2030 году, а также создания мира с нулевым уровнем выбросов и позитивного воздействия на окружающую среду к 2050 году.

    Поскольку COP29 станет важнейшим связующим звеном между результатами Глобального подведения итогов COP28 в Дубае (так называемый консенсус ОАЭ), и целями предстоящего пересмотра климатических планов на COP30 в Бразилии, крайне важно увеличить финансовые обязательства как со стороны государственного, так и частного секторов для ускорения прогресса.

    Ожидается, что саммит соберет рекордное количество участников – более чем 2000 из более чем 90 стран, как лично, так и онлайн, включая лидеров государств, руководителей крупнейших компаний, экспертов и активистов.

    Главной его темой станет ускорение действий по достижению целей Парижского соглашения и предотвращению катастрофических последствий изменения климата.

  • Bakıda COP29-a paralel olaraq 15-ci Dünya İqlim Sammiti keçiriləcək

    Bakıda noyabrın 17-də COP konfranslarına paralel olaraq biznes və dövlət sektoru üçün ən böyük tədbir olan 15-ci Dünya İqlim Sammiti keçiriləcək.

    Bu forum enerji, nəqliyyat, tikinti, sənaye, maliyyə və təbiət sahələrində dekarbonizasiya səyləri üçün həlledici əhəmiyyət kəsb edən vacib sektorlarda ən yaxşı təcrübələrin mübadiləsi üçün platforma rolunu oynayır.

    Hazırkı sammit 2030-cu ilə qədər enerji keçidi hədəflərinə nail olmaq, eləcə də 2050-ci ilə qədər sıfır emissiyalı və ətraf mühitə müsbət təsirli dünya yaratmaq üçün lazım olan siyasət, innovasiyalar və investisiyaların həyata keçirilməsi üçün dövlət-özəl tərəfdaşlığının əhəmiyyətli dərəcədə gücləndirilməsinə yönəlib.

    İrəliləyişi sürətləndirmək üçün həm dövlət, həm də özəl sektor tərəfindən maliyyə öhdəliklərini artırmaq çox vacibdir.

    Sammitin 90-dan çox ölkədən 2000-dən çox iştirakçını, o cümlədən dövlət başçılarını, ən böyük şirkətlərin rəhbərlərini, ekspertləri və fəalları həm şəxsən, həm də onlayn formatda bir araya gətirəcəyi gözlənilir.

    Sammitin əsas mövzusu Paris Sazişinin məqsədlərinə nail olmaq və iqlim dəyişikliyinin fəlakətli nəticələrinin qarşısını almaq üçün fəaliyyətlərin sürətləndirilməsi olacaq.

  • В Хачмазе оштрафованы автохулиганы из свадебного кортежа

    Дорожная полиция провела разбирательство по факту автохулиганства в прямом эфире в составе свадебного кортежа.

    Об этом сообщили в Главном управлении дорожной полиции (ГУДП).

    По информации, жители Хачмазского района Ряван Османлы и Фуад Мирзаев вели прямую трансляцию в соцсетях во время движения на дороге Гендоб-Ялама в составе свадебного кортежа, демонстративно нарушая общественный порядок и создавая аварийную ситуацию для других участников движения.

    “По результатам расследования факта были составлены соответствующие протоколы и направлены в суд для рассмотрения. Решением суда оба нарушителя были оштрафованы на 500 манатов с ограничением права на управление транспортным средством”, – заявили в ГУДП.

  • Toy karvanında avtoxuliqanlıq edərək sosial şəbəkədə yayımlayan şəxslər məsuliyyətə cəlb olunub

    Xaçmazda toy karvanında avtoxuliqanlıq edərək sosial şəbəkədə canlı yayımlayan şəxslər məsuliyyətə cəlb olunub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsindən (BDYPİ) məlumat verilib.

    Bildirilib ki, Xaçmaz rayon sakinləri Rəvan Osmanlı və Fuad Mirzəyev Gəndob-Yalama yolunda toy karvanında hərəkət edərkən sosial şəbəkədə canlı yayım açaraq ictimai qaydanı nümayişkaranə şəkildə pozub digər hərəkət iştirakçıları üçün qəza şəraiti yaratmaqla avtoxuliqanlıq ediblər:

    “Faktla bağlı aparılan araşdırmanın nəticələrinə əsasən müvafiq protokollar tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə hər iki şəxs sürücülük hüququ məhdudlaşdırılmaqla beş yüz manat məbləğində cərimə edilib.

