Month: October 2024

  • Bakı Xoreoqrafiya Akademiyasının müəllimi vəfat edib

    Bakı Xoreoqrafiya Akademiyasının müəllimi vəfat edib.

    Bu barədə Bakı Xoreoqrafiya Akademiyası məlumat yayıb.

    Bildirilib ki, akademiyanın orta ixtisas təhsili pilləsinin müəllim-konsertmeysteri Vahid Məmmədov vəfat edib.

    Vahid Məmmədovun futbol oynayarkən səhhəti pisləşib, ilkin ehtimala görə, onun ölümünə səbəb ürək çatışmazlığı olub.

  • Gəncədə qadın dərman içərək intihar edib

    Gəncədə yaşlı qadın intihar edib.

    APA-nın məlumatına görə, şəhər sakini 1955-ci il təvəllüdlü Elmira Məmmədova sentyabrın 30-da yaşadığı evdə sirkə məhlulu içərək intihar edib.

    Faktla bağlı araşdırma aparılır..

  • Kollecdə tələbə kəllə ilə universitetin şöbə müdirinin burnunu sındırdı – MƏHKƏMƏ

    Nərimanov Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada və xuliqanlıqda təqsirləndirilən Sabir Fələliyevin cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Vüsal Qurbanovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Sabir Fələliyev 3 il 5 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzasına məhkum edilib.

    İttihama görə, hadisə 16 yanvar 2023-cü il tarixdə, saat 14 radələrində Qərbi Kaspi Universitetinin Kollecində qeydə alınıb.

    Belə ki, həmin kollecin Meşə və park ixtisasının 3-cü kurs tələbəsi olmuş Sabir Fələliyev sərxoş vəziyyətdə təhsil ocağına gəlib. Həmin gün də kollecdə imtahan təşkil edilib. Bu zaman Qərbi Kaspi Universitetinin Tələbə Məlumat Mərkəzinin şöbə müdiri vəzifəsində işləyən, kollecdə tədris və imtahan prosesinin təşkil olunması ilə bağlı komissiyanın üzvü Urfan Səmədov (soyadı şərti) təqsirləndirilən şəxsə irad bildirərək imtahana maneçilik törətdiyini deyib. Sonra həmin şəxslər kollecin direktor vəzifəsini müvəqqəti icra edən Ziyəddin Musayevin iş otağına gediblər. Mübahisə zamanı Sabir baş zərbəsi ilə Urfan Səmədovun burun nahiyəsindən vuraraq, sındırıb.

    Hadisədən sonra Sabir Fələliyev saxlanılıb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

  • Azərbaycan Prezidenti: “Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir”

    “Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün cinayətlərə görə üzr istəməlidir”.

    AZƏRTAC xəbər verir ki, bu fikir Azərbaycan Prezidenti İlham Əliyevin “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda təşkil olunan Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciətində yer alıb.

    “Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirib və zəhərləyib, meşələrimizi məhv edib, şəhər və kəndlərimizi dağıdıb, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırıb. Eyni zamanda, xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılmış, dini-mədəni abidələrimiz yerlə-yeksan edilib”, – deyə dövlətimizin başçısı bildirib.

    Azərbaycan Prezidenti qeyd edib ki, 30 ildən artıq müddət ərzində əsas hüquqları kobud şəkildə pozulmuş və yurd-yuvalarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün işğaldan azad olunmuş ərazilərimizdə hazırda genişmiqyaslı quruculuq işləri aparılır, işğal dövründə dağıdılmış infrastruktur və ekosistem bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir.

  • Prezident Ombudsmanların Beynəlxalq Bakı Forumunun iştirakçılarına müraciət ünvanlayıb

    Oktyabrın 2-də Bakıda “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Ombudsmanların Beynəlxalq Bakı Forumu keçirilir.

    Median.Az President.az-a istinadən bildirir ki, Prezident İlham Əliyev forumun iştirakçılarına müraciət ünvanlayıb.

    Müraciətdə deyilir:

    “Hörmətli forum iştirakçıları,

    Sizi “İqlim dəyişikliyi və insan hüquqları: ombudsmanların və milli insan hüquqları təsisatlarının rolu” mövzusunda Beynəlxalq Bakı Forumunun açılışı münasibətilə səmimiyyətlə salamlayıram.

