Month: October 2024

  • Xalq artistinə qəribə ad günü təbriki

    Aparıcı Tural Əsədov Xalq artisti Miri Yusifi qəribə şəkildə təbrik edib.
     
    Median.Az xəbər verir ki, aparıcı Niyaməddin Musayevin kədərli bir şəklini paylaşaraq, müğənnini ad günü münasibətilə təbrik edib.

    “Dostum Miri Yusif, heç olubmu dünyadan baş götürüb qaçmaq arzun? Heç olubmu həsrətin oxlarına tuş gəlmisən? Bəs olub ki, səni ad günündə başqa Xalq artistinin şəkli ilə təbrik etsinlər? Təzə şəkil çəkdirmək lazımdır. Öpürəm, bağrıma basıram” deyə aparıcı yazıb.Lent.az

  • “Netflix” Fələstin filmlərini kitabxanasından çıxardı

    “Netflix” Fələstin filmlərinin əksəriyyətini kitabxanasından çıxarıb. 

    Qaynarinfo xəbər verir ki, bu barədə “Deadline” yazıb.

    Nəşr qeyd edir ki, filmlər oktyabrın 13-də yığışdırılıb, lakin bu, “Freedom Forward” hüquq müdafiə təşkilatının hadisəyə diqqət çəkməsindən sonra məlum olub. Onun nümayəndələri “Netflix”ə açıq məktub dərc edərək, filmlərə girişin dərhal geri qaytarılmasını tələb ediblər.

    Şirkət silinmiş filmləri nümayiş etdirmək hüququnun bitdiyini bildirib. Onlar 2021-ci ildə üç il müddətinə alınıb.

    “Biz bu lisenziyalı film kolleksiyasını 2021-ci ildə üç il müddətinə istifadəyə vermişdik. Artıq həmin lisenziyaların müddəti başa çatıb. Həmişə olduğu kimi, biz üzvlərimizin ehtiyaclarını ödəmək və dünyanın hər yerindən gələn səsləri qeyd etmək üçün müxtəlif keyfiyyətli filmlərə və televiziya şoularına sərmayə qoymağa davam edirik”, deyə “Netflix” bildirib.

    Silinən filmlər arasına Dubayda yerləşən “Front Row Filmed Entertainment” tərəfindən platformaya lisenziya verilən Elia Süleymanın “İlahi Müdaxilə” (2002), Annemari Yasirin “Bu Dənizin Duzu” (2008) və Mai Masrinin “3000 Gecəsi” (2015) filmləri var.

  • Elm və təhsil naziri “Maarifçi”lərlə görüşdü – FOTO

    Oktyabrın 28-də elm və təhsil naziri Emin Əmrullayev “Maarifçi” tələbə-məzun təcrübə proqramının ikinci mərhələsinin iştirakçıları ilə görüşüb.    
     
    Median.Az bildiri ki, “Maarifçi”ləri salamlayan elm və təhsil naziri Emin Əmrullayev proqramın gənclərə böyük təcrübə qazanmaq imkanı yaratdığını deyib və bu təşəbbüsün mahiyyəti haqqında danışıb. Emin Əmrullayev bildirib ki, proqram iştirakçıları hazırda nazirliyin müxtəlif struktur bölmələrində təcrübə keçməklə iş prosesi ilə tanış olurlar və bu da onların peşəkar kadr kimi formalaşmalarında mühüm rol oynayır. 
     
    Elm və təhsil naziri həmçinin iştirakçılardan gözləntilər və yaxşı mütəxəssis olmaq üçün vacib şərtlər barədə danışıb.
     
    Görüşdə “Maarifçi”lər gənclərə belə bir fürsət yaradıldığı üçün təşəkkürlərini ifadə ediblər və proqramın üstünlüklərini vurğulayıblar.
     
    Tədbirdə iştirakçıları maraqlandıran suallar da cavablandırılıb.
     
    Qeyd edək ki, 37 nəfər “Maarifçi” tələbə-məzun təcrübə proqramının II mərhələsində iştirak hüququ qazanıb. 3 ay davam edəcək proqram çərçivəsində iştirakçılar Elm və Təhsil Nazirliyi, həmçinin Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin müxtəlif struktur bölmələrində təcrübə keçəcəklər. 

    Proqramın məqsədi tələbə və məzunlara nəzəri biliklərini real iş mühitində tətbiq etmək və təcrübə imkanı yaratmaq, iştirakçıların bilik və bacarıqlarını artırmaq, eləcə də gənclərə peşəkar vərdişlər qazandırmaqdır.
     

