Month: October 2024

  • Paraşütlə uçarkən ölən şəxs tanınmış həkim olub – VİDEO (YENİLƏNİB)

    Ötən gün saat 16:00-da 1986-cı il təvəllüdlü Şamo Salman oğlu Mehdiyev Quba rayonu, Qırız Dəhnə kəndində dağlıq ərazidən paraşütlə uçuş zamanı idarəetməni itirərək yerə çırpılıb.

    “Qaynarinfo”nun əldə etdiyi məlumata görə, Şamo Mehdiyev tanınmış stomatoloq olub.

    Əslən Laçından olan həkim uzun müddətdir həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olurmuş.

    Qeyd edək ki, Şamo Mehdiyev sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı nəticəsində yaranan travmatik şokdan ölüb.

    * * * * *

    Qubada paraşütçü uçuş zamanı qəza edib.

    APA xəbər verir ki, hadisə dünən rayonun Qırız Dəhnə kəndində baş verib.

    Belə ki, uzun müddət həvəskar şəkildə “skydive” idman növü ilə məşğul olmuş 1986-cı il təvəllüdlü Şamo Salman oğlu Mehdiyev dağlıq ərazidə paraşütlə uçuş edən zaman idarəetməni itirərək yerə çırpılıb.

    Hadisə nəticəsində sağ baldırın hər iki sümüyünün açıq qəlpəli sınığı xəsarəti nəticəsində yaranan travmatik şokdan ölüb.

    Faktla bağlı Quba Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Göygöldə əqrəb sancan müəllim ölüb

    Göygöl rayonunda əqrəb sancan müəllim ölüb.

    “Report”un məlumatına görə, Göygöl rayon Aşıqlı kənd sakini, 1975-ci il təvəllüdü Adil Məmmədovu sentyabrın əvvəlində həyətyanı sahəsində işləyərkən əqrəb sancıb.

    İki gün sonra halı pisləşən şəxs xəstəxanaya aparılıb, müalicəsi bir ay davam etdirilsə də, onun həyatını xilas etmək mümkün olmayıb.

    Qeyd edək ki, A.Məmmədov həmin hadisəyə qədər Göygöl rayon Toğanalı kənd orta məktəbində gənclərin hərbi hazırlığı fənnini tədris edib.

  • Начальник управления Юсиф Алескеров освобожден от должности

    Начальник Абшеронского управления оросительных систем Юсиф Алескеров освобожден от должности.

    Как сообщает pravda.az, соответствующий приказ подписал председатель Государственного агентства водных ресурсов Азербайджана Заур Микаилов.

    Согласно данным, на этот пост назначен начальник Шамкирского управления оросительных систем Мирбашир Алескеров.

  • Azərbaycanda vəzifəli şəxs işdən çıxarıldı

    Abşeron Suvarma Sistemləri İdarəsinin rəisi Yusif Ələsgərov vəzifəsindən azad edilib.

    Pravda.az xəbər verir ki, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin sədri Zaur Mikayılov müvafiq əmr imzalayıb.

    Həmin vəzifəyə Şəmkir Suvarma Sistemləri İdarəsinin rəisi Mirbəşir Ələsgərovun təyin edildiyi bildirilir.

  • В Баку проходит семинар высокого уровня по международным правилам в ведении военных операций

    7 октября в Баку начался “Семинар высокого уровня по международным правилам, регламентирующим ведение военных операций” (SWIRMO), организованный Министерством обороны и Международным комитетом Красного креста (МККК).

    Как сообщает Report, в семинаре, который является одним из важнейших мероприятий МККК, принимают участие высокопоставленные офицеры из более чем 70 стран.

    На семинаре будут представлены доклады об истории создания и текущей деятельности МККК, о военных операциях и праве, интеграции права, международном гуманитарном праве, применении международного гуманитарного права в азербайджанской армии и др.

    Семинар продлится до 12 октября.

  • Bakıda yüksəksəviyyəli seminar keçirilir

    Müdafiə Nazirliyi və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) təşkilatçılığı ilə oktyabrın 7-də Bakıda “Hərbi əməliyyatların idarə olunmasında beynəlxalq qaydalar üzrə yüksəksəviyyəli seminar” (SWIRMO) öz işinə başlayıb.

    “Report” xəbər verir ki, BQXK-nın mühüm tədbirlərindən biri olan seminarda 70-dən çox ölkəni təmsil edən yüksəkrütbəli zabitlər iştirak edirlər.

    Məqsəd hərbi əməliyyatların idarə olunmasına dair beynəlxalq qaydaların anlaşılmasını dərinləşdirmək, müasir döyüş meydanında beynəlxalq humanitar hüququn tətbiqi ilə bağlı problemləri araşdırmaq, bu hüququ hərbi planlaşdırma, əməliyyatların aparılması və əxlaqi dəyərlərin gücləndirilməsinə inteqrasiya etmək, həmçinin eyni məkanda çalışan hərbçilərlə BQXK arasında qarşılıqlı anlaşmanı inkişaf etdirməkdir.