    Siz xalqımız üçün olduqca əlamətdar tarixi dövrdə Azərbaycana gəlmisiniz. Artıq bir ildir ki, Azərbaycanın suverenliyi və konstitusiya quruluşu tam bərpa olunub, ərazilərimizdə mövcud olan “boz” zona aradan qaldırılıb və separatizmə son qoyulub.

    Bildiyiniz kimi, Ermənistan otuz ilə yaxın dövr ərzində beynəlxalq hüquqa, BMT Təhlükəsizlik Şurasının və digər beynəlxalq təşkilatların qətnamələrinə və qəbul etdiyi qərarlara məhəl qoymayaraq Azərbaycanın torpaqlarını işğal altında saxlayıb, burada etnik təmizləmə həyata keçirərək bir milyondan artıq soydaşımızı qaçqın və məcburi köçkün vəziyyətinə salıb.

    Münaqişə bitsə də, əfsuslar olsun ki, Ermənistanın otuz illik hərbi təcavüzünün ağır fəsadları hələ də davam edərək insanların həyatına və ətraf mühitə böyük təhlükə yaradır. Ermənistan uzun müddət işğal altında saxladığı ərazilərimizdə ekosid, urbisid, kultursid törədərək torpaqlarımızı və çaylarımızı çirkləndirib və zəhərləyib, meşələrimizi məhv edib, şəhər və kəndlərimizi dağıdıb, habelə burada insanların yaşamaq hüququnu təhdid edən və ətraf mühitə ciddi ziyan vuran çoxsaylı minalar basdırıb. Eyni zamanda, xalqımızın bəşəri əhəmiyyətə malik mədəni irsi dağıdılıb, dini-mədəni abidələrimiz yerlə bir edilib.

    Ermənistan beynəlxalq humanitar hüquqdan irəli gələn öhdəliklərini də pozaraq Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərin taleyi və kütləvi məzarlıqların dəqiq yeri haqqında məlumatları təqdim etməkdən imtina edir. Ermənistan törətdiyi bütün bu cinayətlərə görə üzr istəməlidir.

    Otuz ildən artıq müddət ərzində əsas hüquqları kobud şəkildə pozulmuş və yurd-yuvalarından qovulmuş soydaşlarımızın doğma torpaqlarına qayıtması üçün hazırda işğaldan azad olunmuş ərazilərimizdə genişmiqyaslı quruculuq işləri aparılır, işğal dövründə dağıdılmış infrastruktur və ekosistem bərpa olunur, “yaşıl enerji” zonası elan edilmiş Qarabağ və Şərqi Zəngəzurda yeni şəhərlər və kəndlər inşa edilir. Siz işğaldan azad edilmiş ərazilərimizə səfər edərək burada vandalizmə məruz qalmış yerlər və hazırda burada aparılan yenidənqurma və bərpa işləri ilə tanış olacaqsınız.

    Hörmətli forum iştirakçıları,

    Beynəlxalq Bakı Forumunun mövzusu bütün bəşəriyyət üçün xüsusi aktuallıq kəsb edir. İqlim dəyişmələri bütün ölkələrin davamlı inkişafına və təhlükəsizliyinə təhdid törədən qlobal problemlərdən biridir. Ancaq iqlim dəyişmələri yalnız dövlətlərin sosial-iqtisadi rifahına deyil, sadə insanların gündəlik həyatlarına və yaşam tərzlərinə də birbaşa və ya dolayı yolla təsir göstərir, əsas insan hüquqlarının müdafiəsi və təminatı baxımından bir sıra ciddi çətinliklər yaradır.

    İqlim dəyişmələri və onların fəsadları insanları yaşamaq, sağlamlıq, qida, təmiz su, mənzil və digər hüquqların layiqincə həyata keçirilməsindən məhrum edir, habelə bərabərsizliyi dərinləşdirərək həssas əhali qruplarının hüquqlarının təminatını olduqca mürəkkəbləşdirir.

    Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf Məqsədlərindən irəli gələn öhdəliklərə uyğun olaraq iqlim dəyişmələri və onun mənfi təsirləri ilə mübarizəyə xüsusi önəm verən ölkələr sırasındadır. Təsadüfi deyil ki, Azərbaycanın 2030-cu ilə qədər sosial-iqtisadi inkişafına dair beş milli prioritetindən biri “Təmiz ətraf mühit və yaşıl artım ölkəsi” kimi müəyyən edilib. Bu prioritetə uyğun olaraq, ölkəmizdə ətraf mühitin sağlamlaşdırılması, yaşıllıqların bərpası və artırılması, su ehtiyatlarından və dayanıqlı enerji mənbələrindən səmərəli istifadənin təmin edilməsi istiqamətində məqsədyönlü işlər aparılır.

    Azərbaycan, eyni zamanda, qlobal iqlim fəaliyyətinə də töhfə verən ölkədir. Əlamətdar haldır ki, bu forum bütün dünya üçün xüsusi əhəmiyyət kəsb edən və cari ilin noyabrında Azərbaycanın ev sahibliyi edəcəyi BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyası – COP29 ərəfəsində keçirilir. Bu cür mötəbər tədbirin ölkəmizdə keçirilməsi Azərbaycana olan böyük hörmət və etimadın, eləcə də ölkəmizin bütün səviyyələrdə iqlim dəyişmələrinin qarşısının alınması işinə verdiyi töhfəsinin göstəricisidir. İnanıram ki, COP29 yaşıl, ədalətli, inklüziv və dayanıqlı dünya naminə iqlim həmrəyliyinin gücləndirilməsinə mühüm təkan verəcək.

    Bugünkü tədbirin Azərbaycanda təşkili həm iqlim dəyişmələrinin qarşısının alınması, həm də insan hüquqlarının müdafiəsi ilə bağlı ölkəmizin qətiyyətini nümayiş etdirir. Forum iqlim dəyişmələrinin yaratdığı problemlər və onların həlli yollarının insan hüquqları perspektivindən müzakirə edilməsi, bu sahədə mövcud müsbət təcrübə mübadiləsinin aparılması baxımından əhəmiyyətə malikdir. Mən burada iştirak edən xarici ölkələrin ombudsmanları və milli insan hüquqları institutlarının nümayəndələri arasında mövcud olan tərəfdaşlıq əlaqələrini yüksək qiymətləndirir, forumda müzakirə ediləcək və ümumi maraq kəsb edən məsələlərlə bağlı gələcək birgə fəaliyyətin sistematik, əlaqəli və daha effektiv qurulması üçün təmasların intensivləşdirilməsini vacib hesab edirəm.

    İnanıram ki, forum iqlim dəyişmələri kontekstində insan hüquqlarının müdafiəsi sahəsində yeni təşəbbüslərin və yanaşmaların irəli sürülməsinə, bu hüquqların təminatına ciddi maneə yaradan hallarla mübarizə istiqamətində ümumi səylərin birləşdirilməsinə töhfə verəcək, ombudsmanlar və milli insan hüquqları təsisatları arasında tərəfdaşlıq münasibətlərinin inkişafına, qarşılıqlı təcrübə və fikir mübadiləsinin aparılmasına geniş imkanlar açacaq.

    Sizə ən xoş arzularımı yetirir, tədbirin işinə uğurlar diləyirəm”.

  • Международная IT-компания разом уволила всех сотрудников с паспортом РФ

    Крупнейший разработчик софта для обработки документов и словарей ABBYY одним днем уволил всех своих сотрудников с российским гражданством.

    Об этом сообщает Median.Az со ссылкой на lenta.ru.

    Массовые сокращения программистов прошли в офисах на Кипре, в Венгрии и Сербии.

    “Во время встречи всем запретили писать в чат и всем отключили видео и микрофоны. Сказали, что все уволены, что на почту письмо придет”, – сказала бывшая сотрудница ABBYY.

    По словам одной из бывших сотрудниц, сразу по окончании встречи компания отключила корпоративные доступы уволенным россиянам. “Уволили всех, кто с паспортом РФ”, – объяснила она, уточнив, что сначала об увольнениях объявили кипрскому офису, потом сербскому, а далее – венгерскому.

