Month: October 2024

  • BRICS ölkələrinin liderləri hələlik yeni üzvlərin qəbulunu təxirə salıblar

    BRICS üzv dövlətlərinin başçıları Kazanda (Rusiya Federasiyası) keçirilən sammitdə birliyə yeni üzvlərin qəbul edilməməsi və bəzi ölkələrə birliyin tərəfdaş statusunun verilməsi barədə qərar qəbul ediblər.

    Bu barədə İranın xarici işlər naziri Abbas Əraqçı məlumat verib.

    “BRICS dövlət başçıları Kazanda keçirilən görüşdə 30-35 ölkənin birliyə üzv olmaq xahişinə cavab olaraq qərara alıblar ki, hazırda qrupa yeni üzvlər qəbul edilməyəcək və bəzi ölkələr BRICS-ə tərəfdaş qismində qoşulacaqlar”, – nazirin sözlərini IRNA agentliyi təqdim edib.

  • Мужчина узнал о штрафе в 6 000 манатов и оказал неповиновение полиции – ВИДЕО

    На стационарном посту Главного управления Государственной дорожной полиции (ГУГДП) на территории Гаджигабульского района в порядке контроля был остановлен грузовой автомобиль HOWO, за рулем которого находился житель Агджабединского района Самед Гасанов.

    Об этом сообщили в ГУГДП.

    В ходе расследования было установлено, что водитель не только управлял автомобилем с превышением разрешенных параметров массы, но и имел неоплаченные штрафы на сумму около 6 000 манатов за совершенные административные правонарушения.

    “Однако Самед Гасанов, стремясь избежать ответственности и представить свои противозаконные действия обществу в неверном свете, позже прибыл на пост и попытался создать искусственную напряженность, оказал неповиновение сотрудникам дорожно-патрульной службы, призывавшим его к порядку. С.Гасанов был задержан и привлечен к ответственности. Решением суда его арестовали в административном порядке сроком на 15 суток.

    Главное управление Государственной дорожной полиции отмечает, что подобные случаи, демонстрирующие неадекватное поведение с целью оказания влияния на полицию, являются тщетными и недопустимыми, и еще раз заявляет, что против таких лиц будут приняты решительные меры в соответствии с законодательством”, – говорится в сообщении.

  • 6000 manatlıq cəriməsi olduğunu öyrəndi: Polisə tabesizlik göstərdi – VİDEO

    Ağcabədi rayon sakini Səməd Həsənovun idarə etdiyi “HOWO” markalı yük avtomobili Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) Hacıqabul rayonu ərazisində yerləşən stasionar postunda nəzarət qaydasında saxlanılıb.

    Bu barədə BDYPİ məlumat yayıb.

    Bildirilib ki, araşdırma zamanı sürücünün avtomobili icazə verilən kütlə parametrlərini aşmaqla idarə etməklə yanaşı, törətdiyi inzibati xətalara görə 6000 manata yaxın ödənilməmiş cərimə borcunun olması müəyyən edilib:

    “Lakin, məsuliyyətdən yaxa qurtarmaq, törətdiyi qanunazid əməlləri cəmiyyətə yanlış yöndə təqdim etmək məqsədi güdən Səməd Həsənov sonradan posta gələrək süni gərginlik yaratmağa çalışıb, onu intizama dəvət edən Yol Patrul Xidməti əməkdaşlarına tabesizlik göstərib. Saxlanılaraq məsuliyyətə cəlb olunan S.Həsənov məhkəmənin qərarı ilə 15 gün müddətində inzibati qaydada həbs edilib.

    Baş Dövlət Yol Polisi İdarəsi qeyri-adekvat davranış nümayiş etdirməklə polisə təsir göstərmək niyyəti güdən bu kimi halların əbəs və yolverilməz olduğunu qeyd edir və bir daha belə şəxslərə qarşı qanunvericiliyə uyğun kəsərli tələblərin görüləcəyini bildirir”.

