Month: October 2024

  • Президент Ильхам Алиев поздравил узбекского коллегу

    Президент Азербайджанской Республики Ильхам Алиев направил поздравительное письмо президенту Республики Узбекистан Шавкату Мирзиёеву.

    Как сообщает АЗЕРТАДЖ, в послании говорится:

    “Уважаемый Шавкат Миромонович,

    Дорогой Брат,

    Сердечно поздравляю Вас и Ваш братский народ с успешным проведением выборов в Законодательную палату Олий Мажлиса Узбекистана.

    Это голосование, впервые в истории братского Узбекистана проведенное по смешанной избирательной системе, еще раз наглядно продемонстрировало приверженность Вашей страны принципам строительства демократического государства.

    Результаты голосования – это проявление веры и доверия Вашего народа к решительно проводимому Вами политическому курсу, выражение реальной поддержки Ваших заслуг в еще большем развитии и наращивании мощи Узбекистана.

    Желаю успехов работе Законодательной палаты Олий Мажлиса, который начнет работу в новом составе.

    Пользуясь случаем, еще раз передаю Вам сердечные поздравления, желаю крепкого здоровья, счастья, новых успехов и достижений в высшей государственной деятельности во имя благополучия и процветания братского народа Узбекистана”.

  • Prezident İlham Əliyev özbəkistanlı həmkarını təbrik edib

    Azərbaycan Prezidenti İlham Əliyev Özbəkistan Ali Məclisinin Qanunvericilik palatasına seçkilərin uğurla keçirilməsi münasibətilə Prezident Şavkat Mirziyoyevə təbrik məktubu ünvanlayıb.

    AZƏRTAC xəbər verir ki, dövlətimizin başçısı məktubunda qeyd edib:

    “Qardaş Özbəkistanın tarixində ilk dəfə olaraq qarışıq seçki sistemi üzrə keçirilmiş bu səsvermə ölkənizin demokratik dövlət quruculuğu prinsiplərinə sadiqliyini bir daha bariz şəkildə nümayiş etdirdi.

    Səsvermənin nəticələri xalqınızın Sizin qətiyyətlə yürütdüyünüz siyasi xəttə olan inam və etimadının təzahürü, Özbəkistanın daha da inkişafı və qüdrətlənməsi istiqamətində xidmətlərinizə real dəstəyinin ifadəsidir.

    Yeni tərkibdə fəaliyyətə başlayacaq Ali Məclisin Qanunvericilik palatasının işinə müvəffəqiyyətlər arzulayıram.

    Fürsətdən istifadə edərək bir daha Sizə səmimi təbriklərimi çatdırır, möhkəm cansağlığı, xoşbəxtlik, qardaş Özbəkistan xalqının rifahı və firavanlığı yolunda ali dövləti fəaliyyətinizdə yeni-yeni uğurlar və nailiyyətlər diləyirəm”.

  • СК России предложил помощь в расследовании убийства азербайджанского актера

    Председатель Следственного комитета (СК) России поручил организовать взаимодействие с азербайджанскими коллегами в связи с расследованием убийства бывшего актера Русского драматического театра Иосифа Ткача и его жены Людмилы Ткач в Баку.

    Об этом сообщает пресс-служба СК РФ.

    “С учетом подписанных двусторонних соглашений между СК России и Генеральной прокуратурой Азербайджана и сложившимся эффективным сотрудничеством председатель Следственного комитета РФ поручил Управлению правового обеспечения и международного сотрудничества организовать взаимодействие с азербайджанскими коллегами и предложить возможную помощь при расследовании уголовного дела”, – говорится в сообщении.

    Напомним, что 22 октября в полицию поступила информация об убийстве в Насиминском районе Баку бывшего актера Азербайджанского государственного академического русского драматического театра Иосифа Ткача (1939 г.р.) и его супруги Людмилы Ткач (1944 г.р.). По данному факту возбуждено уголовное дело, ведется следствие.

