Month: October 2024

  • Azərbaycan Basketbol Liqasında II tura start verilib

    Azərbaycan Basketbol Liqasında II tura start verilib.

    A qrupunun açılış oyununda “Naxçıvan” NTD kollektivinə 72:71 hesabı ilə qalib gəlib.

    Görüş “Sərhədçi” İdman Mərkəzində keçirilib.

    Qeyd edək ki, turun digər matçları oktyabrın 25, 26 və 27-də reallaşacaq.

  • Cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək – XƏBƏRDARLIQ

    Azərbaycanın cənub rayonlarında yağış, qar yağacaq, dolu düşəcək, çaylardan sel keçəcək.

    Bu barədə Milli Hidrometerologiya Xidmətindən məlumat verilib.

    Bildirilib ki, Lənkəran-Astara bölgəsində oktyabrın 23-də fasilələrlə yağıntılı hava şəraitinin davam edəcəyi, şimşək çaxacağı gözlənilir. Bəzi yerlərində leysan xarakterli intensiv və güclü olacağı, dolu düşəcəyi, dağlıq ərazilərdə qar yağacağı ehtimalı var.

    Çaylarda sululuğun artacağı, Lənkəran-Astara bölgəsinin bəzi çaylarından qısamüddətli daşqın və sel keçəcəyi ehtimalı var.

  • Главы МИД Турции и Кыргызстана обсудили по телефону подготовку к саммиту ОТГ

    Министр иностранных дел Турции Хакан Фидан провел телефонный разговор со своим кыргызским коллегой Жээнбеком Кулубаевым.

    Об этом сообщают турецкие СМИ.

    Отмечается, что стороны обсудили подготовку к заседанию Совета стратегического сотрудничества высокого уровня Турция-Кыргызстан и саммиту Организации тюркских государств (ОТГ).

    Они также обменялись мнениями по другим вопросам, представляющим взаимный интерес.

    Отметим, что 11-й саммит глав государств ОТГ пройдет 5-6 ноября в столице Кыргызстана Бишкеке.

  • Türkiyə və Qırğızıstan XİN başçıları TDT Zirvəsinə hazırlığı müzakirə ediblər

    Türkiyənin xarici işlər naziri Hakan Fidan qırğızıstanlı həmkarı Cinbek Kulubayevlə telefonla danışıb.

    Bu barədə Türkiyə KİV-i məlumat yayıb.

    Bildirilib ki, tərəflər Türkiyə-Qırğızıstan Yüksək Səviyyəli Strateji Əməkdaşlıq Şurasının toplantısına və Türk Dövlətləri Təşkilatının (TDT) Zirvə toplantısına hazırlığı müzakirə ediblər.

    Onlar həmçinin qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da fikir mübadiləsi aparıblar.

  • “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları” dəyişib

    Nazirlər Kabineti 28 yanvar 2006-cı il tarixli qərarı ilə təsdiq edilmiş “Sertifikat xidmətlərinin göstərilməsi, sertifikatın verilməsi və reyestrin aparılması Qaydaları”nda dəyişiklik edib.

    Bununla bağlı Baş nazir Əli Əsədov yeni qərar imzalayıb.

    Qərara əsasən, bundan sonra imza sahibləri Sertifikat Xidmətləri Mərkəzləri akkreditə edilmiş mərkəz tərəfindən imza sahibinin razılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən əldə etdiyi məlumatlar istisna olmaqla tam və düzgün məlumatlar təqdim etməli olacaq.

    Bundan başqa, xidmətlərin göstərilməsi məsafədən həyata keçirildikdə akkreditə edilmiş mərkəz biometrik identifikasiya vasitəsilə müraciət etmiş şəxsin kimliyini təsdiq edir. Bu zaman şəxsin müraciəti, sertifikatın və imza vasitələrinin istifadə qaydaları, mərkəzin hüquqi statusu və akkreditə vəziyyəti barədə müraciət etmiş şəxsin məlumatlandırılması və müqavilənin imzalanması akkreditə edilmiş mərkəzin proqram təminatı vasitəsilə həyata keçiriləcək.

