Month: October 2024

  • Yolu kəsərək tıxac yaradan iki nəfər həbs edildi

    Oktyabrın 22-də paytaxtın Xəzər rayonu, Binə qəsəbəsində yolu kəsən şəxslər həbs ediliblər.

    “Qafqazinfo” xəbər verir ki, qəsəbə sakinləri olan 1991-ci il təvəllüdlü M.Hüseynov və T.Məmmədli (şərti ad və soyad) inzibati məsuliyyətə cəlb olunublar.

    Belə ki, həmin şəxslər evlərinə yağış sularının ziyan vurduğunu bildirərək Binə qəsəbəsinə gedən yolu avtomobillərlə kəsiblər və asfalt yolda olan kanalizasiya quyusunun qapağını açıblar. Təxminən 5 dəqiqə ərzində nəqliyyatın hərəkətinin intensiv olduğu yolda tıxac yaranıb və əraziyə polislər gəliblər.

    Yolu kəsən şəxslər saxlanılıblar və barələrində protokol tərtib edilib.

    Xəzər Rayon Məhkəməsi hər iki şəxsi İnzibati Xətalar Məcəlləsinin 510-cu, yəni xırda xuliqanlıqda təqsirli bilib. Onlara 7 sutka həbs cəzası verilib.

  • Vətəndaşla qurumlar arasında bölünən tibbi xidmət – Müştərək maliyyələşmənin tətbiqi nəyi DƏYİŞƏCƏK?

    2020-ci ildə icbari tibbi sığortada müştərək maliyyələşmənin tətbiqi planlaşdırılırdı. Həmin il tibbi xidmətlərə görə müştərək maliyyələşmə məbləği də açıqlanmışdı. Ötən il “Tibbi sığorta haqqında” qanuna dəyişiklik edilərək müştərək maliyyələşmənin tətbiqi 2025-ci il yanvarın 1-dək təxirə salınıb.

    Müştərək maliyyələşmə nədir? Bunun tətbiqi nəyi dəyişəcək?

    Mövzu barədə Bizim.media-ya danışan Tibb elmləri doktoru, professor Adil Qeybulla deyib ki, müştərək maliyyələşmə vətəndaşın birbaşa ambulator-poliklinik və digər xidmətlərə görə müraciətində tətbiq ediləcək:

    “İcbari tibbi sığortada həmin müştərək maliyyələşmə sisteminin tətbiqi 2024-cü il yanvarın 1-dən başlamalı idi. Lakin bu, təxirə salındı. 2025-ci il yanvarın 1-nə keçirildi. Həmin qanuna əsasən, sığorta olunan ilkin tibbi-sanitariya yardımına müraciət etmədən birbaşa ambulator-poliklinik, laborator, funksional-diaqnostik xidmətlərdən və yaxud icbari tibbi sığorta zərfinə daxil olan tibbi xidmətlərdən istifadə etdiyi və həmin ərazidən kənarda yerləşən dövlət tibb müəssisələrinə göndərildiyi halda, paralel olaraq müalicənin gedişi boyu təkrar müalicəyə ehtiyac yarandığı halda və bunu dövlət sığorta mərkəzi həyata keçirirsə, bu zaman müştərək maliyyələşmə tətbiq edilir və məbləği ödənilir”.

    Həkim bildirib ki, bu sahədə ən nümunəvi model Türkiyə səhiyyəsidir:

    “Bu məsələlər gələn ildən yəqin ki, öz həllini tapar. Bütün bunları qanuni qaydaya salmaq üçün dünya təcrübəsinə müraciət etməli və onun Azərbaycanda tətbiqinə çalışmalıyıq. Bununla bağlı ən yaxşı nümunəvi model Türkiyə modelidir”.

  • С какого числа будет ограничен въезд в Ичеришехер?

    Реализуется специальный проект по территории, где сосредоточены исторические достопримечательности.

    Об этом сообщили в Министерстве цифрового развития и транспорта.

    Так, в Баку в рамках реализации программы трансформации мобильности с 27 октября начинается реализация предложенного проекта по центральной части столицы – Ичеришехер и улице Азиза Алиева.

    Проект, утвержденный Советом по координации транспорта, предусматривает ограничение автомобильного движения от пересечения улицы Истиглалият с проспектом Азербайджан до улицы Азиза Алиева, создание остановок туристических автобусов на площади перед воротами Гоша Гала, полное ограничение движения автомобилей по улице Азиза Алиева.

