Month: October 2024

  • Bəzi rayonlarda şimşək çaxır, leysan yağır – FAKTİKİ HAVA

    Oktyabrın 1-i saat 18:00-a olan faktiki hava açıqlanıb.

    Bu barədə Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, oktyabrın 1-i saat 18:00-a olan məlumata əsasən, əvvəlcədən xəbər verildiyi kimi, Daşkəsən, Gədəbəy, Naftalan, Goranboy, Şəki, Ağdam, Göygöl, Bərdə, Tərtər, Qazax, Ağstafa, Tovuz, Gəncə və Şəmkirdə şimşək çaxır, arabir leysan xarakterli intensiv yağış yağır.

    Havanın temperaturu Bakıda və Abşeron yarımadasında 24, Naxçıvan MR-da 29, Aran rayonlarında 26, dağlıq rayonlarda isə 16 dərəcəyədək isti qeydə alınıb.

  • Azərbaycan millisi UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib

    Azərbaycanın 15 yaşadək futbolçulardan ibarət millisi Belarusun paytaxtı Minskdə təşkil olunan UEFA İnkişaf Turnirində ikinci oyununu keçirib.

    Median.Az AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, U-15 ABFF Təlim-Məşq Mərkəzində Rusiyanın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

    Görüş Rusiya yığmasının 3:1 hesablı qələbəsi ilə yekunlaşıb. Millimizin heyətində qolu 17-ci dəqiqədə Əli Bəşirov vurub.

    Qeyd edək ki, komandamız turnir çərçivəsində ilk oyununda Belarus yığmasına 1:2 hesabı ilə məğlub olub. Millimiz son matçını oktyabrın 4-də, saat 17:00-da Qazaxıstana qarşı keçirəcək.

  • Azərbaycan NATO-nun keçmiş baş katibinə təşəkkür etdi

    Bakı NATO-nun keçmiş baş katibi Yens Stoltenberqə Alyans ilə Azərbaycan arasında əməkdaşlığın möhkəmlənməsinə verdiyi töhfəyə görə minnətdardır.

    Bu barədə Azərbaycan Respublikasının NATO yanında Nümayəndəliyinin başçısı Cəfər Hüseynzadə “X” sosial şəbəkəsindəki hesabında paylaşım edib.

    “Bu gün NATO Yens Stoltenberqlə vidalaşır. Azərbaycan-NATO tərəfdaşlığına verdiyiniz töhfəyə və bu vəzifədə olduğunuz müddətdə Azərbaycanın suverenliyinə və ərazi bütövlüyünə göstərdiyiniz dəyişməz dəstəyə görə səmimi təşəkkürümüzü bildiririk. Sizin 2024-cü ilin martında Bakıya səfərinizi və Azərbaycan Prezidenti İlham Əliyevlə Azərbaycan-NATO tərəfdaşlığının 30-cu ildönümünə həsr olunmuş görüşünüzü səmimiyyətlə xatırlayırıq. Sizə gələcək fəaliyyətinizdə uğurlar arzulayırıq”, – diplomat yazıb.

  • Когда пройдет следующая перепись населения в Азербайджане?

    Государственный комитет по статистике Азербайджана сообщил, что следующая, четвертая по счету перепись населения страны ожидается в 2029 году, передает Report. Как и во всем мире, в Азербайджане перепись населения проводится раз в 10 лет.

    Перепись населения представляет собой масштабный процесс сбора, обобщения, изучения и распространения демографических, экономических и социальных данных обо всех гражданах страны в определенный момент времени. Это важнейший инструмент для получения точной и актуальной информации о населении.

    Последняя перепись населения в Азербайджане прошла в 2019 году. Согласно ее итогам, население страны составило около 10 млн человек.

  • Azərbaycanda əhali yenidən siyahıya alınacaq

    Azərbaycanda əhalinin növbəti – dördüncü dəfə siyahıyaalınma prosesi 2029-cu ildə gözlənilir.

    Bu barədə “Report”un sorğusuna cavab olaraq Dövlət Statistika Komitəsindən məlumat verilib.

    “Bütün dünyada olduğu kimi, Azərbaycanda da əhalinin siyahıyaalınması hər 10 ildən bir keçirilir”, – deyə məlumatda bildirilib.

    Qeyd edək ki, əhalinin siyahıyaalınması ölkənin bütün vətəndaşlarına aid demoqrafik, iqtisadi və sosial məlumatların müəyyən olunmuş vaxtda toplanması, ümumiləşdirilməsi, öyrənilməsi və yayılması deməkdir. Azərbaycanda sonuncu dəfə əhali 2019-cu ildə siyahıya alınıb.

  • Sabah Xəzər rayonunun bir hissəsində qaz olmayacaq

    Sabah (oktyabrın 2-də) Xəzər rayonunun bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.

    Bu barədə “Azəriqaz” məlumat yayıb.

    Bildirilib ki, Xəzər rayonu, Qala qəsəbəsində qaz xəttinin yerinin dəyişdirilməsi məqsədi ilə 02.10.2024-cü il saat 10:00-dan işlər yekunlaşanadək qaz təchizatının dayandırılması, işlər tamamlandıqdan sonra qaz təchizatının bərpası nəzərdə tutulur.

