Month: October 2024

  • Biləsuvarda 44 yaşlı Cəbrayıl sakini döyülərək qətlə yetirildi

    Qəsdən adam öldürməkdə şübhəli bilinən şəxs tutulub.

    Cəbrayıl rayon prokurorluğundan verilən məlumata görə, oktyabrın 27-si saat 20 radələrində Biləsuvar rayonu 3 saylı qəsəbə ərazisində 1980-ci il təvəllüdlü Şahin Şahverdiyevin ölməsi barədə rayon prokurorluğuna məlumat daxil olub.

    Araşdırmalarla 1995-ci il təvəllüdlü Semur Məmmədquliyevin aralarında yaranmış mübahisə zamanı Şahin Şahveediyevi döyməklə xəsarətlər yetirərək qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

    Faktla bağlı Cəbrayıl rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Semur Məmmədquliyev iş üzrə şübhəli şəxs qismində tutulub.

    İbtidai istintaq davam etdirilir.

  • İrandan Azərbaycana 10 kiloqram narkotikin keçirilməsinin qarşısı alındı

    Sərhəd təhlükəsizliyinin artırılması məqsədilə dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi, narkotik vasitələr, psixotrop maddələr və onların prekursorlarının qanunsuz dövriy­­­yəsinə qarşı mübarizə tədbirləri uğurla həyata keçirilir.

    Bu barədə Dövlət Sərhəd Xidməti məlumat yayıb.

    Bildirilib ki, oktyabr ayının 26-da saat 16:40-da DSX-nin Sərhəd Qoşunlarının “Horadiz” sərhəd dəstəsinin xidməti ərazisində keçirilmiş sərhəd axtarışı və əməliyyat tədbirləri nəticəsində ümumi çəkisi 10 kiloqram 96 qram narkotik vasitə marixuananın İran İslam Respublikasından Azərbaycan Respublikasına keçirilməsinin qarşısı alınıb.

    Faktlar üzrə əməliyyat-istintaq tədbirləri davam etdirilir.

  • “Уральские авиалинии” запустили новый рейс из Сочи в Баку

    Авиакомпания “Уральские авиалинии” с 28 октября запустила новый рейс из Сочи в Баку.

    Об этом сообщила пресс-служба авиакомпании.

    Полеты выполняются два раза в неделю: из Сочи – по понедельникам и четвергам, обратные рейсы – по вторникам и пятницам.

    Время в пути составит порядка 2-х часов.

  • Soçi-Bakı reysi fəaliyyətə başlayıb

    Rusiyanın “Ural Hava Yolları” aviaşirkəti bu gündən etibarən Soçidən Bakıya birbaşa reys açıb.

    Bu barədə aviaşirkətin mətbuat xidməti məlumat yayıb.

    Uçuşlar həftədə iki dəfə həyata keçiriləcək. Soçidən bazar ertəsi və cümə axşamı, Bakıdan isə reyslər çərşənbə axşamı və cümə günləri baş tutacaq.

    Uçuş vaxtı təxminən iki saat təşkil edəcək.

  • “Kartdan karta” görə rəsmi xəbərdarlıq – 6000 manat cərimə

    Nağdsız vəsaitin qəbul edilməsi yalnız POS-terminal vasitəsilə həyata keçirilməli, bu zaman vətəndaşlara POS-terminalın qəbzi ilə yanaşı nəzarət-kassa aparatının çeki də təqdim edilməlidir.

    Bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin sahibkarlara müraciətində bildirilir.

    Qurum bəyan edib ki, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” Qanuna uyğun olaraq POS-terminalların quraşdırılması, “Elektron ticarət haqqında” Qanuna əsasən isə istehlakçıların elektron ödəniş etmək imkanını təmin etmək vergi ödəyicilərinin birbaşa vəzifələrinə aiddir. Eyni zamanda, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə bu hallara nəzarət və nağdsız ödənişlərin qəbulundan imtina hallarının müəyyən edilməsi ilə bağlı operativ vergi nəzarəti tədbiri keçirmək vergi orqanının hüquqlarına aid edilib.

