Month: October 2024

  • İstanbul hava limanında sərnişinin yükündən 17 timsah çıxıb

    stanbulun Sabiha Gökçen hava limanında gömrükçülər Türkiyəyə qanunsuz timsah və kərtənkələlər keçirməyə cəhd edən sərnişini saxlayıb.

    Median.Az xəbər verir ki, bu barədə Türkiyə Respublikası Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi məlumat yayıb.

    Qeyd olunub ki, Misirdən gələn sərnişinin baqajına baxış zamanı 17 baş Nil timsahı və 10 ədəd Nil monitor kərtənkələsi (ən böyük kərtənkələlərdən biri) aşkar edilib.

    Saxlanılan şəxsin heyvanların ölkəyə gətirilməsinə icazə verən heç bir sənədi olmayıb. Onun sözlərinə görə, onları Suriya ilə həmsərhəd Hatay vilayətinə aparırmış.
    “Canlı heyvanlar nazirliyin nümayəndələri tərəfindən mühafizəyə götürülüb”, – deyə nazirlikdən bildirilib. Qaçaqmalçıya qarşı hansı tədbirlərin görüldüyü və hadisənin nə vaxt baş verdiyi açıqlanmır.

  • Ağsuda iki avtomobil toqquşub, ölən var – YENİLƏNİB

    Ağsuda baş verən ağır yol qəzasının təfərrüatı məlum olub.

    DİN-in Mətbuat Xidmətinin Şəki regional qrupundan report-un yerli bürosuna bildirilib ki, oktyabrın 28-də saat 21 radələrində Ağsu rayonunun Qaraqoyunlu kəndi ərazisində “KIA” və “JAC” markalı avtomobillər toqquşub.
    Nəticədə “KIA”-nın sürücüsü, 1991-ci il təvəllüdlü Tehran Səlimov aldığı xəsarətlərdən vəfat edib. Araşdırma aparılır.

    21:45

    Ağsuda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

    ”Report”un Yuxarı Şirvan bürosu xəbər verir ki, rayon ərazisində qeydə alınıb.

    Belə ki, 1991-ci il təvəllüdlü Səlimov Tehran Nəriman oğlu “KIA” markalı avtomobillə hərəkətdə olarkən idarəetməni itirib.

    T.Səlimov elə hadisə yerində dünyasını dəyişib.
    Hazırda faktla bağlı araşdırma aparılır.

  • DİN Lənkərandakı kütləvi dava ilə bağlı məlumat yaydı

    Lənkəranda kütləvi dava olub, bir nəfər bıçaqlanıb.

    Median.Az Report-a istinadən xəbər verir ki, dava axşam rayonun Ürgə kəndi ərazisində qeydə alınıb.

    Belə ki, dava zamanı rayonun Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Zakir Vüqar oğlu Səfərzadə bıçaqlanıb.

    Digər iştirakçılar – Nərimanabad qəsəbə sakini, 2004-cü il təvəllüdlü Rüstəm Nasib oğlu Əhmədov, 2011-ci il Yusif Nasib oğlu Əhmədzadə, Cəlilabad rayon sakini, 2003-cü il təvəllüdlü Nurlan Seymur oğlu Əlizadə, Lənkəran rayonu, Boladi kənd sakini, 2004-cü il təvəllüdlü Əli Elçin oğlu İsmayılov müxtəlif dərəcəli bədən xəsarətləri ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına daxil olublar.

    Bıçaqlanan Z.Səfərzadə əməliyyat blokuna alınıb.

    Hazırda hadisənin təfərrüatı dəqiqləşdirilir.

    ***

    Daxili İşlər Nazirliyi Lənkərandakı insidentlə bağlı açıqlama yayıb.

    DİN-in Mətbuat Xidmətinin Lənkəran regional qrupundan bildirilib ki, şəxsi münasibətlər zəminində baş vermiş həmin insidentlə bağlı Lənkəran Şəhər Rayon Polis Şöbəsində araşdırma aparılır.

    Xəsarətlərin dərəcəsini müəyyən etmək məqsədilə müvafiq ekspertizalar təyin olunub.

    Araşdırmanın nəticəsində məsələyə hüquqi qiymət veriləcək.

