Month: October 2024

  • 259 сотрудников госслужбы привлечены к ответственности

    За 2023 год и 9 месяцев с начала текущего года к ответственности были привлечены 259 сотрудников Государственной службы по мобилизации и призыву на военную службу.

    Как сообщает Median.Az со ссылкой на вышеупомянутую структуру, в отношении должностных лиц, нарушивших требования законодательства, были проведены служебные проверки.

    В результате в прошлом году 78, а за 9 месяцев 2024 года 181 сотрудник подвергнут серьезным дисциплинарным взысканиям и организационно-штатным мерам.

    В 2023 году в Генеральную прокуратуру для принятия процессуального решения были направлены материалы, собранные в отношении 22 человек по 15 фактам, а за соответствующий период этого года – 70 человек по 36 фактам.

  • Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib

    Ötən il və bu ilin 9 ayı ərzində Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin 259 əməkdaşı məsuliyyətə cəlb edilib.

    Bu barədə Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətindən məlumat verilib.

    Belə ki, qanunvericiliyin tələblərini pozmuş vəzifəli şəxslər barəsində xidməti yoxlamalar aparılaraq ötən il 78, 2024-cü ilin 9 ayı ərzində isə 181 əməkdaş barəsində ciddi intizam tənbehi və təşkilati-ştat tədbirləri görülüb.

    2023-cü ildə 15 fakt üzrə 22, cari ilin müvafiq dövründə isə 36 fakt üzrə 70 nəfər barəsində toplanmış materiallar prosessual qərar qəbul edilməsi üçün Baş Prokurorluğuna göndərilib.

  • Генерал-майора Тофига Гасанова лишили звания и медали “За Отчизну” – ФОТО

    Президент Азербайджана Ильхам Алиев подписал распоряжение о лишении Тофига Этибар оглу Гасанова высшего специального звания генерал-майора юстиции и медали “За Отчизну” в связи с вступлением в законную силу приговора суда о его осуждении за совершение тяжких преступлений.

    Об этом сообщает сайт President.az.

    Основанием для распоряжения послужило представление Суда по тяжким преступлениям Нахчыванской Автономной Республики. Документ вступает в силу со дня подписания.

    Напомним, что бывший начальник Пенитенциарной службы Нахчыванской АР генерал-майор юстиции Тофиг Гасанов был арестован в январе 2023 года в рамках уголовного дела, расследуемого Главным следственным управлением Службы государственной безопасности. Экс-главу ведомства обвинили в получении взяток в крупном размере.

    Гасанову были предъявлены обвинения по статьям 311.3.1, 311.3.2, 311.3.3 (получение взятки заранее сговорившейся группой лиц, неоднократно и в крупном размере) Уголовного кодекса Азербайджана. Решением Суда по тяжким преступлениям Нахчывана он был приговорен к 10 годам лишения свободы.

  • Azərbaycanda general-mayor rütbəsindən məhrum edildi, “Vətən uğrunda” medalı alındı – FOTO

    Prezident İlham Əliyev Tofiq Həsənovun ali xüsusi rütbədən və dövlət təltifindən məhrum edilməsi haqqında Sərəncam imzalayıb.

    Bu barədə President.az xəbər yayıb.

    Sərəncamla Tofiq Etibar oğlu Həsənovun ağır cinayətlər törətdiyinə görə məhkum olunması barədə məhkəmə hökmünün qanuni qüvvəyə minməsi və Naxçıvan Muxtar Respublikası Ağır Cinayətlər Məhkəməsinin təqdimatı əsas götürülərək o, ədliyyə general-mayoru ali xüsusi rütbəsindən və “Vətən uğrunda” medalından məhrum edilir.

    Bu sərəncam imzalandığı gündən qüvvəyə minir.

    Xatırladaq ki, Naxçıvan Muxtar Respublikası (MR) Penitensiar Xidmətinin sabiq rəisi, ədliyyə general-mayoru Tofiq Həsənov 2023-cü yanvarında Dövlət Təhlükəsizliyi Xidmətinin İstintaq Baş İdarəsində davam edən cinayət işi üzrə həbs edilib. Sabiq xidmət rəisi külli miqdarda rüşvət almaqda ittiham edilib. Ona qarşı Cinayət Məcəlləsinin 311.3.1, 311.3.2, 311.3.3 (qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən təkrar və külli miqdarda rüşvətalma) maddəsi ilə ittiham irəli sürülüb.

  • Pavel Durov: “Telegram” əvvəl də cinayətkarların məlumatlarını müvafiq qurumlara təqdim edib”

    “Telegram” mesencerinin həmtəsisçisi Pavel Durov ötən həftə verdiyi açıqlamaya aydınlıq gətirib.

    Median.Az bu barədə Rusiya mətbuatına istinadən xəbər verib.

    Xatırladaq ki, o, sentyabrın 23-də verdiyi açıqlamada qeyd etmişdi ki, “Telegram” IP ünvanları və telefon nömrələrini hüquq-mühafizə orqanlarına təqdim edə bilər.

    Bu gün isə Pavel Durov ötən həftə verdiyi açıqlamaya yenidən qayıdıb və bildirib ki, şirkət hər zaman, təhlükəli cinayətkarların məlumatlarını, onların telefon nömrələrini və IP ünvanlarını qanunvericiliyin tələblərini nəzərə almaqla müvafiq qurumlara verib.

