Month: October 2024

  • Odessada həbs edilən gəmidəki Azərbaycan vətəndaşları ölkəmizə təxliyə olunublar

    Azərbaycanın Ukraynadakı səfirliyinin dəstəyi ilə Ukrayna ərazisində həbs edilən Kamerun bayrağı altında üzən gəminin azərbaycanlı heyəti təxliyə olunub.

    Azərbaycanın Ukraynadakı səfirliyindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 6-da səfirliyin konsulluq şöbəsinin fövqəladə hallar üçün nəzərdə tutulmuş qaynar xəttinə müraciət daxil olub. Məlum olub ki, bir aydan artıq Odessanın “Reniy” dəniz ticarət limanında Kamerun bayrağı altında üzən “Usko Shipping” şirkətinə məxsus “Usko Mfu” adlı ticarət gəmisi sözügedən limanda saxlanılaraq dənizə çıxması Ukrayna hökuməti tərəfindən məhdudlaşdırılıb. Gəmidə 12 nəfərdən ibarət heyətin xidmət apardığı, onlar arasında 7 nəfərin (bir nəfər gəmi kapitanı) Azərbaycan Respublikası vətəndaşı olduğu müəyyənləşib.

    Səfirlik dərhal Azərbaycan vətəndaşlarının təxliyəsi üçün təxirəsalınmaz işlər görüb. Bu xüsusda Azərbaycanla Ukrayna arasında 1997-ci il martın 24-də Kiyev şəhərində imzalanmış Konsulluq Konvensiyasının müvafiq bəndləri rəhbər tutularaq vətəndaşlarımızın təxliyəsi istiqamətində Ukrayna dövlət qurumları ilə yazışmalara başlanılıb.

    İlkin olaraq, Ukrayna Dövlət Sərhəd Xidmətindən vətəndaşların ölkəyə daxil olması ilə bağlı tətbiq edilən məhdudiyyət aradan qaldırılıb. Habelə səfirlik tərəfindən “Reniy” dəniz ticarət limanının rəhbərliyi və Ukrayna Xarici İşlər Nazirliyi qarşısında müvafiq görüşlərin keçirilməsi üçün vəsatət qaldırılıb. Səfirlik tərəfindən atılan müvafiq addımlar nəticəsində oktyabrın 4-də vətəndaşlarımızın təxliyə edilməsi üçün razılıq əldə olunub.

    Qeyd olunan tarixdə səfirliyin konsulluq məsələləri üzrə məsul şəxsləri Qalibbəy Ağadadaşov, Pərviz Əsədov “Reniy” dəniz ticarət limanına ezam olunublar və Azərbaycan Respublikası vətəndaşları ilə yanaşı, bir Türkiyə vətəndaşının da təxliyəsi həyata keçirilərək vətənlərinə dönməsi təmin olunub.

  • Kafedə hesaba görə qadın müştərini döyən icarədara HÖKM OXUNDU

    Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Anar Yusifovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Anar Yusifov 1 il 11 ay 29 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum olunub.

    İttihama görə, hadisə ötən il Abşeron rayonu, Xırdalan şəhəri, “Emin” şadlıq sarayının yaxınlığında yerləşən kafedə qeydə alınıb.

    Belə ki, Anar Yusifov icarə əsasında işlətdiyi həmin kafedə müştəri qismində əyləşən zərərçəkmiş Gülnar İsmayılova (ad, soyadı şərti) ilə mübahisə edib. Mübahisəyə səbəb isə zərərçəkmişin verdiyi sifarişin pulunun çox olmasına irad bildirməsi olub. Bu zaman Anar qadına nalayiq ifadələr işlədib, stolun üzərindəki pivə bakalını Gülnarın alın nahiyəsindən qəsdən vuraraq, ona xəsarət yetirib.

    Hadisədən sonra Anar Yusifov saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

  • Ильхам Алиев и Владимир Путин провели переговоры в Москве (ОБНОВЛЕНО)

    8 октября в Москве состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с российским коллегой Владимиром Путиным.

    Как сообщает АЗЕРТАДЖ, приветствуя главу нашего государства, президент Владимир Путин сказал:

    – Уважаемый Ильхам Гейдарович!

