Month: October 2024

  • Bakıda torpağın qiyməti kəskin ARTDI – VİDEO

    Paytaxtda qiyməti onmilyonlarla manat olan torpaq sahələri satışa çıxarılıb.

    Elan saytlarına nəzər salanda məlum olur ki, “Ağ Şəhər” ərazisində bir sotu 195 min manat olan torpaq sahəsinin ümumi qiyməti 39 milyon manatdır. Həmçinin metronun “Nəriman Nərimanov” stansiyasına yaxın ərazidə satışa çıxarılan torpaq sahəsinin bir sotu 781 min manat, ümumi qiyməti 25 milyon manatdır.

    Eyni zamanda “Şah İsmayıl Xətai” stansiyasının yaxınlığındakı torpaq sahəsinin bir sotu 104 min manat, ümumi qiyməti isə 25 milyon manatdır.

    Dəyəri onmilyonlarla manat olan torpaq sahələri mərkəzdən kənar ərazilərdə də mövcuddur.

    Belə ki, Şıxov və Xocəsən qəsəbələrində qiyməti 25 milyon, Lökbatanda 22 milyon, Buzovnada 21 milyon, Mərdəkanda 20 milyon manata satışa çıxarılan torpaq sahələrinə rast gəlmək mümkündür.

    Ekspert Elnur Fərzəliyev deyir ki, qiymətlərin yüksək olması yaşayış və qeyri-yaşayış sahələrinin tikintisinə yararlı torpaqların azlığı ilə əlaqədardır:

    “Xüsusən də yolkənarı, qeyri-yaşayış obyektləri üçün yararlı torpaq sahələrinin satış qiymətlərində kəskin artımlar müşahidə olunur. Qiymət dəyişimi yerləşdiyi ərazidən və ümumi torpaq sahəsindən asılıdır. Hazırda paytaxtda çoxmənzilli binaların inşası üçün torpaq sahələri məhdud və qiymətlərin yüksək olması səbəbindən tikinti şirkətləri daha çox pilot layihələr üzərindən qəzalı vəziyyətdə olan köhnə çoxmənzilli yaşayış binalarını sökərək onların üzərində yeni hündürmərtəbəli binalar inşa edirlər”.

    Ekspert hesab edir ki, bəzi ərazilərdə qiymətlər sabit qalsa da, ümumilikdə tikintiyə yararlı torpaq sahələrinin bahalaşması davam edəcək.

    Ətraflı Baku TV-nin süjetində:

  • Salyanda qadın tövlədə canına QƏSD ETDİ

    В Сальянском районе произошло самоубийство.

    Как сообщает lent.az, случай зарегистрирован в селе Дайыкенд.

    Согласно информации, 32-летняя местная жительница Гюльнар Миришова повесилась в сарае, расположенном во дворе ее дома.

    Причины суицида пока не установлены.

    По данному факту в районной прокуратуре ведется расследование.

  • Salyanda qadın tövlədə canına QƏSD ETDİ

    Salyan rayonunda intihar hadisəsi baş verib.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə rayonun Dayıkənd kəndində qeydə alınıb.

    Kənd sakini, 32 yaşlı Gülnar Mirişova yaşadığı evin həyətindəki tövlədə özünü iplə asıb.

    İntiharın səbəbləri hələlik məlum deyil.

    Faktla bağlı Salyan Rayon Prokurorluğunda araşdırma aparılır.

  • В Баку появился преследующий студенток шантажист – ФОТО

    В Баку неизвестный фотографирует студенток и распространяет эти снимки в социальных сетях.

    Этого парня чаще всего можно встретить на остановке маршрута №61, где он преследует девушек, а затем шантажирует их посредством соцсетей.

    Сотрудник пресс-службы Министерства внутренних дел Ибрагим Амирасланлы заявил в ответ на запрос нашего сайта, что в связи с распространенными утверждениями вышеуказанная территория взята полицией под контроль.

    “О результатах проверки будет предоставлена дополнительная информация”, – добавил он.

