Month: October 2024

  • “Beynəlxalq Bank”ın sabiq şöbə müdiri məhkəmə zalında həbs olundu

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rasim Sadıxovun sədrliyi ilə Cinayət Məcəlləsinin 179.3.2 (külli miqdarda mənimsəmə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə təqsirləndirilən şəxs Natiq Nüsrətzadənin məhkəməsinin növbəti iclası keçirilib.

    “Unikal”ın məlumatına görə, cinayət işində zərərçəkən qismində “Azərbaycan Beynəlxalq Bankı” ASC tanınıb. Təqsirləndirilən şəxsin vəkili Əfqan Həsənov çıxış edərək bildirib ki, Natiq Məzahir oğlu Nüsrətzadə işlədiyi banka vurmuş ziyanın bir hissəsini ödəyib, qalan ziyanı da ödəmək niyyətindədir. Onun ilk məhkumluğunu, əməlindən səmimi peşman olmağını nəzərə alaraq Natiq Nüsrətzadəyə aşağı cəza verməyi xahiş edib. Təqsirləndirilən şəxs Natiq Nüsrətzadə də əməlindən səmimi peşman olduğunu bildirərək ona aşağı cəza verilməsini istəyib.

    Çıxışlar bitdikdən sonra hakim müşavirəyə gedib və hökm elan olunub. Hökmə əsasən, polisin nəzarəti altında olan Natiq Nüsrətzadə 6 il 6 ay azadlıqdan məhrum edilərək məhkəmə zalında həbs edilib.

    Xatırladaq ki, dövlət ittihamçısı Rauf Malışov təqsirləndirilən şəxsin 8 il müddətinə azadlıqdan məhrum olunmasını təklif edib.

    Qeyd edək ki, Natiq Nüsrətzadə “Azərbaycan Beynəlxalq Bankı”nda nəqliyyat departamentinin müdiri vəzifəsində işləyib. O, işlədiyi dövrdə bankın 48 min manatını mənimsəyib, həmin ziyandan isə cəmi 21 min manatı geri qaytarıb.

  • Komitə sədri: “Bazarda bir manata araq satılır”

    “Bazarda bir, iki, üç manata araq satılır. Halbuki, bir litr araq üçün aksiz vergisi 4.8 manatdır. Necə olur ki, 4.8 manat aksiz vergisi olan araq bir-iki manata satılır?”

    Bunu Milli Məclisin bugünkü plenar iclasında İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin sədri Azər Əmiraslanov deyib.

    O bildirib ki, bu amil vergidən yayınma ilə bağlıdır:

    “Çünki məhsulun maya dəyəri keyfiyyətli istehsal xərcinə imkan verməlidir. Ondan sonra isə növbəti mərhələlər gəlir. Buraya topdansatış həlqəsində gəlirlilik məsələsi də aiddir. Bu da ona görə müəyyən edilir ki, vergidən yayınma halları olmasın”.

    “Milli iqtisadiyyatımızın sütunları var. Buraya neft sənayesi aiddir. Bir də var, qeyri-neft sənayesini müəyyənləşdirən istehsal müəssisələri. Bu sənayenin qurulmasına milyonlarla vəsait sərf olunub. Lakin bu cür haqsız və qanunsuz sahibkarlığa görə işsizlik yaranır, qanuni iş yerləri arxa plana keçir, bu sənayenin iqtisadiyyata töhfəsi azalır.

    İstənilən halda bazar iqtisadiyyatı haqsız yox, haqlı rəqabətin olduğu iqtisadiyyatdır. Bazar iqtisadiyyatı qanunsuz sahibkarlığa əsaslanmır və dövlət qarşısında öhdəliyini yerinə yetirməlidir. Bu qanun da (“İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” – red.) buna əsaslanır və sadalanan aspektlər layihədə öz əksini tapır”, – komitə sədri əlavə edib.
    //oxu.az

  • Bakıda qadını zorla maşına mindirdilər – VİDEO

    Bakıda qadını zorla maşına mindiriblər.

    Bu barədə görüntüləri bloger Saleh Nəsirov paylaşıb.

    Məlumata görə, hadisə Yasamal rayonunda yerləşən MİDA yaşayış kompleksində baş verib. İki kişi naməlum səbəbdən bir qadını zorla avtomobilə mindiriblər.

