Month: October 2024

  • Türkiyədə 100- ə yaxın qanunsuz miqrant saxlanılıb

    Türkiyənin Muğla vilayətində 93 qanunsuz miqrant saxlanılıb.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, onların arasında uşaqlar da var.

    Həmçinin qanunsuz miqrasiyanın təşkilində şübhəli bilinən üç şəxs də saxlanılıb.

    Onlarla bağlı hüquqi prosedur başladılıb.

  • Azərbaycanın avtomobil bazarında mövcud vəziyyət – Qiymət artımları və yeni trendlər

    Azərbaycan avtomobil bazarı dinamik və dəyişkən bir mərhələdədir. İdxal və yerli istehsal arasında balansın yaradılması, yeni ekoloji tələblərə cavab verən avtomobillərin bazara daxil olması və ikinci əl avtomobillərin bazar payının artması kimi amillər bazarın formalaşmasında əsas rol oynayır. Qiymət artımları, tədarük zəncirindəki qlobal problemlər və daxili iqtisadi təzyiqlər avtomobil almaq istəyən istehlakçılar üçün çətinliklər yaratsa da, bazar ümumilikdə sabit qalmaqdadır.

    Bu barədə “Report”a açıqlamasında avtomobil bazarı üzrə ekspert Elnar Rzayev bildirib.

    Onun sözlərinə görə, Azərbaycan avtomobil bazarının mövcud vəziyyəti bir sıra iqtisadi, sosial və texnoloji amillərin təsiri ilə formalaşır: “Bu bazarın dinamikası həm daxili, həm də xarici amillərlə, o cümlədən avtomobil idxalı, yerli istehsal, ikinci əl avtomobillərin satışı, avtomobil kreditləşməsi, qiymət dəyişiklikləri və digər iqtisadi göstəricilərlə müəyyən olunur. Azərbaycan avtomobil bazarı, əsasən xaricdən idxal olunan avtomobillərlə formalaşır. Ölkəyə hər il minlərlə avtomobil idxal olunur və bunlar arasında həm yeni, həm də istifadə olunmuş maşınlar üstünlük təşkil edir. Xüsusən də Avropa, Yaponiya, Cənubi Koreya və ABŞ kimi ölkələrdən idxal olunan avtomobillər böyük tələbat görür. Bu ildə isə bir sıra məhdudiyyətlərin aradan qaldırılması və gömrük prosedurlarının sadələşdirilməsi ilə idxalda artım müşahidə olunub”.

    Ekspert bildirib ki, Azərbaycanda ikinci əl avtomobil bazarı böyükdür və əhali arasında bu seqmentə maraq yüksəkdir. “Hazırda ikinci əl avtomobil bazarında maşınların qiymətlərində əhəmiyyətli artımlar qeydə alınıb. Bu artım bir tərəfdən də dünya miqyasında inflyasiya təzyiqləri və istehsal xərclərinin yüksəlməsi ilə bağlıdır. Digər tərəfdən, COVID-19 pandemiyası zamanı istehsalın yavaşlaması və tədarük zəncirinin pozulması da bazara təsir göstərib.”

    E. Rzayev ikinci əl avtomobillərin qiymətlərindəki artımın təxminən 15-25 % təşkil etdiyini diqqətə çatdırıb: “Bu, əsasən tələbatın çox olması və yeni avtomobillərin yüksək qiymətləri ilə bağlıdır. Xüsusən də daha populyar markalar və modellər üzrə qiymətlər daha yüksək faizlə artıb. Yeni avtomobillərin qiymətləri də artıb, lakin bu artım daha çox 10-20 % arasında dəyişir. Bunun səbəbi dünya üzrə avtomobil istehsalında yaranmış qıtlıq, logistika problemləri və xammal qiymətlərinin artmasıdır. Xüsusilə Avropa və Asiya ölkələrindən idxal olunan avtomobillərin qiymətləri bu kateqoriyada əhəmiyyətli dərəcədə artıb”.