    Россиян захотели заменить сотрудниками из Индии

    Крупнейший разработчик софта покинул Россию в 2022 году. При этом главное юрлицо ABBYY в РФ было упразднено лишь 2 сентября текущего года.

    Заявив об уходе из России, компания предложила российским сотрудникам офферы и переезд. Несколько сотен айтишников согласились. Все они были уволены вечером 30 сентября. Некоторые из сокращенных сотрудников предположили в соцсетях, что руководство ABBYY решило отдать предпочтение индийским разработчикам, чтобы сэкономить.

    При этом программисты уточнили, что в штаб-квартире компании в Калифорнии россиян не тронули. “Огромное количество людей уволили, а точнее вышвырнули из ABBYY. В чат писать в этот момент было нельзя, микрофоны и видео всем предусмотрительно выключили. Обладатели венгерских паспортов от зачисток не пострадали”, – поделилась другая сокращенная сотрудница.

    Компания была создана студентом российского вуза

    Международный разработчик софта был создан студентом российского МФТИ Давидом Яном в 1989 году. Изначально компания называлась BIT Software, а нынешнее название получила в 1997 году.

    В России ABBYY известна в первую очередь благодаря своей утилите FineReader. Это одна из мощнейших и популярнейших программ для распознавания текста. Всего у компании на данный момент 13 офисов по всему миру: во Франции, Германии, Испании, Великобритании, Австралии, Японии, Индии, Тайване и в Украине.

    В самой компании официально пока никак не прокомментировали произошедшее.

  • Beynəlxalq İT şirkəti Rusiya pasportlu bütün işçilərini kütləvi şəkildə işdən çıxarıb

    ABBYY sənəd və lüğət emalı üçün proqram təminatının ən böyük tərtibatçısı, bir gün ərzində bütün Rusiya vətəndaşı olan işçilərini işdən çıxarıb.

    Bu barədə Median.Az lenta.ru-ya istinadən məlumat verir.

    Proqramçıların kütləvi ixtisarı Kipr, Macarıstan və Serbiyada olan ofislərdə baş verib.

    “Görüş zamanı hamıya çatdırma yazmaq qadağan edildi, hamının video və mikrofonları söndürüldü. Hamıya işdən çıxarıldığını, poçta məktub gələcəyini dedilər”, – deyə ABBYY-nin keçmiş əməkdaşı bildirib.

    Keçmiş əməkdaşlardan birinin sözlərinə görə, görüş bitən kimi şirkət işdən çıxarılan rusiyalıların korporativ girişlərini bağlayıb. “RF pasportu olan hər kəsi işdən çıxardılar”, – o izah edib və əlavə edib ki, əvvəlcə Kipr, sonra Serbiya, daha sonra isə Macarıstan ofisində işdən çıxarmalar elan edilib.

    Şirkətin özü hələ ki, baş verənlərə rəsmi şərh verməyib.

  • Врач развеял распространенный миф о простуде

    Врач общей практики Александр Мясников заявил, что употребление куриного супа не помогает при ОРВИ.

    Об этом сообщает Median.Az со ссылкой на lenta.ru.

    “Я видел работу старую, 1970-х годов, где сравнивали действие куриного супа с противовирусными препаратами: говорили, что суп работает не хуже. Другое дело, что противовирусные в те годы вообще не работали”, – объяснил Мясников.

    Доктор подчеркнул, что, несмотря на то, что суп не лечит простуду, он помогает лучше переносить ее.

    “Это все делает вам просто субъективно легче, чтобы вы лучше переносили это состояние болезни”, – заключил врач.

  • Həkim soyuqdəymə haqqında geniş yayılmış mifi dağıdıb

    “Toyuq şorbasının qəbulu soyuqdəymə zamanı kömək etmir”.

    Median.Az lenta.ru-ya istinadən xəbər verir ki, bu barədə Rusiyalı terapevt Aleksandr Myasnikov bildirib.

