Month: October 2024

  • COP29-la bağlı Bakıda nəqliyyat monitorinqləri davam etdirilir

    COP29 konfransına hazırlıq prosesi çərçivəsində paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər davam etdirilir.

    Oktyabrın 26-dan 27-nə keçən gecə saat 02:30-dan 05:30-dək davam edəcək yol nəqliyyatının monitorinq tədbirləri bütövlükdə tədbirin nəqliyyat planı və marşrutuna uyğun icra olunacaq.

    Monitorinq tədbirləri zamanı Heydər Əliyev, İstiqlaliyyət, Nərimanov, Xətai, Tbilisi, Azadlıq və Neftçilər prospektləri, eləcə də Lermontov, Teymur Elçin, Niyazi, Nizami, Yusif Səfərov, Mikayıl Hüseynov, Rəşid Beyhbudov, Xəqani Rüstəmov, Puşkin, Abdulla Şaiq, Nizami, İzmir, Bakıxanov küçələri, həmçinin Mərdəkan, Zığ və Aeroport şosselərində nəqliyyatın hərəkətinə məhdudiyyətlər tətbiq ediləcək.

    Qeyd edilən saatlarda sürücülərdən alternativ marşrutlardan istifadə etmələri xahiş olunur.

    Bundan əvvəl oktyabrın 26-da saat 15:30-dan 16:30-dək COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi, TƏBİB-in tabeliyində Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzi tərəfindən birgə aparılacaq monitorinqlər zamanı təcili tibbi yardım maşınlarının cəlb edilməsi ilə müvafiq testlər aparılıb.

    Monitorinq tədbiri yol hərəkətininə məhdudiyyətlər tətbiq edilmədən paytaxtın mərkəzi küçə və prospektlərində reallaşdırılıb.

  • NYT: İsrailin İrana zərbəsi münaqişənin daha təhlükəli mərhələsinin başlanğıcı ola bilər

    İsrailin İrana qarşı hücumlarından sonra ölkələr arasında münaqişə yeni, daha təhlükəli mərhələyə qədəm qoya bilər.

    Bu barədə “The New York Times” ekspertlərlə söhbətlərə əsaslanaraq yazır.

    Qeyd edilir ki, ən azı indi “total müharibə”dən söhbət getmir.

    Qəzet yazır ki, hazırda nəzarətsiz münaqişənin başlaya biləcəyi perspektivi daha ciddiləşir.

    “The New York Times” əlavə edir ki, İsrail “İran torpaqlarında qətllər və təxribatlarla bağlı uzun illər strateji susqunluqdan” sonra ilk dəfə İranda hərbi əməliyyatı açıq şəkildə etiraf edib.

  • Bakıda 24 yaşlı oğlanı güllələyərək qətlə yetirməkdə təqsirləndirilən şəxsin məhkəməsi başlayır

    Bakının Nərimanov rayonunda 2000-ci il təvəllüdlü Tural Kosayevi güllələyərək qətlə yetirməkdə təqsirləndirilən 2003-cü il təvəllüdlü İsmayıl Allahverdiyevin cinayət işi üzrə ibtidai istintaq yekunlaşıb.

    Bu barədə Hərbi prokurorunun böyük köməkçisi, Hərbi Prokurorluğun Mətbuat Xidmətinin rəhbəri, baş ədliyyə müşaviri Firad Əliyev bildirib.

    Onun sözlərinə görə, Bakı hərbi prokurorluğunda istintaqı yekunlaşdırılan cinayət işi üzrə muvafiq əməlləri törətməsinə əsaslı şübhələr olan Allahverdiyev İsmayıl İbrahim oğluna Cinayət Məcəlləsinin 120.2.4-cü (Ümumi təhlükəli üsulla qəsdən adam öldürmə), 228.2.2-ci (Təkrarən qanunsuz olaraq odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını saxlama və gəzdirmə), 232.2.3-cü (öz qulluq mövqeyindən istifadə etməklə odlu silahı, onun komplekt hissələrini, döyüş sursatını talama) və digər maddələri ilə ittiham elan edilib və iş baxılması üçün aidiyyəti üzrə Bakı Hərbi Məhkəməsinə göndərilib.

  • Goranboyda “Niva” avtomobili yanıb

    Goranboyda “Niva” avtomobili yanıb.

    Hadisə Goranboy rayonunun Goran qəsəbəsində qeydə alınıb.

