Month: October 2024

  • Представитель компании-подрядчика злополучного тоннеля: Пока не можем ничего сказать о недочетах

    Сильные ливни, обрушившиеся на Баку, привели к трагедии – в результате затопления тоннеля на улице Асафа Асадуллаева в Сабунчинском районе столицы погибли два человека. Заявление главы Исполнительной власти города Баку Эльдара Азизова о том, что при строительстве тоннеля, возможно, были допущены недочеты, вызвало бурные обсуждения.

    В соцсетях прозвучали серьезные протесты против компании-подрядчика строительства – ООО Körpü Bina Tikinti. Пользователи Сети требуют расследовать деятельность фирмы.

    Pravda.az попыталась узнать позицию руководства ООО касательно озвученных претензий.

    Заместитель директора компании, пожелавший остаться неназванным, сообщил, что пока они не могут ничего сказать о наличии или отсутствии недочетов при строительстве тоннеля.

    “Мы все в курсе ситуации. Нам пока ничего не сообщили о расследовании, мы сами выясняем, как это произошло”, – заявил он.

    Напомним, ООО Körpü Bina Tikinti было основано в 2001 году. Руководителем является Халил Гёюшов.

  • İki nəfərin boğulduğu tuneli tikən şirkət: “Nöqsanların olub-olmadığı barədə heç nə deyə bilmərik”

    Bakıya yağan güclü yağışlar səbəbindən Sabunçu rayonu Asəf Əsədullayev küçəsindəki tunelə yağış sularının dolması nəticəsində iki nəfər boğularaq həyatını itirib. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Eldar Əzizovun tunelin tikintisi zamanı nöqsanlara yol verildiyi barədə açıqlaması isə müzakirələrə səbəb olub.

    Sosial şəbəkələrdə tuneli tikən şirkət “Körpü Bina Tikinti” MMC-yə qarşı ciddi etirazlar səsləndirilib, şirkətin fəaliyyətinin araşdırılması tələb olunub.

    Pravda.az səslənən etirazlarla bağlı “Körpü Bina Tikinti” MMC-nin rəhbərliyindən mövqe öyrənməyə çalışıb.

    Adını təqdim etmək istəməyən şirkətin müdir müavini deyib ki, tunelin tikintisində nöqsanların olub-olmadığı barədə hələlik heç nə deyə bilmirlər:

    “Hamımız məsələdən xəbərdarıq. Aidiyyəti üzrə bizə məsələnin araşdırılması barədə heç nə deyilməyib, biz özümüz araşdırırıq ki, necə olub”.

    Xatırladaq ki, “Körpü Bina Tikinti” MMC 2001-ci ildə təsis edilib. Rəhbəri Xəlil Göyüşovdur.

  • Bakıda aktyor və xanımı qətlə yetirildi

    Ötən gecə paytaxtın Nəsimi rayonu ərazisində ər-arvad qətlə yetirilib.

    Median.Az qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə metronun “Memar Əcəmi” stansiyasının qarşısında – Hüseynbala Əliyev küçəsi 4 ünvanındakı binada baş verib.

    Saat 21 radələrində həmin binadakı mənzilllərin birində yaşayan 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın üzərində xəsarətlər olan meyitləri tapılıb.

    85 yaşlı kişinin boynunun kəsilərək, qadının isə başına zərbə endirilərək öldürülməsi müəyyənləşib.

    Qətlə yetirilən İosif Tkaç uzun müddət Rus Dram Teatrında aktyor kimi fəaliyyət göstərib. Onun xanımı Lyudmila Tkaç isə uzun illər pedoqoji fəaliyyətlə məşğul olub və Prezidentin Sərəncamı ilə 2015-ci ildə “Əməkdar müəllim” fəxri adına layiq görülüb.

    * * * * *

    Bakının Nəsimi rayonunda 1939-cu il təvəllüdlü İosif Tkaç Zusyeviçin və arvadı 1944-cü il təvəllüdlü Lyudmila Tkaç Mixaylovnanın qətlə yetirilməsi barədə polisə məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.

    Bildirilib ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə cinayət əməlini törətməkdə şübhəli bilinən 1973-cü il təvəllüdlü İslam Hadıyev müəyyən olunaraq saxlanılıb.

    Araşdırma aparılır.

  • Kamil Nəcəfov “Bakı Hərrac Mərkəzi”nin direktoru TƏYİN OLUNDU

    “Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi”nin direktoru vəzifəsinə Kamil Oqtay oğlu Nəcəfov təyin edilib.

