Bakıda binanın balkonu uçub.
Median.Az APA-ya istinadən xəbər verir ki, hadisə Səbail rayonu ərazisində, Qoşa qala qapısının yaxınlığında baş verib.
Belə ki, binanın balkonu uçaraq “Hyundai” markalı avtomobilin üzərinə düşüb.
Xəbər verdiyimiz kimi, oktyabrın 22-də saat 21 radələrində paytaxtın Nəsimi rayonunda 2 nəfər şəxs yaşadığı mənzildə öldürülüb.
Median.Az milli.az-a istinadən xəbər verir ki, araşdırma zamanı 1973-cü il təvəllüdlü İslam Hadıyevin tamah məqsədilə yaşadıqları evdə 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviç və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanı qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Qeyd edək ki, İosif Tkaç Zusyeviç 1997-ci ildən S.Vurğun adına Rus Dram teatrında aktyor vəzifəsində işləyib. Teatrda işlədiyi müddətdə bir çox rollar oynayıb.
Milli.Az-ın əldə etdiyi məlumata görə, cinayət hadisəsini törətməkdə şübhəli bilinən İslam Hadıyev aktyorun evində əvvəllər usta kimi çalışıb və bu müddət ərzində də yaşlı ər-arvadın etibarını qazanıb.
İ.Hadıyev mərhələli şəkildə onlardan 50 min manata qədər borc alıb, sonra isə aldığı borcu qaytarmayıb. Münaqişə də bundan sonra başlayıb. İosif Tkaç Zusyeviç və arvadı Lyudmila Tkaç Mixaylov pulu qaytarmayacağı təqdirdə İ.Hadıyevi polisə şikayət edəcəklərini bildiriblər.
İ.Hadıyev də son dəfə onların yaşadıqları mənzilə gələrək ər-arvadı öldürüb və daha sonra Salyan rayonuna qaçıb. Qaçdığı Salyan rayonunda da polis əməkdaşları tərəfindən saxlanılıb.
Qeyd edək ki, hazırda Faktla bağlı Nəsimi rayon prokurorluğunda başlanmış cinayət işi üzrə İslam Hadıyev Cinayət Məcəlləsinin 120.2.5 və 120.2.7-ci (tamah məqsədilə iki və ya daha çox şəxsi öldürmə) maddələrilə təqsirləndirilən şəxs qismində cəlb edilib, barəsində müstəntiqin vəsatəti və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokurorun təqdimatı əsasında məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib.
Yağan yağıntılarla əlaqədar Respublikanın bəzi çaylarında sululuq artıb.
Bunu Milli Hidrometeorologiya Xidmətinin Hidrologiya mərkəzinin direktoru Asif Verdiyev bildirib.
Onun sözlərinə görə, ölkə ərazisində yağan yağıntılarla əlaqədar Kür çayının yuxarı axımında Qıraqkəsəmən məntəqəsində suyun səviyyəsi 6 sm, Böyük Qafqazın ərazisindən axan Qarasuçayda 10, Qarabağ və Şərqi Zəngəzur bölgəsindən axan Quruçayda 11, Bərgüşadçayda 2, Lənkəran-Astara bölgəsinin ərazisindən axan Təngərüdçayda isə 2 sm artm qeydə alınıb.
Ötən il 20 yaşlı tələbə Leyla və 9 aylıq körpəsinin əri tərəfindən qətli gündəmi zəbt etmişdi. Heç bir səbəb və ya bəhanənin əsas vermədiyi faciəni törədən Fərid Hüseynli ömürlük azadlıqdan məhrum edildi. Amma məhkəmənin yalnız hökm hissəsi mediaya açıq keçirildi.
Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, cinayət işinin bəzi detalları məlum olub. İstintaq materiallarında yazılanlardan məlum olub ki, Fərid arvadını qısqanclıq zəminində qətlə yetirib.
Hadisə günü o, qəddarlıq nümayiş etdirərək körpəsini Leylanın gözləri qarşısında 7 dəfə bıçaqlayıb. Bununla da anaya əzab verib. Daha sonra isə eyni bıçaqla çarpayının üstündə dayanan Leylanın üstünə hücum edib, onun boğazına bıçaqla vuraraq qətlə yetirib. Ən sonda isə intihar niyyəti ilə eyni bıçaqla özünün qarın nahiyəsindan iki zərbə endirib. Leyla hadisə yerində, 9 aylıq Ayla xəstəxanaya aparılarkən vəfat etsə də, Fəridin həyatını xilas etmək mümkün olub.