  • Gürcüstan müxalifəti parlament seçkilərinin yenidən keçirilməsini tələb edib

    Gürcüstan müxalifəti təkrar parlament seçkilərinin keçirilməsində israrlıdır.

    Apa xəbər verir ki, bunu Tbilisidə keçirilən mitinqdə deputat, “Birlik – Milli Hərəkat” koalisiyasının nümayəndəsi Georgi Vaşadze deyib.

    “Bizim tələbimiz yeni seçkilərin keçirilməsidir, ancaq onları beynəlxalq seçki administrasiyası keçirsin”, – deyə Vaşadze etirazçılara müraciət edib.

    Müxalifətin digər tələbi də seçkilərdə səs vermiş şəxslərin siyahılarının açılmasıdır. Hakimiyyət əleyhdarları hesab edirlər ki, Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatlarından fərqli olaraq seçkilərdə aktivlik çox aşağı olub.

  • Bu 3 bürc enerji ilə aşıb daşır, adam onlarla qocalmaz

    Bürclər aləmində adi görüşü əsl macəraya çevirməyi bacaranlar var. Onlar cansıxıcılığa nifrət edirlər və həmişə əyləncə və adrenalinə üstünlük verərək yeni təcrübələr axtarırlar. Bu enerjili nümayəndələr bütün keyfiyyətlərini birləşdirdikdə onlarla maraqlı görüşlər alınır. 

    Median.Az lent.az-a istinadən onlarla görüşlərin yadda qalan olacağı bürcləri təqdim edir: 

    Dolça

    Dolça bürcü altında doğulmuş insanlar qeyri-adi tarixləri sevir və təcrübələrdən qorxmur. Ona görə də onunla heç vaxt darıxmayacaqsınız. Onun hüzurunda özünüzü əsl şahzadə kimi hiss edəcəksiniz.
    O, diqqətli olacaq və əsl romantikanın nə olduğunu nümayiş etdirəcək. Onun gözündə ancaq siz olacaqsınız. Ancaq eyni düşüncədə olmadığınızı başa düşsə, ona görə bu ayrılmaq üçün səbəb ola bilər.

    Əkizlər

    Unudulmaz bir tarix üçün başqa bir əla seçim isə Əkizlərdir. Onlar əla yoldaş və romantik olmağı bacara bilir. Onunla çiçəklərə, şamlara və incə öpüşlərə arxalana bilərsiniz.
    Bəzi şeylər üçün hələ tez olub-olmadığını düşünürsünüz. Ancaq Əkizlər oyanmaq istəməyəcəyiniz nağıl atmosferi yaradacaq. Onlar təxəyyül və duyğuları sevirlər, buna görə də cəlbedici bir paltar yalnız onların marağını artıracaq və yaradıcılıqlarını ortaya qoyacaq.

    Balıqlar

    Balıq bürcləri altında əsl centlmen gizlənir. Bəzilərinin kişiliyini və cəngavərliyini itirdiyini düşünürsünüzsə, Balıqlar bunun hələ də mümkün olduğunu sizə sübut edəcək.
    Onlarla görüşmək idealdır, çünki onlar sizi kraliça kimi hiss edirlər və özləri də bu statusa uyğun hərəkət edirlər. Onların ünsiyyət qabiliyyəti və poetik sözlər qəlbinizi fəth edəcək.
    Onlarla görüş bir səbəbdən idealdır. Onlar sizə burada kraliça olduğunuzu hiss etdirir və buna uyğun davranırlar. Bundan əlavə, onların ünsiyyət qabiliyyəti var və poetik sözləri ilə sizi ovsunlayacaq.

  • Valideynlərə XƏBƏRDARLIQ – Bu uşaqlar böyüyəndə qatı cinayətkar ola bilər

    Son vaxtlar valideynlərin həkimlərə övladları ilə münasibətləri barədə müraciətlər çoxalıb.
    Bunlar arasında uşaqların dərsi qavraya bilməməsi, həmçinin valideynlə uşaq arasında dərs öyrənmə prosesində problemlər yaranması kimi məsələlər də var.
    Nəticədə, valideynlə övlad arasında, eyni zamanda müəllimlə şagird arasında konflikt yaranır. Eyni problem bağçalarda da mövcuddur.
    Bu məsələ ilə əlaqədar doktor psixiatr Aytən Namazova ilə danışdıq. H