  • Azərbaycanda oğlu xəstə olan şəxs həkimi döyərək burnunu sındırdı

    Abşeron Rayon Məhkəməsində xuliqanlıqda təqsirləndirilən Rəşad Nəsirovun (soyadı şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə ona 6 ay müddətinə azadlığın məhdudlaşdırılması (elektron qolbaq) cəzası təyin edilib.

    İttihama görə, hadisə 8 may 2024-cü il tarixində saat 11 radələrində Abşeron Rayon Mərkəzi Xəstəxanasında qeydə alınıb.

    Belə ki, Rəşad Nəsirov oğlunun sancılanması ilə əlaqədar sözügedən xəstəxanaya müraciət edib. O, Abşeron Rayon Mərkəzi Xəstəxanasının həkimi, zərərçəkmiş Fariz Quliyevə (soyadı şərti) yaxınlaşaraq oğluna tibbi yardım göstərilməsini istəyib. Həkim isə növbənin çox olduğunu və gözləməsini bildirib. Bu zaman onların arasında mübahisə yaranıb. Sonra Rəşad zərərçəkmiş şəxsin burun nahiyəsinə qəsdən yumruqla bir zərbə endirib. Nəticədə həkim sol burun sümüyünün yerdəyişməyən sınığından ibarət dərəcədə xəsarət alıb. Hadisədən sonra Rəşad Nəsirov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib və barəsində başqa yerə getməmək haqqında qətimkan tədbiri seçilib. Zərərçəkmiş şəxs məhkəməyə ərizə təqdim edərək, təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayəti və tələbinin olmadığını bildirib və iş üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edib.

  • Daşkəsəndə yaşayış binasında PARTLAYIŞ: Xəsarət alan şəxsin son durumu AÇIQLANDI (YENİLƏNİB)

    Daşkəsəndə partlayış nəticəsində xəsarət alanın son vəziyyəti açıqlanıb.

    Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyindən (TƏBİB) oxu.az- bildirilib ki, Daşkəsən rayon sakini 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov bu gün saat 05:45-də yanıq xəsarətləri ilə akademik Z.Məmmədov adına Xəstəxananın Təcili tibbi yardım şöbəsinə bədən səthinin 30-39 faiz sahəsinin termiki yanığı, tənəffüs yollarının dəqiqləşdirilməmiş lokalizasiyalı termiki yanığı diaqnozu ilə gətirilib.

    Pasiyentə zəruri tibbi yardım göstərilib. Hazırda müalicə və müayinəsi reanimasiya şöbəsində davam etdirilir, vəziyyəti orta ağırdır.

    * * * * *

    Daşkəsən şəhərində yaşayış binasında partlayış olub.

    “Report”un Qərb bürosunun məlumatına görə, binanın 3-cü mərtəbəsindəki mənzildə qaz sızmasından yaranan partlayış nəticəsində rayon sakini, 1972-ci il təvəllüdlü Nadir Telman oğlu Sadıqov ağır yanıq xəsarətləri alıb.

    Zərərçəkən Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb. Onun vəziyyəti ağır olduğundan Gəncə şəhərində yerləşən xəstəxanalardan birinə aparılması planlaşdırılıb.

    Əraziyə Fövqəladə Hallar Nazirliyinin Daşkəsən rayon Yanğından Mühafizə Hissəsinin və hüquq-mühafizə orqanlarının əməkdaşları cəlb olunublar.

    Faktla bağlı araşdırma aparılır.

  • Прогноз погоды в Азербайджане на 25 октября

    25 октября в Баку и на Абшеронском полуострове прогнозируется переменная облачность, временами пасмурная погода, преимущественно без осадков, однако местами днем вероятны дожди, северо-западный ветер днем сменится юго-восточным.

    Об этом сообщили в Национальной службе гидрометеорологии.

    В Баку и на Абшероне температура воздуха ночью составит 8-11, днем – 15-19 градусов тепла.