    Уважаемые друзья, коллеги!

    Мы очень рады всех вас приветствовать в Москве. Как и договаривались во время моего визита в Баку, проводим сегодня [встречу].

    Мы сейчас с Президентом говорили, что называется, и с глазу на глаз, вчера вечером еще неформально общались, так или иначе затрагивали вопросы, связанные с текущим статусом наших отношений.

    Хочу сразу отметить, что отношения развиваются позитивно, мы отмечали это еще во время визита в Азербайджан: четыре с лишним – 4.3 млрд долларов торговый оборот, четыре с лишним миллиарда – наши прямые инвестиции в азербайджанскую экономику, много хороших, интересных проектов и в сфере энергетики, и в сфере инфраструктурного развития. Они все перспективные, они все реальные, живые проекты – и двусторонние, и многосторонние.

    Мы очень рады, что на полях встречи глав стран СНГ у нас есть возможность обменяться сегодня информацией о текущей работе и, может быть, наметить, внести какие-то коррективы в это движение вперед, а оно очевидно.

    Очень рады Вас видеть. Добро пожаловать.

    Президент Ильхам Алиев сказал:

    – Спасибо, уважаемый Владимир Владимирович, за возможность повидаться сегодня, также спасибо за вчерашний обед. Кстати, еще раз, пользуясь возможностью, хотел бы поздравить Вас с прошедшим Днем рождения.

    После Вашего государственного визита динамика наших двусторонних отношений достаточно заметная. Было много контактов уже на уровне представителей различных структур, членов правительств в рамках выполнения тех решений, которые были достигнуты в августе в Баку.

    Сегодня также хорошая возможность, как Вы отметили, еще раз пройтись по этим вопросам, потому что повестка дня достаточно обширная, и те проекты, особенно новые, которые мы наметили в Баку в августе, требуют, конечно, постоянного нашего внимания и контроля. Так что сегодня хорошая возможность еще раз пройтись по повестке дня и определить конкретные шаги для выполнения тех договоренностей, которые мы достигли.

    Еще раз спасибо за встречу.

    Президент Владимир Путин:

    – Уважаемый Ильхам Гейдарович, мы ждем Вас в Казани 23-24 октября на мероприятиях по линии БРИКС, БРИКС плюс/аутрич. Уверен, что это будут встречи полезные, там можно будет поработать со всеми лидерами стран-участниц этой организации. И, конечно, мы приглашаем большое количество стран, которые стремятся сотрудничать с БРИКС. 25 коллег подтвердили свое участие. Поэтому на таких площадках всегда удобно работать, имею в виду, что можно переговорить по целому кругу интересующих участников этих мероприятий вопросов. Думаю, что это будет и полезно, и интересно. Мы Вас ждем в Казани.

    Президент Ильхам Алиев:

    – Спасибо, Владимир Владимирович. Азербайджан как раз среди тех 25, о которых Сергей Викторович сказал, которые подтвердили свое участие. С удовольствием принимаю Ваше приглашение и жду с нетерпением новой встречи. Спасибо.

    * * * * *

    8 октября в Москве состоялась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с его российским коллегой Владимиром Путиным.

    Об этом сообщает АЗЕРТАДЖ.

    * * * * *

    В Москве началась встреча Президента Азербайджанской Республики Ильхама Алиева с его российским коллегой Владимиром Путиным.

    Об этом сообщает АЗЕРТАДЖ.

  • Moskvada Prezident İlham Əliyevin Rusiya Prezidenti Vladimir Putinlə görüşü olub (YENİLƏNİB)

    Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısını salamlayan Prezident Vladimir Putin dedi:

    – Hörmətli İlham Heydər oğlu.

    Hörmətli dostlar, həmkarlar. Sizin hamınızı Moskvada salamlamağa çox şadıq. Mənim Bakıya səfərim zamanı razılaşdığımız kimi bu gün görüş keçiririk.

    Biz indi Prezidentlə, necə deyərlər, üzbəüz danışırdıq, dünən axşam da qeyri-rəsmi təmasımız olub, münasibətlərimizin hazırkı statusu ilə bağlı məsələlərə bu və ya digər dərəcədə toxunduq.