  • Bir neçə bakal pivə həbsinə səbəb oldu

    Bakıda pivə içdikdən sonra Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edərək, dayısının başını kəsəcəyini deyən şəxs həbs edilib. 

    Qaynarinfo-nun məlumatına görə, 1980-ci il tarixdə Cəbrayıl rayonunda anadan olmuş E.Namazov dayısı ilə aralarında yaranan mübahisəyə görə Səbail Rayon Polis İdarəsinə şikayət verib. 

    O, daha sonra bir neçə bakal pivə içərək dayısı ilə bağlı Daxili İşlər Nazirliyinin 102 xidmətinə zəng edib və onun barədə etdiyi müraciətə baxılmadığı təqdirdə başını kəsəcəyini bildirib.

    Hadisədən dərhal sonra polis əməkdaşları onun yaşadığı ünvana gələrək, E.Namazovu saxlayıblar. 

    Məhkəmənin qərarı ilə təqsirləndirilən şəxs İnzibati Xətalar Məcəlləsinin 535.1-ci maddəsində nəzərdə tutulmuş inzibati xətanı törətməkdə təqsirli bilinərək, 8 gün müddətə inzibati həbs edilib. O, məhkəmədə əməlindən peşiman olduğunu və bir daha belə əməllərə yol verməyəcəyini deyib. 

  • Lökbatan yoluna qaya parçaları uçdu: Uzun tıxac yaranıb

    Qaradağ rayonu, Lökbatan yolu ərazisində qaya parçaları qırılaraq yolun hərəkət hissəsinə uçub.

    Nəticədə axşam saatlarında nəqliyyatın hərəkəti çətinləşib.

    Məsələ ilə bağlı Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) rəsmisi, polis polkovnik-leytenantı Mübariz Ağayev Oxu.Az-a açıqlamasında bildirib ki, son zamanlar havaların yağıntılı keçməsi ilə əlaqədar sözügedən ərazidə iri qaya parçalarının sürüşməsi müşahidə olunub:

    “Hadisə bu gün saat 16 radələrində Bakı Kənar Dairəvi avtomobil yolunun 6-cı kilometrliyində qeydə alınıb. Ərazidə dislokasiya üzrə xidmət aparan Ekoloji Nəzarət üzrə Yol Patrul Xidməti Bölüyünün əməkdaşları tərəfindən dərhal aidiyyəti qurumların əməkdaşları cəlb olunub. Hazırda yolda təhlükənin aradan qaldırılması üçün işlər gedir”.

    M.Ağayev onu da vurğulayıb ki, Dövlət Yol Polisinin əməkdaşları ərazidə hərəkətin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər həyata keçirir. Hazırda hər hansı bir təhlükə gözlənilmir.
    //oxu.az

  • Bankın “qara siyahısı”ndan necə çıxmaq olar?

    “Tarixcəsi mənfi olan bank müştərilərinə heç bir bank borc vermir”.

    Bunu Qaynarinfo-ya açıqlamasında iqtisadçı vəkil Əkrəm Həsənov bankların “qara siyahı”sından çıxmağın hüququ yollarını izah edərkən deyib.

    Vəkil bildirib ki, banklarda “qara siyahı” deyil, kredit tarixcəsi deyilən bir anlayış var:

    “Yəni tarixi dəyişmək mümkün deyil. Kiminsə nə vaxtsa banklarda problemi olubsa, kreditlərini gecikdiribsə və s. bankın tarixcəsində qalır”.

    Vəkil deyib ki, banklar kredit tarixcəsi problemli şəxslərə kredit ayıra bilər:

    “Amma vermirlər. Kredit tarixçəsi pis, problemli olan şəxslər banklardan kredit götürə bilərlər. Kimsə girov qoya bilər, ya da onlara zamin dura bilərlər”.

  • В Иране запретили телефоны Motorola после взрывов пейджеров

    Власти Ирана запретили ввоз и использование сотовых телефонов корпорации Motorola после многочисленных взрывов устройств связи в Ливане.

    Об этом сообщил портал Digiato.

    По его информации, заместитель министра торговли, промышленности и недропользования Мохаммад Мехди Барадаран незадолго до своего ухода с поста объявил, что даже продажа телефонов марки Motorola на территории Ирана будет прекращена.

    Как отмечает портал, многие интернет-магазины уже удалили устройства из своих каталогов либо поменяли их статус на “нет в наличии”. Из-за запрета на импорт телефоны этой марки невозможно зарегистрировать внутри страны.

  • Peycer partlayışlarından sonra İranda telefonlarla bağlı qadağa tətbiq edildi

    ran hakimiyyəti Livanda çoxsaylı rabitə cihazlarında baş verən partlayışlardan sonra “Motorola” korporasiyasının mobil telefonlarının idxalını və istifadəsini qadağan edib.

