Month: October 2024

  • В афганской провинции прекращена работа телевидения: причина – живые существа

    В третьей провинции Афганистана – Бадгисе – прекращена работа телевидения.

    Oб этом сообщила афганская правозащитная организация “Центр афганской журналистики” (AFJC).

    По ее информации, эти меры были приняты в связи с запретом местных властей на показ живых существ в репортажах.

    В организации призвали представителей движения “Талибан” пересмотреть эту “регрессивную” меру, которая, по ее мнению, ущемляет свободу СМИ.

    “Центр афганской журналистики выражает серьезную обеспокоенность в связи с этим решением”, – говорится в заявлении AFJC.

  • Əfqanıstanda televiziyanın fəaliyyəti dayandırıldı: Səbəbi heyrət doğurdu

    Əfqanıstanın böyüklüyünə görə üçüncü əyaləti olan Badgisdə televiziyanın fəaliyyəti dayandırılıb.

    Bu barədə Əfqanıstan Jurnalistika Mərkəzi (AFJC) hüquq müdafiə təşkilatı məlumat yayıb.

    Bildirilir ki, bu tədbirlər yerli hakimiyyətin reportajlarda canlı varlıqların göstərilməsinə qoyduğu qadağa ilə əlaqədar görülüb.

    Təşkilat “Taliban” hərəkatının nümayəndələrini medianın azadlığını məhdudlaşdıran bu reqressiv tədbiri yenidən nəzərdən keçirməyə çağırıb.

    “Əfqanıstan Jurnalistika Mərkəzi bu qərarla bağlı ciddi narahatlığını ifadə edir”, – deyə AFJC-nin bəyanatında bildirilib.

    Xatırladaq ki, Əfqanıstanda avqustun sonunda nəşr olunan qanunlar məcəlləsinə görə, kişilərə saqqalı qırxmaq və cins şalvar geyinmək qadağan edilib.

  • Арарат Мирзоян получил приглашение на COP29

    Глава МИД Армении Арарат Мирзоян лично получил приглашение на участие в конференции COP29 в Баку.

    Об этом сообщают армянские СМИ.

    Примет ли он участие в конференции, станет ясно в течение ближайших недель. В самом МИД такую возможность не исключили.

    Отметим, что 29-я сессия Конференции сторон Рамочной конвенции ООН по изменению климата пройдет в столице Азербайджана 11-22 ноября.

  • Ararat Mirzoyan COP29-a dəvət alıb

    Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəfləri Konfransının 29-cu sessiyasında (COP29) iştirak üçün şəxsən dəvət alıb.

    Bu barədə Ermənistan KİV məlumat yayıb.

    Onun konfransda iştirak edib-etməyəcəyi yaxın həftələrdə bəlli olacaq.

  • Bakıda məşhur mağazadan ətir oğurlayan bacılara hökm oxundu

    Bakı şəhəri, Nərimanov rayonu ərazisində yerləşən “Olivia Beauty Care” adlı mağazadan oğurluq edən bacılar saxlanılıb.

    Qaynarinfo-nun məlumatına görə, mağazadan oğurluq törətməkdə itiham edilən 1965-ci il təvəllüdlü, ali təhsilli N.J. və 1968-ci il təvəllüdlü, ali təhsilli G.J. bacıları barəsində Cinayət Məcəlləsinin 177.2.1-ci maddəsi ilə cinayət işi açılıb, işə məhkəmədə baxılıb.

    Məlum olub ki, N.J. və G.J. bacıları bu ilin mart ayının 7-də 8 Mart Beynəlxalq Qadınlar Günü münasibəti ilə özlərinə kasmetik əşyalar almaq üçün “Olivia Beauty care” adlı mağazaya daxil olublar. Həmin gün sözügedən mağazada müştərilərin çox olmasından istifadə edərək, vitrindən müxtəlif markalara məxsus ümumi dəyəri 1455 manat 40 qəpik ətirlər oğurlayıblar. Hadisənin üstü isə 24 mart 2024-cü ildə açılıb.