    На территорию Ичеришехер будет ограничен въезд всех транспортных средств, за исключением автомобилей жителей и дипломатических представителей, транспортных средств оперативных, технических, жилищно-коммунальных служб, предприятий. Въезд указанных транспортных средств в Ичеришехер будет разрешен с проспекта Нефтчиляр.

    На территории планируется создать пешеходную зону и полосы для микромобильности.

    Создание остановок туристических автобусов на площади перед Гоша Гала позволит гостям Ичеришехер более комфортно добираться до этого места. Ограничение автомобильного движения на улице Азиза Алиева позволит расширить пешеходную зону, начинающуюся с улицы Низами, соединить линии микромобильности с существующей полосой на улице Истиглалият и продлить ее в сторону Приморского национального парка.

    Таким образом, в центральной части города будет создана большая пешеходная зона. Напомним, впервые проект полного ограничения движения автомобилей был реализован вокруг сада Хагани. Эта территория после масштабной реконструкции полностью превратилась в пешеходную зону. В настоящее время процесс создания такой зоны продолжается на площади перед станцией метро “28 Мая”.

  • İçərişəhərə avtomobillə giriş məhdudlaşdırılır, bəzi küçələr bağlanır – TARİX AÇIQLANDI

    Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində oktyabrın 27-dən paytaxtın mərkəzi hissəsi – İçərişəhər və Əziz Əliyev küçəsi ilə bağlı təklif edilən layihənin icrasına başlanılır.

    Bu barədə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyindən bildirilib.

    Nəqliyyatı Əlaqələndirmə Şurası tərəfindən təsdiq edilən layihədə İstiqlaliyyət küçəsinin Azərbaycan prospekti ilə kəsişməsindən Əziz Əliyev küçəsinədək avtomobil hərəkətinin məhdudlaşdırılması, Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması, Əziz Əliyev küçəsində avtomobillərin hərəkətinin tam məhdudlaşdırılması nəzərdə tutulur. İçərişəhər ərazisinə sakinlərin və burada yerləşən diplomatik nümayəndələrin, operativ, texniki, mənzil-kommunal xidmətlərinin, müəssisələrin təchizat zəncirinin idarə edilməsi üçün nəzərdə tutulan nəqliyyat vasitələri istisna olmaqla, bütün avtomobillərin girişi məhdudlaşdırılacaq. Sözügedən nəqliyyat vasitələrinin İçərişəhərə girişə Neftçilər prospektindən icazə veriləcək.

    Ərazidə piyada zonası və mikromobillik zolaqlarının yaradılması planlaşdırılır.

    Qeyd edək ki, Bakının küçə və prospektlərində, xüsusilə şəhərin mərkəzi hissəsində nəqliyyat vasitələri və piyada axınının, eləcə də hərəkət sıxlığının son illər dəfələrlə artması əhalinin mobilliyinə ciddi maneə yaradır və yol hərəkəti iştirakçıları üçün təhlükə mənbəyinə çevrilir.

    İstiqlaliyyət küçəsində nəqliyyat axınının intensivliyi, avtomobillərin Qoşa Qala qarşısındakı meydan və oradan da Əziz Əliyev küçəsi ilə Neftçilər prospektinə doğru hərəkəti vəziyyəti daha da çətinləşdirir, hətta nəticə etibarilə Neftçilər prospekti ilə hərəkətə də təsir göstərir. Bundan başqa, qeyd olunan meydanın özündə nəqliyyat və piyada axınları daim qarışır, bu da mobilliyə əhəmiyyətli dərəcədə mane olur.

    Şəhərin bu hissəsində son zamanlar yaşanan acınacaqlı vəziyyət ictimaiyyət arasında və mediada dəfələrlə müzakirə mövzusuna çevrilib.

    Şəhər sakinləri və qonaqların hərəkətinin rahatlığını təmin etmək məqsədi daşıyan Bakıda mobilliyin transformasiyası proqramının icrası çərçivəsində bütün aidiyyəti qurumların mütəxəssisləri bu ərazidəki vəziyyəti ətraflı öyrənib, uzun müddət hərəkətin intensivliyinin monitorinqini aparıb və xüsusi proqram təminatı üzərindən simulyasiyalar həyata keçirilib.

    Nəqliyyat vasitələrinin girişinin məhdudlaşdırılması avtomobillərin sayını, səs-küyü və tullantıları azaltmaqla İçərişəhər sakinləri və qonaqların rahatlığı və təhlükəsizliyinə xidmət edir.

