Month: October 2024

  • Conni Deppin qızı küçəyə yarıçılpaq çıxdı – FOTO

    Aktyor Conni Deppin qızı Lili-Rouz Depp şalvarsız bodi geyinərək ictimaiyyət qarşısına çıxıb.

    Fotolar “Daily Mail”də dərc olunub.

    25 yaşlı Lili-Rouz Beverli Hillsdə çəkiliş zamanı görüntülənib.

    Model qırmızı zolaqlı ağ bodidə paparassilərə tuş gəlib. Aktrisa şalvar və ya ətək geyinməyib.

    Qeyd edək ki, məşhur aktyorun qızı ara-sıra açıq-saçıq obrazları ilə gündəmə gəlir.



  • İş yerində susqunluq fəlakətə səbəb ola bilər – Alimlərdən XƏBƏRDARLIQ

    Əvvəlki araşdırmalar göstərib ki, öz fikirlərini fəal şəkildə ifadə edən işçilər vəzifədə daha çox yüksəlirlər. Bütün işçilərin öz sözünü demək imkanı olduqda isə şirkətin məhsuldarlığı artır.

    Yeni araşdırma ilə tədqiqatçılar müəyyən ediblər ki, depressiya işçilərin fikir bildirmələrinin mənasız olduğunu düşünmələrinə səbəb olur.

    Araşdırmanın nəticələri “The Conversation”da dərc edilib.

    Alimlər düşünürlər ki, depressiya (daimi kədər hissi və maraq itkisi) və həyəcan (özünə qarşı şübhə və daimi narahatlıq hissi) işçinin mühüm vəziyyətdə səssiz qalması riskini artırır. Depressiya insanları danışmağın faydasız olduğunu, həyəcan isə bunun həmkarların mənfi reaksiyalarına səbəb olacağını düşünməyə vadar edir. Bu hallar daha çox yayılmağa başlayıb: işçilərin 20%-dən çoxu depressiya və həyəcan diaqnozu əlamətləri barədə bildirirlər.

    Bu hallarda əsas çıxış yolu insanın təqdir edildiyini bilməsidir. İşçinin fikrini qəbul etmək və dəstəkləmək onların fikir bildirməyin riski və mənasız olması ilə bağlı anlayışı yox edir, həmçinin depressiyanın əlamətlərini yüngülləşdirir. Bunu 136 sorğu iştirakçısının təhlili göstərib.

    Qeyd edək ki, şirkət işçilərinin deyəcək sözləri olduğu halda susması 2019-cu ildə Efiopiyada “Boeing 737 MAX” təyyarəsinin və 1986-cı ildə “Challenger” kosmik gəmisinin qəzaya uğramalarına səbəb olub.

  • III Çarlz xəstəliyi ilə bağlı vacib qərar verdi

    Britaniya kralı III Çarlz 2025-ci ildə xarici səfərlərin sayını məhdudlaşdırmağı planlaşdırmır.

    Median.Az “Sky News”a istinadən xəbər verir ki, bu barədə Bukingem Sarayının Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilir ki, bu qərar monarxın hələ də xərçəngdən müalicə almasına baxmayaraq verilib.

    “Gələn il üçün tamamilə normal səfər proqramı planlaşdırırıq. Biz çox şadıq ki, bu, həkimlərin icazəsi ilə mümkün olacaq”, – kral ofisinin yüksəkrütbəli rəsmisi bildirib.

  • Filippində “Trami” qasırğası tüğyan edir: Ölənlərin sayı 110 nəfərə çatıb

    Filippinin şimalındakı Luzon adasında tüğyan edən “Trami” tropik fırtınasında ölənlərin sayı 110 nəfərə çatıb.

    Bu barədə AFP məlumat yayıb.

    “Bazar günü axşam elan edildiyi kimi (yerli vaxtla – red.) azı 110 nəfər ölüb”, – agentlik bildirib.

    Həmçinin qeyd olunur ki, azı 42 nəfər itkin düşmüş hesab olunur.

    Xatırladaq ki, daha əvvəl 81 nəfərin öldüyü barədə məlumat verilmişdi.

  • Bakı sakininin külli miqdarda pulu MƏNİMSƏNİLDİ – VİDEO

    Bakı sakini Arzu Salmanova ailə dostu Aygün Yusifova tərəfindən dələduzluğa məruz qaldığını iddia edir.

    Dediyinə görə, Sabunçu rayonunun Zabrat qəsəbəsi sakini A.Yusifova heç bir şərt olmadan Arzu Salmanovanın 30 illik müddətinə 100-200 min manat arası kredit ala biləcəyini, aylıq 500 manat ödəyəcəyini vəd edib. Amma külli miqdarda krediti əldə etmək üçün əvvəlcədən 5 min manat ödəməli olduğunu tələb edib. Beləliklə, bu cəlbedici təklifə inanan Arzu Salmanova may ayında Aygün Yusifovaya 5 min manat verib.

    Banka yaxınlaşan zaman A.Salmanovaya isə bildirilib ki, rəsmi işi olmayan şəxsə bu məbləğin verilməsi mümkünsüzdür. Odur ki Arzu Salmanova həmin vaxtdan bəri nə kredit götürə, nə də Aygün Yusifovadan pulunu ala bilib.