    Daxili İşlər Nazirliyindən bildirilib ki, məsələ ilə bağlı araşdırma aparılır.

    Nəticəsi barədə məlumat veriləcək.

  • Şagirdlərin elektron yerdəyişməsi prosesinin başlanacağı vaxt açıqlandı

    Noyabrın 1-i saat 11:00-da 2-11-ci sinif şagirdlərinin elektron yerdəyişməsi prosesinə start veriləcək.

    Bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin (MÜTDA) direktoru Eşqi Bağırov keçirdiyi hesabat brifinqində deyib.

    Onun sözlərinə görə, şagirdlərin yerdəyişməsi prosesi www.sy.edu.az portalı vasitəsilə həyata keçiriləcək.

    Eyni zamanda, müxtəlif səbəblərdən 10-cu siniflərə qeydiyyat üçün gecikən şagirdlər 1 noyabr – 1 dekabr arasında ümumi təhsil müəssisələrinə qəbul üçün sy.edu.az vasitəsilə müraciət edə bilərlər.

    Məktəbəhazırlıq qrupları və 1-ci siniflərin yerdəyişməsi prosesi isə 25 noyabr saat 11:00-dan etibarən aktiv ediləcək.

    Şagirdlərin elektron yerdəyişməsi sistemində 2024-2025-ci tədris ilində tətbiq edilən yeniliyə əsasən istifadəçilərin fərdi məlumatlarının təhlükəsizliyinin artırılması məqsədi ilə Azərbaycan Respublikası vətəndaşları və ölkə ərazisində müvəqqəti və daimi yaşama icazəsi olan xarici ölkə vətəndaşlarının şəxsi kabinetə “istifadəçi adı və şifrə” ilə daxil olması məhdudlaşdırılacaq. Şəxsi kabinetə giriş yalnız Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi tərəfindən təmin edilən Vahid Giriş Sistemi (“Digital Login”) ilə həyata keçiriləcək. Vətəndaşların tətbiq edilən yeniliklə tanış olması məqsədilə 31 oktyabr saat 15:00-dan etibarən sy.edu.az saytında şəxsi kabinet yaratmaq və mövcud kabinetə “Digital Login” vasitəsilə daxil olmaq funksiyası aktiv ediləcək.

  • Arvadını bıçaqlayan şəxsin məhkəməsi – “Uşağı yatızdırırdım, gördüm başımın üstündədir”

    Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbuhi Hüseynovun sədrliyi ilə 29,120.2.4-cü maddəsi üzrə təqsirləndirilən şəxs Elməddin Üzeyir oğlu İsmayılovun məhkəmə prosesinin ilkin baxış iclası keçirilib.

    “Unikal”ın məlumatına görə, prosesdə təqsirləndirilən şəxs Elməddin İsmayılov sərbəst ifadə verib:

    “Yoldaşıma 3 bıçaq vurmuşam, ekspert 9 bıçaq yazıb. Hadisə vaxtı özümdə olmamışam, günah məndə olub. Yoldaşım mənim telefonumda mesencerdə qızla danışığımı tutub. Mən işdə idim, həmin yazışmanı skrin edib mənə atdı. Mən də dedim ki, bir də belə şey olmaz. Amma aramızda mübahisə bitmədi. Mən işdən çıxıb kafedə spirtli içki olan pivə içdim, gəldim evə. Aramızda mübahisə oldu, bıçağı götürüb qarnına vurdum. Ani oldu, gördüm əllərim qanın içindədir. Həmin vaxt evdə qonşuluqda yaşayan qaynımın arvadı da var idi. O da hadisəni görüb qışqırırdı. Əvvəlcə təcili yardıma zəng vurdum, sonra getdim iş yerimə, orada dedim ki, belə bir cinayət eləmişəm. Sonra polis çağırdılar.

    Hakim təqsirləndirilən şəxsin ibtidai istintaqda verdiyi ifadəsi ilə məhkəmədə verdiyi ifadəsi arasında ziddiyyətlər olduğundan Elməddin İsmayılovun ilkin ifadəsi elan olunub. Məlum olub ki, Elməddin İsmayılov ilkin ifadəsini oxumamış imzalayıb.