    Bacılar məhkəmədə təqsirsiz olduqlarını bildirərək, barələrində bəraət hökmünün çıxarılmasını xahiş ediblər.

    Məhkəmənin qərarı ilə hər iki bacıya ayrı-ayrılıqda 1 il 5 ay 26 gün azadlığın məhdudlaşdırılması cəzası təyin olunub. Onlar Bakı şəhərinin hüdudlarını tərk etməmək şərti ilə cəza çəkdikləri müddətdə elektron qolbaqda gəzəcəklər.

  • Bakıda 88 yaşlı MTK sədri elektron qolbağda gəzəcək – 30 ildir 85 min dollar borcu var

    Bakıda 30 ildir borcunu ödəməyən 88 yaşlı Mənzil-Tikinti Kooperativinin sədrinə hökm oxunub.

    Qaynarinfo-nun məlumatına görə, 1936-cı ildə Gəncə şəhərində doğulmuş MTK sədri Qüdrət adlı şəxsə Cinayət Məcəlləsinin 306.2-ci maddəsi ilə cinayət işi açılıb.

    88 yaşlı şəxsin rəhbəri olduğu tikinti şirkətinin podratçısı kimi işlətdiyi Toğrul adlı iş adamına 85.000 ABŞ dolları borcu var. Ümumi borc çox olub. 2010-cu ildə 8500 min manat borc ödənilsə də, 85 min dollar qalıb.

    2011-ci ildə Yasamal Rayon Məhkəməsi borcun ödənilməsi ilə bağlı məhkəmə qərar verib. 2013 və 2016-cı illərdə qərarı icra etmədiyi üçün MTK sədri cərimələnib, 2017-ci ildə ev dustağı edilib.

    Toğrul məhkəmədə bildirib ki, Qüdrət yaşından istifadə edir: “Bu kişinin heç nədən xəbəri yoxdur. Qüdrət müəllimə fədailik missiyası yüklənib. Məqsəd borcdan yayınmaqdır. Dəfələrlə yazılı öhdəlik götürüb, lakin əməl etmirlər. Pulun ödənilməsini çox söz veriblər. Lakin nəticə olmayıb. Şans verilsə belə, yenə eyni metodlara baş vurub, pulu ödəməkdən boyun qaçıracaqlar. Təqsirləndirilən şəxs ziyanı ödəməyib, ona görə də ən ağır formada ciddi şəkildə cəzalandırılmalarını xahiş edirəm”.

    88 yaşlı MTK sədri isə məhkəmədə günahının nədən ibarət olduğunu bilmədiyini deyib.

    Məhkəmənin qərarı ilə MTK sədrinə 3 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilib. Onun üzərinə yaşayış yerini saat 23:00-dan növbəti gün saat 07:00-dək tərk etməmək, elektron qolbaq gəzdirmək vəzifələri qoyulub.

  • В Баку ученик 11-го класса получил ножевое ранение в школьном дворе? (ОБНОВЛЕНО)

    Поножовщина произошла за пределами средней школы №322 в Баку.

    Об этом заявила сотрудница общеобразовательного заведения, пожелавшая остаться неназванной.

    “Да, одиннадцатиклассник был ранен ножом. Мы тоже слышали об этом. Но инцидент произошел за пределами школы”, – добавила она.

    В связи с инцидентом редакция сайта направила запросы в Объединение по управлению медицинскими территориальными подразделениями (TƏBİB) и Министерство внутренних дел Азербайджана.
    //oxu.az

    * * * * *

    В средней школе №322, расположенной в поселке Бузовна Хазарского района Баку, произошла поножовщина.

    Как сообщает Bizim.Media, ученику 11-го класса нанесли ножевое ранение во дворе общеобразовательного учреждения.

    Очевидцы трагедии сообщают, что пострадавший школьник, который истекал кровью, был госпитализирован на машине скорой помощи.

    На данный момент нет информации о том, кто напал на подростка и каково его состояние.