    Məsələ ilə bağlı “Xəzər Xəbər”ə danışan zərərçəkmiş Arzu Salmanova bildirib ki, may ayından bu yana adıçəkilən şəxs pulu qaytarmaq yerinə boş vədlər verir.

    Salmanovlar ailəsi məsələ ilə bağlı aidiyyəti üzrə polis oqranına da şikayət ediblər.

    Ətraflı süjetdə:

  • Kirayə yolu ilə mənzil satışı SADƏLƏŞİB – VİDEO

    Kirayə mexanizmi ilə ev almaq istəyən şəxs ödənişi edə bilmədiyi halda mənzili başqasına sata bilər.

    Xezerxeber.az-ın məlumatına görə, əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev deyir ki, kirayə haqqını ödəyə bilməyəcəyini görən istənilən şəxs bu hüququ başqasına ötürə bilər.

    Ekspert qeyd edib ki, alıcılara qarşı tələblər sərt deyil, hətta kredit tarixçəsi korlanmış şəxslər də kirayə üsulu ilə ev sahibi ola bilərlər.

    Qeyd edək ki, indiyədək satmaq öhdəliyi ilə kirayə mexanizmi çərçivəsində 5 mindən çox ailə mənzil sahibi olub.

    Ətraflı süjetdə:

  • Bakıda köməkçi tikilidə və qarajda yanğın olub: Xəsarət alan var

    Bakıda köməkçi tikilidə və qarajda yanğın olub.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, Sabunçu rayonunda ümumi sahəsi 192 m² olan birmərtəbəli mansard tipli (1-ci mərtəbədə 1 otaq, qaraj, qazanxana və mətbəx yerləşir) köməkçi tikilinin mansardının yanar konstruksiyaları 96 m² sahədə, 1-ci mərtəbəsinin yanar konstruksiyaları 78 m² sahədə, qarajın içərisində “Volkswagen” markalı minik avtomobilinin yanar hissələri, 1 ədəd “Golf Car” avtomobili, 1 ədəd skuter və 1 ədəd generator yanıb.

    Hadisə zamanı 1 nəfər yanıq xəsarəti alıb. Tikilinin qalan hissəsi və yaxınlıqdakı digər tikililər yanğından mühafizə olunub.

    Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

  • В Хырдалане обнаружено тело молодого мужчины

    В городе Хырдалан Абшеронского района обнаружен труп молодого мужчины.

    Как сообщает Report, тело 24-летнего Хайяма Дашдемирова было найдено в съемной квартире, расположенной в доме на улице Шихали Гурбанова.

    Согласно предварительной информации, он скончался от отравления угарным газом.

    По данному факту проводится расследование.

  • Abşeronda 24 yaşlı oğlanın kirayə qaldığı evdə meyiti tapılıb

    Abşeronda 24 yaşlı oğlanın meyiti tapılıb.

    “Report”un xəbərinə görə, Xəyyam Daşdəmirovun kirayə yaşadığı Xırdalan şəhəri, Şıxəli Qurbanov küçəsində yerləşən evdə meyiti tapılıb.

    İlkin məlumata görə, 24 yaşlı oğlan dəm qazından zəhərlənərək ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • Снимавший интимные видео бывший полковник МЧС вновь предстал перед судом

    Вновь подана кассационная жалоба на решение в отношении бывшего полковника Заура Мирзоева, обвиняемого в съемке и распространении интимных видео в служебном помещении Министерства по чрезвычайным ситуациям (МЧС).

    Как сообщает pravda.az, жалоба будет рассмотрена в Верховном суде на процессе под председательством судьи Назима Мовсумова.

    Предварительное подготовительное заседание суда назначено на 30 октября.

    Отметим, что Бакинский суд по тяжким преступлениям приговорил З.Мирзоева к 3 годам и 6 месяцам лишения свободы. По гражданскому иску потерпевшей было обеспечено 4 000 манатов. И экс-полковник, и потерпевшая подали апелляционные жалобы на приговор. Женщина осталась недовольна тем, что была удовлетворена лишь малая часть поданного ею гражданского иска в размере 192 000 манатов, а также назначенным З.Мирзоеву наказанием. Она потребовала изменения приговора суда первой инстанции и ужесточения наказания, а также выплаты полной суммы. Бакинский апелляционный суд жалобу не удовлетворил.

    Напомним, З.Мирзоев был задержан 17 августа 2022 года. Решением суда в его отношении была избрана мера пресечения в виде ареста. Ему были предъявлены обвинения по статьям 156.2.1 (нарушение неприкосновенности частной жизни, совершенное должностным лицом с использованием своего служебного положения), 242 (незаконное распространение порнографических материалов или предметов) и 309.2 (превышение должностных полномочий) Уголовного кодекса Азербайджанской Республики.

    Согласно обвинительному заключению, З.Мирзоев, установив с помощью специальной программы на своем рабочем компьютере скрытую камеру, производил видео- и фотосъемку интимной связи с женщинами в своем служебном кабинете. В августе 2022 года подготовленные им нелегально порнографические материалы распространились в социальных сетях.