    Seminar əsasən müharibə təcrübəsi keçən ölkələrdən məhz beynəlxalq humanitar hüququn əsasları, norma və prinsiplərinə riayət edən ölkələrin ərazilərində keçirilir.

    Azərbaycan Ordusunun hərbi qulluqçuları seminarda öz təcrübələrini bölüşəcəklər.

    Seminarda BQXK-nın yaranma tarixi və indiki fəaliyyəti, silahlılarla dialoqun aparılması, hərbi əməliyyatlar və hüquq, hüququn inteqrasiyası, beynəlxalq humanitar hüquq və hədəfəalma, Azərbaycan Ordusunda beynəlxalq humanitar hüququn tətbiqi və digər mövzularda çıxışlar təqdim ediləcək.

    Seminar oktyabrın 12-dək davam edəcək.

  • DİN toy karvanı iştirakçılarına müraciət edib

    “Qəza dayanma işıq siqnalını yandıraraq bütün hərəkət zolaqlarını tuturlar və yollarda süni sıxlıq yaradırlar”.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin (NİİM) müraciətində bildirilib.

    “Müşahidələr göstərir ki, toy karvanlarında olan bəzi sürücülər yolun hərəkət zolaqlarını tamamilə tutmaqla yanaşı, manevretmə qaydalarını da pozmaqla küçə və prospektlərdə süni sıxlıq yaradırlar. Bununla onlar digər nəqliyyat vasitələrinin sərbəst hərəkətinə mane olurlar.

    Eyni zamanda, bəy-gəlin maşınını müşayiət edən belə şəxslər şadlıq saraylarının yaxınlığında olan yollarda dayanma və durma qaydalarına da əməl etmirlər və nəticədə hərəkətin ləngiməsinə səbəb olurlar. NİİM toy karvanlarında iştirak edən sürücülərdən bir zolaq üzrə yolun sağ tərəfində sıra ilə hərəkət etmələrini xahiş edir ki, yollarda sıxlığın yaranmasına səbəb olmasınlar”, – deyə qurumun müraciətində vurğulanıb.

  • Gündə bir ədəd banan yemək sağlamlığınıza necə təsir edir?

    Araşdırmalara görə, gündə bir ədəd banan yemək LDL səviyyələrini azaldır, ürək xəstəliyi və insult riskini azaldır.

     LDL və ya “pis” xolesterinin aşağı səviyyələri, ürək xəstəliyi və insult riskini azaldır.

    Bağırsaqda yaxşı bakteriyaları dəstəkləyir və enerji mübadiləsi və beyin sağlamlığı da daxil olmaqla müxtəlif bədən funksiyaları üçün vacib olan B6 vitamini ehtiva edir. Bağırsaq sağlamlığını və qan şəkərinin səviyyəsini yaxşılaşdırır, çünki yaşıl bananda davamlı nişasta var.
    //lent.az

  • Azərbaycan Premyer Liqası: “Sabah” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib

    Azərbaycan Premyer Liqasının IX turunda baş tutan “Sabah” – “Araz-Naxçıvan” matçında qalib müəyyənləşməyib.

    “Bank Respublika Arena”da keçirilən görüş 1:1 hesabı ilə yekunlaşıb.

    “Sabah” komandasından 5-ci dəqiqədə Pavol Safranko fərqlənib. “Araz-Naxçıvan”ın qolunu isə 8-ci dəqiqədə Felipe Santos rəqib qapısından keçirib.

    Bu nəticədən sonra “Sabah” xallarının sayını 15-ə, “Araz-Naxçıvan” isə 17-yə yüksəldib.

    Qeyd edək ki, bu gün keçirilən digər görüşdə
    “Səbail” komandası “Şamaxı”nı məğlub edib – 2:0. Turun açılış matçında “Kəpəz” “Neftçi”ni 4:3 hesabı ilə məğlub edib. Sabah keçiriləcək “Turan-Tovuz” – “Zirə” və “Sumqayıt” – “Qarabağ” oyunları ilə IX tura yekun vurulacaq.
    //report

  • Mingəçevirdə iki avtomobil toqquşub, xəsarət alanlar var

    Mingəçevir şəhərində dörd nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi olub.

    İki avtomobilin toqquşması nəticəsində 1986-cı il təvəllüdlü Ü.Həsənova, 1956-cı il təvəllüdlü İ.Rzayev, 1995-ci il təvəllüdlü Q.Həsənov və 1980-ci il təvəllüdlü N.Məmmədova xəsarət alıb.

    Zərərçəkənlər xəstəxanaya çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.