    “Dəfələrlə edilmiş xəbərdarlıqlara və aparılan məlumatlandırma işlərinə baxmayaraq qeyd olunan qanuna zidd hallar hələ də davam etdiyi üçün bu istiqamətdə vergi nəzarəti tədbirləri gücləndirilib. Dövlət Vergi Xidməti bir daha sahibkarlıq subyektlərinin nəzərinə çatdırır ki, POS-terminal quraşdırılması məcburi olan obyektlərdə POS-terminalların quraşdırılmamasına və POS-terminallar quraşdırılmış obyektlərdə nağdsız ödənişlərin qəbulundan imtina edilməsinə görə təqvim ili ərzində belə hallara 1-ci dəfə yol verildikdə 1 000 manat, 2-ci dəfə yol verildikdə 3 000 manat, üç və daha çox dəfə yol verildikdə isə 6 000 manat maliyyə sanksiyaları tətbiq olunur.

    Bununla əlaqədar sahibkarlara Vergi Məcəlləsində nəzərdə tutulan maliyyə sanksiyalarına məruz qalmamaq üçün nağdsız ödənişləri qanunvericiliyin tələblərinə əsasən, yalnız POS-terminal vasitəsilə qəbul etmək tövsiyə olunur. Eyni zamanda, Dövlət Vergi Xidməti vətəndaşları mal, iş və xidmətlər alarkən nağdsız ödənişləri kartdan karta köçürmə əməliyyatları ilə deyil, yalnız POS-terminal tələb etməklə həyata keçirməyə çağırır”, – deyə müraciətdə qeyd olunub.

  • В Баку десятиклассник покончил с собой

    В бакинском поселке Бина школьник совершил самоубийство.

    Как сообщает Qafqazinfo, Таджир Алмурадов (2009 г.р.) свел счеты с жизнью, повесившись в своем доме. Вчера около 21:00 его тело обнаружили родственники.

    Согласно данным, подросток был учеником 10-го класса средней школы.

    По данному факту в прокуратуре Хазарского района проводится расследование.

  • 10-cu sinif şagirdi intihar etdi

    Bakıda məktəbli intihar edib.

    “Qafqazinfo” xəbər verir ki, 2009-cu il təvəllüdlü Tacir Mürsəl oğlu Almuradov Binə qəsəbəsində yaşadığı evdə özünü asıb. Onun meyiti dünən saat 21 radələrində yaxınları tərəfindən aşkar edilib.

    Bildirilib ki, intihar edən oğlan orta məktəbin 10-cu sinif şagirdi olub.

    Faktla bağlı Xəzər Rayon Prokurorluğunda araşdırma aparılır.

  • Bakıda ilk ödənişsiz parkinqlər yaradıldı

    Bakıda ödənişsiz parklanma yerləri təşkil edilir.

    Bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən məlumat yayılıb.

    Məlumata əsasən, həmin ərazilərdə qiymət tənzimlənməsi tətbiq olunmur. Belə ki, 4-cü zonaya daxil olan Səbail rayonunun Mikayıl Useynov və Aqil Quliyev küçələrində müvafiq infrastruktur qurularaq avtomobillərin pulsuz park edilməsi üçün şərait yaradılıb.

    Görülən işlər nəticəsində 9 məntəqə üzrə 94 ödənişsiz parklanma yeri təşkil edilib. 3 məntəqə fiziki imkanları məhdud sürücülərin avtomobilləri üçün nəzərdə tutulub. Ödənişsiz parklanma yerlərinin təşkili istiqamətində işlər davam etdirilir.

    Qeyd edilib ki, Bakı şəhəri üzrə beş parklanma zonası müəyyən olunub. Ödənişli parklanma yalnız parklanmanın sıxlığa səbəb olduğu və əlçatanlığın təmin edilmədiyi dörd zonada tətbiq edilir.

    Xatırladaq ki, ödənişli parklanma yerlərində nəqliyyat vasitələrinin 15 dəqiqəyədək parklanması üçün ödəniş tələb olunmur. Nəqliyyat vasitələrinin parklanması üçün saat 22:00-dan saat 07:00-a qədər, eləcə də həftənin bazar günləri parklanma ödənişsizdir.

