Month: October 2024

  • “Mançester Siti” klubu rekorda imza atıb

    İngiltərənin “Mançester Siti” klubu UEFA Çempionlar Liqasında tarixi rekorda imza atıb.

    Xosep Qvardiolanın başçılıq etdiyi komanda Liqa mərhələsinin III turunda Çexiyanın “Sparta” (Praqa) kollektivinə qalib gələrək (5:0) qitənin bir nömrəli klub turnirində ardıcıl 26 qarşılaşmada (yalnız 90 dəqiqə nəzərə alınmaqla) məğlub olmayıb.

    Keçmiş rekordçu isə İngiltərənin digər təmsilçisi “Mançester Yunayted” idi. “Mankuniyanlar” Aleks Ferqyusonun baş məşqçi olduğu vaxtda ardıcıl 25 matçda məğlub olmamışdılar.

  • Kişi başqa qadınla telefonla danışdı, arvadı tutdu

    Abşeron Rayon Məhkəməsində qəsdən sağlamlığa az ağır zərərvurmada təqsirləndirilən İman Səfərovun (şərti) cinayət işi üzrə məhkəmə istintaqı yekunlaşıb.

    Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Abusət Qasımovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub.

    Məhkəmənin hökmü ilə cinayət işinə xitam verilib və İman Səfərov cinayət məsuliyyətindən azad olunub.

    İttihama görə, hadisə 5 sentyabr 2024-cü il tarixdə, saat 10:30-da Abşeron rayonu ərazisində qeydə alınıb.

    Belə ki, İman Səfərov evdə olarkən həyat yoldaşı, zərərçəkmiş Günay Səfərova (şərti) ilə mübahisə edib. Mübahisəyə isə arvadının ona telefonla başqa qadınla ünsiyyət saxlaması ilə bağlı şifahi irad bildirməsi olub. Bu zaman təqsirləndirilən şəxs həyat yoldaşının üzərinə hücum edib qəsdən əl, yumruq, təpik zərbələri ilə onun əl, qol, sifət, baş, kürək, ayaq və bədəninin müxtəlif nahiyələrinə ardıcıl zərbələr endirərək xəsarət yetirib.

    Daha sonra Günay Səfərova Daxili İşlər Nazirliyinin “102” xidmətinə zəng edərək məlumat verib, əri cinayət məsuliyyətinə cəlb edilib. Hazırda onlar barışıblar və qadın ərindən şikayətçi olmadığını bildirib.

  • Магнитная буря обрушится на Землю

    Утром 25 октября Землю накроет очередная магнитная буря, класс которой будет близок к G1 (слабая).

    Об этом сообщается на сайте Лаборатории солнечной астрономии Института космических исследований и Института солнечно-земной физики Российской академии наук.

    Ожидается, что пик бури придется на 07:00 по бакинскому времени.

    Магнитные бури возникают в результате вспышек на Солнце и способны оказывать влияние как на самочувствие метеозависимых людей, так и на работу электронных устройств. Во время магнитных бурь класса G1 возможны слабые флуктуации в энергетических системах, незначительное воздействие на спутниковые операции и полярные сияния на высоких широтах.

    Согласно прогнозам, после пика интенсивность бури начнет постепенно снижаться. К 13:00 по бакинскому времени ее уровень упадет до третьего, а к 19:00 – до второго. В течение следующих суток магнитная обстановка стабилизируется и останется на втором уровне.

    Ученые рекомендуют в период магнитных бурь людям с хроническими заболеваниями и метеозависимостью следить за самочувствием, избегать стрессов и переутомления. Специалисты также советуют воздержаться от дальних поездок и перелетов, особенно лицам с сердечно-сосудистыми патологиями.

  • Yeri maqnit fırtınası bürüyəcək

    25 oktyabr səhər Yer G1 (zəif) sinfinə yaxın olan növbəti maqnit fırtınası ilə örtüləcək.

    Bu barədə Rusiya Elmlər Akademiyasının Kosmik Tədqiqatlar İnstitutunun Günəş Astronomiyası Laboratoriyası və Günəş-Yer Fizikası İnstitutunun saytında məlumat verilib.

    Fırtınanın pik nöqtəsinin Bakı vaxtı ilə saat 07:00-da olacağı gözlənilir.