    Baş Dövlət Yol Polisi İdarəsi toy karvanına qoşulan sürücülərin digər hərəkət iştirakçılarına münasibətdə heç bir üstünlüyə malik olmadıqlarını bir daha xatırladır və yeni ailə quran gənclərin sevincinə şərik olmaq adı altında sui-istifadə hallarına yol verən sürücülərə qarşı qanunvericiliyə uyğun daha kəsərli tədbirlərin görüləcəyini bildirir”.

  • Мехрибан Алиева поздравила Турцию с Днем Республики – ФОТО

    Первый вице-президент Азербайджанской Республики (АР) Мехрибан Алиева поделилась на своей официальной странице в Instagram публикацией по случаю Дня Турецкой Республики.

  • Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib – FOTO

    Azərbaycanın Birinci vitse-prezidenti Mehriban Əliyeva Türkiyə xalqını təbrik edib.

    Bununla bağlı o, sosial şəbəkə hesabında paylaşım edib.

    “Türkiyə xalqını milli bayram – Cümhuriyyət Günü münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Qoy Azərbaycan-Türkiyə birliyi və qardaşlığı əbədi və sarsılmaz olsun!” – deyə Birinci vitse-prezident paylaşımında qeyd edib.

  • Zərdabda qanunsuz ov etmək istəyən şəxslər saxlanılıblar

    Zərdabda qanunsuz ov etmək istəyən üç nəfər saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şirvan regional qrupundan verilən verilən məlumata görə, Zərdab Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən qanunsuz ovun qarşısının alınması istiqamətində keçirilən tədbirlər zamanı rayonun Otmanoba kəndi ərazisində çöl quşları ovlamaq istəyən rayon sakinləri A.Gülməmmədov, Ü.Rüstəmov və V.Sarıyev saxlanılıblar.

    Həmin şəxslərdən müvafiq sənədləri olmayan ov tüfəngləri və patronlar aşkar edilərək götürülüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Франция размещает своих разведчиков на армяно-азербайджанскую границу? – ВИДЕО

    С начала октября участились случаи посещения “наблюдателями” Европейского союза (ЕС) условной армяно-азербайджанской границы.

    Сегодня очередная группа была доставлена в приграничное с Зангиланом армянское село Неркин Анд.

    На кадрах, оказавшихся в распоряжении Repot, отчетливо видно, что сегодня на одной из трех прибывших к границе машин развевался французский флаг. Тогда как раньше “наблюдатели” передвигались на автомобилях ЕС.

    В транспортных средствах находились шесть человек в гражданской одежде. Не исключено, что эти лица являются сотрудниками французских разведывательных органов.

    Похоже, Франция уже начала открыто, без маскировки под ЕС, размещать сотрудников своих спецслужб на границе с Азербайджаном под собственным флагом.

    Это – очередной шаг Парижа, направленный на подрыв мирного процесса в регионе, поддержку реваншистских сил в Армении и подталкивание к новой войне.

  • Ermənistanın razılığı ilə Fransa öz kəşfiyyatçılarını Azərbaycanla sərhədə yerləşdirir – VİDEO

    Oktyabr ayının əvvəlindən Avropa İttifaqının “müşahidəçi”lərinin Azərbaycanla sərhəddə baş çəkməsi halları artıb.

    Bu gün daha bir qrup Zəngilanla sərhəddə yerləşən Ermənistanın Nerkin Hand kəndi yaxınlığına gətirilib.

    “Report”un əldə etdiyi kadrlardan açıq görünür ki, indiyədək “müşahidəçilər” Avropa İttifaqına məxsus avtomobillərdə hərəkət etdiyi halda, bu gün sərhədə gələn üç avtomobildən birinin üzərində Fransa bayrağı dalğalanıb.

    Sərhəd kəndə gələn avtomobillərdə altı nəfər mülki geyimli şəxs olub. Bu şəxslərin Fransanın kəşfiyyat orqanlarının əməkdaşları olduğu da istisna deyil.

    Görünür, Fransa artıq Aİ adı altında maskalanmadan kəşfiyyat orqanlarının əməkdaşlarını açıq şəkildə öz bayrağı altında Azərbaycanla sərhəddə yerləşdirməyə başlayıb.

    Bu, Ermənistanda revanşist qüvvələrə dəstək verən və yeni müharibəyə sövq edən Fransanın regionda sülh prosesinə zərbə vurmaq istiqamətində atdığı növbəti addımdır.