Month: October 2024

  • Bakıda restoranda saxta spirtli içkilər aşkarlanıb – FOTO

    Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) Bakı şəhəri, Nərimanov rayonunda fəaliyyət göstərən “Beer Loft” ictimai iaşə obyektində plandankənar yoxlama keçirib.

    Bu barədə AQTA məlumat yayıb.

    Yoxlama zamanı iaşə obyektində aşkar saxtalaşdırma əlamətləri olan və idxal sağlamlıq aktı olmayan 55 ədəd müxtəlif markalı araq məhsulunun satışının həyata keçirildiyi müəyyən edilib.

    Faktla bağlı qanunvericiliyə uyğun olaraq müvafiq tədbirlər görülüb. Normativ hüquqi aktların tələblərinə uyğun olmayan saxta spirtli içki məhsullarının satışının qarşısı alınıb və dövriyyədən çıxarılaraq məhv edilib.

  • Bakının mərkəzində evdən meyit tapıldı

    Bakıda evdən meyit tapılıb.

    Lent.az xəbər verir ki, hadisə Səbail rayonu Salyan şosesində baş verib.

    60 yaşlı Sevinc Əli qızı Cabbarovanın meyiti yaşadığı evdə aşkarlanıb. Meyitin üzərində zorakılıq əlamətləri olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Армения и миссия ЕС продолжают провокации против Азербайджана – ВИДЕО

    В последнее время активизировались “наблюдатели” Европейского союза, размещенные на границе с Азербайджаном и занимающиеся сбором разведывательных материалов. Ранее в СМИ были распространены кадры, на которых видно, как 8 членов миссии ЕС и армянские военнослужащие наблюдают за азербайджанскими территориями с помощью приборов наблюдения. Многие расценили это как подготовку ЕС и Армении к провокациям против Азербайджана.

    В связи с этим АПА поступила новая информация и видеокадры, которые дают основание предположить, что беспокойство обоснованно.

    Как видно, сегодня около 13:10 “наблюдатели” в сопровождении военнослужащих армянской армии на 2 автомобилях Toyota, принадлежащих ЕС, расположились на дороге в районе села Корнидзор Горусского района.

  • Ermənistandakı Aİ “müşahidəçiləri” Azərbaycanla sərhəddə aktivləşiblər – VİDEO

    Avropa İttifaqının Azərbaycanla sərhəddə yerləşdirilmiş və kəşfiyyat materialları toplamaqla məşğul olan “müşahidəçiləri” son vaxtlar aktivləşiblər.

    Bundan əvvəl mediada dövlət sərhədi yaxınlığına gələn səkkiz nəfər Aİ missiyasının üzvü və erməni hərbçilərin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi əks olunan kadrları yayılmışdı. Bir çoxları bunu Aİ və Ermənistanın Azərbaycana qarşı təxribat hazırlığı kimi qiymətləndirmişdilər.

    Bununla bağlı APA-ya yeni məlumatlar və görüntülər daxil olub. Məlumat və görüntülər narahatlığın əsassız olmadığını söyləməyə əsas verir.

    Aydın olur ki, bu gün saat 13:10-da “müşahidəçilər” Aİ-yə məxsus iki ədəd “Toyota” markalı avtomobildə Ermənistan ordusunun hərbçilərinin müşayiətilə Gorus rayonunun Kornidzor kəndi ərazisində yerləşən yolun üzərində yerləşiblər.

    Ermənistana məxsus bir ədəd “Niva” və bir ədəd “UAZ Patriot” markalı minik avtomobili ilə əraziyə gələn dörd “müşahidəçi” və dörd erməni hərbçinin müşahidə cihazları ilə Azərbaycan ərazilərini müşahidə etməsi qeydə alınıb.

    Müşahidə Laçın yolu istiqamətinə doğru aparılıb.

    Bu aktivləşmə bir daha göstərir ki, təxribat ehtimalı əsassız deyil.

    Aİ “müşahidəçiləri”nin erməni hərbçilərlə birgə sərhəd “reydləri”ni Ermənistanda revanşist qüvvələrin aktivləşməsi, ölkənin silahlandırılması, danışıqlarda daha qeyri-konstruktiv mövqe tutması kimi qiymətləndirmək olar.

    Aİ bununla bir daha nümayiş etdirir ki, Azərbaycan və Ermənistan arasında sülh əldə olunmasında maraqlı deyil. Əksinə, Ermənistanı revanşizmə həvəsləndirir, Azərbaycanla sülh danışıqlarından çəkilməyə sövq edir.

  • Zaqatalada məktəbli qızı maşın vurdu

    Zaqatalada daha bir məktəblini maşın vurub.