  • Aktyorun və həyat yoldaşının ölümünün araşdırılmasında Rusiya ilə Azərbaycan əməkdaşlıq edəcək

    Rusiya Federasiyasının İstintaq Komitəsinin rəhbəri Aleksandr Bastrıkin Bakıda Azərbaycan Dövlət Akademik Rus Dram Teatrının keçmiş aktyoru İosif Tkaç və onun həyat yoldaşı Lyudmilanın qətlinin araşdırılmasında azərbaycanlı həmkarları ilə əməkdaşlığın təşkili barədə göstəriş verib.

    Bu barədə TASS-a qurumun mətbuat xidməti məlumat verib.

    İdarədən qeyd edilib ki, yerli hüquq-mühafizə orqanları faktla bağlı cinayət işi üzrə araşdırma aparır.

    “Rusiya İstintaq Komitəsi ilə Azərbaycan Respublikasının Baş Prokurorluğu arasında imzalanmış ikitərəfli sazişləri və yaradılmış səmərəli əməkdaşlığı nəzərə alaraq, Rusiya İstintaq Komitəsinin sədri azərbaycanlı həmkarlarına müraciət edir və cinayət işinin araşdırılmasında mümkün köməklik göstərməyi təklif edir”, – deyə məlumatda bildirilir.

    Xatırladaq ki, oktyabrın 23-də Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

  • Şəkinin görkəminə xələl gətirən sahibkar həbs edildi

    Şəki şəhərində yerləşən “Şərifoğlu” tikinti materialları mağazasının sahibi həbs edilib.

    “Qafqazinfo” xəbər verir ki, 36 yaşlı iş adamı S.Kərimli (şərti) barəsində İnzibati Xətalar Məcəlləsinə əsasən protokol tərtib edilib.

    Bildirilib ki, Şəkidə tarixi məkanlara gedən marşrutun üzərində yerləşən mağazanın sahibi dəfələrlə tikinti materiallarını Zərifə Əliyeva küçəsinin kənarına və səkiyə yığıb. Ona həmin yerlərə materialları yığmaması barədə xəbərdarlıq edilsə də, əhəmiyyət verməyib.

    Növbəti monitorinq zamanı S.Kərimli polis əməkdaşlarının tələbinə qarşı çıxıb və satış üçün nəzərdə tutulmuş malları anbara daşımayıb.

    Onun barəsində İXM-in 510 və 535-ci maddələrinə əsasən, protokol tərtib edilərək məhkəməyə göndərilib.

    Şəki Şəhər Məhkəməsinin qərarı ilə sahibkara 15 sutka inzibati həbs cəzası verilib.

  • Sabah Albalılıq qəsəbəsində işıq olmayacaq

    Sabah Bakının Xəzər rayonun Albalılıq yaşayış massivində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq.

    Bu barədə “Azərişıq” ASC məlumat yayıb.

    Bildirilir ki, Xəzər Rayon Enerji Təchizatı və Satışı İdarəsinə (RETSİ) daxil olan bəzi ərazilərdə həyata keçirilən təmir işləri ilə əlaqədar oktyabrın 29-da elektrik xətləri sifarişə əsasən açılacaq.

    Bununla əlaqədar olaraq, saat 9:00-dan saat 13:00-dək Albalılıq yaşayış massivinin bir hissəsində elektrik enerjisinin verilişində məhdudiyyət yaranacaq. Təmir işləri yekunlaşdıqdan sonra sözügedən ərazilər daha keyfiyyətli elektrik enerjisi ilə təmin olunacaq.

  • Dəm qazının qarşısının almaq üçün bunları edin – YARANMA SƏBƏBİ

    Havalar soyuduqca xəbərlərdə tez-tez dəm qazının can aldığı xəbərlər görürük. Ancaq bir çox insan dəm qazının nə olduğunu, hansı prosesdə yarandığını bilmir.

    Median.Az dəm qazının yaranma şəraiti və səbəbləri haqqında məlumatları sizə təqdim edir.