    Median.Az xəbər verir ki, həkim baku.ws-ə açıqlamasında bunun səbəbini belə açıqladı:
    “Altda yatan hansısa neyropsixiotik pozuntu ola bilər. Burada əsas 3 qrup xəstəliyi qeyd etmək istəyərdim.
    Birinci qrupda diqqət əksikliyi və hiperaktiv pozuntudur. İkinci qrupda autistik spektr pozuntusudur. Üçüncü qrupda isə əqli gerilik, yəni inkişaf geriləməsidir.
    Birinci qrupda diqqət əksikliyi və hiperaktiv pozuntu olan uşaqlar bətndaxili dövrdə həddən artıq dərəcədə hərəkətli olur və hətta ana bundan narahat olur, həkimə şikayət edir.

    Uşaq doğulub, müəyyən inkişaf etdiyi etapda gəzməyə başlayır. Bu zaman uşaq valideynin əlindən qaçır, özünü maşının üstünə atır.

    Bu xüsusiyyət özünü daha çox hərəkətlə ifadə edir. İrəliləyən mərhələdə uşaq məktəbə gedir. Tədris illərində uşaq diqqətini dərsə yönəldə bilmir.

    Gözü müəllimə baxır, lakin fikri başqa yerdə olur. Müəllim sual verdikdə onu dinləmədən cavab verir. Bunlar diqqət əksikliyidir.

    Hiperaktivlik pozuntu zamanı isə uşaq həddən artıq dərəcədə hərəkətli olur. Dərs prosesini pozur. Digər uşaqlarla yola getmir, qeyri-etik ifadələr işlədir.
    Bəzən bu özünü impulsivliklə ifadə edir. Yəni hansısa hərəkəti edir, yaxud qeyri-etik ifadə işlədir və sonradan onun peşmanlığını çəkir.
    Əgər 12 yaşına qədər diaqnoz qoyulursa, bu, diqqət əksikliyi və hiperaktiv puzuntu deməkdir. Əgər 12 yaşından böyükdürsa, bu zaman digər pozuntularla ifadə edilə bilər.

    Bu, vaxtında müalicə olunmazsa, həmin uşaqlar gələcəkdə maddə asılılığına, alkoqol istifadəsinə və cinayətə meyilli olurlar. Hətta onlar ən qatı cinayətkara belə çevrilə bilərlər”, – deyə Aytən Namazova bildirib.
    Həkim deyir ki, ikinci qrup isə autistik spektr pozuntusudur:

    “Günümüzdə ən geniş yayılmış autistik pozuntudur. Autizmli uşaqlar digərlərinə nisbətən dərslərdə və bacarıqlarında ləngimiş ola bilirlər.
    Belə uşaqlar digərlərindən fərqli olaraq qavramaq problemləri yaşayırlar. Burada söhbət yüngül dərəcəli autizmdən gedir. Uşaq dərsi doğru-dürüst qavraya bilmir.

    Əgər bu, yüngül dərəcədədirsə, digər uşaqlardan az fərqlənir. Əgər orta və ağır autizmli uşaqdırsa, bu zaman normal uşaqlarla birgə təhsil almaqda çətinlik çəkirlər”.

    Aytən Namazova deyir ki, üçüncü qrup isə əqli gerilik və inkişaf ləngiməsi olan uşaqlardır:
    “Bunlar da yüngül, orta, ağır və çox ağır formalarda olur. Əqli gerilik və inkişaf ləngiməsi yüngül formada olan uşaqlar məktəbdə dərslərdə çətinlik çəkirlər. Hətta gələcəkdə psixoloji dəstək alsalar belə, öz yaşıdlarından geridə qalırlar.

    Orta əqli gerilik və inkişaf ləngiməsi olanlar isə ancaq 11-ci sinif təfəkkürü formalaşa bilir.
    Ağır dərəcəli əqli gerilik və inkişaf ləngiməsi müşahidə olunan uşaqlarda nitq ümumiyyətlə olmur. Çox ağır xəstələrdə isə hərəkət məhdudluğu və danışa bilməmək problemi olur”.