    Qaz təchizatı dayandırılan müddətdə Xəzər rayonunun “Stansiya Qala” yaşayış massivinin təchizatında müvəqqəti fasilə yaranacaq.

  • В Гаджигабульском районе сгорел 16-комнатный дом

    Сегодня в Гаджигабульском районе произошел пожар.

    Об этом сообщили в Министерстве по чрезвычайным ситуациям.

    В селе Абдулабад сгорел двухэтажный 16-комнатный дом общей площадью 900 кв.м (450 кв.м на каждом этаже).

    В результате происшествия сгорели воспламеняющиеся конструкции дома на площади 800 кв.м, примыкающего к дому навеса общей площадью 60 кв.м и подсобного помещения общей площадью 60 кв.м.

    Дом и остальная часть помещения были защищены от огня.

    Пожар был потушен.

  • 16 otaqlı ev kül oldu

    Bu gün Hacıqabul rayonunda yanğın hadisəsi olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyi (FHN) məlumat yayıb.

    Bildirilib ki, Abdulabad kəndində ümumi sahəsi 900 kvadratmetr (hər mərtəbəsi 450 m²) olan ikimərtəbəli 16 otaqlı ev yanıb.

    Hadisə nəticəsində yanar konstruksiyaları 800 m² sahədə, evə bitişik, ümumi sahəsi 60 m² olan talvarın yanar konstruksiyaları və ümumi sahəsi 90 m² olan köməkçi tikilinin yanar konstruksiyaları 60 m² sahədə yanıb.

    Evin və tikilinin qalan hissəsi yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • 160-a yaxın elektriklə çalışan avtobus alınıb – Yaxın günlərdə ölkəyə gətiriləcək

    “Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək”.

    “Trend” xəbər verir ki, bu barədə rəqəmsal inkişaf və nəqliyyat nazirinin müşaviri Aidə Bədəlova Bakıda İqlim Fəaliyyəti Həftəsinin (Baku Climate Action Week) ikinci günündə çıxışı zamanı deyib.

    O bildirib ki, ölkələrdə qurulan infrastrukturlar iqlim dəyişikliyinə dayanıqlı olmalıdır.

    O qeyd edib ki, Azərbaycan karbon emissiyalarının azaldılmasına dair öhdəlik götürüb.

    “Biz insanları dayanıqlı nəqliyyat vasitələrindən istifadəyə yönəldirik. Məqsədimiz şəxsi maşınların 30-40 faiz azaldılmasıdır. İnsanların ictimai nəqliyyatdan istifadə etməsini istəyirik. Yaxın 1-2 km məsafə üçün taksidən istifadəni məhdudlaşdırmağa çalışırıq.

    Bundan başqa, biz smart texnologiyaların inteqrasiyası üzərində çalışırıq. Artıq 160-a yaxın elektriklə çalışan avtobus aldıq və yaxın günlərdə ölkəyə gətiriləcək. Bununla da ümid edirik ki, qarşımıza qoyduğumuz hədəflərə çatacağıq”, – deyə o bildirib.

    Qeyd edək ki, Fəaliyyət Həftəsi 2024-cü ilin 30 sentyabr – 4 oktyabr tarixlərində, Bakıda ilk dəfə keçirilir.

    Bu tədbir, noyabr ayında Bakıda baş tutacaq COP29-un iqlim gündəliyinin əsasını qoyacaq.

    İqlim dəyişmələri ilə mübarizə üzrə Fəaliyyət Həftəsi siyasət, maliyyə, ticarət, investisiya, elm, incəsənət, mədəniyyət, cəmiyyət və KİV kimi bir sıra sahələrdən əsas maraqlı tərəfləri bir araya toplayacaq.

    Tədbirin əsas mövzuları “enerji keçidi”, “şəhərlər və urbanizasiya mühiti”, “su təhlükəsizliyi”, “qida və kənd təsərrüfatı”, “kiçik və orta müəssisələrin biznesi” və “yaşıl bacarıqlar” olacaq.

    Həftənin birinci yarısı (30 sentyabr – 2 oktyabr) dövlət qurumları, akademik mühit və özəl sektorun iştirak etdiyi iqlim həllərinə həsr olunacaq. İkinci yarıda (3-4 oktyabr) isə elm, təhsil, incəsənət, mədəniyyət və digər sahələrə fokuslanılacaq.

  • İniesta karyerasını başa vurdu

    İspaniya millisinin və “Barselona”nın əfsanəvi yarımmüdafiəçisi Andres İnyesta karyerasını başa vurmaq qərarına gəlib.

    Median.Az xarici mediaya istinadən xəbər verir ki, bütün karyerası boyu “8” nömrəli formanı daşıyan 40 yaşlı futbolçu bu qərarını 8 oktyabrda rəsmi olaraq açıqlayacaq.

    Qeyd edək ki, İnyestanın son olaraq BƏƏ-nin “Emireyts” klubunda çıxış edib.
    //azxeber.com