    Maqnit fırtınaları Günəşdə baş verən partlayışlar nəticəsində yaranır və həm meteoroloji həssas insanların sağlamlığına, həm də elektron cihazların işinə təsir göstərə bilər. G1 sinifli maqnit fırtınaları zamanı enerji sistemlərində zəif dalğalanmalar, peyk əməliyyatlarına cüzi təsir və yüksək enliklərdə qütb parıltıları mümkündür.

    Proqnozlara görə, pik nöqtəsindən sonra fırtınanın intensivliyi tədricən azalmağa başlayacaq. Bakı vaxtı ilə saat 13:00-da onun səviyyəsi üçüncü, 19:00-da isə ikinci səviyyəyə düşəcək. Növbəti sutka ərzində maqnit vəziyyəti sabitləşəcək və ikinci səviyyədə qalacaq.

    Alimlər maqnit fırtınaları dövründə xroniki xəstəlikləri olan və meteoroloji həssas insanlara sağlamlıqlarına diqqət yetirməyi, stressdən və həddindən artıq yorğunluqdan çəkinməyi tövsiyə edirlər. Mütəxəssislər, həmçinin uzaq səfərlərdən və uçuşlardan çəkinməyi, xüsusilə ürək-damar xəstəlikləri olan şəxslərə məsləhət görürlər.

  • Tibb kurslarını bitirən şəxslərin sertifikatları nə dərəcədə etibarlıdır? – VİDEO

    Tibb kurslarına müraciət edənlərin sayı artıb.

    6-12 ay ərzində keçirilən bu kursları bitirənlərə sonda təhsil mərkəzinin tərtib etdiyi diplom və sertifikat verilir.

    Həmin kursları bitirən şəxslər əsasən ya özəl tibb müəssisələrində, ya da fərdi olaraq çalışırlar.

    Bəs bu kursları bitirən şəxslərə verilən sənədlər nə qədər etibarlı sayılır?

    Tibb üzrə ekspert Rasif Bağırovun sözlərinə görə, belə kursları bitirənlər yüngül tibbi dəstək göstərməklə, ancaq ailə üzvlərinə kömək göstərə bilərlər:

    “Elanlarda bəzən elə şərtlər qeyd olunur ki, insanlara cəlbedici gəlir və həmin kurslara müraciət edirlər. Lakin kursu bitirdikdən sonra harada çalışacaqları ilə bağlı maraqlanmırlar. Problem də məhz bundan sonra başlayır. Belə şəxslərin nəinki dövlət müəssisələrində, digər tibb idarələrində də çalışması yolverilməzdir.

    Məsələ ilə bağlı Səhiyyə Nazirliyindən verilən məlumata görə, tibb kurslarına nəzarət nazirliyin səlahiyyətlərinə daxil deyil. Həmin kursları bitirən şəxslər dövlət tibb müəssisələrində işlə təmin olunmurlar.

    Daha ətraflı “Xəzər xəbər”in süjetində:

  • В Азербайджане выделят гранты на оплату частных детских садов

    Завершен первый этап “Конкурса грантов для частных дошкольных образовательных учреждений”, объявленного Министерством науки и образования Азербайджана.

    Об этом Median.Az сообщили в пресс-службе ведомства.

    В рамках конкурса определен список детских садов, допущенных на следующий этап, и количество вакантных мест в этих дошкольных учреждениях.

    Регистрация детей в избранные частные детсады будет активна на портале www.bq.edu.az с 24 октября (11:00) и продолжится до 1 ноября (17:00).

    Родители или другие законные представители малышей должны представить необходимые документы в детский сад. Между ними и частным дошкольным образовательным учреждением будет заключен договор об оказании услуг и указана сумма ежемесячной платы за обучение.

    Основной целью конкурса является привлечение детей, которые не могут быть приняты в государственные дошкольные образовательные учреждения в 2024-2025 учебном году, на свободные места в частных детских садах. В рамках конкурса часть ежемесячной платы за обучение в размере 250 манатов за каждого ребенка будет выделяться за счет гранта, а оставшаяся сумма – оплачиваться родителями.

    Со списком частных детсадов и количеством свободных мест в них можно ознакомиться по ссылке.