    1994-cü il təvəllüdlü, P.Xəlilova məxsus “VAZ-21021” markalı avtomobil yanaraq yararsız hala düşüb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Goranboy rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən briqadası cəlb olunub və yanğın söndürülüb.

    Qeyd edək ki, avtomobil yararsız hala düşüb.

    Faktla bağlı araşdırma aparılır.
     
    ///Report

  • Gürcüstanda parlament seçkiləri: Seçici fəallığı 50,6% təşkil edib

    Gürcüstanda keçirilən parlament seçkilərində saat 17:00-da (Bakı vaxtı ilə 17:00) seçicilərin 50,6%-i iştirak edib.

    Bu barədə Gürcüstan Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

    2020-ci il parlament seçkilərində bu vaxta qədər seçici fəallığı 45,77% idi.

    Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri keçirilir. Belə ki, ölkədə 3111 seçki məntəqəsi açılıb. Bunlardan 3044-ü Gürcüstandadır. Qalan 67-si isə xarici ölkələrdədir. Bu seçkilərdə 3 508 294 seçici (95 910 nəfəri xarici ölkələrdə) səs verə biləcək. Səsvermə saat 20:00-da başa çatacaq.
     
    ///Report

  • İranda çox sayda sərhədçi öldürüldü – Video

    Bu gün İranın Təftan şəhərinin Qohərkuh bölgəsində 10 sərhədçi güllələnib.

    Bu barədə “Azad İran” “Telegram” kanalı xəbər verir.

    Məlumata görə, iki hərbi maşın naməlum silahlı şəxslər tərəfindən hədəfə alınıb. İnsident zamanı bir neçə nəfər də yaralanıb. Hələlik hadisənin detalları bəlli deyil.

  • Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva çoban Xanışın ailəsi ilə görüşüb (FOTO)

    Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Lerikə səfəri zamanı bir vaxtlar ümummilli lider Heydər Əliyevlə şəxsi dostluğu ilə məşhurlaşan, mərhum çoban Xanış Şahıyevin ailəsinə baş çəkib.

    Söhbət zamanı ümummilli lider Heydər Əliyevlə Xanış Şahıyev arasındakı səmimi dostluq, Prezident İlham Əliyevlə olan görüşlər xatırlanıb. Heydər Əliyevlə çoban Xanışın dostluğunu əks etdirən, müxtəlif görüşlərdən xatirələr olan fotoalboma baxılıb.

    Görüşdə ailənin şəhid övladlarının Vətən uğrundakı döyüşləri də xatırlanıb.

    Qeyd edək ki, Xanış Şahıyevin nəvələri Elgün və Altay qardaşları Vətən müharibəsi zamanı şəhid olub. Onların əmiləri Camal və Hüseyn Şahıyevlər isə Birinci Qarabağ müharibəsində şəhid olublar.











  • Türkiyə hökuməti 8 000 il həbsə məhkum edilən Adnan Oktarın varidatını müsadirə etdi

    Türkiyə hökuməti cinayət təşkilatı yaratmaqda və idarə etməkdə təqsirləndirilərək 8 463 il həbs cəzasına məhkum edilmiş Adnan Oktarın iki milyard lirəlik (35.1 milyon manat) sərvətini müsadirə edib.

    Bu barədə Türkiyə mediası xəbər yayıb.

    Bildirilir ki, Türkiyə Kassasiya Məhkəməsinin 1-ci Cinayət Palatası iyul ayında Adnan Oktarın cinayət işi üzrə apellyasiya araşdırmasını yekunlaşdırıb, məhkəmə həbs cəzasını təsdiqləyib. Oktarın dəstə üzvlərinin istifadə etdiyi 61 lüks avtomobil və 17 lüks villa isə dövlətin xəzinəsinə keçirilib.

    Məhkəmə prosesləri başa çatdıqdan sonra Oktarın qurduğu cinayətkar dəstənin əmlakının xəzinəyə köçürülməsi tamamlanıb. Beləliklə, təşkilatın azı iki milyard lirə olduğu düşünülən əmlakı dövlətə verilib.

