Month: October 2024

  • Все авиарейсы в Иране отменены до утра 3 октября

    Все авиарейсы в Иране отменены до утра завтрашнего дня, 3 октября.

    Как передает Median.Az со ссылкой на Tasnim, об этом сообщил официальный представитель Организации гражданской авиации страны.

    Решение принято для обеспечения безопасности полетов в регионе.

  • İranda uçuşlara qoyulan qadağa nə zaman aradan qaldırılacaq?

    İranın bütün ərazisində cümə axşamı səhərə qədər bütün aviareysler ləğv edilib.

    Median.Az bu barədə Mk.ru-ya istinadən xəbər verir.

    Qərarı bildirən İran Mülki Aviasiya Təşkilatının rəsmi nümayəndəsi Cəfər Yazerli bunun səbəbini Yaxın Şərq regionunda yaranmış vəziyyətlə əlaqələndirib.

    Qurumun bəyanatında deyilir ki, uçuşların təhlükəsizliyini qorumaq məqsədilə ölkə üzrə bütün aviareysler cümə axşamı səhər saat 5-ə (Bakı vaxtı ilə 05:30) qədər ləğv edilir.

  • Rusiyaya “gavalı və üzüm” aparan avtomobildən külli miqdarda narkotik aşkar edildi

    Dövlət Gömrük Komitəsinin Astara Gömrük İdarəsinin əməkdaşları tərəfindən külli miqdarda narkotik vasitə aşkar edilib.

    Bu barədə məlumatı Dövlət Gömrük Komitəsi yayıb.

    Bildirilib ki, Astara Gömrük İdarəsində Azərbaycan ərazisindən tranzit keçməklə İrandan Rusiyaya “gavalı və üzüm” yükü aparan nəqliyyat vasitəsinə stasionar rentgen qurğusu vasitəsilə baxış keçirilib. Monitorda şübhəli cizgilər müşahidə olunduğundan nəqliyyat vasitəsindəki yüklər boşaldılıb, kinoloji xidmət itinin tətbiqi ilə əsaslı yoxlama aparılıb.

    Xidməti itin reaksiyasına əsasən, üzüm yükü olan 80 yeşikdən gömrük nəzarətindən gizlədilən, ümumi xalis çəkisi 76 kq 135 qram təşkil edən narkotik vasitə – marixuana aşkar edilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Nəsimi rayonunda 12 kiloqram narkotik vasitə aşkarlanıb – VİDEO

    Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən həyata keçirilən əməliyyatlar nəticəsində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olan əvvəllər məhkum olunmuş Ümid Hacıyev və Niyaməddin Rəsulov saxlanılıblar.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, onlardan 7 kiloqramdan artıq heroin, tiryək, marixuana və metamfetamin aşkarlanıb. Saxlanılan şəxslər narkotikləri şəxsiyyəti istintaqla araşdırılan İran vətəndaşlarından satışını həyata keçirmək məqsədilə əldə ediblər.

    Qeyd edək ki, Nəsimi rayonunda son günlər keçirilən silsilə tədbirlər zamanı narkotiklərlə əlaqəli 29 fakt aşkarlanıb. Ümumilikdə 12 kiloqram narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb.

    Faktlarla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.

  • Prezident: “Azərbaycan qlobal iqlim fəaliyyətinə töhfə verən ölkədir”

    “Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərə uyğun olaraq, iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Bu prioritetə uyğun olaraq, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində məqsədyönlü işlər aparılır”.

    AZƏRTAC xəbər verir ki, bu sözlər Azərbaycan Prezidenti İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində yer alıb.

    Azərbaycanın, eyni zamanda, qlobal iqlim fəaliyyətinə də töhfə verən ölkə olduğunu bildirən dövlətimizin başçısı əlavə edib:

    “Əlamətdar haldır ki, bu forum bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən və cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası – COP29 ərəfəsində keçirilir. Bu cür mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan böyük hörmət və etimadın, eləcə də ölkəmizin bütün səviyyələrdə iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfəsinin göstəricisidir. İnanıram ki, COP29 yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə iqlim həmrəyliyinin gücləndirilməsinə mühüm təkan verəcək”.

    Prezident İlham Əliyev qeyd edib ki, bugünkü tədbirin Azərbaycanda təşkili həm iqlim dəyişmələrinin qarşısının alınması, həm də insan hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizin qətiyyətini nümayiş etdirir. Forum iqlim dəyişmələrinin yaratdığı problemlər və onların həlli yollarının insan hüquqları perspektivindən müzakirə edilməsi, bu sahədə mövcud müsbət təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətə malikdir.

    Dövlətimizin başçısı forumda iştirak edən xarici ölkələrin ombudsmanları və milli insan hüquqları institutlarının nümayəndələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirib, müzakirə ediləcək və ümumi maraq kəsb edən məsələlərlə bağlı gələcək birgə fəaliyyətin sistematik, əlaqəli və daha effektiv qurulması üçün təmasların intensivləşdirilməsini vacib hesab edib.

  • В Тель-Авиве из-за теракта погибли семь израильтян

    Семь граждан Израиля были убиты и еще шестнадцать получили ранения в результате теракта со стрельбой в Тель-Авиве вечером 1 октября.

    Об этом говорится в сообщении полиции Израиля по итогам расследования инцидента. Ранее сообщалось о шести убитых и девяти раненых.