    Kamil Nəcəfov 1 sentyabr 1986-cı ildə Bakı şəhərində anadan olub.

    O, 1994-2004-cü illərdə 18 saylı orta məktəbdə təhsil alıb, daha sonra Milli Aviasiya Akademiyasının beynəlxalq iqtisadi münasibətlər fakültəsində bakalavr və magistr dərəcələrini əldə edib. 2008-2009-cu illərdə ABŞ-ın “University of Southern Maine” universitetində ixtisasartırma proqramını uğurla tamamlayıb. Peşəkar fəaliyyəti ərzində, 2012-2023-cü illərdə “Caspian Kargo” şirkətində gömrük üzrə nümayəndə, 2023-cü ildən isə “Prologistic” şirkətinin direktoru vəzifələrində çalışıb.

    Qeyd edək ki, “Respublika Əmtəə Birjası”nın tərkibində fəaliyyət göstərən “Bakı Hərrac Mərkəzi” 12 fevral 2016-cı il tarixində təsis edilib. Mərkəz müxtəlif növ əmlakların satışını təşkil etmək məqsədilə fiziki və hüquqi şəxslərlə bağlanmış müqavilələr əsasında hərraclar təşkil edir.

  • Klub prezidenti Premyer Liqadan kənarlaşdırılıb

    İngiltərə Premyer Liqasının (İPL) nizam-intizam komitəsi “Nottingem Forest”in prezidenti Evangelos Marinakisi diskvalifikasiya edib.

    Marinakis İPL-in altıncı turunda “Fulhem”lə matçdan sonra hakim Coş Smitin ayağına tüpürdüyünə görə cəzalandırılıb.

    Həmin görüşdə 0:1 hesabı ilə məğlub olan “Nottingem Forest” yeganə qolu narazı qaldığı penaltidən buraxıb.

    Beləliklə, Evangelos Marinakis klubunun qarşıdakı beş oyununda iştirak edə bilməyəcək.

    Həmçinin klub funksionerinə xəbərdarlıq edilib ki, pozuntuların təkrarlanması halında sanksiyalar daha ciddi olacaq.

    Qeyd edək ki, “Nottingem Forest” İPL-in səkkizinci turundan sonra 13 xalla səkkizinci yerdə qərarlaşıb.

  • Bütün müavinət və təqaüdlər bu tarixdə ödəniləcək

    Dövlət Sosial Müdafiə Fondu oktyabrın 25-də bütün müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardımlarının ödənilməsini nəzərdə tutub.

    Bu barədə Fond məlumat yayıb.

  • Ukrayna 2022-ci ilin fevralından bəri ilk dəfə Avropaya uçuşlara icazə verildi

    Ukraynanın “Supernova Airlines” aviaşirkəti noyabrın 1-dən etibarən Kiyev və Lvovdan Praqaya və əks istiqamətdə yük daşınması ilə bağlı reyslər həyata keçirmək üçün ölkənin Dövlət Aviasiya Xidmətindən icazə alıb.
     
    Median.Az xəbər verir ki, bunu Xidmətin saytında dərc olunan qərardan görmək olar.
     
    Qurumun məlumatına görə, hər istiqamətdə həftədə yeddi reys gözlənilir.
     
    “Supernova Airlines” aviaşirkəti yalnız yük daşınmaları üzrə uçuşlar həyata keçirmək sertifikatına malikdir. Bu, Ukraynada və onun xaricində poçt çatdırılması və yük daşımaları ilə məşğul olan NOVA şirkətlər qrupunun yeni yaradılmış törəmə şirkətidir.
     
    Xatırladaq ki, Ukrayna 2022-ci il fevralın 24-dən ölkə üzərindəki hava məkanını bağlayıb. O vaxtdan bəri mülki aviasiyada müntəzəm uçuşlar olmayıb.

  • İraq Baş naziri İŞİD liderinin öldürüldüyünü açıqlayıb

    İŞİD-in İraqdakı qanadının lideri xüsusi əməliyyat zamanı öldürülüb.

    Bunu İraqın Baş naziri Məhəmməd Şiya əs-Sudani açıqlayıb.

    Xüsusi əməliyyat şimaldakı Həmrin dağ silsiləsinin yerləşdiyi ərazidə keçirilib.

    Hökumət başçısı əlavə edib ki, həmin şəxslə yanaşı, bu terror təşkilatının 8 üzvü də zərərsizləşdirilib.
     
