Month: October 2024

  • Leysan yağacaq, şimşək çaxacaq – XƏBƏRDARLIQ

    Bakıda və Abşeron yarımadasında oktyabrın 26-sı axşamdan 27-si səhərədək arabir yağış yağacağı gözlənilir. Axşam və gecə yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var.

    Bu barədə Milli Hidrometeorologiya Xidmətindən məlumat verilib.

    Havanın temperaturu ötən günlərlə müqayisədə tədricən 4-6° aşağı enəcək.

    Oktyabrın 26-da şimal və qərb rayonlarından başlayaraq 27-si gündüzədək hava şəraitinin qeyri-sabit keçəcəyi, fasilələrlə yağıntılı olacağı gözlənilir. Ayrı-ayrı yerlərdə (Qazax-Gəncə, Naxçıvan MR, Qarabağ və Şərqi-Zəngəzur, Balakən-Şəki, Quba-Qusar, Dağlıq Şirvan, Mərkəzi Aran, Lənkəran-Astara) leysan xarakterli intensiv olacağı, şimşək çaxacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Böyük və Kiçik Qafqazın, o cümlədən Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Azərbaycanda tələbələr qəzaya düşdü – Ölən və yaralananlar var

    Göygöl rayonunda baş verən yol qəzasında ölən və xəsarət alanların şəxsiyyəti müəyyən edilib.

    Daxili İşlər Nazirliyi (DİN) Mətbuat Xidmətinin Gəncə Regional Qrupundan “Report”un sorğusuna cavab olaraq bildirilib ki, Göygöl rayonunda “VAZ-21015” və “Opel” markalı avtomobillərin toqquşması nəticəsində baş verən qəzada Fariz Məhərrəmov (2006), Xəyal Rzayev (1984) və Heydər Hüseynov (2006) xəsarət alıb.

    Sərnişin Ramal Qurbanzadə (2006) isə aldığı xəsarətdən dünyasını dəyişib.

    ***
    Göygöl rayonunda “Opel” və “VAZ-21015” markalı iki avtomobilin iştirakı ilə baş vermiş yol-nəqliyyat hadisəsi ölümlə nəticələnib.
    Nəqliyyat vasitələrinin toqquşması nəticəsində bir nəfər ölüb, daha dörd nəfər xəsarət alıb.

    Əraziyə Dövlət Yol Polisinin əməkdaşları və təcili tibbi yardım briqadaları cəlb olunub.

    Faktla bağlı araşdırma aparılır.

    Lent.az-ın məlumatına görə, qəzaya düşən gənclər Gəncədə təhsil alan tələbələr olub.

  • Sabahın hava proqnozu AÇIQLANDI

    Oktyabrın 26-da gözlənilən hava şəraiti açıqlanıb.

    Milli Hidrometeorologiya Xidmətindən verilən xəbərə görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi yerlərdə çiskinli olacağı, axşam isə arabir yağış yağacağı gözlənilir. Yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Mülayim şimal-qərb küləyi axşama doğru arabir güclənəcək.

    Havanın temperaturu gecə 10-13° isti, gündüz 14-16 ° isti olacaq. Atmosfer təzyiqi 764 mm civə sütunundan 769 mm civə sütununa yükələcək. Nisbi rütubət gecə 70-80 %, gündüz 60-65 % olacaq.

    Azərbaycanın rayonlarında bəzi yerlərdə arabir yağıntılı olacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli intensiv olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var. Arabir duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

    Havanın temperaturu gecə 5-10° isti, gündüz 13-17° isti, dağlarda gecə 1° şaxtadan 4°-dək isti, gündüz 4-8° isti olacaq.

  • İlham Əliyevdən Azərbaycan-Ermənistan sərhədi üzrə komissiyaların fəaliyyəti ilə bağlı FƏRMAN

    “Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında dövlət sərhədinin delimitasiyası üzrə Dövlət Komissiyasının və Ermənistan Respublikası ilə Azərbaycan Respublikası arasında dövlət sərhədinin delimitasiyası və sərhəd təhlükəsizliyi məsələləri üzrə Komissiyanın birgə fəaliyyəti haqqında Əsasnamə” təsdiq edilib.

    President.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

    Qeyd edək ki, sənəd 2024-cü il avqustun 30-da imzalanıb.

  • Затопление “Сабунчинского перехода” не связано с инфраструктурой АЖД

    Главный инженер департамента инфраструктуры ЗАО “Азербайджанские железные дороги” (АЖД) Афган Исрафилов подтвердил, что насосная станция в автомобильном тоннеле, известном как “Сабунчинский переход” и расположенном на улице Асифа Асадуллаева в Сабунчинском районе Баку, находится в рабочем состоянии.

    Об этом он сообщил в ответ на запрос modern.az.