    Bu barədə Median.Az “Digiato” portalına istinadən xəbər verir.

    Məlumata görə, ticarət, sənaye və mineral sərvətlər nazirinin müavini Məhəmməd Mehdi Baradaran vəzifəsindən getməzdən bir müddət əvvəl bəyan edib ki, İranda hətta “Motorola” markalı telefonların satışı da dayandırılacaq.

    Portalın qeyd etdiyi kimi, bir çox onlayn mağazalar artıq cihazları kataloqlarından çıxarıb və ya statuslarını “əldə yoxdur” vəziyyətinə dəyişib. İdxal qadağası səbəbindən bu markanın telefonlarının ölkə daxilində qeydiyyata alınması mümkün deyil.

  • Лейла Алиева приняла участие в мероприятии “Ульвият” в Сумгайыте – ФОТО

    28 октября при организационной поддержке Сумгайытского реабилитационного центра состоялось мероприятие под названием “Ульвият”, приуроченное к 8 Ноября – Дню Победы.

    Как сообщает АЗЕРТАДЖ, в мероприятии, организованном в Центре Гейдара Алиева города Сумгайыт, приняла участие вице-президент Фонда Гейдара Алиева Лейла Алиева.

    На открытии прозвучали музыкальные произведения в исполнении струнного квартета Сумгайытского музыкального колледжа при Азербайджанской национальной консерватории.

    Лейла Алиева ознакомилась с экспонируемыми на мероприятии различными произведениями искусства. На выставке были представлены произведения изобразительного искусства, фигуры из каменного литья, художественная резьба по дереву, ткацкие изделия и др. В рамках мероприятия также была организована выставка кулинарных изделий, приготовленных членами семьи шехида.

    Кроме того, особую атмосферу мероприятию придали патриотические песни о Родине, исполненные хоровой группой “Зефер седасы”, состоящей из детей шехидов.

    В завершении сотрудники Сумгайытского реабилитационного центра и лица с ограниченными возможностями здоровья совместно исполнили турецкий танец. Инклюзивный танец гази Карабахской войны и сотрудников центра также с большим интересом был встречен участниками.

    Отметим, что организация таких мероприятий и выставок служит еще большей интеграции лиц с инвалидностью и членов семей шехидов в общество, повышению критериев их инклюзивности, улучшению их социального статуса.






  • Leyla Əliyeva Sumqayıtda “Ülviyyət” adlı tədbirdə iştirak edib – FOTO

    Oktyabrın 28-də Sumqayıt Reabilitasiya Mərkəzinin təşkilatçılığı ilə 8 Noyabr – Zəfər Gününə həsr olunmuş “Ülviyyət” adlı tədbir keçirilib.

    AZƏRTAC xəbər verir ki, Sumqayıt Şəhər Heydər Əliyev Mərkəzində təşkil olunan tədbirdə Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva iştirak edib.

    Tədbirin açılışında Azərbaycan Milli Konservatoriyasının nəzdində Sumqayıt Musiqi Kollecinin simli kvartetinin ifasında musiqi əsərləri səsləndirilib.

    Leyla Əliyeva tədbirdə sərgilənən müxtəlif sənət əsərləri ilə yaxından tanış olub. Sərgidə rəssamlıq, daş tozundan fiqurların tökülməsi, ağac üzərində bədii oyma, toxuculuq və digər sənət növləri üzrə əl işləri nümayiş olunub. Tədbir çərçivəsində, həmçinin şəhid ailəsi üzvlərinin əl işlərindən ibarət kulinariya sərgisi də təşkil edilib.

    Bundan əlavə, şəhid övladlarından ibarət “Zəfər sədası” xor qrupunun ifasında səsləndirilən Vətənə həsr olunmuş mahnılar tədbirə xüsusi ab-hava qatıb.

    Sonda Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşları və sağlamlıq imkanları məhdud şəxslər birgə türk rəqsi ifa ediblər. Qarabağ müharibəsi qazisi və Sumqayıt Reabilitasiya Mərkəzinin əməkdaşının inklüziv rəqsi də iştirakçılar tərəfindən böyük maraqla qarşılanıb.

    Qeyd edək ki, bu cür tədbir və sərgilərin təşkili əlilliyi olan şəxslərin və şəhid ailələrinin üzvlərinin cəmiyyətə daha çox inteqrasiyasına, onların inklüzivlik meyarlarının artmasına və sosial statuslarının yaxşılaşmasına xidmət edir.