    Xidmətlərin göstərilməsi biometrik identifikasiya vasitəsilə həyata keçirildikdə, müraciət etmiş şəxsin müəyyənləşdirilməsi üçün aparılan sorğu-axtarış işlərinə dair informasiya və biometrik məlumatlar, həmçinin şəxsin müraciətini əks etdirən videomateriallar akkreditə edilmiş mərkəzin məlumat bazasında saxlanılacaq.

    Xidmətlərin göstərilməsi üçün lazımi sənədlər imza sahibinin razılığı ilə dövlət orqanlarının (qurumlarının) informasiya ehtiyatlarından və sistemlərindən əldə edilir. Bu mümkün olmadıqda həmin sənədlər (məlumatlar) müraciət etmiş şəxs tərəfindən elektron qaydada akkreditə edilmiş mərkəzə təqdim olunacaq.

  • Azərbaycanda bəzi bölgələrdə yağış kəsib – FAKTİKİ HAVA

    Oktyabrın 22-si olan məlumata əsasən, ölkə ərazisində davam edən yağıntılarda fasilə yaranıb.

    Bu barədə Milli Hidrometerologiya Xidmətinin rəsmisi Gülnarə Abbasova bildirib.

    Onun sözlərinə görə, Bakıda və Abşeron yarımadasında, eləcə də Naxçıvan Muxtar Respublikasında, Qazax-Gəncə, Daşkəsən-Gədəbəy bölgələrində yağıntılar tədricən kəsilib. Lənkəran-Astara, Mərkəzi Aran və Balakən-Şəki zonasının bəzi yerlərində isə qısamüddətli yağıntılı hava şəraiti müşahidə olunur.

  • AZAL запустил онлайн-услугу возврата авиабилетов

    Национальный авиаперевозчик Азербайджана AZAL представил новую онлайн-услугу по возврату авиабилетов, которая доступна на официальном сайте или в мобильном приложении авиакомпании.

    Как сообщает Median.Az со ссылкой на пресс-службу AZAL, это очередной шаг авиакомпании в направлении цифровизации и повышения удобства для клиентов.

    Новая услуга по возврату билетов предоставляет клиентам AZAL больше возможностей для самостоятельного управления бронированиями. Оформить возврат авиабилета можно, не выходя из дома, без необходимости посещения офисов или обращения в колцентр. Теперь пассажир может вернуть билет из любой точки мира, просто нажав кнопку “Возврат билета” в разделе “Мои бронирования”. Возврат обрабатывается автоматически.

    В зависимости от выбранного тарифа, клиенты могут оформить как полный, так и частичный возврат авиабилета. Это позволяет вернуть средства за отдельные сегменты путешествия. Например, если часть маршрута уже пройдена, пассажир может вернуть оставшуюся часть билета. Такая гибкость особенно важна для тех, чьи планы могут измениться в процессе путешествия.
    Кроме того, услуга доступна как для одного, так и для нескольких пассажиров одновременно, что упрощает управление групповыми бронированиями. При этом, если в бронировании несколько пассажиров, можно выбрать конкретного для возврата средств.
    Более подробную информацию о том, как пользоваться онлайн-возвратом на сайте www.azal.az и в мобильном приложении авиакомпании, можно найти по следующей ссылке: https://www.youtube.com/watch?v=7Ph13ZPXiZU
    Мобильное приложение AZAL доступно для скачивания по следующей ссылке: https://bit.ly/azal-app.
    Все эти изменения направлены на создание максимально комфортного и современного сервиса для клиентов. Переход на цифровые сервисы открывает перед пассажирами новые возможности и делает взаимодействие с авиакомпанией проще и эффективнее.