  • ГУГДП обратилось к лицам, осуществляющим грузоперевозки

    Главное управление Государственной дорожной полиции (ГУГДП) обратилось к лицам, осуществляющим грузоперевозки, в связи с вводом в эксплуатацию электронных весов.

    ГУГДП распространило следующую информацию:

    “С целью защиты дорожной инфраструктуры, обеспечения безопасности и других требований, часть электронных весов, установленных на автомобильных дорогах общего пользования, введена в эксплуатацию.

    Согласно законодательству, на указанных дорогах постановления о наложении административных взысканий за управление крупногабаритными и тяжеловесными транспортными средствами с нарушением требований к габаритам, весу и нагрузке на ось выносятся в электронном порядке на основании данных Единого мониторингового центра Агентства наземного транспорта (AYNA) и Госагентства автомобильных дорог Азербайджана.

    Напомним, что административное законодательство предусматривает штрафы за нарушение требований к габаритам, весу и нагрузке на ось крупногабаритных или тяжеловесных транспортных средств, включая случаи повторного нарушения: для физических лиц – от 200 до 1 200 манатов, для должностных лиц – от 1 500 до 2 500 манатов, для юридических лиц – от 4 000 до 7 000 манатов.

    ГУГДП еще раз обращает внимание юридических и физических лиц, занимающихся грузоперевозками, что перегрузка автотранспортных средств сверх установленных норм, а также управление с нарушением требований к допустимым габаритным параметрам приводит к преждевременному износу дорожного покрытия, многократному увеличению вероятности аварий в результате деформации дороги, создает реальную опасность для других участников движения, и сообщает, что контрольные меры в этой области будут усилены”.

  • BDYPİ-dən yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət

    Baş Dövlət Yol Polisi İdarəsi (BDYPİ) elektron tərəzilərin istifadəyə verilməsi ilə bağlı yükdaşıma fəaliyyəti göstərən şəxslərə müraciət edib.

    Bu barədə BDYPİ məlumat yayıb:

    “Yol infrastrukturunun qorunması, təhlükəsizlik və digər tələblərin təmin edilməsi məqsədilə, ümumi istifadədə olan avtomobil yollarında quraşdırılan elektron tərəzilərin bir qismi istifadəyə verilib.

    Qanunvericiliyə əsasən, artıq elektron tərəzilərin istifadəyə verildiyi yollarda iriqabaritli və ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblər pozulmaqla idarə edilməsinə görə tərtib olunan inzibati tənbeh vermə haqqında qərarlar Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) və Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin (AAYDA) Vahid Monitorinq Mərkəzinin məlumatı əsasında elektron qaydada çıxarılır.

    Xatırladaq ki, inzibati qanunvericilikdə iriqabaritli və ya ağırçəkili nəqliyyat vasitələrinin icazə verilən qabarit, çəki və yüklə birlikdə oxa düşən kütlə parametrlərinə dair tələblərin pozulmasına görə – təkrar törədilmə halları da daxil olmaqla, fiziki şəхslərin iki yüz manatdan min iki yüz manatadək, vəzifəli şəxslərin min beş yüz manatdan iki min beş yüz manatadək, hüquqi şəxslərin isə dörd min manatdan yeddi min manatdək məbləğində cərimə edilməsi nəzərdə tutulub.

    BDYPİ avtonəqliyyat vasitələrinin nəzərdə tutulmuş normadan artıq yüklənməsinin, eləcə də icazə verilən qabarit parametrlərinə dair tələblər pozmaqla idarə edilməsinin yol örtüyünün vaxtından tez sıradan çıxmasına, yolun deformasiyaya uğraması nəticəsində qəza ehtimalının dəfələrlə artmasına, digər hərəkət iştirakçıları üçün real təhlükə yaratmasına səbəb olduğunu bir daha yükdaşıma fəaliyyəti ilə məşğul olan hüquqi və fiziki şəxslərin diqqətinə çatdırır və bu sahədə nəzarət tədbirlərinin daha da gücləndiriləcəyini bildirir”.