    “Elektrik və hibrid avtomobillərin qiymətləri ən çox dəyişkənlik göstərən seqmentdir. Hazırda elektrikli avtomobillərin qiymətləri Azərbaycanda 20-30 % arası artım göstərib. Çünki bu seqment hələlik yenidir və infrastruktur məhduddur. Lüks avtomobil bazarında qiymət artımı ümumilikdə 10-15 % səviyyəsində qeydə alınıb. Bu tip avtomobillər üçün tələbat daha sabit olsa da, qlobal təchizat zəncirindəki gecikmələr və yüksək xərclər bu bazara da təsir göstərib”, – deyə ekspert əlavə edib.

    Digər avtomobil bazarı üzrə ekspert Eldəniz Cəfərli bildirib ki, dünyada elektrik və hibrid avtomobillərə maraq artdıqca, Azərbaycanda da bu tendensiya müşahidə olunur. “Dövlətin ekoloji tələbləri sərtləşdirməsi və daha müasir avtomobillərin dəstəklənməsi siyasəti çərçivəsində hibrid və elektrikli nəqliyyat vasitələrinə tələb artmağa başlayıb. Hazırda elektrik avtomobillərinin idxalı və satışlarında müəyyən qədər artım olsa da, bazarın ümumi payında bu növ nəqliyyat vasitələri hələ də məhdud sayda təmsil olunur”.

    O qeyd edib ki, ikinci əl avtomobillərin qiymətlərinin artmasına avtomobil bazarında olan tələbatın çoxluğu və yenilənmiş nəqliyyat vasitələrinin çatışmazlığı da təsir edir: “Əksər istehlakçılar üçün yeni avtomobil almaq məhdudiyyətlərlə bağlıdır. Bu, ikinci əl bazarının güclü qalmasına səbəb olur. Xüsusilə SUV tipli avtomobillərə və yanacağa qənaətcil modellərə maraq daha yüksəkdir”.

  • İranda terror aktının qarşısı alınıb

    İranın şimalında yerləşən Növşəhr şəhərində terror aktının qarşısı alınıb.

    Median.Az İran KİV-inə istinadən xəbər verir ki, bu barədə şəhərin polis rəisi, polkovnik Əli Əkbər Dərvişi bildirib.

    Qeyd olunub ki, terror aktı törətməyə hazırlaşan İŞİD terror qruplaşmasının 3 üzvü saxlanılıb.

  • ООН: Более 200 тыс беженцев из Ливана прибыли в Сирию с начала бомбардировок

    Более 200 тыс. граждан Сирии и Ливана прибыли в Сирию с начала израильских ударов 23 сентября.

    Как передает Median.Az со ссылкой на зарубежные СМИ, об этом верховный комиссар ООН по делам беженцев Филиппо Гранди сообщил в соцсетях.

    “Более 200 тысяч человек – граждан Ливана и Сирии – покинули Ливан, перейдя границу с Сирией, в результате израильских бомбардировок”, – отметил он.

    По последним данным ливанских властей, беженцами из юга, востока и южного пригорода Бейрута стали около 1,2 млн человек. При этом десятки тысяч человек вынуждены размещаться на улицах из-за отсутствия мест в центрах временного размещения.

  • BMT: Livandan Suriyaya 200 mindən çox qaçqın gedib

    Sentyabrın 23-də İsrailin hücuma başlamasından bəri 200 mindən çox Suriya və Livan vətəndaşı Suriyaya gedib.

    Median.Az xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə BMT-nin qaçqınlar üzrə ali komissarı Filippo Qrandi sosial şəbəkədə yazıb.

    “İsrailin bombardmanları nəticəsində 200 mindən çox Suriya və Livan vətəndaşı Suriya ilə sərhədi keçərək Livanı tərk edib”, – o qeyd edib.

    Livan hökumətinin son məlumatlarına görə, Beyrutun cənub və şərqindən təxminən 1,2 milyon nəfər qaçqın düşüb.

  • Torpaqların minalanması, partlaması dəhşətli ətraf mühit deqradasiyası yaradır – RƏY

    Planetin istiləşməsi miqrant işçilər üçün həm iqtisadi, həm də sağlamlıq baxımından böyük risklər yaradır. 2023-cü ildə həddindən artıq istiləşmənin qeydə alınması fermerlər, tikinti sahəsində və ümumiyyətlə açıq hava şəraitində çalışan işçilər üçün ağır nəticələrə gətirib çıxarıb.