    Lent.az xəbər verir ki, hadisə bu gün səhər saatlarında rayonun Suvagil kəndində qeydə alınıb.

    Dərsə gedən 8 yaşlı Alina Məcidovanı maşın vurub.

    Nəticədə ağır xəsarətlər alan şagird xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Süni ağardılan QƏND, saxta DÜYÜ – Partlayış baş verən “Bolluq” MMC ilə bağlı SENSASİON iddialar

    Ötən gün paytaxtın Nizami rayonu, 8-ci köndələn küçəsində yerləşən sexdə partlayış baş verib. Fövqəladə Hallar Nazirliyindən verilən ilkin məlumata görə, ümumi sahəsi təxminən 40 m² olan qazanxanada yanğınla nəticələnməyən partlayışa səbəb qaz sızması olub. Partlayışda həm obyektə ciddi ziyan dəyib, həm də 6 nəfər bədən xəsarətləri alıb.

    Bizim.media-nın araşdırmasına görə partlayış Azərbaycanda kəllə qənd istehsalı ilə məşğul olan “Bolluq LTD” MMC-nin Bakı şəhəri, Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn, 5 ünvanında yerləşən istehsalat müəssisəsində baş verib.

    Hansı ki, bu şirkət ümumilikdə fəaliyyətində verdiyi nöqsan və pozuntulara görə dəfələrlə aidiyyəti qurumlar tərəfindən cəzalandırılıb.

    İstehsal olunan qəndlər süni şəkildə ağardılır?

    Qeyd edək ki, partlayış baş verən filialda artıq ikinci qalmaqaldır ki, baş verir. Bundan əvvəl “Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn, 5 ünvanında yerləşən istehsalat müəssisəsinin müdiri satış üçün hazırlanan qəndlərin tərkibinə normadan artıq kükürd dioksid vurulmasında (qəndin ağardılması) ittiham olunaraq məhkəmə qarşısına çıxarılıb.

    Müəssisənin bağlanılmasına qərar verilibsə, niyə fəaliyyətdədir?

    Bu ilin iyun ayında şirkətin Abşeron rayonu, Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanında isə yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanın mövcud olduğu aşkarlanıb.

    Belə ki, obyektin mətbəx sahəsində çəkilmiş qaz xəttində yivli birləşmələrdən istifadə olunub, anbar sahələrində rəflərin ara məsafələri yanğınların söndürülməsinə və ya malların hadisə zamanı köçürülməsinə maneə törədəcək əşyalarla tutulub. Həmçinin obyektin bəzi sahələri yanğınxəbərverici siqnalizasiya qurğusu və ilkin yanğınsöndürmə vasitələri ilə təmin olunmayıb.

    Elə insan həyatı və ya sağlamlığına, ətraf mühitə, eləcə də dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı üçün həmin ünvandakı obyektin bağlanmasına rəsmi qərar da verilib. Amma əldə etdiyimiz məlumata görə bu qərara məhəl qoymayan şirkət rəhbərliyinin göstərişi ilə Bakı-Sumqayıt şosesi, 13-cü kilometr ünvanındakı müəssisə hələ də fəaliyyətdədir.

    Təhlükəsizlik qaydaları pozulur…

    Görünən odur ki, şirkətin sözügedən filialında olduğu kimi “Bolluq” MMC-nin Nizami rayonu, Böyük Şor qəsəbəsi, 8-ci köndələn, 5 ünvanındakı sexdə də insan sağlamlığına təhlükə yaradan amillər olub. İddialara görə, bu müəssisədə də digəri kimi qaz xəttində yivli birləşmələrdən istifadə olunub və qaz sızması yaranıb.

    Maraqlısı odur ki, şirkətin öz daxilində də qanunsuzluqlar yaşanıb. Belə ki, “Bolluq LTD” MMC-nin Şirvan şəhər filialının satış təmsilçisi çalışdığı müəssisənin pullarını mənimsəyib və işə rayon prokurorluğu qarışıb.

    Ölkənin qida və qənnadı sektorunda istehsal, satış və distribütor şirkəti kimi fəaliyyət göstərən “Bolluq” MMC-nin adı başqa qalmaqallarda da çəkilir.

    Belə ki, “Bolluq LTD” reklam haqqında qanunvericiliyin tələbini pozmasına görə 5 min manat cərimə edilib.

    Bundan əlavə şirkətin fabriklərində antisanitariyanın hökm sürdüyü ilə bağlı zaman-zaman mediada məlumatlar və görüntülər yayılıb.

    Saxta düyü istehsal olunur?

