Month: October 2024

  • Vladimir Putin: “Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir”

    “Rusiya ilə Azərbaycan arasında münasibətlər müsbət inkişaf edir”.

    AZƏRTAC xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyevlə görüşdə bildirib.

    Rusiya Prezidenti vurğulayıb:

    “Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır, bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur, energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var”.

  • Xəzərin sahilində 200 kiloqramdan çox narkotik aşkarlanıb: Üç nəfər saxlanılıb

    Dövlət Sərhəd Xidmətinin (DSX) Sahil Mühafizəsinin bölmələri və Dövlət Sərhədinin Mühafizəsi tapşırığını yerinə yetirən sərhəd gəmilərinin qarşılıqlı fəaliyyəti nəticəsində külli miqdarda narkotik vasitənin Azərbaycan ərazisinə keçirilməsinin qarşısı alıb

    Bu barədə DSX-nin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, həyata keçirilmiş kompleks əməliyyat-axtarış tədbirləri nəticəsində Xaçmaz rayonunun Niyazabad kəndində yerləşən sahil nəzarəti bölməsinin xidməti ərazisində ümumi çəkisi 205 kiloqram 135 qram müxtəlif çeşidli narkotik vasitə və 13 110 ədəd narkotik tərkibli metadon “M-40” həbi aşkar edilərək götürülüb.

    Narkotik vasitələrin ölkə ərazisinə gətirilməsində şübhəli bilinən 3 (üç) nəfər Azərbaycan Respublikası vətəndaşı sahilboyu ərazidə saxlanılıb.

    Fakt üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • На женщину-офицера напали в бакинском метро

    2 октября на станции метро “20 Января” в Баку произошел странный инцидент.

    Как сообщает Qafqazinfo, майор юстиции С.Султанова (фамилия здесь и далее условная – ред.) обратилась в отдел полиции в Бакинском метрополитене, сообщив, что неизвестный нанес ей колотое ранение и скрылся.

    Пострадавшая отметила, что спутник нападавшего ранее отбывал наказание в исправительном учреждении, где она работает. Женщина-офицер рассказала, что возвращалась вечером с работы домой, когда заметила, что эти двое мужчин следят за ней. По ее словам, бывший заключенный подал знак, и молодой человек совершил нападение.

    Полиция начала поиски подозреваемых и вскоре задержала их на территории станции метро “Дарнагюль”. Выяснилось, что это жители села Ени Шыхымлы Кюрдамирского района, мужчина и его племянник. В отношении Т.Гумбатова (2004 г.р.) составлен протокол об административном правонарушении.

    Задержанный заявил, что не знает потерпевшую, а колюще-режущий предмет случайно задел ее, когда он убегал.

    Однако в суде пострадавшая настаивала, что нападение было спланировано заранее. С.Султанова сообщила, что в метро заподозрила этих людей, когда увидела, как спутник Т.Гумбатова показал на нее и что-то сказал.

    “Я немного испугалась, но не растерялась. Посмотрела, где находятся камеры наблюдения, и встала там, где они меня снимали. Через некоторое время человек, которого, как я потом узнала, зовут Т.Гумбатов, что-то воткнул в меня, и они убежали. Я сразу сообщила о случившемся правоохранителям”, – рассказала потерпевшая.

    Майор юстиции также вспомнила, что видела спутника нападавшего в СИЗО, где работает, и однажды стала свидетелем его непристойного поведения.

    Сотрудник полиции метрополитена в суде также заявил, что преступление было совершено умышленно.

    Решением Бинагадинского районного суда 20-летний Т.Гумбатов приговорен к 20 суткам ареста.

  • Bakı metrosunda xanım mayora xəsarət yetirildi: “Məni işarə edərək nəsə deyirdi”

    Oktyabrın 2-də Bakı Metropoliteninin “20 Yanvar” stansiyasında qəribə hadisə baş verib.

    “Qafqazinfo”nun əldə etdiyi məlumata görə, Bakı Şəhər Baş Polis İdarəsinin Metropolitendə Polis Şöbəsinə müraciət edən ədliyyə mayoru S.Sultanova (şərti) bir nəfərin ona bizlə xəsarət yetirərək qaçdığını bildirib.

    Şikayətçi qeyd edib ki, bizi batıran gəncin yanındakı şəxs işlədiyi cəzaçəkmə müəssisəsində əvvəllər cəza çəkib. Xanım zabit axşam işdən çıxıb evə gedərkən həmin şəxslərin onu izlədiyini və keçmiş məhkumun işarəsi ilə gənc oğlanın bu addımı atdığını bildirib.