    Dünyanın böyük şəhərlərinin təcrübəsi nəzərə alınmaqla hazırlanan layihə, digər amillərlə yanaşı, paytaxtın UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilmiş nadir incisinin qorunub saxlanmasına töhfə verəcək, buradakı infrastrukturun tez aşınmasının qarşısını alacaq.

    Qoşa Qala qapıları qarşısındakı meydanda turist avtobusları üçün minib-düşmə məntəqələrinin yaradılması İçərişəhərin qonaqlarının bu məkana daha rahat çatmasına imkan verəcək.

    Əziz Əliyev küçəsində avtomobil hərəkətinin məhdudlaşdırılması Nizami küçəsindən başlayan piyada zonasının genişləndirilməsinə, mikromobillik xətlərini İstiqlaliyyət küçəsindəki mövcud zolaqla birləşdirərək Dənizkənarı Milli Parka doğru uzadılmasına şərait yaradacaq.

    Bununla da şəhərin mərkəzi hissəsində nəhəng piyada zonası yaranacaq. Xatırladaq ki, ilk dəfə avtomobillərin hərəkətinin tamamilə məhdudlaşdırılması layihəsi Xaqani bağı ətrafında həyata keçirilib. Bu ərazi genişmiqyaslı yenidənqurmadan sonra bütünlüklə piyada zonasına çevrilib. Hazırda belə zonanın yaradılması prosesi metronun “28 May” stansiyasının qarşısındakı meydanda davam edir.

  • Таблица коэффициентов УЕФА: “Карабах” проиграл, Азербайджан сохранил позицию

    После очередного дня европейского футбола была опубликована таблица коэффициентов УЕФА.

    Матчи, состоявшиеся в рамках Лиги Европы и Лиги конференций, повлекли за собой серьезные изменения в списке.

    Прогресса в таблице добились такие страны, как Греция, Дания, Шотландия, Венгрия, Исландия, Босния и Герцеговина и Уэльс. Швейцария, Израиль, Швеция, Словакия, Латвия, Фарерские острова, Казахстан, Грузия опустились.

    Позиция Азербайджана осталась неизменной. Хотя “Карабах” проиграл “Аяксу” со счетом 0:3, наша страна с 19.125 очка осталась на 28-м месте в Европе.

    Прибыль в текущем сезоне составляет 2.375. Клуб “Зиря” заработал 1.250 очка, “Карабах” – 0.750, “Сабах” – 0.250, “Сумгайыт” – 0.125.

    Отметим, что таблицу возглавляет Англия – 94.303 очка.

  • UEFA əmsallar cədvəli: “Qarabağ” uduzub, Azərbaycan mövqeyini qoruyub

    Avropa futbolunun növbəti günündən sonra UEFA əmsallar cədvəli dərc olunub.

    Avropa və Konfrans liqalarında baş tutan matçlar cədvəldə ciddi dəyişikliklərə səbəb olub.

    Yunanıstan, Danimarka, Şotlandiya, Bosniya və Herseqovina, Macarıstan, İslandiya və Uels kimi ölkələr cədvəldə irəliləyişə nail olub. İsveçrə, İsrail, İsveç, Slovakiya, Latviya, Farer adaları, Qazaxıstan və Gürcüstan isə geriləyib.

    “Qarabağ” “Ayaks”a 0:3 hesabı ilə uduzsa da, ölkəmizin mövqeyi cədvəldə dəyişməz qalıb – 19.125 xalla 28-ci pillədə qərarlaşıb. Cədvəldə bizdən öndə olan Bolqarıstan da eyni xal ehtiyatına sahibdir, bizdən geridə olan Rusiya isə bu il Avrokuboklarda heç bir klubla təmsil olunmayıb.

    Aydındır ki, cari mövsümün qazancı da dəyişməyib və 2.375 xal qalıb. Ölkə reytinqi üçün “Zirə” 1.250 xal, “Qarabağ” 0.750 xal, “Sabah” 0.250 xal və “Sumqayıt” 0.125 xal əldə edib.

    Qeyd edək ki, cədvələ İngiltərə başçılıq edir – 94.303 xal.

  • “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrası monitorinq olunacaq

    “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq modulu formalaşdırılacaq.

    Bu, Baş nazir Əli Əsədovun imzaladığı “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2024-cü il 10 oktyabr tarixli 320 nömrəli Sərəncamının icrasının təmin edilməsi barədə” sərəncamda əksini tapıb.

