Month: October 2024

  • В России произошло сильное землетрясение

    В Тихом океане у побережья Северных Курил (Россия) произошло землетрясение магнитудой 6.2.

    Как передает Median.Az со ссылкой на РИА Новости, об этом сообщила начальник сейсмостанции “Южно-Сахалинск” Елена Семенова.

    Подземные толчки зафиксировали в ночь на четверг, 24 октября. Эпицентр находился в 155 км южнее города Северо-Курильск на острове Парамушир. Очаг землетрясения располагался на глубине 63 км.

    В Северо-Курильске на этом фоне ощутили землетрясение силой 3 балла. Никто не пострадал, разрушений не зафиксировали. Угроза цунами также не объявлялась.

  • Rusiyada güclü zəlzələ olub

    Sakit okeanda, Rusiyanın Şimali Kuril adalarının sahillərinə yaxın ərazidə 6,2 maqnitudalı zəlzələ baş verib.

    Median.Az-ın “RİA Novosti”yə istinadla verdiyi məlumata görə, bu barədə “Yujno-Saxalinsk” seysmik stansiyasının rəhbəri Yelena Semyonova xəbər verib.

    Məlumata görə, yeraltı təkanların episentr Paramuşir adasındakı Severo-Kurilsk şəhərindən 155 kilometr cənubda yerləşib. Zəlzələnin ocağı 63 kilometr dərinlikdə olub.

    O da vurğulanır ki, xəsarət alan olmayıb, dağıntılar qeydə alınmayıb. Sunami təhlükəsi də elan edilməyib.

  • В Баку автокран упал на объект – ВИДЕО

    Сегодня в Ясамальском районе Баку автомобильный кран упал на объект.

    Соответствующие кадры были опубликованы в Telegram-канале Baku TV.

    В результате происшествия зданиям, магазинам и транспортным средствам был нанесен серьезный материальный ущерб.

  • Bakıda kran obyektin üzərinə aşdı – VİDEO

    Bu gün paytaxtın Yasamal rayonunda kran obyektin üzərinə aşıb.

    Median.Az xəbər verir ki, bununla bağlı görüntülər Baku TV-nin teleqram kanalında paylaşılıb.

    Hadisə nəticəsində evlərə, mağazalara və avtomobillərə ziyan dəyib.

    Həmin görüntüləri təqdim edirik:

  • В Баку 66-летний мужчина разбился, выпав из окна своей квартиры

    В 7-м микрорайоне Бинагадинского района Баку произошел несчастный случай.

    Как сообщает lent.az, 66-летний Закир Оруджов выпал из окна своей квартиры, расположенной на девятом этаже.

    Мужчина скончался на месте от полученных травм.

    По данному факту проводится расследование.

  • Bakıda kişi doqquzuncu mərtəbədən yıxılıb öldü

    Bakıda kişi binadan yıxılıb.

    Lent.az xəbər verir ki, hadisə Binəqədi rayonu, 7-ci mikrorayon ərazisində baş verib.

    66 yaşlı Zakir Tahir oğlu Orucov binanın 9-cu mərtəbəsində yaşadığı mənzilin pəncərəsində yıxılaraq ölüb.

    Faktla bağlı araşdırma aparılır.

  • В “Азерконтракт” создается ликвидационная комиссия

    Кабинет министров Азербайджана принял решение об обеспечении исполнения распоряжения Президента Ильхама Алиева от 17 октября 2024 года “О ликвидации Государственной контрактной корпорации – ОАО “Азерконтракт” и урегулировании вытекающих из этого вопросов”.

    Премьер-министр Али Асадов подписал соответствующее распоряжение.

    Согласно документу, в ОАО “Азерконтракт” создается ликвидационная комиссия.

  • “Azərkontrakt”da Ləğvetmə Komissiyası yaradılır

    Nazirlər Kabineti Prezident İlham Əliyevin “Dövlət Kontrakt Korporasiyası – “Azərkontrakt” ASC-nin ləğv edilməsi və bundan irəli gələn məsələlərin tənzimlənməsi haqqında” 17 oktyabr 2024-cü il tarixli sərəncamının icrasının təmin edilməsi barədə qərar qəbul edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni sərəncam imzalayıb.

    Sərəncama əsasən, “Azərkontrakt”da Ləğvetmə Komissiyası yaradılır.