    “Əslində çox az şey dəyişib: 2018-ci ildən bəri “Telegram” cinayətkarların IP ünvanlarını və telefon nömrələrini hakimiyyət orqanlarına təqdim edə bilib. Müvafiq kanallar vasitəsilə etibarlı hüquqi sorğu alanda biz onu yoxlayaraq təhlükəli cinayətkarların IP ünvanlarını və telefon nömrələrini təqdim etmişik”, – deyə P.Durov vurğulayıb.

  • Президент Грузии отказалась подписывать закон о запрете ЛГБТ-пропаганды

    Президент Грузии Саломе Зурабишвили отказалась подписывать закон о запрете ЛГБТ пропаганды.

    Как передает Median.Az, об этом ТАСС сообщили в администрации грузинского лидера.

    “Президент не подписала закон [о запрете ЛГБТ пропаганды]. В то же самое время она не накладывала вето на закон. Она просто его не подписала и вернула парламенту. Наше законодательство предусматривает такую процедуру”, – сказала сотрудница администрации Зурабишвили.

  • Gürcüstan prezidenti LGBT təbliğatının qadağan olunması haqqında qanunu imzalamaqdan imtina etdi

    Gürcüstan Prezidenti Salome Zurabişvili LGBT təbliğatının qadağan edilməsi haqqında qanunu imzalamaqdan imtina edib.

    Bu barədə TASS-a Gürcüstan liderinin administrasiyasından bildirilib.

    “Prezident qanunu (LGBT təbliğatının qadağan edilməsi haqqında) imzalamayıb. Eyni zamanda o, qanuna veto qoymayıb. O, sadəcə onu imzalamayıb və parlamentə qaytarıb. Bizim qanunvericiliyimiz belə bir proseduru nəzərdə tutur”, – deyə Zurabişvilinin administrasiyasının əməkdaşı bildirib.

  • В Армении прокомментировали возможный выход из ОДКБ

    Глава МИД Армении Арарат Мирзоян на международном форуме по вопросам безопасности в Варшаве заявил, что Ереван просчитывает все риски относительно решения о выходе из ОДКБ.

    Об этом сообщает Median.Az со ссылкой на ТАСС.

    “Я думаю, что всем нам следует быть более осторожными. Не секрет, что стабильность должна быть приоритетом, а процесс, который может произойти, должен быть хорошо просчитан, управляем, я имею в виду управление рисками. Это не простой вопрос”, – сказал он в ответ на вопрос модератора о возможности выхода из ОДКБ.

    Мирзоян напомнил, что “Армения заморозила свое членство в ОДКБ”, а также “не собирается возвращаться к тем отношениям, которые существовали до этого”. “Мы не видим себя в военном союзе, который не работает”, – добавил он.

    Ранее премьер-министр Армении Никол Пашинян заявил, что “ОДКБ создает угрозы безопасности Армении, ее будущему существованию и суверенитету”.

  • Ermənistan KTMT-dən mümkün çıxışını şərh edib

    “İrəvan KTMT-dən çıxmaq qərarı ilə bağlı bütün riskləri hesablayıb”.

    Median.Az-ın TASS-a istinadən verdiyi məlumata görə, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Varşavada keçirilən beynəlxalq təhlükəsizlik forumunda bildirib.

    O, aparıcının Ermənistanın KTMT-dən çıxma ehtimalı ilə bağlı sualı cavablandırıb.

    “Düşünürəm ki, hamımız daha ehtiyatlı olmalıyıq. Sirr deyil ki, sabitlik prioritet olmalıdır və baş verə biləcək proses yaxşı hesablanmalı, idarə olunmalıdır; mən risklərin idarə edilməsini nəzərdə tuturam. Bu sadə məsələ deyil”, – deyə o cavab verib.

    Mirzoyan, həmçinin xatırladıb ki, Ermənistan KTMT-dəki üzvlüyünü dondurub və buna qədər olan münasibətlərə qayıtmaq niyyətində deyil.

    “Biz işləməyən hərbi ittifaqda özümüzü görmürük”, – deyə o əlavə edib.

    Bir müddət əvvəl Ermənistanın baş naziri Nikol Paşinyan KTMT-nin Ermənistanın təhlükəsizliyinə, onun gələcək mövcudluğuna və suverenliyinə təhdidlər törətdiyini deyib və əlavə edib ki, təşkilatın iki ölkəsi 2020-ci ildə Qarabağda hərbi əməliyyatlar zamanı Azərbaycana kömək edib.
    //oxu.az

  • Bərdədə evə ildırım düşüb, dağıntı olub

    Bərdədə yaşayış evinə ildırım düşüb.

    APA xəbər verir ki, hadisə rayonun Darğalar kəndində qeydə alınıb. İldırım Tacəddin Vəliyevə məxsus beşotaqlı evə ciddi ziyan vurub.

    Ev sahibi bildirib ki, səhər güclü partlayış səsinə oyanıb. İldırım nəticəsində evin mətbəxi dağılıb, evdəki bütün elektron cihazlar sıradan çıxıb.

    Müvafiq qurumlar tərəfindən evə baxış keçirilib, dəymiş ziyan qeydə alınıb.

    Yerli sakinlər ildırım düşməsi nəticəsində kənddə bir sıra evlərdə elektron cihazlara ziyan dəydiyini bildiriblər.