    Атмосферное давление составит 766 мм ртутного столба. Относительная влажность воздуха ночью – 70-75%, днем – 50-55%.

    В районах Азербайджана осадков преимущественно не ожидается. Однако, начиная с горных районов, временами ожидаются дожди с грозами, мокрый снег, местами возможны ливни и град. На отдельных территориях туман, будет дуть умеренный западный ветер.

    Температура воздуха ночью составит 5-10, днем – 15-20 градусов выше нуля, в горах ночью – 0-5 градусов мороза, днем – 5-10 градусов тепла.

  • Oktyabrın 25-nə olan HAVA PROQNOZU

    Oktyabrın 25-nə gözlənilən hava şəraiti açıqlanıb.

    Bu barədə Milli Hidrometeorologiya Xidməti məlumat yayıb.

    Bildirilib ki, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Lakin gündüz bəzi yerlərdə arabir yağış yağacağı ehtimalı var. Şimal-qərb küləyi gündüz cənub-şərq küləyi ilə əvəz olunacaq.

    Havanın temperaturu gecə 8-11° isti, gündüz 15-19° isti olacaq. Atmosfer təzyiqi 766 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 70-75%, gündüz 50-55% olacaq.

    Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin dağlıq ərazilərdən başlayaraq bəzi yerlərdə arabir yağıntılı olacağı, sulu qar yağacağı, şimşək çaxacağı gözlənilir. Ayrı-ayrı yerlərdə leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

    Havanın temperaturu gecə 5-10° isti, gündüz 15-20° isti, dağlarda gecə 0-5° şaxta, gündüz 5-10° isti olacaq.

  • Ərdoğan: Bu hücum terrora qarşı qətiyyətimizi gücləndirdi

    Prezident Rəcəb Tayyib Ərdoğan “BRICS+” Liderlər Zirvə toplantısında çıxış edib.

    Median.Az xarici mətbuata istinadən xəbər verir ki, Prezident Ərdoğan çıxışı zamanı Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə təşəkkür edib:

    “Dəyərli dostum, Rusiya Federasiyasının Prezidenti cənab Vladimir Putinə qonaqpərvərliyinə və dəvətinə görə təşəkkür etmək və onu uğurlu ev sahibliyinə görə təbrik etmək istəyirəm. Yanvar ayından etibarən müddətli prezidentliyə başlayacaq braziliyalı dostlarımıza uğurlar arzulayıram. 
     
    Dünən Türkiyənin paytaxtı Ankarada baş verən terror aktına diqqət çəkən Rəcəb Tayyib Ərdoğan bunları deyib:

    “Dünən Ankarada törədilən xain terror aktına görə başsağlığı verən bütün dostlarımıza həmrəyliklərinə görə təşəkkür edirəm. Bu alçaq hücum Türkiyənin terroru yox etmək əzmini daha da gücləndirdi”.
     //azxeber.com

  • Сотрудника “Азеришыг” убило током

    На цементном заводе ANT, расположенном на территории поселка Гобустан Гарадагского района, произошел несчастный случай.

    Как сообщает Qafqazinfo, вчера около 17:00 во время выполнения работ сотрудника ОАО “Азеришыг” Рамазана Мамедли (1996 г.р.) ударило током.

    Мужчина скончался на месте происшествия.

    По данному факту проводится расследование.

  • “Azərişıq” əməkdaşını cərəyan vurub öldürdü

    Qaradağ rayonunda yerləşən zavodlardan birində ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

    “Qafqazinfo” xəbər verir ki, dünən saat 17 radələrində Qobustan qəsəbəsi ərazisində yerləşən “ANT” sement zavodunda “Azərişıq” ASC-nin işçisini cərəyan vurub.

    Belə ki, 1996-cı il təvəllüdlü Ramazan Fərhat oğlu Məmmədli zavod ərazisində iş görərkən onu elektrik cərəyanı vurub.

    ASC əməkdaşı hadisə yerində ölüb.

    Hazırda faktla bağlı araşdırma aparılır.