  • Ограбление, избиение и угон: криминальная история с печальным финалом

    В Абшеронском районном суде завершилось судебное следствие по уголовному делу Мадата Акберова (здесь и далее имена и фамилии условные – ред.), обвиняемого в умышленном причинении тяжкого вреда здоровью, хулиганстве, незаконном захвате автомобиля без цели хищения и грабеже.

    Как сообщает рravda.az, на процессе под председательством судьи Джамили Сафиевой был зачитан приговор, согласно которому М.Акберову назначено наказание в виде 4 лет и 3 месяцев лишения свободы.

    В соответствии с обвинительным актом первый инцидент произошел 19 мая 2023 года около 20:45 перед магазином в жилом комплексе Qurtuluş-93 в поселке Масазыр Абшеронского района. Потерпевший Угур Рафиев, предполагая, что пассажирский автобус под управлением отца Мадата наехал на него, оскорбил водителя. Тогда обвиняемый вышел из автобуса и умышленно ударил Угура ножом один раз в спину.

    Кроме того, 29 июня 2023 года около 13:00 во дворе строящегося жилого дома на улице Р.Ахундова в городе Хырдалан М.Акберов, после того как работавший там охранником Габиль Фараджов потребовал “уйти, так как рабочие не нужны”, умышленно ударил его один раз деревянным бруском по правой руке. Затем обвиняемый забрал у Габиля мобильный телефон Nokia стоимостью 20 манатов и скрылся с места происшествия.

    3 сентября того же года в 03:00 Мадат Акберов угнал припаркованный на остановке напротив административного здания Исполнительной власти Абшеронского района автомобиль Mercedes-Benz, принадлежащий потерпевшему Имрану Исламову.

    После инцидентов Мадат Акберов был задержан и привлечен к уголовной ответственности.

  • Atasına söyəni bıçaqladı, gözətçini döydü, maşın qaçırdı və 4 il 3 ay cəza aldı

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada, xuliqanlıqda, talama məqsədi olmadan qanunsuz olaraq avtomobil ələ keçirmədə və soyğunçuluqda təqsirləndirilən Mədət Əkbərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az xəbər verir ki, hakim Cəmilə Səfiyevanın sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə Mədət Əkbərov 4 il 3 ay müddətinə azadlıqdan məhrum edilib.

    İttihama görə, ilk hadisə 19 may 2023-cü il tarixdə, saat 20:45-də Abşeron rayonu, Masazır qəsəbəsi, “Qurtuluş-93” yaşayış kompleksi ərazisində yerləşən marketin qarşısında qeydə alınıb. Belə ki, zərərçəkmiş Uğur Rəfiyev (şərti) Mədətin atasının idarə etdiyi sərnişin avtobusunun üzərinə sürüldüyünü zənn edərək sürücünün ünvanına nalayiq ifadələr işlədib. Bu zaman Mədət avtobusdan düşüb ucadan nalayiq ifadələr işlədib və Uğurun sol kürək nahiyəsinə əlindəki bıçaqla qəsdən bir dəfə vuraraq xəsarət yetirib.

    Bundan başqa, Mədət Əkbərov 29 iyun 2023-cü il tarixdə, saat 13 radələrində Abşeron rayonu, Xırdalan şəhəri, R.Axundov küçəsində yeni inşa edilməkdə olan yaşayış binasının həyətində gözətçi işləyən zərərçəkmiş Habil Fərəcovun (şərti) “fəhləyə ehtiyac olmadığını, çıxıb getməsini” tələb etdikdən sonra yerdən götürdüyü taxta parçası ilə zərərçəkmiş şəxsin sağ qoluna qəsdən bir dəfə vuraraq xəsarət yetirib. Sonra təqsirləndirilən şəxs Habilin 20 manat dəyərində “Nokia” markalı mobil telefonunu onun əlindən alaraq hadisə yerindən qaçıb.

    Bundan başqa, Mədət Əkbərov 3 sentyabr 2023-cü il tarixdə, gecə saat 3 radələrində Abşeron Rayon İcra Hakimiyyətinin inzibati binasının qarşı tərəfindəki dayanacaqda dayanmış zərərçəkmiş İmran İslamovun (şərti) “Mercedes-Benz” markalı avtomobilini talama məqsədi olmadan qanunsuz olaraq ələ keçirərək qaçırıb.

    Hadisələrdən sonra Mədət Əkbərov saxlanılaraq cinayət məsuliyyətinə cəlb edilib.