    По словам Афгана Исрафилова, руководство и специалисты департамента инфраструктуры АЖД совместно с представителями Министерства юстиции, Министерства по чрезвычайным ситуациям, прокуратуры Сабунчинского района и главой местной Исполнительной власти провели проверку на месте происшествия.

    “В результате осмотра было установлено, что все насосы находились в рабочем состоянии на момент усиления дождя и до затопления тоннеля дождевой водой, и продолжают работать в настоящее время”, – отметил главный инженер.

    Афган Исрафилов также подчеркнул, что произошедшее затопление тоннеля не связано с инфраструктурой АЖД и работой насосной станции.

  • Tuneldəki hadisənin ADY-nin infrastrukturu ilə əlaqəsi olmayıb – RƏSMİ

    Bakıda “Komsomol dairəsi” kimi tanınan ərazidə yerləşən avtomobil keçidində nasos təsərrüfatının işlək vəziyyətdə olduğu təsdiqlənib.

    Bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-nin İnfrastruktur departamentinin baş mühəndisi Əfqan İsrafilov Modern.az-ın sorğusuna cavab olaraq bildirib.

    O qeyd edib ki, ADY-nin İnfrastruktur departamentinin rəhbərliyi və mütəxəssisləri, Ədliyyə Nazirliyi, Fövqəladə Hallar Nazirliyi, Sabunçu Rayon İcra Hakimiyyətinin rəhbərliyi və Sabunçu Rayon Prokurorluğu tərəfindən ərazidə birgə yoxlama aparılıb:

    “Yoxlama nəticəsində bütün nasosların yağıntının gücləndiyi tarixdə və tuneli yağış suları basana qədər işlək vəziyyətdə olduğu və hazırda da işlədiyi qeydə alınıb. Tuneldə baş vermiş subasma hadisəsinin ADY-nin infrastrukturu ilə, həmçinin nasos təsərrüfatı ilə əlaqəsi olmayıb”.

  • Бывший заключенный сядет в тюрьму за то же преступление: в Баку задержан подозреваемый в краже

    В Баку задержан подозреваемый в крупной краже.

    Об этом сообщает Median.Az со ссылкой на пресс-службу Министерства внутренних дел (МВД).

    В полицию поступила информация о квартирной краже в Насиминском районе столицы. В ходе расследования, проведенного сотрудниками 21-го отделения полиции, было установлено, что из квартиры было похищено 9 000 манатов наличными и драгоценностей на сумму 950 манатов.

    Правоохранители выявили и задержали по подозрению в преступлении ранее судимого за аналогичное деяние 55-летнего Р.Халилова.

    По данному факту возбуждено уголовное дело, ведется следствие.

  • Keçmiş məhkum eyni əmələ görə yenə HƏBSDƏ YATACAQ

    Bakıda evdən 9950 manatlıq pul və qızıl-zinət əşyaları oğurlanıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidməti məlumat yayıb.

    Bildirilib ki, Nəsimi rayonu ərazisində yerləşən mənzillərin birindən oğurluq edilməsi barədə polisə məlumat daxil olub. Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinin əməkdaşları tərəfindən aparılan araşdırmalarla evdən 9 min manat pul və 950 manat dəyərində qızıl-zinət əşyalarının oğurlandığı məlum olub.

    Polis əməkdaşlarının keçirdikləri tədbirlərlə oğurluq əməlini törətməkdə şübhəli bilinən, əvvəllər də eyni əmələ görə məhkum olunmuş 55 yaşlı R.Xəlilov müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Облако плазмы ударит по Земле в субботу

    Октябрь продолжает удивлять повышенной солнечной активностью. В четверг утром на нашей звезде произошла мощная вспышка уровня Х3.3. А затем на восточном крае светила стал развиваться крупный выброс плазмы. Есть признаки, что часть его скоро прилетит к Земле.

    Солнце совершает полный оборот за 27 суток, поэтому бывает так, что его активные области, уходя за западный край, имеют шансы снова вернуться к Земле через 13-14 суток. Правда, это случается нечасто и лишь для самых крупных центров активности звезды. Сейчас, похоже, как раз такой случай.

    Как сообщает Лаборатория солнечной астрономии Института космических исследований РАН и Института солнечно-земной физики СО РАН, вспышка мощностью Х3.3 произошла в четверг утром в той группе пятен, которая на предыдущем витке разразилась самым мощным взрывом в нынешнем цикле солнечной активности. Напомним, это событие случилось 3 октября, а вспышке присвоили индекс X9.0

    Исходя из положения активного центра, в котором зарегистрирован вчерашний взрыв, в ближайшие две недели астрономы вновь будут наблюдать проход этой грозной группы пятен перед нашей планетой. Через неделю она будет “смотреть” точно на Землю. Скорее всего, не обойдётся без очередных мощных вспышек, а значит, и геомагнитных бурь. Они, в свою очередь, могут повлечь за собой сбои в работе связи и навигации и появление ярких полярных сияний в средних и даже южных широтах.