    Dəm qazı – həyat üçün təhlükəli və hiss olunmayan, rəngsiz, qoxusuz bir qazdır. Əsasən qaz, kömür, odun kimi yanacaq növlərinin qeyri-tam yanması nəticəsində yaranır. Dəm qazının əsas təhlükəsi ondan ibarətdir ki, insan onu hiss etmir və qapalı mühitdə ani olaraq zəhərlənməyə səbəb olur. Bu qazın nəfəs yolu ilə qəbul edilməsi oksigen çatışmazlığına gətirib çıxarır, nəticədə huşun itirilməsi, başgicəllənmə, ürək bulanması kimi simptomlar meydana gəlir. Ağır zəhərlənmə hallarında isə ölümlə nəticələnə bilər.

    Dəm qazının yaranmasına adətən texniki nasazlıqlar, ventilyasiya sistemlərinin düzgün işləməməsi, yarımçıq yanma prosesləri və köhnəlmiş isitmə sistemləri səbəb olur. Qaz sobaları, su qızdırıcıları və odun sobalarının müntəzəm yoxlanışı, texniki baxışı və düzgün işləməsi vacibdir. Bu cihazların ventilyasiya sistemləri qapalı mühitdən çıxan qazı kənarlaşdırmaq üçün optimal şəkildə qurulmalıdır.

    Dəm qazı zəhərlənməsindən qorunmaq üçün müasir dəm qazı detektorlarının quraşdırılması tövsiyə olunur. Bu cihazlar qaz sızmasını hiss edərək xəbərdarlıq siqnalı verir, beləliklə insanları vaxtında təhlükədən xəbərdar edir. Unutmayın ki, düzgün havalandırma sistemi, müntəzəm texniki baxış və təlimatlar bu təhlükənin qarşısını almağın ən effektiv yollarıdır.

    Bu səbəbdən, cihazların düzgün işləməsi üçün müntəzəm texniki baxış və havalandırma sistemlərinin sağlam vəziyyətdə olması vacibdir.
    //Baku.ws

  • Временно меняется маршрут автобусного рейса Баку – Лачын – Баку

    С 30 октября регулярные автобусные пассажирские рейсы по маршруту Баку – Лачын – Баку будут временно организованы по дороге Евлах – Ходжалы – Лачын.

    Об этом сообщает Median.Az со ссылкой на Агентство наземного транспорта Азербайджана (AYNA) при Министерстве цифрового развития и транспорта.

    Согласно информации, это связано с необходимостью изменения конфигурации, а также проведения дополнительных ремонтных работ, которые охватят примерно 15-километровый временный участок дороги вдоль реки Хакари на трассе Худаферин – Губадлы – Лачын.

  • Bakı-Laçın-Bakı avtobusunun hərəkət istiqaməti dəyişdirilir

    Oktyabrın 30-dan Bakı-Laçın-Bakı reysi üzrə müntəzəm sərnişindaşıma xidməti müvəqqəti olaraq digər – Yevlax-Xocalı-Laçın yolu ilə təşkil olunacaq.

    Median.Az bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinə (AYNA) istinadən xəbər verir.

    Məlumata görə, buna səbəb Xudafərin-Qubadlı-Laçın yolunun Həkəri çayının kənarı boyu müvəqqəti yol sahəsinin təqribən 15 km-lik hissəsində əlavə təmir işlərinin və yol sahəsi üzrə müəyyən konfiqurasiya dəyişikliyinin aparılması zərurətidir.

  • Bakıda həbsxanada daha bir ÖLÜM

    Azərbaycanda məhkum həbsdə ölüb.

    Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə Penitensiar Xidmətin Bakıdakı cəzaçəkmə müəssisəsində qeydə alınıb.

    Orada cəza çəkən Rasim Təmraz oğlu Mustafayev dünyasını dəyişib.

    Onun xəstəlikdən öldüyü bildirilir.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 37-ci ölüm hadisəsidir.