    “Mən 1970-ci illərdə aparılmış köhnə bir araşdırma görmüşdüm, orada toyuq şorbasının təsirini antiviral dərmanlarla müqayisə edirdilər: deyirdilər ki, şorba dərmanlardan pis işləmir. Başqa məsələ odur ki, o illərdə antiviral dərmanlar ümumiyyətlə təsir etmirdi” , – deyə Myasnikov izah edib.

    Həkim vurğulayıb ki, şorba soyuqdəyməni müalicə etməsə də, onu daha yaxşı keçirməyə kömək edir.

    “Bütün bunlar sadəcə subyektiv olaraq sizə daha yüngül hiss etdirir ki, xəstəliyi daha asan keçirasınız” , – deyə həkim yekunlaşıb.

  • Azərbaycanda ər arvadını vəhşicəsinə öldürdü: “O biri kişini də qəbul edəcəksən deyirdi”

    Xaçmaz rayonunda 1981-ci il təvəllüdlü Daşqın qısqanclıq zəminində mübahisə zamanı həyat yoldaşı Könülü (adlar şərti verilib – red.) qətlə yetirib.

    Teleqraf.com xəbər verir ki, Daşqın arvadı Könülün dəfələrlə açıq-aşkar başqa kişilərlə yaxın münasibətdə olaraq xəyanət etməsi səbəbindən onu öldürmək qərarına gəlib.

    O, yaşadığı evdə arvadını azyaşlı övladlarının gözləri qarşısında döyərək yerə yıxıb. Daha sonra ardıcıl şəkildə Könülün başını beton döşəməyə vurduqdan sonra mətbəxdə olan taxta masanı onun üzərinə atıb. Hadisə yerinə gəlmiş qayınanasının gözləri qarşısında Könülə daha bir neçə təpiklə zərbələr vurub.

    Qadın xəstəxanaya yerləşdirilib. Ona tibbi yardım göstərilməsinə baxmayaraq, həyatını xilas etmək mümkün olmayıb.

    İstintaq orqanı tərəfindən Daşqının barəsində Cinayət Məcəlləsinin 120.2.4-cü (xüsusi amansızlıqla və ya təhlükəli üsualla adam öldürmə) maddəsi ilə ittiham elan edilib.

    Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Daşqın ona elan olunmuş ittiham üzrə təqsirli olduğunu bildirib. O, sinif yoldaşı və həmkəndlisi Ramalın ona yaxınlaşaraq arvadı Könülün özünü kənddə şübhəli apardığını, başqa kişilərlə münasibət saxladığını dediyini söyləyib: “Dostum mənə ayıq olmağı məsləhət gördü. Bundan sonra arvadımı izləməyə başladım. Həmin vaxt arvadım kənddə bağda fərdi meyvə yığımı ilə məşğul olurdu. Səhər işə gedib, axşam evə qayıdırdı.

    Bir neçə gün sonra evdə olduğum zaman Könülün bir kişi ilə telefonda danışdığını tutdum. Ondan kiminlə danışdığını soruşdum. Açıq şəkildə kişi ilə danışdığını bildirdi və “ya ikiniz, ya da heç biriniz” deyərək onun başqaları ilə münasibət saxlamağıma göz yummağımı istədi. Bu hərəkətlərindən qəzəblənərək evdə onu döydüm”.

    Təqsirləndirilən şəxs qeyd edib ki, Könül ondan polisə şikayət edib və Xaçmaz Rayon Məhkəməsi tərəfindən 20 gün inzibati qaydada həbs edilib: “Həbsdən çıxdıqdan sonra evə qayıtdım. Könül yenidən öz çirkin əməllərindən əl çəkmədi. Hətta bir gün gecə yuxudan oyandıqda onun evdə olmadığını gördüm. Səhərə kimi gözlədim.

    Səhər saat 6-da arvadım evə gələndə harada olduğunu soruşdum, “əcəb elədiyini” dedi. Uşaqlarımı düşündüyüm üçün Könüldən boşanmadım. Nə vaxtsa peşman olaraq düz yola qayıdacağını düşündüm. Bu barədə dəfələrlə Könülün atası Səmədə danışdım. Lakin heç bir nəticəsi olmadı, çünki qaynatam və qayınlarım Könülün tərəfini saxlayaraq ona heç bir söz demədilər”.

