Month: October 2024

  • “Qarabağ” – “Ayaks” görüşünə görə bu yollar bağlanacaq

    UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü ilə bağlı stadionun ətraf küçələrinə avtomobillə giriş qadağan ediləcək.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.

    “Saat 19:00-dan sonra oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu ərazisində və ətrafdakı yollarda müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətə ictimai nəqliyyat vasitələrindən istifadə edərək gəlsinlər”.

    Qeyd edək ki, “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də start götürəcək.

  • Biləsuvarda yol qəzası olub, ölən və yaralananlar var

    Biləsuvar rayonunda ağır yol qəzası baş verib.

    Median.Az “Report”a istinadən xəbər verir ki, hadisə Biləsuvar-Bəhrəmtəpə avtomobil yolunun Biləsuvar rayonundan keçən hissəsində qeydə alınıb.

    İlkin məlumata görə, hadisə nəticəsində bir nəfər ölüb, iki nəfər xəsarət alıb.

    Hazırda onların şəxsiyyəti dəqiqləşdirilir.

    Faktla bağlı araşdırma aparılır.

  • Bu ilin ilk doqquz ayında suçiçəyi xəstəliyinə yoluxma səviyyəsi iki dəfə azalıb

    Bu ilin ilk doqquz ayında 2023-cü ilin müvafiq dövrü ilə müqayisədə suçiçəyi xəstəliyinə yoluxma səviyyəsi iki dəfə azalıb.

    Median.Az “Report”a istinadən xəbər verir ki, bu barədə Səhiyyə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, aparılan məqsədyönlü peyvənd tədbirləri nəticəsində sentyabr ayından ölkədə tək-tək qızılca xəstəliyi halları qeydə alınır: “2023-cü ilin müvafiq dövrü ilə müqayisədə 2024-cü ilin doqquz ayı ərzində suçiçəyi xəstəliyinə yoluxma səviyyəsi iki dəfə azalıb”.

    Səhiyyə Nazirliyi Respublika Gigiyena və Epidemiologiya Mərkəzindən verilən məlumata görə, hazırda ölkədə qızılca xəstəliyinə qarşı həm planlı, həm də peyvənddən kənarda qalan uşaqlar və böyük yaşlı əhaliyə yaşayış yeri üzrə ambulator-poliklinik xidmət göstərən tibb müəssisələrində peyvənd işləri davam etdirilir.

  • Səudiyyə Ərəbistanının neft gəlirləri ŞOK RƏQƏMLƏR

    Avqust ayında Səudiyyə Ərəbistanının neft satışından əldə etdiyi gəlirlər iyul ayı ilə müqayisədə 6 % azalaraq 17,4 milyard dollara çatıb. Bu, son 3 ildə ən aşağı göstəricidir.

    Bu barədə “Bloomberg” agentliyi dövlət statistikasına istinadən məlumat yayıb.

    Həmin müddət ərzində neftin qiyməti də 3% ucuzlaşıb.

    24 oktyabr tarixinə olan məlumata görə, “Brent” markalı neftin bir barrelinin qiyməti 75 dollar ətrafında dəyişir. Neft qiymətləri Yaxın Şərqdə gərginliyin artması ilə bağlı narahatlıqlar səbəbindən qorunub saxlanılır. Bu isə cari hasilat səviyyəsinə təsir edə bilər.

    Səudiyyə Krallığının iqtisadi artımı neft gəlirlərindən çox asılıdır. Onun texnologiya, turizm və emal sənayesinin inkişafı üzrə ambisiyalı planı xammalın satışı planlarına əsaslanır. Lakin qiymətlərin düşməsi və ixracın kifayət qədər artmaması gözləntiləri dəyişdirir və ölkəni yeni metodlar axtarmağa vadar edir.

  • Həftəsonu güclü külək əsəcək – XƏBƏRDARLIQ

    Azərbaycanda oktyabrın 26-27-də gözlənilən küləkli hava şəraiti ilə bağlı xəbərdarlıq edilib.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Ağdam, Ağcabədi, Ağdaş, Ucar, Göyçay, Hacıqabul, Ağstafa, Şəmkir, Gəncə, Samux, Tovuz, Kəlbəcər, Astara, Lənkəran, Lerik, Yardımlı, Masallı, Salyan, Siyəzən, Xaçmaz, Xızı, Şabran, Tərtər, Bərdə, Beyləqan, Cəlilabad, Yevlax, Zərdab, Şamaxı, Daşkəsəndə fasilələrlə qərb küləyi əsəcək və küləyin sürəti 13.9-20.7 m/san təşkil edəcək. Bu, sarı xəbərdarlığa uyğundur.