    В ведомстве добавили, что было установлено, что теракт совершили два террориста, один был убит на месте происшествия, а второй тяжело ранен. У них было автоматическое оружие, патроны и ножи. Оба нападавших “являются жителями Хеврона (крупный город на Западном берегу реки Иордан – ред.), ранее не подвергались арестам”, вместе с тем “известно, что один из них участвовал в беспорядках”, отметили в пресс-службе.

    “Два террориста начали свою серию убийств, когда вошли в вагон трамвая на остановке и открыли огонь по пассажирам”, – сообщили в полиции подробности инцидента в южной части Тель-Авива Яффо. “После этого они продолжили передвигаться по бульвару Йерушалаим, атакуя прохожих, пока не были нейтрализованы”, – продолжили в ведомстве.

    В полиции также сообщили, что “ночью в районе Хеврона были задержаны подозреваемые в пособничестве террористам”.

  • Təl-Əvivdə terror aktı nəticəsində yeddi israilli həlak olub

    Oktyabrın 1-də axşam Tel-Əvivdə baş verən atışma nəticəsində yeddi İsrail vətəndaşı həlak olub, on altı nəfər yaralanıb.

    Bu barədə İsrail polisinin hadisənin araşdırılması nəticəsində verdiyi xəbərdə deyilir.

    Əvvəl altı nəfərin öldüyü və doqquz nəfərin yaralandığı bildirilirdi.

    Terror aktının iki terrorçu tərəfindən törədildiyi müəyyən edilib, onlardan biri hadisə yerində öldürülüb, digəri isə ağır yaralanıb:

    “Onlarda avtomat silahlar, patronlar və bıçaqlar olub. Hər iki hücum edən Xəlil şəhərinin (İordan çayının Qərb sahilində böyük şəhər – red.) sakinidir, əvvəllər həbs olunmayıblar, eyni zamanda məlumdur ki, onlardan biri iğtişaşlarda iştirak edib”, – deyə mətbuat xidmətindən bildiriblər.
    //oxu.az

  • İlham Əliyev: “İtkin düşmüş şəxslər faciəsi Ermənistanın təcavüzünün ağır fəsadlarındandır”

    “İtkin düşmüş şəxslər faciəsi Ermənistanın Azərbaycana qarşı təcavüzünün ağır fəsadlarından biridir”.

    AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İtkin düşmüş şəxslər probleminin həlli: ailələrin həqiqəti bilmək hüququnun müdafiəsi” mövzusunda beynəlxalq konfransın iştirakçılarına ünvanladığı məktubunda yer alıb.

    Dövlətimizin başçısı qeyd edib ki, Birinci Qarabağ müharibəsi nəticəsində 30 ildən artıqdır, 4 000-dək azərbaycanlı itkin düşmüş şəxs hesab olunur. Onların arasında mülki şəxslər, o cümlədən uşaqlar və qadınlar da var. 2020-ci il Vətən müharibəsində isə altı Azərbaycan vətəndaşı itkin düşüb.

    “Torpaqlarımızın işğaldan azad edilməsindən sonra meydana çıxmış yeni faktlar itkin düşmüş azərbaycanlılara qarşı törədilən vəhşiliklərlə bağlı şahidlərin ifadələrini bir daha təsdiq edib. Həmin ərazilərimizdə aşkar olunmuş kütləvi məzarlıqlarda ekshumasiya işlərinin aparılması nəticəsində Ermənistan tərəfindən əsir və girov götürülmüş şəxslərin işgəncələrə, zorakılığa və qeyri-insani rəftara məruz qalaraq qətlə yetirildiyi barədə təkzibedilməz sübutlar toplanıb”, – deyə Azərbaycan Prezidenti vurğulayıb.

  • Sabah güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında, eyni zamanda bölgələrdə güclü külək əsəcək.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti sarı xəbərdarlıq yayıb.

    Belə ki, oktyabrın 3-də Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyinin sürəti sarı xəbərdarlığa uyğun olaraq arabir 13.9-20.7 m/san təşkil edəcək.

    Bu gün və sabah Ordubad, Culfa, Lerik, Yardımlı, Goranboy, Naftalan, Tərtər, Bərdə, Siyəzən, Samux, Şabran, Gəncə, Göygöl, Yevlax, Mingəçevir, Daşkəsən, Şəki, Şahdağ, Xınalıq, Quba, Qusar, Xızı, Neftçala, Cəlilabad və Qobustanda fasilələrlə qərb küləyi əsəcək, küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək.

  • Azərbaycanda koronavirusla bağlı epidemioloji vəziyyət açıqlanıb – RƏSMİ

    “Hazırda havaların bir qədər soyumasına baxmayaraq, ölkəmizdə koronavirusla bağlı epidemioloji vəziyyət sabitdir”.

    Bunu APA-nın sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mütəxəssis-eksperti, infeksionist Təyyar Eyvazov deyib.

    O bildirib ki, ara-sıra kiçik dalğalanmalar müşahidə olunsa da, yeni yoluxma halları minimaldır.

    “Xəstəlik əksərən yüngül, yuxarı tənəffüs yollarının zədələnmə əlamətləri ilə keçir və fəsadsız ötüşür. Ağır və fəsadlaşmış hallar əsasən risk qrupları arasında təsadüf edir”, – deyə o qeyd edib.