    Xatırladaq ki, Türkiyədə təriqət lideri Adnan Oktara (təxəllüsü Harun Yəhya) 8 658 il həbs cəzası verilib. Onun barəsində “təşkilata rəhbərlik”, “FETÖ silahlı terror təşkilatına yardım”, “siyasi və ya hərbi casusluğa cəhd”, “işgəncə”, “azadlıqdan məhrumetmə”, “birdən çox şəxslə birlikdə yetkinlik yaşına çatmayanla bir neçə dəfə cinsi əlaqədə olma”, “seksual zorakılığa məruz qoyma” və sair maddələrlə 232 il 9 aydan 1198 ilə qədər azadlıqdan məhrumetmə cəzası istənilib. Məhkəmə Adnan Oktarı “terror təşkilatına rəhbərlik etmək”, “seksual zorakılıq”, “təhsil hüququna mane olmaq”, “işgəncə vermək”, “şəxsi azadlıqdan məhrumetmə” və “şəxsi məlumatların qeydə alınması” ittihamları ilə 891 il həbs cəzasına məhkum edib. Bundan əlavə, Oktar təşkilatın lideri olduğu üçün digər müttəhimlərin törətdikləri cinayətlərə görə də məsuliyyət daşıdığından onun cəzası artırılaraq 8 463 ilə çatdırılıb.

  • Qonşu qadını döyüb, qızını öldürən şəxsə cəza verildi: “Səhər durdum gördüm ölüb”

    Ötən ilin oktyabrın 31-də 1959-cu il təvəllüdlü Marina Çabanovanın xəsarət almasına, 1987-ci il təvəllüdlü qızı Nərminə Vəliyevanın isə ölümünə səbəb olan şəxsə hökm oxunub.

    “Qaynarinfo”nun məlumatına görə, həmin gün 1969-cu il təvəllüdlü Səttərov Sayruz Hidayət oğlu aralarında yaranmış mübahisə zəminində qonşusu Marina Çabanovanı döyərək xəsarət yetirib, qızı Nərminə Vəliyevanı başından yumruqla vuraraq öldürüb.

    Sayruz Səttarov məhkəmədə qonşuları ilə aralarında söz-söhbət olduğunu desə də, zərərçəkmiş şəxsləri döymədiyini iddia edib. Amma təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadələrdə bildirib ki, axşam saat 22:00-da marketdən bazarlıq etmək məqsədilə evdən çıxarkən qonşuluqda yaşayan Marina və Nərminənin həyətdə dayandığını görüb, onlardan evinə nəzarət etmələrini xahiş edib. Buna səbəb o olub ki, təqsirləndirilən şəxsin mənzilinin qapısı olmayıb. Nərminə və Marina onunla razılaşıb. O, marketə gedib, lakin evə sərxoş vəziyyətdə qayıdıb. Mənzilə daxil olarkən televizor və iki ədəd modemin yerində olmadığını görüb. Bu səbəbdən əsəbiləşərək qapısı kilidli olmayan Marinanın yaşadığı evə daxil olub və qadına “niyə burada oturmusan, çöldə deyilsən, əşyalarımı oğurlayıblar. Sənə demədim ki, evimə göz-qulaq ol”, deyib.

    Marina isə cavabında “rədd ol” deyərək, onu qovub. Seyruz da əsəbiləşərək, Marinanın üz nahiyəsinə sağ əli ilə yumruq vurub və qadın yıxılıb. Bundan sonra Nərminənin başından yumruqla vurub və heç nə olmamış kimi evinə gedərək, yatıb.

    Növbəti gün səhər saatlarında Marinanın səsinə çölə çıxıb və qızın öldüyünü bilib.

    Məhkəmənin qərarı ilə Sayruz Səttarov Cinayət Məcəlləsinin 126.3, 127.2.2, 127.2.3, 133.2.1, 133.2.4 və 133.2.6-cı maddələri ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib və 11 il 6 ay azadlıqdan məhrum edilib.

  • Qubada kanala düşən maral belə xilas edildi (VİDEO)

    Samur-Abşeron kanalınının Quba rayonu, Mirzəqışlaq kəndi ərazisindən keçən hissəsində maral kanala düşərək köməksiz vəziyyətdə qalıb.

    Qaynarinfo xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə məlumat daxil olub.

    Bildirilib ki, məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidməti Quba Rayon Yanğından Mühafizə Hissəsinin yanğınsöndürən-xilasediciləri dərhal hadisə yerinə cəlb olunub və maralı kanaldan xüsusi vasitələrlə çıxarıb xilas edərək aidiyyəti üzrə təhvil veriblər.