    Daşqının sözlərinə görə, arvadı Könülün gecələr evdən getməsi adət halını almışdı və o, artıq nə edəcəyini bilmirdi: “Kənd camaatından xəbər aldım ki, arvadım Xudat şəhərində “qaraçılar məhəlləsi” deyilən yerdə yaşayan Adil adlı bir kişi ilə görüşür. Mən Adili taparaq onunla Könülün arasında olan münasibət barədə soruşdum.

    Adil mənə açıq-aydın Könül ilə intim münasibətdə olduğunu bildirdi. Barəsində polisə şikayət etdikdən sonra daha Könül ilə görüşmədi. Bir müddət arvadım özünü normal apardı, onu kiminləsə danışan görmədim. Daha düz yola qayıtdığını düşündüm”.

    Daşqın qeyd edib ki, növbəti günlərdə yaşadığı evin qarşısında boz rəngli “Mercedes” markalı, nömrəsini xatırlamadığı avtomobilin saxlandığını görüb:

    “Arxa qapıdan Könül düşüb evə girdi. Küsülü olduğumuz üçün ona bir söz demədim. Könül demək olar ki, hər axşam həmin avtomobillə evə gəlirdi. Artıq qonşular arasında biabır olmuşdum, kənddə məni lağa qoyurdular. Küçədə mənə söz atırdılar. Artıq nə edəcəyimi bilmirdim.

    Bütün bunlardan bezərək Könülü öldürmək qərarına gəldim. Buna görə də evdə onun işdən gəlməsini gözlədim. Söz-söhbətə birdəfəlik son qoymağı qərara aldım”.

    Təqsirləndirilən şəxsin ifadəsinə görə, evdə tək 250 qram araq içib: “Axşam Könül işdən evə gəldi. Həmin vaxt iş yerində işçilərə ayrılmış “QAZel” markalı avtomobillə gəlmişdi. O, evə daxil olduqdan sonra mətbəxdə onun sifət nahiyəsinə şillə ilə vuraraq yerə yıxdım. Sonra sağ ayağımla təpikləməyə başladım. Sağ ayağımın altı ilə yuxarıdan-aşağı istiqamətdə onun baş və qarın nahilərinə təxminən 7-8 güclü zərbələr vurdum.

    Səs-küyə evdə olan uşaqlarım Elçin və Günay gəldi. Oğlum məni tutaraq anasını qorumağa çalışdı. Mən isə sağ əlimlə Elçinin boğaz nahiyəsindən tutaraq kənara itələdim. Bundan sonra uşaqlar qorxaraq çölə çıxdılar. Hirsim soyumadığı üçün mətbəxdə olan masanı çevirərək ölməsi üçün Könülün üstünə atdım. Arvadımın hərəkətsiz qalaraq tərpənmədiyini gördükdə öldüyünü düşündüm və daha onu vurmadım.

    Səs-küyə qonşularımız Valeh və Səmayə gəldilər. Bir qədər sonra isə Könülün valideynləri də bizə gəldilər. Könülün anası ilə mübahisələrimiz yarandı. Çünki xəyanətlə bağlı onun valideynlərinə dəfələrlə bildirmişəm. Lakin heç bir xeyri olmamışdı. Qayınanama “bilmirdiniz ki, axırı belə olacaq” dedim. Könülə anasının yanında yenidən təpiklə onun qabırğalarından vurdum.

    Polis əməkdaşları gələrək məni polis şöbəsinə apardılar. Şöbədə izahatımı alıb evə buraxdılar. Evdə heç kəs yox idi. Qonşulardan öyrəndim ki, Könülün valideynləri uşaqları da götürərək gediblər.

    Növbəti günlərdə evdə olduğum zaman polis əməkdaşları gəlib məni Xudat Polis Bölməsinə apardılar. Orada Könülün xəstəxanada öldüyünü bildirdilər.

    Cinayət işi üzrə zərərçəkmiş Könülün hüquqi varisi qismində ifadə verən atasının sözlərinə görə, mərhum qızı 2005-ci ildə Daşqınla ailə qurub: “Həmin nikahdan onların iki övladı var”.

