Month: October 2024

  • İntim videolar çəkən FHN polkovniki yenidən hakim qarşısında

    Fövqəladə Hallar Nazirliyindəki (FHN) xidməti otağında intim videolar çəkib yaymaqda təqsirləndirilən polkovnik Zaur Mirzəyevin barəsindəki qərardan yenidən kassasiya şikayəti verilib.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, şikayət Ali Məhkəmənin Nazim Mövsümovun sədrliyi ilə araşdırılacaq.

    Məhkəmənin ilkin hazırlıq iclası oktyabrın 30-na təyin edilib.

    Qeyd edək ki, Bakı Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Zaur Mirzəyev 3 il 6 ay müddətinə azadlıqdan məhrum edilib. Zərərçəkmiş şəxs tərəfindən qaldırılan mülki iddianın 4 min manatı təmin edilib. Hökmdən həm polkovnik, həm də zərərçəkmiş qadın apellyasiya şikayəti veriblər. Qadın qaldırdığı 192 min manatlıq mülki iddianın az hissəsinin təmin edilməsindən və təqsirləndirilən şəxsə təyin olunmuş cəzadan razı deyil.

    O, birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilərək cəzanın ağırlaşdırılmasını, mülki iddiada tələb etdiyi məbləğin tam ödənilməsini istəyir. Bakı Apellyasiya Məhkəməsi şikayətləri təmin etməyib. Ali Məhkəmədə keçirilən prosesdə isə Zaur Mirzəyevin şikayətini geri götürdüyü elan edilib.

    Xatırladaq ki, Zaur Mirzəyev 2023-cü ilin avqustunda həbs edilib. O, Cinayət Məcəlləsinin 156.2.1 (şəxsi həyatın toxunulmazlığını pozma), 242 (pornoqrafik materialları və ya əşyaları qanunsuz yayma) və 309.2-ci (vəzifə səlahiyyətlərini aşma) maddələri ilə ittiham olunub. İttihama görə, Zaur Mirzəyev xidməti kompüterinə xüsusi proqram vasitəsilə gizli kamera quraşdıraraq qadınlarla 2013-cü ildən başlamaqla 2019-cu ilin sonlarınadək iş otağında intim münasibətdə olarkən video və fotoçəkilişlər aparıb. Hazırlanmış qanunsuz pornoqrafik materialların 2022-ci ilin avqust ayında internet şəbəkələrində yayılmasına səbəb olub.

  • Kosmik hava durumu açıqlanıb

    26 oktyabrda Günəşdə baş vermiş geomaqnit qasırğası 30 oktyabradək davam edəcək.

    Bu barədə Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.

    Qeyd edilib ki, Günəş küləyinin 26 oktyabrda baş vermiş qasırğanın təsiri ilə sürətinin artacağı gözlənilir.

  • U-23 dünya çempionatının qızıl medalçısı Jalə Əliyeva Vətənə qayıdıb

    Albaniyanın paytaxtı Tiranada keçirilən güləş üzrə U-23 dünya çempionatının qızıl medalını qazananan Jalə Əliyeva (57 kq) Vətənə qayıdıb.

     Heydər Əliyev adına Beynəlxalq Hava Limanında idmançının qarşılanma mərasimi olub.

    Mərasimdə idman ictimaiyyəti, media mənsubları, azarkeşlər, idmançıların yaxınları, ictimaiyyət nümayəndələri iştirak ediblər.

  • Bu gün Bakının 496 küçəsi yuyuldu

    Bu gün Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən paytaxtda aparılan genişmiqyaslı abadlıq işləri nəticəsində küçə və yol kənarlarında, həyət və məhəllələrə yayılan tozun təmizlənməsi, şəhərin sanitar təmizliyik səviyyəsinin daha da yüksəldilməsi, mövcud yaşıllıqlara qulluq göstərilməsi məqsədi ilə növbəti genişmiqyaslı daxili ümumşəhər iməcliyi  keçirilib.

    Bu haqda BŞİH-dən bildirilib.Qeyd olunub ki, səhər saatlarından etibarən Bakı Şəhər İcra Hakimiyyətinin kommunal təsərrüfat xidmətlərinin texnikası tərəfindən şəhərin 496 əsas küçə, prospekt və məhəllədaxili yolların yuyucu maddələrlə yuyulmasını təmin edilib və eyni zamanda genişmiqyaslı təmizlik və abadlıq işləri həyata keçirilib, yaşıllıqlara qulluq göstərilib.
    Paytaxtın bütün rayonlarını əhatə edən iməclik Bakı şəhərinin daha da gözəlləşdirilməsinə böyük töhfə olub.