    Dərhal qeyd etmək istərdim ki, münasibətlər müsbət inkişaf edir, biz bunu hələ Azərbaycana səfər zamanı bildirmişdik: əmtəə dövriyyəsi 4 dəfədən çox – 4,3 milyard dollardır. Bizim Azərbaycan iqtisadiyyatına birbaşa investisiyalarımız dörd milyard dollardan çoxdur. Energetika sahəsində də, infrastrukturun inkişafı üzrə də çoxlu yaxşı, maraqlı layihələr var. Onların hamısı perspektivlidir, realdır, həm ikitərəfli, həm də çoxtərəfli layihələr aktualdır.

    Çox şadıq ki, MDB ölkələri başçılarının görüşü platformasında bizim bu gün cari işlər barədə informasiya mübadiləsi aparmaq, ola bilər ki, irəliyə doğru bu hərəkətdə, – bu isə açıq-aşkardır, – hər hansı düzəlişlər etmək imkanımız var.

    Sizi görməyimizə çox şadıq. Xoş gəlmisiniz.

    Prezident İlham Əliyev dedi:

    – Hörmətli Vladimir Vladimiroviç, bu gün görüşmək imkanına görə sağ olun, həmçinin dünənki nahar yeməyinə görə təşəkkür edirəm. Yeri gəlmişkən, fürsətdən istifadə edərək, Sizi doğum gününüz münasibətilə təbrik etmək istərdim.

    Sizin dövlət səfərinizdən sonra ikitərəfli münasibətlərimizin dinamikası kifayət qədər nəzərə çarpır. Avqust ayında Bakıda əldə olunmuş qərarların yerinə yetirilməsi çərçivəsində artıq müxtəlif strukturların nümayəndələri səviyyəsində, hökumət üzvləri arasında çoxlu təmaslar olub.

    Siz qeyd etdiyiniz kimi, bu gün həmin məsələləri nəzərdən keçirmək üçün yaxşı imkan var, çünki gündəliyimiz kifayət qədər genişdir və həmin layihələr, xüsusən avqust ayında Bakıda nəzərdə tutduqlarımız, əlbəttə ki, bizim daimi diqqət və nəzarətimizi tələb edir. Beləliklə, bu gün gündəliyə nəzər salmaq və iki ölkə arasında əldə olunmuş həmin razılaşmaların yerinə yetirilməsi üzrə konkret addımları müəyyənləşdirmək üçün yaxşı fürsətdir.

    Görüşə görə bir daha sağ olun.

    Prezident Vladimir Putin: Hörmətli İlham Heydər oğlu, Sizi oktyabrın 23-24-də Kazanda BRICS xətti ilə BRICS plyus-autriç tədbirlərində gözləyirik. Əminəm ki, orada faydalı görüşlər keçiriləcək, bu təşkilatın iştirakçı ölkələrinin bütün liderləri ilə işləmək mümkün olacaq. Əlbəttə ki, biz BRICS-lə əməkdaşlıq etməyə çalışan çox sayda ölkəni dəvət edirik. Artıq 25 həmkarımız öz iştirakını təsdiq edib. Ona görə də belə platformalarda işləmək hər zaman rahatdır. Onu nəzərdə tuturam ki, bu tədbirin iştirakçılarını maraqlandıran məsələlərin bütöv dairəsi üzrə danışıqlar aparmaq mümkündür. Zənnimcə, bu, həm faydalı, həm də maraqlı olacaq. Sizi Kazanda gözləyirik.

    Prezident İlham Əliyev: Vladimir Vladimiroviç, sağ olun. Azərbaycan elə Sergey Viktoroviçin də dediyi, öz iştirakını təsdiq etmiş həmin 25 ölkə arasındadır. Sizin dəvətinizi məmnuniyyətlə qəbul edirəm və yeni görüşümüzü səbirsizliklə gözləyirəm. Sağ olun.

    * * * * *

    Oktyabrın 8-də Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü olub.

    Bu barədə AZƏRTAC xəbər verir.

    * * * * *

    Moskvada Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Rusiya Federasiyasının Prezidenti Vladimir Putinlə görüşü başlayıb.

    Bu barədə AZƏRTAC xəbər verir.