    Polis əməkdaşları müraciətlə bağlı axtarış tədbirlərinə başlayıblar. Həmin şəxslər metronun “Dərnəgül” stansiyası ərazisində müəyyən edilərək saxlanılıblar. Onların Kürdəmir rayon Yeni Şıxımlı kənd sakinləri, dayı-bacıoğlu olması üzə çıxıb. 2004-cü il təvəllüdlü T.Hümbətov (şərti soyadlı) barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilib.

    Saxlanılan şəxs bildirib ki, həmin qadını tanımır və metroda qaçarkən deşici alət təsadüfən ona toxunub.

    Protokola Binəqədi Rayon Məhkəməsində baxılıb. Zərərçəkmiş şəxs isə hadisənin qəsdən planlaşdırıldığını iddia edib. S.Sultanova məhkəməyə ifadəsində həmin şəxslərdən metro ərazisində şübhələndiyini bildirib:

    “Metroda gedən zaman yanındakı şəxsin T.Hümbətova məni işarə edərək nəsə deməsini gördüm. Bir az qorxsam da, özümü itirmədim. Ətrafda kamera olan yerlərə baxdım və kameranın müşahidə etdiyi yerdə dayandım. Bir qədər keçmiş adının sonradan T.Hümbətov olduğunu bildiyim şəxs mənə nəsə batırdı və həmin şəxslər qaçdılar. Dərhal polis əməkdaşlarına hadisə barədə məlumat verdim. Bir qədər sonra isə gənc oğlanın yanında olan şəxsi xatırladım. Həmin şəxs mənim çalışdığım cəzaçəkmə müəssisəsində olub və bir dəfə onun əxlaqsız hərəkətlərini müşahidə etmişdim”.

    Məhkəmədə çıxış edən Metropolitendə Polis Şöbəsinin əməkdaşı da hadisənin qəsdən törədilməsini bildirib.

    Binəqədi Rayon Məhkəməsinin qərarı ilə 20 yaşlı T.Hümbətova 20 sutka həbs cəzası verilib.

  • “Toyota” və “Subaru” müştərək elektrik krossoverini buraxacaqlar

    “Toyota” və “Subaru” 2026-cı ildə yeni birgə hazırladıqları elektrik krossoverini buraxacaqlar.

    Median.Az bu barədə Motor.ru portalına istinadən xəbər verir.

    Qeyd olunur ki, Yaponiya şirkətləri elektrik mühərriki ilə işləyən avtomobillər sahəsində əməkdaşlığı davam etdirir.

    Belə ki, üç il əvvəl “Toyota bZ4X” və “Subaru Solterra” əkiz krossoverlərinin debütü baş tutub və 2026-cı ilin yanvarında şirkətlər yeni və birgə hazırladıqları elektrik avtomobilini təqdim edəcəklər.

    Elektriklə işləyən “Subaru” “Yajima” zavodunda istehsal olunacaq və Yaponiya, Avropa, həmçinin ABŞ-də satılacaq.

  • Polis ahıl şəxsləri aldadaraq pullarını ələ keçirən daha iki nəfəri müəyyən edərək saxlayıb

    Yaşlı nəslin nümayəndələrinə ev telefonları vasitəsilə zəng edərək yaxın qohumlarının qəza törətməsi adı ilə onların pul vəsaitlərinin ələ keçirilməsi barədə daxil olan müraciətlər üzrə polis əməkdaşları tərəfindən zəruri tədbirlər davam etdirilir.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, eyni üsulla dələduzluğa məruz qalan paytaxt sakini olan 79 yaşlı qadın bu barədə polisə müraciət edib. Zərərçəkən oktyabrın 5-də bacısının yol-nəqliyyat hadisəsi törətdiyi barədə telefonla ona xəbər verildiyini və 20 000 manat istənildiyini bildirib. O, evinə gələn tanımadığı şəxslərə həmin məbləği verəndən bir qədər sonra isə aldadıldığını anlayaraq polisə məlumat verib.

    Binəqədi Rayon Polis İdarəsinin 5-ci Polis Bölməsi əməkdaşlarının keçirdikləri tədbirlərlə kuryer qismində bu qanunsuz əməllərə cəlb olunan Bakı şəhər sakinləri M.Əsgərli və G.İsrafilov müəyyən olunaraq saxlanılıblar.

    Faktla bağlı araşdırmalar davam etdirilir.