    Bu uşaqlar qatı cinayətkar ola bilər
    Həkim deyir ki, bu problemli uşaqlar müalicə düzgün aparılmadıqda normal şəxsiyyət kimi formalaşa bilmir və hətta gələcəkdə qatı cinayətkar bel əoal bilərlər:
    “El arasında belə fikirlər yayılıb: fikri havalardadır, böyüsün oxuyacaq. Təəssüf ki, valideynlər bununla bağlı həkimə müraciət etmək əvəzinə uşağa təzyiq edirlər.
    Həmin valideynlər övladlarının xəstə olduğunu anlamırlar. Bu tip uşaqlarda özgüvənsizlik yaranır, onlar şəxsiyyət kimi formalaşa bilmirlər. Bu zaman uşaq özünü təsdiqləmək üçün zərərli vərdişlərə yönələ bilər.
    Həmin uşaqlar böyüdükcə narkotik maddələrdən istifadəyə meyil edə bilərlər. İnternetdən və telefondan asılılıq yaranır. Depressiyaya düşürlər.

    Depresiyadan çıxmaq və başlarını başqa şeylərlə qatmaq üçün zərərli, asılılıq yaradan vərdişlərə yiyələnirlər. Zərərli oyunlara qurşanırlar. Bu tip insanlarda davranış və şəxsiyyət poztuntusu yaranır. Belə uşaqlar gələcəkdə cinayətkara da çevrilə bilərlər”.
    Aytən Namazova deyir ki, valideynlərə bu məsələdə xüsusi tövsiyyə edir:

    “Tövsiyyə olaraq bildirmək istərdim ki, əziz valideynlər, uşağınızda belə hallar aşkarlanırsa, mütləq həkimə, psixiatra vaxtında müraciət edəsiniz.
    Həmin uşaqları birinci növbədə telefondan uzaq tutmaq lazımdır. Telefondakı oyunda baş verənlər uşaqlara birbaşa təsir göstərir. Uşaqlar vaxtında yatıb, vaxtında oyanmalıdırlar. Normal yuxu saatı axşam saat 10-dan səhər saat 7-dəkdir.

    Həmçinin, uşaqlara məhdudiyyət qoyulmalıdır. Bu cür aktiv uşaqları idmana, oyunlara və müxtəlif fiziki hərəkətli yarışlara yönəltmək tövsiyyə edilir”.

  • Azərbaycanda bu şəxslər daha çox pensiya alacaqlar

    Özəl pensiya fondu dövlət tərəfindən idarə olunan pensiya sistemindən fərqli olaraq, fərdi və ya özəl təşkilatlar tərəfindən yaradılan və idarə olunan pensiya fondudur.

    Median.Az baku.ws-ə istinadən bildirir ki, bu fondlar əsasən insanların öz şəxsi vəsaitlərini investisiya edib gələcəkdə əlavə pensiya gəliri əldə etməsini təmin etmək məqsədi daşıyır.

    Bir çox ölkədə özəl pensiya fondları insanların dövlət
    pensiyasına əlavə olaraq əlavə gəlir əldə etməsinə kömək edir və təqaüdə çıxdıqdan sonra maliyyə baxımından daha rahat bir həyat tərzi təmin etməyə yönəlib.

    Azərbaycanda belə özəl pensiya fondlarının tətbiqi bir sıra müsbət təsirlərlə nəticələnə bilər:
    Əlavə gəlir imkanı: Özəl pensiya fondları insanlara təqaüd yaşında əlavə gəlir imkanı verir. Dövlət pensiyasına əlavə olaraq şəxsi yığımlarının hesabına pensiya alaraq maliyyə vəziyyətlərini yaxşılaşdırmaq olar.

    Daha sərbəst seçimlər: İnsanlar öz pullarını hansı fonda yatırmaq istədiklərinə sərbəst qərar verə bilərlər. Bu, onlara daha çox maliyyə azadlığı və gəlirlərini artırmaq üçün öz investisiya strategiyalarını qurmaq imkanı yaradır.

    İqtisadi İnkişaf: Özəl pensiya fondlarının yaratdığı yığım bazar iqtisadiyyatına kapital axını təmin edir, bu da iqtisadi inkişafı və yerli bizneslərin maliyyələşməsini dəstəkləyə bilər.

    Məqsədyönlü yığım: Özəl pensiya fondları vasitəsilə insanlar gələcək maliyyə planlarını daha məqsədyönlü şəkildə qura bilərlər. Uzunmüddətli maliyyə planlaması aparmaq daha asan olur və bu, şəxsi maliyyə intizamını gücləndirə bilər.