    Bunu “Report”a Milli Məclisin deputatı, COP29 Təşkilat Komitəsinin üzvü Pərvanə Vəliyeva deyib. O qeyd edib ki, açıq havada çalışan işçilər iqlim dəyişmələrinin ən sərt reallıqları, o cümlədən ekstremal yay və qış mövsumləri, eləcə də qum fırtınaları və daşqınların mənfi nəticələri ilə üzləşirlər:

    “Yaxın Şərqdə və Cənub-Şərqi Asiyada milyonlarla işçi – tikinti sektoru, çatdırılma xidmətləri sahəsində çalışan işçilər, küçə abadlığına məsul və başqaları – həssas qruplar və ağır təsirlənənlər arasındadır.

    Miqrant işçilər xarici təsirlərdən əlavə, iqlim dəyişmələri fəsadlarından qorunmaq üçün inzibati çətinliklərlə də üzləşirlər. Günorta iş fasilələri və ya açıq havada çalışan işçilər üçün istilərin qarşısının alınması üçün əksər ölkələrdə heç bir tədbir görülmür. Tikinti işçilərindən tutmuş plantasiyada işləyənlərə qədər açıq havada çalışanlar normadan artıq temperatur şəraitində işləməyə davam edirlər. İri ticarət mərkəzləri və digər ictimai binaların sahibləri tərəfindən kondisionerli ictimai yerlərin əksəriyyətinə tikinti işçilərinin daxil olmasına icazə verilmir. Əvəzinə onlar parklarda və ya müxtəlif yaşıllıqlarda dincəlməklə istidən xilas olmağa çalışırlar. Bu hal işçilərin sağlamlığına, gün vurmadan əziyyət çəkməsinə, dəri xərçənginin yaranmasına, tənəffüsün çətinləşməsinə gətirib çıxarır”.

    Deputat qeyd edib ki, Qlobal İqlim cəmiyyəti, yəni beynəlxalq təşkilatlar, qeyri-hökumət təşkilatları, iqlim və ətraf mühit aktivistləri miqrantların iqlim dəyişmələrindən təsirlənən əsas icma qruplarından biri kimi tanınmasını tövsiyə edir:

    “Hətta Konvensiya yanında müşahidəçi qismində işçi miqrantlardan ibarət Koalisiyanın yaradılması təklif olunur. Konvensiya yanında hazırda mövcud olan “Fermerlər” həmfikir QHT qrupunda müəyyən mənada miqrant təmsil olunsa da, bu qrupu ayrıca olaraq, miqrantlardan ibarət olması və BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyası (UNFCCC) tərəfindən COP-larda bu məsələlərin müzakirələrə cəlb edilməsi məqsədəuyğun hesab edilir. Dünyada davam edən istilik böhranında əlbəttə ki, təsirlənən icmaların rifahı daha böyük müzakirə mövzusu olmalıdır.

    Münaqişələr nəticəsində ətraf mühitin deqradasiya da miqrasiyaya mənfi təsir göstərən başlıca amillərdəndir. 90-cı illərdə Qarabağdan, Şərqi Zəngəzurdan, o cümlədən Qərbi Azərbaycandan olan Azərbaycanlılar doğma el-obasından didərgin salınmış, qaçqın və məcburi köçkün olaraq onlar ölkənin digər ərazilərinə miqrasiya etməyə məcbur olmuşdular. Qarabağ və Şərqi Zəngəzurun işğaldan azad olunmasına baxmayaraq əhali öz yurd-yuvasına həmən qayıda bilmədi, ərazilər erməni işğalı zamanı talan edilmiş, dağıdılmış, ağaclar kəsilmiş, mədəni irs məhv olmuş, çaylar çirkləndirilmiş, yaşıllıqlar, ətraf mühit viran qoyulmuşdu. Dəymiş maddi ziyanın məbləği yüz milyardlarla ölçülür. Torpaqların minalanması, minanın torpaqda qaldığı zaman ətraf mühitə təsiri bir ayrı, onun partlaması da digər dəhşətli ətraf mühit deqradasiyası yaradır. Bütün bunlar insanların azad şəkildə öz vətəninə qayıtmasına mane olan ətraf mühit amilləridir”.