    ///apa

  • Gecə onlarla nömrə itib, sürücülər nə etsin? – RƏSMİ CAVAB

    Xəbər verdiyimiz kimi, ötən gün Bakıda yağan aramsız yağışlar bir sıra fəsadlara yol açıb.

    “Qafqazinfo”nun məlumatına görə, bunun nəticəsində dünən axşam saatlarında bir sıra sürücülər avtomobilin dövlət nömrə nişanını itirib.
    Bununla bağlı sosial şəbəkələrdə kifayət qədər paylaşıma rast gəlmək mümkündür. Kimisi itirdiyi nömrəni axtarır, kimisi də tapdığı nömrənin sahibini.
    Bəs, təbiət hadisəsinin səbəb olduğu zərərə görə sürücülərə hər hansı güzəşt oluna bilər?

    “Qafqazinfo” suala cavab tapmaq üçün Baş Dövlət Yol Polisi İdarəsinin İctimai qurumlarla əlaqə şöbəsinin əməkdaşı Mübariz Ağayevlə əlaqə saxlayıb. Qurum rəsmisi bildirib ki, belə durumda qanunvericilikdə heç bir güzəşt nəzərdə tutulmayıb:

    “Qaldırdığınız məsələ ilə bağlı qanunvericilikdə heç bir imtiyaz nəzərdə tutulmayıb. Əksinə, avtomobil sahiblərinin üzərinə dövlət qeydiyyat nişanlarının təmiz saxlanılması, istehsalçı zavod tərəfindən müəyyən edilmiş yerlərdə bərkidilməsi və orada dayanıqlılığın təmin edilməsi üçün qabaqlayıcı tədbirlərin görülməsi kimi vəzifələr qoyulub. Dövlət qeydiyyat nişanı qeydiyyat aparılarkən təhkim olunmuş eyniləşdirmə vasitəsidir.

    Nömrənin itirilməsinə görə isə hər hansı cərimə nəzərdə tutulmayıb. Sadəcə, nəqliyyat vasitəsinin sahibi və ya sərəncam vermək hüququ olan digər şəxs aidiyyəti üzrə ərazi polis orqanına müraciət etməlidir. Nömrə itirilirsə və tapılmırsa, yenidən həmin dövlət nömrə nişanı verilmir. Bu zaman nömrə sərfiyyatdan çıxarılır. Bu halda avtomobil sahibi yeni dövlət nömrə nişanı almalıdır. Bunun üçün o, Yol hərəkəti haqqında Qanunda nəzərdə tutulmuş qaydada ərazi aidiyyəti üzrə BDYPİ-nin Qeydiyyat-imtahan məntəqələrinə müraciət etməlidir”.  
    Mübariz Ağayev xoşagəlməz durumlarla qarşılaşmamaq üçün sürücülərə müraciət də edib. O, bu cür havalarda nəqliyyat vasitələrinin sazlığının təmin olunmağının vacibliyini bir daha xatırladıb.

  • Məşhur iş adamı insan alveri ittiham edilir – Həbs olundu

    Amerikanın pərakəndə geyim satış şirkəti “Abercrombie & Fitch”in keçmiş baş direktoru Maykl Cefris ABŞ-da insan alverində iştirak ittihamı ilə həbs edilib.

    Qaynarinfo xəbər verir ki, bu barədə CNN mənbələrə istinadən məlumat yayıb.

    Məlumatga görə, Maykl Cefrisdən başqa bu işlə məşğul olan daha iki nəfər həbs edilib.

    CNN qeyd edir ki, Maykl Ceffris və onun əlaltıları modellik biznesində karyera qurmaq istəyən kişiləri cinsi istismara görə işə götürüblər. Həmin şəxslərin həmçinin kişiləri cinsi fəaliyyətə məcbur etmək üçün məclislərdə onlara narkotik, spirt və “Viaqra” verdiyi bildirilir. CNN-in məlumatına görə, söhbət 2008-2015-ci illər arasında onlarla belə hadisədən gedir.

    Yanvar ayında FTB-nin Maykl Ceffrisin cinsi cinayətlərdə şübhəli bilinərək istintaq açdığı bildirilmişdi. BBC daha əvvəl gənclərin onun kişiləri cinsi əlaqəyə məcbur etdiyini söylədiyi bir sıra sənədli filmlər və podkastlar hazırlamışdı.

    Maykl Ceffrisin 1992-2014-cü illərdə “Abercrombie & Fitch”ə rəhbərlik edib.