    //oxu.az

  • Bakıda tələbə qızları izləyən manyak PEYDA OLUB – FOTO

    Bakıda tələbə qızların şəkillərini çəkərək sosial şəbəkələrdə yayan manyak peyda olub.

    Əsasən 61 nömrəli marşrutun dayanacağında rast gəlinən bu şəxs qızların arxasınca düşür, sosial şəbəkə vasitəsilə onları şantaj edir.

    Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı İbrahim Əmiraslanlı oxu.az-ın sorğusuna cavab olaraq bildirib ki, iddialarla bağlı qeyd edilən ərazi polis orqanı tərəfindən nəzarətə götürülüb:

    “Nəticəsi barədə əlavə məlumat veriləcək”.

  • Lənkəranda kütləvi davanın təfərrüatı məlum olub

    Lənkəranda baş verən kütləvi davada beş nəfər xəsarət alıb.

    APA xəbər verir ki, gənclər arasında yaranan kütləvi dava təsadüfən baş verib. İlkin məlumata görə, mübahisəyə səbəb tərəflərdən birinin axşam saatlarında kənd yolunda avtomobili yüksək sürətlə idarə etməsi olub. Qarşı tərəfin avtomobili saxlatdırıb irad bildirməsi ilə mübahisə yaranıb və zərbənin təsirindən gənclərdən biri yıxılaraq yol kənarında olan dəmir məhəccərin üstünə düşüb. O, döş qəfəsi nahiyəsindən kəsici-deşici xəsarət alıb.

    Kütləvi dava nəticəsində ümumilikdə 5 nəfər xəsarət alaraq Lənkəran Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

    Qeyd edək ki, hadisə ötən gecə Lənkəran rayonunun Ürgə kəndi ərazisində qeydə alınmışdı.

  • Ильхам Алиев поздравил Реджепа Тайипа Эрдогана с Днем Республики

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо турецкому коллеге Реджепу Тайипу Эрдогану.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый господин Президент,

    Дорогой Брат,

    От себя лично и от имени народа Азербайджана рад передать Вам и в Вашем лице братскому народу Турции самые искренние поздравления и добрые пожелания по случаю 29 Октября – Дня Республики.

    Хотел бы с гордостью отметить, что Турецкая Республика вступила во второе столетие своей истории как мощная, ведущая и стабильная с политической, экономической, военной и всех других точек зрения страна, завоевавшая высокий авторитет и доверие на международной арене, говорящая свое слово в глобальных вопросах. Все эти грандиозные достижения стали возможными благодаря политике, проводимой под Вашим дальновидным и мудрым руководством, и Вашему упорному труду.

    Все успехи могучей Турции, ставшей центром силы в мире, радуют и вдохновляют нас не меньше, чем наши собственные успехи. Сегодня мы испытываем чувство большой гордости от того, что азербайджано-турецкие отношения находятся на самой высокой вершине, от нашего несокрушимого братства. Наши динамично и активно развивающиеся исключительные межгосударственные связи, составляющие основу регионального сотрудничества, играют роль важного фактора для всей Евразии, внося большой вклад в развитие, мир и безопасность в регионе.

    Верю, что азербайджано-турецкое стратегическое союзничество, черпающее силу из нашей общей истории, богатых национально-духовных ценностей, братства и единства двух народов, нашими совместными усилиями будет и впредь углубляться и укрепляться в соответствии с принципом “Одна нация, два государства”.

    В столь знаменательный день желаю Вам крепкого здоровья, счастья, успехов в высшей государственной деятельности, братской Турецкой Республике и ее народу – постоянного мира, благополучия и процветания”.

  • İlham Əliyev Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərdi

    Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğana təbrik məktubu göndərib.

    President.az xəbər verir ki, məktubda deyilir:

    “Hörmətli cənab Prezident,

    Əziz Qardaşım,

    29 Oktyabr – Respublika Günü münasibətilə Sizə və Sizin simanızda qardaş Türkiyə xalqına şəxsən öz adımdan və Azərbaycan xalqı adından ən səmimi təbriklərimi və xoş arzularımı yetirməkdən məmnunluq duyuram.