    P.Vəliyevanın sözlərinə görə, miqrasiyaya məruz qalmış insanların vətəninə geri qayıdarkən öz evini viran vəziyyətdə, uçurulmuş görməsi, bir zamanlar yaşadığı məhəlləni, yaşayış obyektlərini yerində tapmaması, eyni zamanda miqrantların mental sağlamlığına, psixoloji durumuna da mənfi təsir göstərir:

    “Evlərini, küçələrini, yaşadıqları ərazini daim yaddaşlarında qoyub getdikləri xatırlayan bu insanlar geriyə qayıdarkən fərqli mənzərənin şahidi olur: minalanmış abidələr, küçələr, evlər”.

  • Азербайджанские депутаты будут наблюдать за референдумом в Казахстане

    Депутаты Милли Меджлиса – председатель комитета по труду и социальной политике Муса Гулиев, Айдын Мирзазаде, Анар Мамедов, Эльман Насиров, Азер Бадамов и Мушфиг Мамедли находятся с визитом в городе Астане, Казахстан.

    Об этом сообщили Report в отделе прессы и связей с общественностью Милли Меджлиса.

    Муса Гулиев, Айдын Мирзазаде, Анар Мамедов будут наблюдать за референдумом, назначенным на 6 октября в Казахстане, по линии Милли Меджлиса, а Эльман Насиров, Азер Бадамов и Мушфиг Мамедли – в составе наблюдательной миссии Организации тюркских государств.

    Депутаты ознакомятся с уровнем подготовки к референдуму о строительстве АЭС в Казахстане, а в день голосования будут следить за активностью граждан и процессом подсчета голосов.

  • Azərbaycanlı deputatlar Qazaxıstanda referendumu müşahidə edəcəklər

    Milli Məclisin deputatları – Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli Qazaxıstanın Astana şəhərində səfərdədirlər.

    Bu barədə “Report”a Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsindən məlumat verilib.

    Belə ki, Musa Quliyev, Aydın Mirzəzadə, Anar Məmmədov Milli Məclisin xətti ilə, Elman Nəsirov, Azər Badamov və Müşfiq Məmmədli isə Türk Dövlətləri Təşkilatının müşahidə missiyasının tərkibində Qazaxıstanda oktyabrın 6-na təyin olunmuş referendumu müşahidə edəcəklər.

    Deputatlar Qazaxıstanda Atom Elektrik Stansiyasının tikintisi ilə bağlı keçiriləcək referenduma hazırlığın səviyyəsi ilə maraqlanacaqlar, yaradılmış şəraitlə yaxından tanış olacaqlar, səsvermə günü vətəndaşların fəallığını və səslərin sayılması prosesini izləyəcəklər.

  • ЦАХАЛ ликвидировал 400 боевиков “Хезболлах” в ходе операций на юге Ливана

    Израильская армия (ЦАХАЛ) уничтожила за пять дней наземных рейдов на юге Ливана 400 вооруженных радикалов движения “Хезболлах”.

    Как передает Median.Az со ссылкой на ТАСС, об этом сообщает портал Ynet.

    “Только в результате нынешнего маневра ликвидировано более 400 боевиков “Хезболлах”, в том числе немало командиров рот и батальонов”, – сказал источник.

    Ранее ЦАХАЛ сообщил о том, что за четыре дня наземных операций на юге Ливана были убиты 250 вооруженных радикалов “Хезболлах”, в том числе 21 командир. В ведомстве уточнили, что среди командного состава “Хезболлах” были ликвидированы 5 командиров батальонов, 10 командиров рот и 6 командиров отделений.

  • Livanın cənubunda 400 “Hizbullah” döyüşçüsü öldürülüb

    İsrail ordusu (IDF) Livanın cənubunda quru əməliyyatlarının keçirildiyi beş gün ərzində “Hizbullah”ın 400 yaraqlısını öldürüb.

    Bu barədə “Ynet” portalı məlumat yayıb.

    “Çoxlu sayda rota və batalyon komandirləri də daxil olmaqla, 400-dən çox “Hizbullah” yaraqlısı məhv edilib”, – mənbə bildirib.

    Daha əvvəl IDF Livanın cənubunda quru əməliyyatlarının keçirildiyi dörd gün ərzində “Hizbullah”ın 250 yaraqlısının, o cümlədən 21 komandirinin öldürülməsi barədə məlumat yayıb.