    Azərbaycanda özəl pensiya fondlarının tətbiqi, vətəndaşlara daha geniş pensiya seçimləri və əlavə gəlir mənbələri yaratmaq üçün bir fürsət ola bilər. Amma bu fondların düzgün idarə olunması, maliyyə maarifçiliyi və müvafiq nəzarət mexanizmlərinin tətbiqi vacibdir ki, risklər minimuma endirilsin və vətəndaşlar üçün etibarlı bir yığım sisteminə çevrilsin.

    Dövlət Sosial Müdafiə Fondunun mövzu ilə bağlı açıqlaması belə olub ki, qeyri-dövlət pensiya fondları haqqında qanun layihəsi hazırlanıb və razılaşdırılması üçün adiyyəti qurumlara təqdim olunub. Özəl pensiya fondlarının hüquqi, iqtisadi və maliyyə əsaslarının formalaşdırılması və həmin fondların fəaliyyətinə nəzarət mexanizminin müəyyənləşdirilməsi üçün adiyyəti qurumların rəsmiləri ilə birgə iş aparılır.

  • Sabah bu ərazidə işıq kəsiləcək

    Xəzər RETSİ-nə (Rayon Enerji Təchizatı və Satışı İdarəsi) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.

    Median.Az xəbər verir ki, bu barədə “Azərişıq” ASC məlumat yayıb.

    Bildirilib ki, bununla əlaqədar olaraq saat 09:00-dan saat 13:00-dək Albalı yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Adel eşitmə qabiliyyətini itirdi

    Britaniyalı müğənni və prodüser Adel son iki ayda nadir bir infeksiyaya yoluxub. O, dözülməz ağrılardan əziyyət çəkib.

    Median.Az xəbər verir ki, dünya üzrə məşhur Adel şouda çıxışı zamanı infeksiyaya görə bir qulağının müvəqqəti kar olduğunu deyib.

    Müğənni düzgün olmayan müalicə nəticəsində eşitmə qabiliyyətini qismən itirdiyini bildirib.

    Adel xəstəliyi barədə hər zamankı kimi səmimi danışıb. Onun sözlərinə görə, avqust ayında Münhendəki konsertləri zamanı hovuzdakı su bakteriyalarının yaratdığı nadir infeksiyaya yoluxub. O vaxtdan müğənni dözülməz ağrılardan əziyyət çəkir.

    Düzgün olmayan müalicə nəticəsində Adel bir müddət şiddətli ağrılardan əziyyət çəkib və eşitmə qabiliyyətini qismən itirib. “Bir neçə dəfə qulağımı kəsmək istədim… İndi artıq ağrımır, bu əladır, amma sol qulağımda bir az karlıq qalıb”-deyə müğənni izah edib.
     
    O, Veqas şouları bitdikdən sonra şou-biznesə uzun müddət ara verəcəyini bildirib: “Yeni musiqilərlə bağlı heç bir planım yoxdur. Qastrol səfərimdən sonra uzun müddət fasilə vermək istəyirəm. Başqa yaradıcılıq işləri də etməyi planlaşdırıram. Heç olmasa bir müddət hər şeydən uzaq qalmağa ehtiyacım var”.

  • İsrail 500 milyon dollarlıq lazer hava hücumundan müdafiə sistemləri sifariş edib

    İsrail Müdafiə Nazirliyi bu gün “Iron Beam” lazer hava hücumundan müdafiə sistemlərinin tədarükü haqqında 500 milyon dollar dəyərində müqavilələr imzalayıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə “The Times of Israel” nəşri İsrail Müdafiə Nazirliyinin baş direktoru Eyal Zamirə istinadən məlumat yayıb.

    “Bu sövdələşmə yeni eranın – lazer müdafiə sistemi dövrünün başlanğıcıdır”, – E.Zamir bildirib.

    Onun sözlərinə görə, ilk yerüstü lazer hava hücumundan müdafiə qurğuları 2025-ci il ərzində istifadəyə veriləcək.

    “Iron Beam” reaktiv və minaatan mərmilər, PUA və qanadlı raketlər də daxil olmaqla müxtəlif hava hədəfləri ilə mübarizə aparmaq üçün nəzərdə tutulub.