  • Bakıda məktəblilər bıçaqlandılar: Saxlanılan var (YENİLƏNİB)

    “Oktaybrın 25-də dərsdən kənar vaxtda – saat 14:10-da məktəbdənkənar ərazidə 322 nömrəli tam orta məktəbin 11-ci sinif şagirdinə (müvafiq səbəbdən şagirdin adı qeyd olunmur) xəsarət yetirilməsi haqqında məlumat daxil olub”.

    Bu barədə Median.Az-ın sorğusuna cavab olaraq Bakı Şəhər Təhsil İdarəsindən bildirilib.

    “Dərhal şagirdin xəstəxanaya aparılması üçün müvafiq tədbirlər görülüb və valideynə məlumat verilib.

    Məsələ ilə bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.

    Hüquq-mühafizə orqanları tərəfindən müvafiq araşdırma aparıldığını nəzərə alaraq ictimaiyyətin bu mövzuda daha həssas davranması, hadisə barədə rəsmi qurumların açıqlamalarına istinad edilməsi xahiş olunur”, – cavabda qeyd olunub.

    * * * * *

    “Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Bu barədə Median.Az-ın sorğusuna cavab olaraq Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin əməkdaşı Lumu İsrəfilli bildirib.

    “Oktyabrın 25-də günorta saatlarında Xəzər rayonu Buzovna qəsəbəsində 16 və 17 yaşlı iki nəfərə naməlum şəxs tərəfindən kəsici alətlə xəsarət yetirilməsi və onların xəstəxanaya yerləşdirilməsi barədə polisə məlumat daxil olub. Hadisəni törətməkdə şübhəli bilinən F.Hüseynov polis əməkdaşları tərəfindən saxlanılıb.

    Hadisənin orta məktəbdə baş verməsi haqqında yayılan məlumatlar həqiqəti əks etdirmir”.

    * * * * *

    “Sözügedən hadisə məktəbdən kənarda baş verib”.

    Bu sözləri 322 nömrəli tam orta məktəbdən adını açıqlanmasını istəməyən əməkdaş bildirib.

    “Bəli, 11-ci sinif şagirdi bıçaqlanıb. Biz də bunu eşitmişik. Amma hadisə məktəbdən kənarda baş verib”.

    Hadisə ilə bağlı Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinə (TƏBİB) və Daxili İşlər Nazirliyinə (DİN) sorğu ünvanlanıb.
    //oxu.az

    * * * * *

    Bakıda Xəzər rayonu, Buzovna qəsəbəsi yerləşən 322 nömrəli orta məktəbdə bıçaqlanma hadisəsi olub.

    Bizim.Media-ya daxil olan məlumata görə, 11-ci sinif şagirdi məktəbin həyətində bıçaqlanıb.

    Hadisə şahidləri qan içində olan şagirdin təcili yardım maşını ilə xəstəxanaya çatdırıldığını görüblər.

    Hələlik şagirdin kim tərəfindən bıçaqlanması və vəziyyətinin necə olması barədə məlumat yoxdur.

  • Prezident Pakistanla imzalanmış üç vacib sənədi TƏSDİQLƏDİ

    “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Preferensial Ticarət Sazişi” təsdiqlənib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev müvafiq qanunu imzalayıb.

    Dövlət başçısı “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında Tranzit Ticarət Sazişi”ni də təsdiq edib.

    Bundan başqa, Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Pakistan İslam Respublikası Hökuməti arasında hava əlaqəsi haqqında Saziş”in təsdiq edilməsi barədə Azərbaycan Respublikasının Qanununu imzalayıb.

    Qeyd edək ki, hər üç sənəd 2024-cü il iyulun 11-də İslamabad şəhərində imzalanıb.

  • Ermənistan XİN: Paşinyan COP29-da iştirak üçün dəvət alıb

    Errmənistanın Baş naziri Nikol Paşinyan Azərbaycandan Bakıda keçiriləcək BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Sazişinin Tərəflər Konfransının 29-cu Sessiyasında (COP29) iştirak etmək üçün dəvət alıb.

    Bunu adıçəkilən ölkənin xarici işlər nazirinin müavini Paruyr Ovannisyan deyib.

    O əlavə edib ki, hazırda bu məsələ hökumətdə müzakirə olunur.
     
    ///apa