Onun cinayətini Sumqayıt Ağır Cinayətlər Məhkəməsində Nurəddin Hüseynlinin sədrlik etdiyi hakimlər araşdırıb.
Fərid məhkəmədə yalnız bir dəfə ifadə verib, onun üçün danışmağın çətin olduğunu əsas gətirərək suallara cavab verməkdən imtina edib. Deyib ki, həyat yoldaşı ilə münasibəti onun atası ilə tanışlığından sonra yaranıb. Həmin vaxt Leyla Bakı Dövlət Universitetinin Biologiya fakültəsinin ilk kursunda təhsil alırmış. Dediyinə görə, hələ nişanlı vaxtlarında aralarında problemlər yaşanıb, amma sonradan mehriban olublar. Toydan sonra Leylanın təhsilinə maneə yaratmayıb, hər gün özü universitetə aparıb-gətirib. Hadisədən bir müddət əvvəl onda yenə qısqanclıq hissləri baş qaldırıb. Leylanın instaqram səhifəsi üstündə başlanan dava dəhşətli cinayətə gətirib çıxarıb.
Fərid özünü Leylanın qətlində təqsirli bilib. Amma körpəsini öldürməsini boynuna almayıb. O, israrla iddia edib ki, uşağı müqavimət göstərmək istəyərkən Leyla bıçaqlayıb: “Həmin vaxt Aylanı yatırmışdıq. Mən Leylanın üstünə gedəndə bıçaq əlimdən düşdü. Bu vaxt Leyla bıçağı götürüb məni vurmaq istəyirdi. Həmin vaxt təsadüfən Aylaya bıçaqla xəsarətlər yetirdi. Birtəhər bıçağı əlindən alıb boğazını kəsdim. Öldüyündən əmin olduqdan sonra Aylaya tərəf çönüb onu da qanın içində gördüm. Buna dözə bilməyib iki bıçaq da özümə vurdum. Ayılanda artıq xəstəxananada idim. Dediyim kimi, Aylanı mən yox, ehtiyatsızlıqdan Leyla vurdu”.
Leylanın hüquqi varisi qismində tanınmış atası Əlişan İbadov məhkəmədən qızının qatilinin ən ağır formada cəzalanmasını xahiş edib. Atası ifadəsində onu da deyib ki, qızı hamilə olan vaxt Fəridlə arasında münaqişə olub: “Leyla demişdi ki, ata, Fərid bir dəfə məni boğurdu, mənimlə bərk danışır, üstümə qışqırır”. Fəridin anası da Leylanı xilas etdiyini demişdi”.
Hüquqi varis hadisənin tam səbəbini bilməsə də, qızının əvvəllər də əri tərəfindən incidildiyini hakimlərin diqqətinə çatdırıb.
Fərid Leylanı öldürdükdən sonra dayısı oğluna zəng edib. Şahid qismində ifadə verən dayıoğlu deyib ki, Fərid onunla iş yoldaşı olub. Onlar birgə zərgərliklə məşğul olublar: “Həmin gün Fərid işdən tez çıxdı. İki saat sonra mənə zəng edib dedi ki, bəs Leylanı vurdum, indi də özümü öldürəcəyəm. Ondan sakit olmasını xahiş etsəm də, telefonu söndürdü. Sonrası da məlumdur”.
Təqsirləndirilən şəxs ibtidai istintaq dövründə müstəntiqə də bənzər ifadə verib. Həmin vaxt da körpəsini öldürmədiyini bildirib.
Amma hakimlər onun körpəsini öldürmədiyi ilə bağlı dediklərini inandırıcı hesab etməyiblər. Belə qənaətə gəlinib ki, çarpayıda uzanmış körpənin qarınüstü nahiyəsinə öndən arxaya 3 yanaşı zərbənin və sol kürək altı nahiyəyə arxadan önə 2 yanaşı zərbənin təsadüfən yetirilməsi ağlabatan deyil.