    Fəxrlə qeyd etmək istərdim ki, Türkiyə Respublikası tarixinin ikinci yüzilliyinə siyasi, iqtisadi, hərbi və digər hər bir cəhətdən qüdrətli, qabaqcıl və sabit, beynəlxalq aləmdə yüksək nüfuz və etimad qazanmış, qlobal məsələlərdə söz sahibi olan güclü ölkə olaraq qədəm basmışdır. Bütün bu möhtəşəm nailiyyətlərin əldə olunması məhz Sizin uzaqgörən və müdrik rəhbərliyiniz altında aparılan siyasət və gərgin əməyiniz nəticəsində mümkün olmuşdur.

    Dünyada güc mərkəzinə çevrilmiş qüdrətli Türkiyənin bütün uğurları bizi də öz uğurlarımız qədər sevindirir və ruhlandırır. Bu gün Azərbaycan-Türkiyə münasibətlərinin ən yüksək zirvədə olmasından, sarsılmaz qardaşlığımızdan böyük fərəh hissi duyuruq. Dinamik və fəal inkişaf edən, regional əməkdaşlığın onurğa sütununu təşkil edən müstəsna dövlətlərarası əlaqələrimiz bölgədə inkişafa, sülhə və təhlükəsizliyə böyük töhfə verməklə yanaşı bütün Avrasiya üçün önəmli amil rolunu oynayır.

    İnanıram ki, ortaq tariximizdən, zəngin milli-mənəvi dəyərlərimizdən, xalqlarımızın qardaşlığı və birliyindən güc alan Azərbaycan-Türkiyə strateji müttəfiqliyi bundan sonra da birgə səylərimizlə “Bir millət iki dövlət” prinsipinə uyğun olaraq daha da dərinləşəcək və möhkəmlənəcəkdir.

    Belə bir əlamətdar gündə Sizə möhkəm cansağlığı, xoşbəxtlik, ali dövləti fəaliyyətinizdə müvəffəqiyyətlər, qardaş Türkiyə Respublikasına və xalqına daim əmin-amanlıq, rifah və firavanlıq arzulayıram”.

  • ABŞ Gürcüstanı “daha ​​ağır” nəticələrlə hədələyib

    Amerika Birləşmiş Ştatları hökumətin kursunu dəyişməyəcəyi təqdirdə Gürcüstanı “daha ağır” nəticələrlə qarşılaşmaqla hədələyib.

    Apa xəbər verir ki, bu barədə Dövlət Departamentinin mətbuat xidmətinin rəhbəri Metyu Miller jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib.

    “Bu il biz ardıcıl olaraq Gürcüstan hökumətini antidemokratik hərəkətlərindən əl çəkməyə və Avro-Atlantik yola qayıtmağa çağırdıq”, – deyə Miller bildirib.

  • İstanbul hava limanında sərnişinin yükündən 17 timsah çıxıb

    stanbulun Sabiha Gökçen hava limanında gömrükçülər Türkiyəyə qanunsuz timsah və kərtənkələlər keçirməyə cəhd edən sərnişini saxlayıb.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Misirdən gələn sərnişinin baqajına baxış zamanı 17 baş Nil timsahı və 10 ədəd Nil monitor kərtənkələsi (ən böyük kərtənkələlərdən biri) aşkar edilib.

    Saxlanılan şəxsin heyvanların ölkəyə gətirilməsinə icazə verən heç bir sənədi olmayıb. Onun sözlərinə görə, onları Suriya ilə həmsərhəd Hatay vilayətinə aparırmış.
    “Canlı heyvanlar nazirliyin nümayəndələri tərəfindən mühafizəyə götürülüb”, – deyə nazirlikdən bildirilib. Qaçaqmalçıya qarşı hansı tədbirlərin görüldüyü və hadisənin nə vaxt baş verdiyi açıqlanmır.