  • AZAL biletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib

    Milli aviadaşıyıcı – “Azərbaycan Hava Yolları” QSC (AZAL) sərnişinlərə göstərilən xidmətlərin rəqəmsallaşdırılması və rahatlığın artırılması məqsədilə aviabiletlərin onlayn geri qaytarılması xidmətini istifadəyə verib.

    Median.Az
    AZAL-a istinadən xəbər verir ki, yeni xidmətdən aviaşirkətin rəsmi www.azal.az saytında və yaxud mobil tətbiqində yararlanmaq olar.
    Bu xidmət sərnişinlərə rezervasiyalarını sərbəst idarə etmək üçün daha geniş imkanlar təqdim edir. Vəsaitlərin geri qaytarılmasını evdən çıxmadan, kassalara və ya çağrı mərkəzinə müraciət etmədən həyata keçirmək mümkündür. Artıq sərnişinlər “Rezervasiyanın idarə edilməsi” bölməsinə daxil olaraq “Aviabiletin qaytarılması” düyməsini klikləyib dünyanın istənilən yerindən biletlərini geri qaytara bilərlər. Proses avtomatik olaraq emal olunur.
    Tarifdən asılı olaraq, müştərilər aviabiletləri tam və ya qismən geri qaytara bilərlər. Bu, səyahətin müəyyən seqmentləri üzrə vəsaitin geri qaytarılmasına imkan verir. Məsələn, marşrutun bir hissəsi artıq tamamlanıbsa, sərnişin biletin qalan hissəsini geri qaytara bilər. Bu çeviklik səyahət zamanı planları dəyişən sərnişinlər üçün xüsusilə vacibdir. Bundan əlavə, xidmət bir neçə sərnişin üçün də əlçatandır ki, bu da qrup səfərlərinin idarə edilməsini asanlaşdırır. Yəni rezervasiyada bir neçə sərnişin olduğu halda, onlardan birini seçib bileti geri qaytarmaq olar.

    Aviabiletlərin onlayn geri qaytarılması xidməti haqqında daha ətraflı məlumatı linkdəki videodan əldə etmək olar: https://www.youtube.com/watch?v=7Ph13ZPXiZU
    AZAL-ın mobil tətbiqini https://bit.ly/azal-app linkindən yükləmək mümkündür.

    Bu yeniliklər sərnişinlərə daha müasir və rahat xidmətlər təqdim etməyə yönəlib. Rəqəmsal xidmətlərin genişləndirilməsi sərnişinlər üçün yeni imkanlar yaradır və aviaşirkətlə qarşılıqlı əlaqəni daha asan və səmərəli edir.

  • Продлен срок выплаты надбавки к зарплате медработников, задействованных в Баку в борьбе с COVID-19

    Кабинет министров Азербайджана продлил срок действия временной надбавки к заработной плате медицинских работников в Баку, задействованных в борьбе с COVID-19.

    Соответствующее постановление подписал премьер-министр Али Асадов.

    Согласно постановлению, предоставление временной надбавки к заработной плате медицинским работникам, оказывающим амбулаторно-поликлиническую помощь пациентам, инфицированным коронавирусом нового типа (COVID-19), в специальных амбулаторных медицинских пунктах, созданных в подчинении Главного управления здравоохранения города Баку, продлено до января 2025 года.

  • Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb

    Bakıda COVID-19 xəstələrinə xidmət göstərən tibb işçilərinin maaşlarına əlavənin verilmə müddəti uzadılıb.

    Bununla bağlı Baş nazir Əli Əsədov qərar imzalayıb.

    Qərara əsasən, Bakı şəhər Baş Səhiyyə İdarəsinin tabeliyində yaradılmış xüsusi ambulator tibb məntəqələrində yeni növ koronavirus (COVID-19) infeksiyasına yoluxmuş xəstələrə ambulator-poliklinik yardım göstərən tibb işçilərinin əməkhaqlarına müddətli əlavənin verilməsi 2025-ci ilin yanvar ayınadək uzadılıb.