  • Azərbaycan cüdoçuları Gimnaziadanı birinci yerdə başa vurublar

    Azərbaycan cüdoçuları Bəhreyn-2024 Gimnaziada İdman Oyunlarında birinci yeri tutub.

    Idmançılarımız Bəhreyn Krallığının paytaxtı Manamada keçirilən yarışı 2 qızıl, 4 gümüş və 7 bürünc medalla başa vurub.
    Azərbaycan yığması yarışda medal əyarına görə ümumi hesabda ikinci, oğlanlar arasında birinci, qızlar arasında isə doqquzuncu yeri tutub.

    Azərbaycan cüdoçuları yarışın ilk günündə 1 qızıl, 1 gümüş, 5 bürünc medal qazanıb.

    İkinci gündə tatami ustalarının qazancı 1 qızıl, 3 gümüş və 2 bürünc medal olub//report

  • Maşın almaq istəyənlərə ŞAD XƏBƏR

    Azərbaycana gətirilən hibrid mühərrikli avtomobillər və elektromobillər ucuzlaşıb.

    Dövlət Gömrük Komitəsinin məlumatına görə, 2024-cü ilin sentyabrında ölkəyə idxal edilən bir ədəd hibrid avtomobilin orta qiyməti 25 099 dollar olub. Bu da avqust ayı ilə müqayisədə 2 581 dollar və ya 9,3 faiz, 2023-cü ilin sentyabrına nisbətən isə 6 845 dollar və ya 21,4 faiz ucuzlaşma deməkdir.

    2024-cü ilin sentyabrında elektromobillərin orta idxal qiyməti 36 999 dollar təşkil edib ki, bu da bir ay əvvəllə müqayisədə 1 796 dollar və ya 4,6 faiz, 2023-cü ilin eyni ayına nisbətən isə 290 dollar və ya 1 faizə yaxın azdır.

    Avtomobil satan Eldar Əliyev sözügedən ucuzlaşmanı ölkəyə gətirilən nəqliyyat vasitələrinin çoxluğu ilə əlaqələndirib.

    Median.Az oxu.az-a istinadən xəbər verir ki, nəqliyyat eksperti Eldəniz Cəfərov isə deyir ki, hibrid mühərrikli avtomobillər və elektromobillərin orta idxal qiymətinin azalması ölkəyə ucuz avtomobillərin gətirilməsi ilə bağlıdır:

    “İdxal olunan avtomobillərin qiymətində kəskin ucuzlaşma yoxdur. Burada seqment dəyişikliyi var. Yəni əvvəllər ölkəyə dəyəri yüksək olan avtomobillər gətirilirdisə, hazırda həmin seqmentdən olan ucuz avtomobillər gətirilir. Məsələn, əvvəllər 30 000 dollara elektromobil gətirilirdisə, indi isə bu 25 000 dollara başa gəlir”, – ekspert deyib.

    Qeyd edək ki, son illərdə hibrid mühərrikli avtomobillərin və elektromobillərin idxalına və satışına vergi güzəştlərinin tətbiq edilməsi onlara marağı artırıb.

  • Kobaxidze: Böyük fərqlə qələbə qazanacağıq

    “Biz artıq böyük fərqlə həlledici qələbəni təmin etmişik”.

    Median.Az APA-ya istinadən bildirir ki, bunu Gürcüstanın Baş naziri, hakim “Gürcü Arzusu” partiyasının seçki qərargahının rəhbəri İrakli Kobaxidze deyib.

    “Seçkinin başa çatmağına iki saat var və iki yüz mindən çox seçici qalır. Ona görə də hər bir seçicini səfərbər etmək lazımdır, beləcə biz yalnız həlledici qəlbə qazanmayacağıq, böyük fərqlə qələbə qazanacağıq, konstitusion çoxluq əldə edəcəyik ki, bu da bizim siyasi tapşırğımızdır”, – Kobaxidze deyib.

  • Taliban qadınlara təhsil almaq hüququ verə bilər – Şərtlər hazırlanır

    “Taliban” radikal islamçı qruplaşması qadınların təhsil almasına etiraz etmir, lakin islami prinsiplərə əsaslanmalıdır.

    Qaynarinfo xəbər verir ki, bu barədə hərəkatın Qətərdəki siyasi bürosunun rəhbəri Süheyl Şahin “RİA Novosti”yə bildirib.