    Bakıda və Abşeron yarımadasında, Mingəçevir, Goranboy, Naftalan, Neftçala, Qobustan rayonlarında isə fasilələrlə şimal-qərb küləyinin əsəcəyi və küləyin sürətinin 20.8-28.4 m/san olacağı gözlənilir. Bu isə narıncı xəbərdarlığa uyğun gəlir.

  • Dövlət xəstəxanalarında BİABIRÇILIQ – Ağır xəstə reanimasiyada yer olmadığı üçün evə qaytarıldı

    Bakıda fəaliyyət göstərən dövlət xəstəxanalarında ağır xəstələrin yerləşdirilməsi müşkülə çevrilib. Belə ki, oktyabrın 22-də ağır vəziyyətdə əvvəl 1 Saylı Kliniki Tibbi Mərkəzə, daha sonra bir neçə dövlət xəstəxanasına müraciət edən vətəndaşa reanimasiyada yer olmadığı bildirilib.

    Ağır vəziyyətdə olan xəstə ortalıqda qalıb və evə qaytarılıb.

    Bu barədə redaksiyaya xəstənin yaxınları məlumat veriblər.

    Bənzər şikayət dəfələrlə sosial şəbəkələrdə də yer alıb.

    Bəs dövlət xəstəxanalarında ağır vəziyyətdə olan xəstələrin yerləşdirilməsi üçün reanimasiya otaqları niyə azdır? Ümumiyyətlə, reanimasiyada çarpayı sayı nəyə əsasən hesablanır?

    Məsələ ilə bağlı Bizim.media-nın sorğusuna cavab olaraq Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) bildirilib ki, yer çatışmazlığı müraciətlərin çox olması ilə əlaqədardır:

    “TƏBİB-in tabeliyində olan tibb müəssisələrində səhiyyə strukturunun təkmilləşdirilməsi, həmçinin tibb kadrlarından daha səmərəli istifadə edilməsi, tibb müəssisələrinin infrastrukturundan səmərəli istifadə edilməsi məqsədilə bir sıra tibb müəssisələrində çarpayı fondunun idarə olunması üzrə nəzarət modulu yaradılıb. TƏBİB-in aidiyyəti struktur bölmələri və tibb müəssisələrinin rəhbərləri həmin modula giriş imkanına malikdirlər.

    Xəstəxanalarda çarpayı sayı (stasionar, intensiv terapiya) tibb müəssisəsinin mövcud infrastrukturu, kadr potensialı, ixtisaslaşması normativ hüquqi aktlara əsasən tənzimlənir. Pasiyentlərin sağlamlıq durumları tibb personalı tərəfindən dəyərləndirdikdən sonra zərurət üzrə onların müvafiq şöbələrə yerləşdirilməsi təmin olunur.

    Son zamanlar tibb müəssisələrinə artan müraciət sayının nəticəsidir ki, xəstəxanalarda doluluq faizi yüksəkdir. 2024-cü ilin yanvar-sentyabr ayları üzrə ümumilikdə 17 979 237 müraciət qeydə alınıb. Bunlardan 446 065-i stasionar, 17 533 172-si ambulator olub. Tibb müəssisələrinə olan müraciətlərin ümumi sayı 2022-ci ilin yanvar-sentyabr ayları üzrə 24%, 2023-cü ilin eyni dövrü ilə müqayisədə 13% çox olub.

    Kliniki Tibbi Mərkəzin Reanimasiya şöbəsinə gəlincə, bildiririk ki, yuxarıda qeyd edilən səbəblərdən çarpayı sayı hər gün dəyişir. Bəzən boş çarpayı olmadığı üçün müraciət etmiş vətəndaş TƏBİB tabeli başqa tibb müəssisələrinə yönləndirilir. 22.10.2024-cü il tarixində də həm cərrahi, həm terapevtik reanimasiya şöbələrində boş çarpayı olmayıb”.

    Qurumdan qeyd edilib ki, artım dinamikasını nəzərə alaraq yeni intensiv terapiya şöbələrinin yaradılması nəzərdən keçirilir.

  • “Qarabağ” – “Ayaks” görüşünə görə bu yollar bağlanacaq

    UEFA Avropa Liqasının Liqa mərhələsinin III turu çərçivəsində bu axşam Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək “Qarabağ” – “Ayaks” görüşü ilə bağlı stadionun ətraf küçələrinə avtomobillə giriş qadağan ediləcək.

    Median.Az xəbər verir ki, bu barədə oxu.az-a açıqlamasında Bakı Şəhər Dövlət Yol Polisi (DYP) İdarəsinin bölmə rəisi Toğrul Nəsirli bildirib.

    “Saat 19:00-dan sonra oyunun keçiriləcəyi Tofiq Bəhramov adına Respublika stadionu ərazisində və ətrafdakı yollarda müəyyən məhdudiyyətlər tətbiq olunacaq. Vətəndaşlardan xahiş edirik ki, həmin istiqamətə ictimai nəqliyyat vasitələrindən istifadə edərək gəlsinlər”.