    Учёные обращают внимание, что наиболее крупные пятна этой группы, возможно, пока ещё находятся за краем солнечного диска, и в таком случае они появятся в поле зрения земных телескопов лишь через пару суток. “Тогда можно будет, в частности, сделать первые оценки запасов энергии в активном центре”, – отмечает Лаборатория солнечной астрономии ИКИ РАН и ИСЗФ СО РАН.

    Вчерашняя вспышка сопровождалась крупным выбросом массы солнечного вещества (плазмы), но при таком расположении центра он должен был уйти вбок и, соответственно, не повлиять на нашу планету. В зону влияния на Землю этот центр активности переместится в наступающие выходные.

    К этому времени одновременно станет понятно, какие изменения с областью произошли за две недели отсутствия и в каком объёме сохранились связанные с ним риски, считают учёные.

    Тем не менее позднее выяснилось, что выброс плазмы, который вроде бы должен был улететь в сторону, может задеть планету.

    “По данным, поступившим с космических коронографов, выброс массы, произошедший после этой вспышки, имеет компоненты, направленные к Земле, – говорит заведующий лабораторией, доктор физико-математических наук Сергей Богачёв. – Так как взрыв произошёл под очень большим углом к линии Солнце-Земля, близким к 90 градусам, то это означает, что солнечное вещество распространяется в космос в секторе близком и даже, вероятно, превышающем 180 градусов.

    С точки зрения прогноза магнитных бурь, подобные ситуации, когда выброс цепляет Землю краем, исключительно неприятны. Математические модели в таких случаях почти всегда выдают бури высокого уровня, которые, однако, часто не реализуются, так как вещество в итоге проходит близко, но всё же мимо планеты. Тем не менее геомагнитные риски с почти нулевого уровня, выставленного сразу после вспышки, сейчас резко увеличены”.

    По словам Богачёва, максимальные риски от этой вспышки предварительно ожидаются в середине субботы. Кроме того, на восточном крае Солнца развивается ещё один крупный выброс плазмы. И учёные видят признаки того, что его часть также прилетит к Земле.

  • Alimlərdən xəbərdarlıq: “Yerdən kənar keçməli olan plazma buludu şənbə günü planetimizi vuracaq”

    “Dünən Günəşdə “X3.3″ səviyyəli güclü partlayış baş verib, bundan sonra onun şərq kənarında böyük plazma atılıb. Proqnozlara görə, Günəş maddəsi kənara getməli və müvafiq olaraq planetimizə təsir etməməli idi. Bununla belə, sonradan məlum olub ki, kənardan keçməli olan plazma buludu planetə toxuna bilər”.

    Median.Az-ın aif.ru-ya istinadla verdiyi məlumata görə, bu barədə Rusiya Elmlər Akademiyası (RFEA) Kosmik Tədqiqatlar İnstitutundan və RFEA Günəş-Yer Fizikası İnstitutunun Günəş Astronomiyası Laboratoriyasından xəbərdarlıq edilib.

    Bildirilib ki, partlayışın mənbəyi oktyabrın 3-də cari 11 illik günəş aktivliyi dövründə ən güclü partlayışı (X9.0 sinif partlayış) yaradan eyni günəş ləkələri qrupu olub.

    “Kosmik koronoqraflardan alınan məlumatlara görə, bu partlayışdan sonra baş verən kütlə atılmasının Yerə doğru istiqamətlənmiş komponentləri var”, – deyə laboratoriyadan qeyd edilib.

    Alimlər plazma buludunun Yerə kənardan belə toxunuşunu maqnit fırtınalarının proqnozu baxımından son dərəcə xoşagəlməz adlandırıblar.

    “Bu partlayışdan geomaqnit həyəcanlanmalarının maksimal riskləri şənbə günü günortaya gözlənilir”, – deyə məlumatda əlavə edilib.

    Bundan əlavə, Günəşin şərq kənarında daha bir böyük plazma atılması inkişaf edir. Alimlər onun da bir hissəsinin Yerə gələcəyinə dair əlamətlər görürlər.

    Ümumiyyətlə, elm adamlarının sözlərinə görə, növbəti iki həftə ərzində yeni güclü partlayışlar və bunun nəticəsində yaranacaq geomaqnit fırtınaları gözlənilir.

    “Bu, rabitə və naviqasiyada nasazlıqlara səbəb ola bilər, həmçinin orta və cənub enliklərdə yaşayan sakinlərə parlaq şimal parıltısını müşahidə etmək imkanı verə bilər”, – deyə alimlər xəbərdarlıq ediblər.