    Onun sözlərinə görə, hazırda xüsusi komissiya bu məsələni öyrənir: “Biz onun işinin nəticəsini gözləyirik”.

    2022-ci ilin dekabrında Əfqanıstanda qadınların ali təhsil almasını qadağan edən qanun qəbul edilib. Belə ki, qız tələbələrin özəl və dövlət universitetlərinə qəbuluna icazə verilməyib.

    Oktyabrın 23-də BRICS-ə üzv ölkələr birgə bəyanat hazırlayıb və orada Əfqanıstanda hakimiyyətdə olan Talibanı əfqan qadınlarının orta və ali təhsil almasına qoyulan qadağanı ləğv etməyə çağırıblar. Assosiasiya üzvləri həmçinin “Əfqan xalqına təcili və maneəsiz humanitar yardımın göstərilməsinin və bütün əfqanların fundamental hüquqlarına hörmətin təmin edilməsinin zəruriliyini” vurğulayıblar.

    Bundan əvvəl Avropa İttifaqının Ədalət Məhkəməsi qərara alıb ki, şəxsin Əfqanıstan vətəndaşı olan qadın olması ona inteqrasiya birliyinin ərazisində siyasi sığınacaq almaq hüququ verir.

    Aİ məhkəməsinin qərarı iki əfqan qadının 2015 və 2020-ci illərdə Avstriyada sığınacaq verilməməsi ilə bağlı şikayətindən sonra verilib. Qadınlar əvvəlcə Avstriyanın Ali İnzibati Məhkəməsinə şikayət edib, sonra məhkəmə məsələni Aİ-nin ali məhkəmə orqanı olan Aİ Ədalət Məhkəməsinə göndərib.

    Taliban 2021-ci il avqustun 15-də Əfqanıstan üzərində tam nəzarətin qurulduğunu elan edib. Hərəkat ölkənin bütün böyük şəhərlərini və sərhəd keçid məntəqələrini ələ keçirib. Ardınca yaraqlılar ölkədə tam qələbə qazandıqlarını elan edərək yeni hökumət qurublar.

    25 iyun 2023-cü ildə Taliban Əfqanıstan qadınlarına “azad insanlar” statusunu qaytardıqlarını və onları şəriət qanunlarını pozmaqdan azad etdiklərini açıqlaylb. 28 avqust 2024-cü ildə Əfqanıstanda qadınlara ictimai yerlərdə yüksək səslə danışmaq qadağan edilib.

  • Rusiyada helikopter qəzasında 3 nəfər ölüb

    Rusiyada göyərtəsində 4 nəfərin olduğu “Mi-2” helikopteri Kirov vilayətində sərt eniş edib.

    Bu barədə “TASS”a Rusiya Fövqəladə Hallar Nazirliyinin mətbuat xidməti məlumat verib.

    “Mi-2 helikopteri Kirov rayonuna sərt eniş edib, axtarış tədbirləri davam etdirilir. Hazırda xilasedicilər 3 nəfərin meyitini tapıblar”, – deyə bildirilib.

  • В Баку продолжаются мониторинги управления транспортом в преддверии COP29

    В рамках подготовки к 29-й сессии Конференции сторон Рамочной конвенции ООН об изменении климата (COP29) в Баку продолжаются мониторинги управления транспортом.

    Как сообщает Report, мероприятия, которые будут проводиться в ночь с 26 на 27 октября с 02:30 до 05:30, будут осуществляться в полном соответствии с транспортным планом и установленным маршрутом.

    Во время мониторинга будет ограничено движение на проспектах Гейдара Алиева, Истиглалият, Наримана Нариманова, Хатаи, Тбилиси, Азадлыг, Нефтчиляр, а также на улицах Лермонтова, Теймура Эльчина, Ниязи, Низами, Юсифа Сафарова, Микаила Усейнова, Рашида Бейбутова, Хагани Рустамова, Пушкина, Абдуллы Шаига, Низами, Измир, Бакиханова, а также на Мардаканском, Зыхском и Аэропортовском шоссе.

    Водителей в указанные часы просят использовать альтернативные маршруты.

    Ранее в ходе совместного мониторинга, проведенного 26 октября с 15:30 до 16:30 Операционной компанией COP29 Азербайджан, Министерством внутренних дел и Агентством наземного транспорта, Республиканским центром скорой и неотложной медицинской помощи при TƏBIB, были проведены соответствующие проверки с привлечением машин скорой помощи.

    Мониторинг был проведен на центральных улицах и проспектах столицы без ограничения дорожного движения.