    Sonra cinayət işində zərərçəkmiş şəxs qismində tanınan Xatın İsmayılova ifadə verərək bildirib ki, həyat yoldaşını bağışlayıb:

    “Hər bir insanın həyatında belə bir hadisə olur. Elməddinin mesencerini yönləndirmişdim öz nömrəmə. Gördüm o başqa qızla yazışır. Hadisə olan gün qardaşımın yoldaşı ilə uşaqlarımı həyətdə gəzdirirdim. Gəldim evə, gördüm ev dağınıqdır, Elməddin paltarlarını yığışdırıb getmək üçün. Biz gördük Elməddin oturub pilləkəndə. Mən uşağı yelləyirdim yatırtmaq üçün otaqda, çevriləndə gördüm Elməddin bıçaqla dayanıb başımın üstündə. Vurduqdan sonra otaqda sürüdü məni.

    Ekspert bıçaq xəsarətləri ilə bağlı nə varsa, onunla bağlı rəy verib. İbtidai istintaqda verdiyim ifadəni təsdiq edirəm. Şikayətim yoxdur, uşaqlarımın atasıdır, mənə pis həyat yaşatmayıb. Qorxuram ki, həbsxanadan çıxar gələr, yenə mənə xəsarət yetirər”.

    Məhkəmə prosesi noyabrın 26-na kimi təxirə salınıb.

    Xatırladaq ki, hadisə bu il iyunun 9-da Bakının Səbail rayonu, 20-ci Sahə ərazisində qeydə alınıb. 2001-ci il təvəllüdlü Xatın Ehtiram qızı İsmayılova həyat yoldaşı tərəfindən döyülərək bıçaqlanıb.

    O, ağır vəziyyətdə Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Həkimlərin verdiyi məlumata görə, qadına 9 bıçaq zərbəsi vurulub.

    Faktla bağlı Səbail Rayon Prokurorluğunda 29,120.2.4-cü (xüsusi amansızlıqla adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.

  • Bu yolda hərəkət məhdudlaşdırıla bilər

    “Məlumat verildiyi kimi, Bakı şəhəri, Səbail rayonu, Badamdar qəsəbəsi ərazisində qaya parçalarının Bakı Kənar Dairəvi yoluna doğru uçqun təhlükəsinin aradan qaldırılması üçün aidiyyəti dövlət qurumları tərəfindən müvafiq tədbirlər həyata keçirilir”.

    Bu barədə Fövqəladə Hallar, Daxili İşlər nazirlikləri və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin mətbuat xidmətlərinin birgə məlumatında bildirilib.

    “Bu çərçivədə avtonəqliyyat vasitələrinin təhlükəsiz hərəkətinin təmin edilməsi məqsədilə qeyd olunan tədbirlər bitənə kimi Bakı Kənar Dairəvi yolunda avtomobillərin hərəkəti fasilələrlə məhdudlaşdırıla bilər.

    Bununla əlaqədar sürücülərdən göstərilən məsələyə anlayışla yanaşılması və müvəqqəti tətbiq olunan məhdudiyyətləri nəzərə alaraq alternativ yollardan istifadə edilməsi xahiş olunur”, – məlumatda vurğulanıb.

  • Суд вынес решение по делу экс-директора школы, осужденной за мошенничество на 300 000 манатов

    В Бакинском апелляционном суде завершилось заседание по апелляционной жалобе на приговор Самире Акберовой (1966 г.р.), работавшей директором школы.

    Как сообщает pravda.az, решение было объявлено на процессе под председательством судьи Гадима Бабаева.

    Суд не удовлетворил апелляцию.

    Отметим, что С.Акберовой предъявлено обвинение по статье 178.3.2 (мошенничество, совершенное с причинением крупного ущерба) Уголовного кодекса Азербайджанской Республики.

    Согласно обвинительному заключению, С.Акберова в разные годы занимала должность директора школ №44 Баку и №5 Абшеронского района. В бытность руководителем первого учебного заведения, она, пообещав своей знакомой, некоей Арзу, содействие в назначении ее на пост директора одной из столичных школ, получила от нее 150 000 манатов. После этого С.Акберова пообещала этой женщине совместно открыть детский сад, за что взяла у нее еще столько же.