    Bu azmış kimi “Bolluq” MMC saxta düyü istehsalı iddiası ilə də ad qazanıb. Novruz bayramı ərəfəsində süfrələri bəzəyən düyünün sintetik olduğuna dair görüntülər ictimaiyyətdə əməlli-başlı səs-küy yaradıb. Ciddi narahatlıq doğuran məsələ ilə bağlı çaşqınlığa şirkətin rəhbərinin açıqlamasından sonra son qoyulub. Hətta məlum olmayan səbəblərdən sintetik düyü ilə bağlı görüntülər sosial şəbəkələrdən götürülüb.

    Qeyd edək ki, iki gündür ki, partlayışın səbəbi ilə bağlı “Bolluq” MMC ilə əlaqə yaratmaq mümkün olmayıb. Zənglərə şirkətin fərqli bir neçə əməkdaşı cavab versə də, baş verən partlayışdan xəbərsiz olduqlarını bildiriblər.

  • Bakı şəhərində qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb – VİDEO

    Sentyabr ayı ərzində Bakı şəhərində qanunsuz yaşayan 40 əcnəbi polis əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

    Bildirilib ki, 2024-cü ilin sentyabr ayı ərzində DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsinin paytaxtın ərazi polis orqanlarının əməkdaşları ilə birgə Bakı şəhərində keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Azərbaycan Respublikasının ərazisində olma və ya yaşama hüququ verən sənədlər olmadan, habelə qeydiyyatsız yaşayan, bir yerdən başqa yerə getdikdə olduğu yer və yaşayış yeri üzrə qeydiyyat qaydalarına əməl etməyən, Azərbaycan Respublikasında olma və ya yaşama müddəti qurtardıqdan sonra getməkdən boyun qaçıran 40 nəfər əcnəbi vətəndaş saxlanılıb. Həmin şəxslər barəsində İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsinə əsasən inzibati xəta protokolu tərtib olunub və aidiyyəti üzrə təhvil veriliblər.

    Qeyd edək ki, cari ilin əvvəlindən bu günə kimi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin Qanunsuz Miqrasiyaya Qarşı Mübarizə İdarəsi və respublikanın ərazi polis orqanlarının əməkdaşları ilə birgə keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində ümumilikdə 413 nəfər əcnəbi vətəndaş müəyyən edilərək barələrində müvafiq tədbirlər görülüb.

  • Ильхам Алиев принимает участие в заседании Совета глав государств СНГ в узком составе

    В Москве (Россия) проходит заседание Совета глав государств Содружества Независимых Государств (СНГ) в узком составе.

    Как сообщает АЗЕРТАДЖ, в заседании принимает участие Президент Азербайджанской Республики Ильхам Алиев.

    Сначала было сделано совместное фото.

  • İlham Əliyev Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclasında iştirak edir

    Moskvada MDB Dövlət Başçıları Şurasının məhdud tərkibdə iclası keçirilir.

    AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev iclasda iştirak edir.

    Əvvəlcə birgə foto çəkdirilib.

  • Находившиеся на задержанном в Одессе судне граждане Азербайджана эвакуированы на родину

    При поддержке посольства Азербайджана в Украине эвакуирован азербайджанский экипаж задержанного на территории Украины судна, плавающего под флагом Камеруна.

    Как сообщили АЗЕРТАДЖ в посольстве Азербайджана в Украине, 6 сентября на экстренную горячую линию консульского отдела посольства поступило обращение о том, что более месяца в одесском Ренийском морском порту задерживается торговое судно Usko Mfu, принадлежащее компании Usko Shipping и плавающее под флагом Камеруна, и что правительство Украины ограничило его отправку в порт Одессы. Было установлено, что на борту судна находятся 12 человек, из них 7 (в том числе капитан корабля) – граждане Азербайджанской Республики.

    Посольство незамедлительно приняло срочные меры по эвакуации граждан Азербайджана. Так, согласно соответствующим положениям Консульской конвенции, подписанной между Азербайджаном и Украиной 24 марта 1997 года в Киеве, была начата переписка с украинскими государственными учреждениями по поводу эвакуации упомянутых граждан.

    В первую очередь было снято ограничение Государственной пограничной службы Украины на въезд граждан в страну. Кроме того, посольство направило руководству Ренийского морского торгового порта и Министерству иностранных дел Украины ходатайство о проведении соответствующих встреч. В результате предпринятых посольством шагов была достигнута договоренность об эвакуации граждан 4 октября.

    В указанную дату в Ренийский морской торговый порт были командированы ответственные за консульские вопросы сотрудники посольства Галиббей Агададашев и Парвиз Асадов. Вместе с гражданами Азербайджанской Республики был эвакуирован один гражданин Турции. Все они были возвращены на родину.