Məhkəmə hökmdə Fərid Hüseynliyə verilmiş ittihamların hamısını əsaslı hesab edib.
Bakıya yağan güclü yağışlar səbəbindən 2 nəfərin boğularaq həyatını itirdiyi Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunellə bağlı yayılan yeni görüntülər müzakirə yaradıb. Belə ki, bu gün səhər saatılarında yağan güclü yağış nəticəsində sözügedən tuneli yenidən su basıb, tunelə giriş-çıxış bağlanıb. Bundan əvvəl tuneli tikən şirkət “Körpü Bina Tikinti” MMC-nin müdir müavini problemin səbəbləri barədə araşdırma başladıldığını demişdi.
Pravda.az-ın əməkdaşı araşdırmanın gedişatı ilə maraqlanmaq üçün yenidən həmin MMC ilə əlaqə saxlayıb.
Bu dəfə özünü şirkətin hüquqşünası kimi qələmə verən və soyadını açıqlamaq istəməyən Rüfət adlı şəxs deyib ki, məsələ ilə bağlı araşdırmanı şirkət deyil, dövlət orqanları həyata keçirir:
“Dövlət layihəsidir, tunel sifariş əsasında tikilib. Layihəni tərtib edən də, sifarişi verən də müvafiq dövlət orqanıdır (“Azərbaycan Dəmir Yolları” QSC). Sifarişdə nə göstərilibsə, iş buna uyğun yerinə yetirilib. Körpü, onun konstruksiyası, betonu dayanıqlıdır.
Tuneldəki motorlar da layihədə iki ədəd göstərilibsə, 3 ədəd qoyulub. Şirkət motor istehsalçısı deyil. Tunel uçmayıb, anbar aşmayıb. Hamısı yerindədir. Qoyulan motorlar Azərbaycan bazarında sertifikatlaşdırılmış motorlardır. Tikinti zamanı heç bir nöqsan olmayıb.
İstər su motoru olsun, istərsə də saç qurudan fen, bu, qurğudur, içində motor işləyirsə, nə vaxtsa xarab olmalıdır. Fövqəladə vəziyyət yaranıb. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı necə analiz edib, bunu deyə bilmərəm. Motorlar işlək vəziyyətdə olub.
İstər “Körpü Bina Tikinti” MMC, istərsə də digər tikinti şirkətləri işi başa çatdırandan sonra 1 il zəmanət üçün nəzarət edir, bundan sonra müvafiq dövlət orqanlarına təhvil verir. Şirkət illər boyu tikilinin arxasınca getmir. Nəzarəti artıq müvafiq dövlət orqanları davam etdirirlər.
Hadisə günü motorların işləyib-işləməməsi bizə aid deyil. Məlumata görə, motorlar işləyib, sadəcə, yağıntıların miqdarı normadan artıq olduğu üçün kanalizasiyalar yüklənib, su geri qayıdıb. Kimsə bizi günahlandırmaq istəyirsə, birinci iş barədə ətraflı öyrənsin.
“Körpü Bina Tikinti” MMC bundan başqa onlarla körpü tikib, heç birində qüsur olmayıb. Ona qalsa, “Bağırov körpüsü”nə də su dolub.
Fövqəladə hal nəticəsində baş verən hadisədir, bunu dramatikləşdirməyə ehtiyac yoxdur. Allah həyatını itirən iki vətəndaşımıza rəhmət etsin. Ailələrin acıları ağırdır, başları sağ olsun.
Sosial şəbəkələrdə yayılan görüntülərdən aydın olur ki, iki nəfərin həlak olması motorların işləməməsi, tuneli su basması ilə əlaqədar deyil. FHN əməkdaşları onların yanında olarkən su hələ bellərinə çatmamışdı. Su maşının qapısında idi. Yeriyə-yeriyə çıxa bilərdilər. Nəyə görə sudan çıxmadıqları müəmmalıdır. Araşdırma gedir, yəqin ki, nəticəsi mətbuata açıqlanacaq. Kim yaxşı iş görür, ayağından dartmaq istəyirlər. 4 il əvvəl tikib, təhvil vermişik. Görən görür ki, orada “Körpü Bina Tikinti” MMC-lik nə var?”