    Позднее, уже будучи директором средней школы № 5 поселка Мехдиабад Абшеронского района, С.Акберова, пообещав другому человеку помочь с подтверждением в соответствующем ведомстве диплома, полученного его ребенком в России, получила от него 6 000 манатов.

    Бакинский суд по тяжким преступлениям приговорил С.Акберову к 7 годам лишения свободы. Кроме того, был удовлетворен выдвинутый против нее гражданский иск. В приговоре указано изъять у бывшего директора 300 000 манатов и передать их потерпевшему лицу.

  • 300 minlik dələduzluq edən sabiq məktəb direktoru ilə bağlı QƏRAR

    Bakı Apellyasiya Məhkəməsində məktəb direktoru vəzifəsində çalışmış 1966-ci il təvəllüdlü Samirə Əkbərovanın barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Qədim Babayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

    Qərara əsasən, şikayət təmin edilməyib.

    Qeyd edək ki, S.Əkbərovanın barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (Külli miqdarda dələduzluq) maddəsi ilə ittiham irəli sürülüb. İttihama görə, S.Əkbərova müxtəlif illərdə Bakıda 44 saylı, Abşeron rayonunda isə 5 saylı məktəblərin direktoru olub.

    O, 44 saylı məktəbdə direktor işlədiyi vaxtda Arzu adlı tanışına onu paytaxtda məktəblərin birinə direktor təyin etdirəcəyini vəd edərək 150 min manat alıb. Bundan sonra o, həmin qadına birgə uşaq bağçası açmaq adı ilə vəd verərək yenidən 150 min manat alaraq ələ keçirib.

    Daha sonra isə Abşeron rayon Mehdiabad qəsəbə 5 saylı orta məktəbə rəhbərlik etdiyi vaxt S.Əkbərova digər şəxsə övladının Rusiyada aldığı diplomu nazirlikdə təsdiqlədəcəyini vəd edərək altı min manat alıb.

    Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə S.Əkbərova 7 il müddətinə azadlıqdan məhrum edilib. Bundan başqa, ona qarşı mülki iddia da təmin edilib. Hökmdə sabiq direktordan 300 min manatın alınaraq zərərçəkmiş şəxsə ödənilməsi qeyd edilib.

  • Yanğından qurtuldular, ancaq elektrik cərəyanı öldürdü – Şəmkirdə FACİƏ

    Şəmkirdə bədbəxt hadisə baş verib.

    Oxu.Az-ın məlumatına görə, hadisə rayonun Düyərli kəndində qeydə alınıb.

    Kənd ərazisində 2008-ci il təvəllüdlü Pərvin Habil qızı Nəsibovanı və 1993-cü il təvəllüdlü Hümbət İkram oğlu İsmayılovu elektrik cərəyanı vuraraq öldürüb.

    Məlumata görə, səhər saat 8 radələrində həmin evdə yanğın olması ilə bağlı müvafiq qurumlara məlumat daxil olub. Müvafiq qurumların əməkdaşları hadisə yerinə gedərək yanğını söndürüblər. Bundan sonra adıçəkilən şəxslər evdə təmizlik işləri aparan zaman bədbəxt hadisə baş verib.

    Hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

  • Аккаунт верховного лидера Ирана на иврите в X разблокировали

    Администрация соцсети X разблокировала аккаунт руководителя и духовного лидера Ирана аятоллы Али Хаменеи на иврите, передает Median.Az.

    Работа учетной записи была приостановлена 27 октября за предполагаемое нарушение правил платформы – блокировка длилась около суток. При этом аккаунты Хаменеи на других языках оставались доступными.

    Блокировка последовала за публикацией сообщения, в котором иранский духовный лидер указал на “ошибку, допущенную Израилем в отношении Ирана”. “Мы заставим его понять, какой силой, способностями, инициативой и волей обладает иранский народ”, – говорилось в записи.

    26 октября израильские военные сообщили о нанесении ударов по военным объектам на территории Ирана в ответ на “многочисленные непрерывные атаки”. Согласно заявлению иранских сил противовоздушной обороны, нападению подверглись военные объекты в провинциях Илам, Тегеран и Хузестан, но ущерб носил ограниченный характер.