  • Fransa Ukraynaya yeni silahlarla təchiz edilmiş qırıcılar verəcək: Tarix açıqlandı

    Fransa 2025-ci ilin yanvar-mart aylarında Ukraynaya yeni “yer-hava” tipli silahları ilə təchiz edilmiş “Mirage 2000” qırıcılarını tədarük edəcək.

    Median.Az-ın Izvestiya.ru-ya istinadən xəbərinə görə, bu barədə ölkənin Müdafiə Nazirliyinin rəhbəri Sebastyan Lekornyu özünün “X” hesabında məlumat verib.

    Onun sözlərinə görə, qırıcıların Kiyevə çatdırılması 2025-ci ilin birinci rübünə planlaşdırılır. “Hava-yer” tipli silahlardan əlavə, qırıcılar elektron müharibədən mühafizə sistemi ilə də təchiz olunacaqlar.

    “Ukraynalı pilotların və mexaniklərin hazırlığı davam edir”, – deyə Fransanın müdafiə naziri əlavə edib.

  • Владимир Путин провел встречу с Николом Пашиняном

    На полях саммита Содружества Независимых Государств (СНГ) прошла беседа президента России Владимира Путина с премьер-министром Армении Николом Пашиняном.

    Об этом говорится на сайте Кремля.

  • Moskvada Vladimir Putinlə Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir

    Moskvada Rusiya Prezidenti Vladimir Putinlə Ermənistan baş naziri Nikol Paşinyan arasında ikitərəfli görüş keçirilir.

    Bu barədə Kremlin mətbuat xidməti məlumat verib.

    Qeyd edək ki, bu gün Kremldə MDB dövlət başçılarının sammiti keçiriləcək. Sammit çərçivəsində Rusiya prezidenti Azərbaycan və Ermənistan liderləri ilə ayrı-ayrılıqda ikitərəfli görüş keçirəcək.

  • Состоится ли встреча Ильхама Алиева, Владимира Путина и Никола Пашиняна?

    Лидеры России, Азербайджана и Армении Владимир Путин, Ильхам Алиев и Никол Пашинян пока не планируют проводить трехстороннюю встречу для урегулирования конфликта между Баку и Ереваном.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщил журналистам помощник президента РФ Юрий Ушаков.

    “Нет, насчет трехсторонней встречи не договаривались, – сказал он, отвечая на соответствующий вопрос. – Была такая идея, но она не была кое-кем поддержана”.

    По словам Ушакова, Россия не возражала против такого формата.

  • İlham Əliyev, Vladimir Putin və Nikol Paşinyanın görüşü baş tutacaqmı?

    “Azərbaycan lideri İlham Əliyev, Rusiya Prezidenti Vladimir Putin və Ermənistan hökumət başçısı Nikol Paşinyan hələlik Bakı və İrəvan arasındakı münaqişənin həlli üçün üçtərəfli görüş keçirməyi planlaşdırmırlar”.

    Bu barədə jurnalistlərə açıqlamasında Rusiya prezidentinin köməkçisi Yuri Uşakov bəyan edib.

    “Xeyr, üçtərəfli görüş barədə razılıq əldə olunmayıb. Belə bir ideya var idi, lakin o, bəziləri tərəfindən dəstəklənmədi”, – deyə o, müvafiq suala cavab olaraq bildirib.

    Uşakovun sözlərinə görə, Rusiya bu formatın əleyhinə deyildi.

  • Владимир Путин: Отношения между Россией и Азербайджаном развиваются позитивно

    Отношения между Россией и Азербайджаном развиваются позитивно.

    Как сообщает АЗЕРТАДЖ, об этом сказал президент России Владимир Путин на встрече с азербайджанским коллегой Ильхамом Алиевым.

    “Хочу сразу отметить, что отношения развиваются позитивно, мы отмечали это еще во время визита в Азербайджан: четыре с лишним – 4.3 – млрд долларов торговый оборот, четыре с лишним миллиарда – наши прямые инвестиции в азербайджанскую экономику, много хороших, интересных проектов и в сфере энергетики, и в сфере инфраструктурного развития. Они все перспективные, они все реальные, живые проекты – и двусторонние, и многосторонние”, – отметил президент России.