Подразделения российской группировки войск Центр взяли под контроль поселок Цукурино в Донецкой области Украины.
Как передает Median.Az со ссылкой на lenta.ru, об этом заявили журналистам в Минобороны России в ходе брифинга о ситуации в зоне конфликта.
В ведомстве добавили, что российские военные также нанесли поражение живой силе и технике четырех бригад Вооруженных сил Украины (ВСУ) и бригады территориальной обороны в районах населенных пунктов Димитров, Александро-Калиново, Правдовка и Вишневое.
Rusiya ordusunun bölmələri Ukraynanın Donetsk vilayətinin Sukurino qəsəbəsində nəzarəti ələ keçirib.
Median.Az məlumatı Rusiya Müdafiə Nazirliyi də təsdiq edib.
Məlumatda qeyd olunub ki, Rusiya hərbçiləri, həmçinin Dimitrov, Aleksandro-Kalinovo, Pravdovka və Vişnevoye yaşayış məntəqələrində Ukrayna Silahlı Qüvvələrinin dörd briqadasının və ərazi müdafiə briqadasının canlı qüvvəsi və texnikasını darmadağın ediblər.
Sosial şəbəkələrdə məşhurlaşan Dubay şokoladının sağlamlıq üçün təhlükəli olduğu üzə çıxıb.
Bu barədə “StarHit”ə diyetoloq Anna Belousova məlumat verib.
Məlum olub ki, 200 qram ağırlığı olan desertin bir çubuqunda min kilokalori var.
Həkimin sözlərinə görə, belə şirinlik kiçik miqdarda olsa belə təhlükəli ola bilər.
“Əgər sizin allergiyanız varsa, bunu ümumiyyətlə sınamamalısınız. Öd kisəsi ilə bağlı problemi olan insanlara bu şokoladı dadmağı məsləhət görməzdim”, – deyə o qeyd edib.
Endokrinoloq Veronika Savenko da həmkarının fikri ilə razılaşaraq şəkərli diabet və piylənmə xəstələrini şirniyyatdan imtina etməyə çağırıb. Şokoladın tərkibinə daxil olan məhsullar ishal və digər mədə-bağırsaq xəstəliklərinə səbəb ola bilər.
//Baku.ws
Azərbaycanda namus söhbətinə görə qətl törədilib.
Median.Az Milli.Az-a istinadən xəbər verir ki, 2000-ci il təvəllüdlü Əliəkbər Səmədli oktyabrın 27-də saat 22 radələrində Qaradağ rayonu Ələt qəsəbəsi ərazisində 1992-ci il təvəllüdlü Rüfət Rüstəmovu bıçaqlayıb.
Araşdırmalarla 2000-ci il təvəllüdlü Əliəkbər Səmədlinin aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarətlər yetirərək Rüfət Rüstəmovu qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.
Hadisəni törədən şəxs 44 günlük müharibə iştirakçısıdır. Qətlin namus söhbətinə görə törədildiyi deyilir. Belə ki, öldürülən şəxs bibisinin gəlninə sataşıb. Əliəkbər də qəsəbədə onu maşına mindirib aparıb qəbiristanlıq yaxınlığında bıçaqlayıb. O, daha sonra oğlanı xəstəxanaya çatdırsa da, Rüfət Rüstəmov yoldaca keçinib.
Faktla bağlı Qaradağ Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb. Əliəkbər Səmədli iş üzrə şübhəli şəxs qismində tutulub.
Bizim Instagram səhifəmizi izləyin
Dünya şöhrətli müğənni Adel ağır xəstəliyindən danışıb.
Azxeber.com xarici mətbuata istinadən xəbər verir ki, o, qulaq karlığından əziyyət çəkdiyini bildirib.
Müğənni, sol qulağında ağır bakteriya olduğunu açıqlayıb:
“Qulağıma nadir görülən su bakteriyası düşüb. Müalicəsi çox çətindir. Bir neçə gün səhv antibiotik qəbul etdim. Nəhayət, mənə təsir edən antibiotik verə bildilər. Bir neçə dəfə ağrının şiddətindən qulağımı kəsmək istədim. Sol qulağım bir az kardır”.