  • DİQQƏT: Bəzi özəl bağçalarda təhsil haqqının YARISINI ÖDƏYƏCƏKSİNİZ

    Elm və Təhsil Nazirliyi tərəfindən elan olunan “Özəl məktəbəqədər təhsil müəssisələri üçün qrant müsabiqəsi”nin birinci mərhələsi yekunlaşıb.

    Müsabiqə çərçivəsində növbəti mərhələyə buraxılan bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı müəyyənləşdirilib.
    Seçilmiş özəl bağçalara uşaqların qeydiyyatı www.bq.edu.az portalında 24 oktyabr saat 11:00-dan etibarən aktiv olacaq və proses 1 noyabr saat 17:00-dək davam edəcək.

    Özəl məktəbəqədər təhsil müəssisəsinə yerləşdirilmiş uşaqların valideynləri və ya digər qanuni nümayəndələri tələb edilən sənədləri bağçaya təqdim etməli və özəl məktəbəqədər təhsil müəssisəsi ilə onlar arasında valideynin ödəyəcəyi aylıq təhsil haqqı məbləği də qeyd olunmaqla məktəbəqədər təhsil xidmətinin göstərilməsi barədə müqavilə bağlanılmalıdır.

    Qeyd edək ki, qrant müsabiqəsinin əsas məqsədi 2024-2025-ci tədris ilində dövlət məktəbəqədər təhsil müəssisələrinə qəbul oluna bilməyən uşaqların seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində boş qalan yerlərə cəlb edilməsi və onların təhsil haqlarının bir hissəsinin qrant vasitəsilə maliyyələşdirilməsindən ibarətdir. Bu qrant müsabiqəsi çərçivəsində seçilmiş özəl məktəbəqədər təhsil müəssisələrində məktəbəqədər təhsilə cəlb olunmuş hər bir uşağın aylıq təhsil haqqının 250 manat məbləğində olan hissəsinin qrant hesabına qarşılanması, qalan məbləğin isə valideyn tərəfindən ödənilməsi nəzərdə tutulub.

    Özəl bağçaların siyahısı və həmin bağçalarda boş yerlərin sayı ilə bu link vasitəsilə tanış olmaq mümkündür.

  • В Каспийском море произошло землетрясение

    В Каспийском море произошло землетрясение магнитудой 3.1.

    Как сообщает Median.Az со ссылкой на Республиканский центр сейсмологической службы при Национальной академии наук Азербайджана, подземные толчки были зафиксированы в 23:57 23 октября.

    Согласно данным, очаг стихии залегал на глубине 45 км.

  • Xəzərdə zəlzələ baş verib

    Xəzər dənizində zəlzələ baş verib.

    Bu barədə Respublika Seysmoloji Xidmət Mərkəzindən məlumat verilib.

    Bildirilib ki, 3,1 bal gücündə olan zəlzələ 23 oktyabr yerli vaxtla 23:57-də qeydə alınıb.

    Zəlzələ ocağının dərinliyi 45 kilometr olub.

  • Oğuzda aztəminatlı ailənin sosial yardımı dayandırılıb – VİDEO

    Oğuz sakininin uzun illər aldığı ünvanlı dövlət sosial yardımı dayandırılıb.

    Xezerxeber.az-ın məlumatına görə, Oğuz sakini Sərdar Hacıyevin bir ayağı olmadığından ona 2009-cu il fevralın 27-də birinci qrup əlillik təyin edilib.

    S.Hacıyev, həmçinin aztəminatlı ailə olduğuna görə illərdir ki, ünvanlı sosial yardım da alıb. Lakin bir müddət əvvəl həmin yardım dayandırılıb. Ünvanlı sosial yardımın bərpası üçün bir neçə aydır etdiyi müraciətlərə də imtina cavabı gəlir.

    Onun ailəsi hazırda da aztəminatlı olduğuna görə ünvanlı sosial yardımının bərpa edilməsini istəyir.

    Dövlət Sosial Müdafiə Fondundan bildirilib ki, S.Hacıyevin müraciətinə əsasən, ailəyə oktyabrın 1-dən 1 il müddətinə ünvanlı sosial yardım təyin olunub. Bank kartı hazır olduqdan sonra vətəndaşa SMS-bildiriş göndəriləcək.