    “Bir daha vətəndaşlara diqqətli olmağı, daxil olan zənglər üzrə onlara verilən məlumatları dəqiqləşdirməyi və tanımadıqları şəxslərə qəti şəkildə pul vəsaitləri verməməyi, bu cür hallarla rastlaşdıqda isə dərhal Daxili İşlər Nazirliyinin “102” Xidməti Zəng Mərkəzinə məlumat vermələrini tövsiyə edirik”, – deyə DİN məlumatda bildirib.

  • Роман Григорчук вошел в историю клуба “Нефтчи” как самый неудачный тренер

    Клуб “Нефтчи” стал единственной командой, не одержавшей ни одной победы под руководством Романа Григорчука.

    Столичный представитель не смог победить в 9 матчах.

    Работавший в 8 клубах Р.Григорчук за свою карьеру дважды возглавлял одесский “Черноморец” и запорожский “Металлург”.

    “Нефтчи” не является самым коротким местом работы в карьере тренера.

    В октябре-ноябре 2009 года он покинул запорожскую команду, проведя всего 3 матча. Однако за это время он успел испытать радость победы. Первая работа опытного тренера в “Металлурге” длилась всего 28 дней, а в декабре он второй раз возглавил этот клуб.

    Отметим, что за начавшуюся в 2000 году тренерскую карьеру Роман Григорчук до “Нефтчи” руководил “Динабургом” и “Вентспилсом” в Латвии, “Металлургом” и “Черноморцем” в Украине, “Габалой” в Азербайджане, “Шахтером” в Беларуси и “Астаной” в Казахстане.

  • Roman Qriqorçuk “Neftçi” klubunun tarixinə ən uğursuz məşqçi kimi düşüb

    “Neftçi” klubu Roman Qriqorçukun rəhbərliyi dövründə qələbə qazanmayan yeganə komanda olub.

    Paytaxt təmsilçisi 9 görüşə çıxsa da, qalib gələ bilməyib.

    Karyerası ərzində 8 klubda çalışan Qriqorçuk Odessanın “Çernomorets” və Zaporojye “Metallurq”unun sükanı arxasına iki dəfə keçib.

    “Neftçi” klubunu cəmi 9 oyuna çıxaran Qriqorçukun karyerasında ən qısamüddətli iş yeri “ağ-qaralar” deyil.

    O, 2009-cu ilin oktyabr-noyabr aylarında Zaporojye təmsilçisini cəmi 3 matça çıxardıqdan sonra tərk edib. Amma bu müddətdə də qələbə sevinci yaşayıb. Təcrübəli çalışdırıcının “Metallurq”da ilk işi cəmi 28 gün sürüb və dekabrda ikinci dəfə bu klubun sükanı arxasına keçib.

    Qeyd edək ki, Qriqorçuk 2000-ci ildə başlayan məşqçilik karyerası ərzində “Neftçi”yə qədər Latviyada “Dinaburq”la “Ventspils”, Ukraynada “Metallurq”la “Çernomorets”, Azərbaycanda “Qəbələ”, Belarusda “Şaxtyor”, Qazaxıstanda “Astana”ya rəhbərlik edib.

  • Kürdəmirdə avtomobil su kanalına düşüb: Xəsarət alanlar var

    Kürdəmir rayonunda baş verən ağır yol-nəqliyyat hadisəsi nəticəsində xəsarət alanlar var.

    “Report”un məlumatına görə, hadisə Kürdəmir-Zərdab yolunun rayonun Çöl-Ərəb kəndindən keçən hissəsində qeydə alınıb.

    Belə ki, “Mercedes-Benz” markalı minik maşını həmin yolda hərəkətdə olarkən qəfildən idarəetməni itirərək yol kənarındakı su kanalına düşüb.

    Qəza zamanı avtomobildə olan sərnişinlər – Xırdalan şəhər sakini, 1978-ci il təvəllüdlü Nəzakət Ziyafət qızı Əsgərova və 1998-ci il təvəllüdlü Ağcabədi rayon sakini Bilqeyis Rüstəm qızı Aslanova müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına aparılıblar.

    Həkimlər onların vəziyyətini orta ağır qiymətləndirirlər.

    Faktla bağlı araşdırma aparılır.

  • Gəncədə 57 yaşlı kişi bıçaqlanıb

    Gəncədə bıçaqlanma hadisəsi olub.

    Lent.az xəbər verir ki, hadisə Sadıllı qəsəbəsində yarımtikilinin həyətində baş verib.

    60 yaşlı Akif Əmrah oğlu Cəlalov 57 yaşlı Hidayət Süleyman oğlu İbrahimovu bıçaqla vurub. Akif Cəlalov şübhəli şəxs qismində saxlanılıb.

    Faktla bağlı cinayət işi başlanıb.