    Sərəncama əsasən, İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”da nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqini və qiymətləndirilməsini təmin etmək məqsədilə mövcud rəqəmsal resurslar əsasında “Su ehtiyatlarından səmərəli istifadəyə dair Milli Strategiya”nın icrasının monitorinqi və hesabatlılıq modulu”nun formalaşdırılmasını altı ay müddətində təmin edib və növbəti ildən Milli Strategiyanın monitorinq və qiymətləndirilməsini modul üzərindən həyata keçirəcək.

    Eyni zamanda İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi:

    – Modulda “Su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 aprel tarixli 1986 nömrəli Sərəncamı ilə yaradılmış Komissiyanın təqdimatı əsasında Milli Strategiyada qeyd olunmuş tədbirlərlə bağlı icraçı orqanlar (qurumlar), iqtisadi rayonlar, şəhər və rayonlar, habelə obyektlər üzrə icra müddətlərini (illər üzrə bölgüsü), layihələrlə bağlı (ərazi planlaşdırma, tikintiyə icazə sənədi, texniki-iqtisadi əsaslandırma, tikinti layihəsi, şəhərsalma planına uyğunluq rəyi, smeta sənədləri, layihə konsepsiyası, ekspertiza rəyi, ətraf mühitə təsirlə bağlı dövlət ekoloji ekspertizasının rəyi, maliyyə vəsaitinin ayrılması, satınalma və müqavilələrin bağlanması və s.) məlumatları və digər zəruri göstəriciləri təsnifatlandırmaqla, mövcud vəziyyət barədə informasiyaları, aidiyyəti foto və videomaterialları, habelə iri layihələrə münasibətdə birbaşa (onlayn) kamera müşahidəsini təmin edən sistemdə hesabatlılığa imkan verən müvafiq bölmələrin yaradılmasını təmin etməli;

    – Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları rübdə bir dəfə, növbəti ayın 25-dək komissiyaya təqdim etməli;

    – Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin nəticəsi barədə məlumatları ildə bir dəfə, hər il mart ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etməli;

    – Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının qiymətləndirilməsinin nəticəsi barədə məlumatları 2028-ci il iyun ayının 25-dək Azərbaycan Respublikasının Nazirlər Kabinetinə təqdim etsin; 1.6. modulun yaradılması və Milli Strategiyada nəzərdə tutulmuş tədbirlərin icrasının monitorinqinin və qiymətləndirilməsinin aparılması xərclərini mərkəzin növbəti illər üçün büdcəsində nəzərə almalıdır.

  • В Азербайджане скончался профессор

    В возрасте 92 лет ушел из жизни сотрудник Института математики и механики, доктор физико-математических наук, профессор Надир Сулейманов.

    Этой информацией поделился бывший министр образования, генеральный директор Института математики и механики Мисир Марданов.

    Он отметил, что 23 октября профессор участвовал в традиционном научном семинаре института, а вечером 24-го скончался в своем доме.

  • Azərbaycanda professor vəfat etdi

    Riyaziyyat və Mexanika İnstitutunun əməkdaşı, fizika-riyaziyyat elmləri doktoru, professor Nadir Süleymanov 92 yaşında vəfat edib.

    Bu barədə sabiq təhsil naziri, Riyaziyyat və Mexanika İnstitutunun baş direktoru Misir Mərdanov paylaşım edib.

    O bildirib ki, professor oktyabrın 23-də institutun ənənəvi elmi seminarında iştirak edibmiş. Daha sonra N.Süleymanov yaşadığı evdə dünyasını dəyişib.

  • İlham Əliyev Özbəkistanla imzalanmış iki sazişi TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi ilə Özbəkistan Respublikasının Milli Qvardiyası arasında əməkdaşlıq haqqında Saziş” təsdiq edilib.

    Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Dövlət başçısı imzaladığı digər fərmanla “Azərbaycan Respublikası Hökuməti ilə Özbəkistan Respublikası Hökuməti arasında Özbəkistan Respublikası ərazisində müvəqqəti işləyən Azərbaycan Respublikası vətəndaşlarının və Azərbaycan Respublikası ərazisində müvəqqəti işləyən Özbəkistan Respublikası vətəndaşlarının əmək fəaliyyəti və hüquqlarının müdafiəsi haqqında Saziş”i təsdiqləyib.

    Qeyd edək ki, hər iki sənəd 2024-cü il avqustun 23-də Daşkənd şəhərində imzalanıb.