    “Daşqın son illər spirtli içkiyə qurşandığından ailəsində söz-söhbət yaratmağa başladı. Hətta bir neçə dəfə qızımı döymüşdü. Bununla bağlı Xaçmaz Rayon Polis Şöbəsində araşdırma aparıldı, məhkəmənin qərarı ilə ona 20 gün inzibati həbs verildi. Lakin yenə də evdə heç bir səbəb olmadan sərxoş vəziyyətdə dava-dalaş salırdı. Mən özüm də bununla bağlı Daşqınla söhbət etmişəm. Bir böyük kimi ona öz məsləhətlərimi vermişəm. Lakin Daşqın yenə öz əməllərindən əl çəkmədi.

    Hadisə günü saat 19 radələrində evdə olan zaman nəvəm mənə zəng vurdu, “atam anamı döyüb öldürür” deyə bizi köməyə çağırdı. Arvadımla dərhal qızımgilə getdim. Oraya çatdıqda qızımın yaşadığı evin mətbəx otağında beli üstə yerdə uzandığını, huşunun yerində olmadığını, ağzından, burnundan və qulaqlarından qan axdığını gördük. Otaq dağınıq vəziyyətdə idi, yerdə sınmış stəkan və qab-qacaq vardı.

    Daşqın sərxoş vəziyyərdə yaşadığı evin həyətində idi.

    Mən dərhal “102” xidmətinə məlumat verdim və təcili tibbi yardım xidməti çağırdım. Onlar gələnə kimi arvadım vaxt itirməmək üçün Könülün üzərindən paltarlarını çıxardı. Çox keçmədən hadisə yerinə polis əməkdaşları və təcili tibbi yardım xidməti gəldi.

    Könülü xəstəxanaya apardıq, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə qəbul olundu. Bir neçə gün orada koma vəziyyətində qaldı və vəfat etdi”.

    İş üzrə Könülün intim münasibətdə olduğu Adil də ifadə verib. O, ifadəsində göstərib ki, əri tərəfindən döyülərək öldürülən Könülü tanıyıb: “Onunla əvvəllər münasibətlərimiz olub. Lakin Könülün evli olduğunu bilməmişəm, mənə ərindən boşandığını deyib. Cəmi 1-2 dəfə görüşmüşük.

    Sonradan Daşqın adlı şəxs Xudat şəhəri ərazisində mənə yaxınlaşaraq Könüllə nə münasibətimin olduğunu soruşdu. Ona aramızda yaxın münasibət olduğunu bildirdim.

    Daşqın Könülün əri olduğunu deyəndə əvvəlcə inanmadım. Çünki həmin vaxta qədər Könülün evli olduğunu bilməmişəm. Daşqına bunu izah etməyə çalışsam da, sərxoş olduğundan aqressiv danışdı. Məndən polisə şikayət edəcəyini deyərək getdi.

    Təxminən 2-3 gün sonra məni Xudat Polis Bölməsinə dəvət etdikdə məlum oldu ki, Daşqın barəmdə polisə şikayət edib. Polis bölməsində izahat verdikdən sonra evimə getdim. Könülün evli olduğunu bildikdən sonra onunla bir daha görüşmədim”.

    Məhkəmənin hökmü ilə Daşqın 17 il müddətinə azadlıqdan məhrum edilib. Onun cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəkməsi müəyyən edilib.

    Hökmdən narazı qalan təqsirləndirilən şəxs apellyasiya şikayəti verib. O, əməlini Cinayət Məcəlləsinin 126.3-cü (qəsdən sağlamlığa ağır zərər vurma – ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsinə tövsif edilməsini və ona daha aşağı həddə cəza təyin olunmasını xahiş edib.

    Təqsirləndirilən şəxsin şikayəti araşdırılması üçün Sumqayıt Apellyasiya Məhkəməsinə göndərilib. Apellyasiya şikayətini araşdıran hakimlər sonda qərar elan ediblər. Məhkəmə təqsirləndirilən şəxsin şikayətini haqlı hesab etməyib. Bu səbəbdən onun barəsində verilən hökm qüvvədə saxlanılıb.