    Qeyd edək ki, “Qarabağ” – “Ayaks” görüşü saat 20:45-də start götürəcək.

  • Французские фермеры пригрозили протестами

    Французские фермеры готовы начать новую серию протестов в случае, если на саммите G20 Евросоюз заключит торговое соглашение с МЕРКОСУР – объединенным рынком стран Южной Америки.

    Об этом сообщает Spectator.

    В статье отмечается, что сделка с МЕРКОСУР готовилась почти 25 лет. Она откроет протекционистский южноамериканский блок для европейского экспорта, особенно автомобилей и техники. Это замечательно для немецкой промышленности, но для французских фермеров стало бы катастрофой. Соглашение с МЕРКОСУР позволит поставлять в Европу больше говядины, зерновых и вина. Главный фермерский союз во Франции FNSEA уже предупредил правительство, что предполагаемая сделка с Южной Америкой является “красной линией”.

    Помимо этого, моральный дух фермеров подорван и текущими неурядицами в виде рекордного падения урожая пшеницы и винограда и эпидемий среди сельскохозяйственных животных.

    Профсоюз FNSEA призвал своих членов начать продолжительную акцию протеста 15 ноября, за три дня до начала саммита G20 в Бразилии, однако единого мнения по этому поводу нет. Часть фермеров относится к FNSEA с недоверием и заявляет, что протестное движение может начаться и без профсоюзов, и тогда его будет невозможно контролировать.

  • Fransız fermerləri etirazlarla hədələyiblər

    Fransız fermerləri G20 sammitində Avropa İttifaqı Cənubi Amerika ölkələrinin birləşmiş bazarı olan MERCOSUR ilə ticarət sazişi imzalayacağı təqdirdə yeni etiraz dalğasına başlamağa hazırdırlar.

    Bu barədə “Spectator” məlumat yayıb.

    Məqalədə qeyd olunur ki, MERCOSUR ilə saziş təxminən 25 il ərzində hazırlanıb. Bu saziş proteksionist Cənubi Amerika blokunu Avropa ixracı, xüsusilə avtomobil və texnika üçün açacaq. Bu, Almaniya sənayesi üçün əla olsa da, Fransız fermerləri üçün fəlakət olardı. MERCOSUR ilə saziş Avropaya daha çox mal əti, taxıl və şərab tədarük etməyə imkan verəcək. Fransanın əsas fermer birliyi FNSEA artıq hökuməti xəbərdar edib ki, Cənubi Amerika ilə nəzərdə tutulan saziş “qırmızı xət”dir.

    Bundan əlavə, fermerlərin əhvali-ruhiyyəsi buğda və üzüm məhsulunun rekord səviyyədə azalması və kənd təsərrüfatı heyvanları arasında epidemiyalar kimi cari problemlərlə də sarsılıb.

    FNSEA həmkarlar ittifaqı öz üzvlərini Braziliyada keçiriləcək G20 sammitindən üç gün əvvəl, noyabrın 15-də uzunmüddətli etiraz aksiyasına başlamağa çağırıb, lakin bu məsələdə vahid fikir yoxdur. Fermerlərin bir qismi FNSEA-ya inamsızlıqla yanaşır və bildirir ki, etiraz hərəkatı həmkarlar ittifaqları olmadan da başlaya bilər və bu halda onu nəzarətdə saxlamaq mümkün olmayacaq.
    //oxu.az

  • Bakıda maskalı şəxs məktəblini oğurlamaq istəyib? – FOTO

    Paytaxtda uşaq oğurluğuna cəhd etmək istəyən şəxs peyda olub.

    Median.Az “milli.az”a istinadən xəbər verir ki, hadisə ötən gün Ramana ərazisində baş verib.

    Bildirilib ki, məktəblini oğurlamaq istəyən şəxsi görən ətrafdakı vətəndaşlar reaksiya verdikdən sonra oğlan qaça bilib. Maskalı şəxs isə qorxaraq ərazini tərk edib. Bununla bağlı görüntülər təhlükəsizlik kameralarına da düşüb.

    Uşağın atası K.Seyidov sayta bildirib ki, oğlunun 14 yaşı var.

    DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis baş leytenantı İbrahim Əmiraslanlı isə məsələ ilə bağlı qeyd edib ki, vətəndaş K.Seyidov polisə müraciət edərək ötən gün yetkinlik yaşına çatmayan övladının Sabunçu rayonu Ramana qəsəbəsi ərazisində naməlum şəxs tərəfindən təqib edildiyini bildirib. Məsələ ilə bağlı ərazi üzrə Sabunçu RPİ-nin 12-ci PŞ-də araşdırmalara başlanılıb.