Month: October 2024

  • Prezident Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi ilə bağlı iki fərman imzaladı – FOTO

    Prezident İlham Əliyev Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmanla “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi emblemi haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin rəsmi embleminin təsviri” təsdiq edilib.

    Prezidentin imzaladığı digər fərmanla “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanları haqqında Əsasnamə” və “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması və fərqləndirmə nişanlarının təsvirləri” təsdiq olunub.

    Fərmana görə, Azərbaycan Respublikasının Nazirlər Kabineti Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim forması ilə təmin edilməsi normalarını üç ay müddətində müəyyən edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli, fərmandan irəli gələn digər məsələləri həll etməlidir.

    Azərbaycan Respublikasının Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyi isə “Azərbaycan Respublikası Strateji Obyektlərin Mühafizəsi Dövlət Agentliyinin hərbi qulluqçularının hərbi geyim formasını daşıma Qaydaları”nı beş ay müddətində təsdiq edib Azərbaycan Respublikasının Prezidentinə məlumat verməli və bu fərmandan irəli gələn digər məsələlərin həlli üçün zəruri tədbirlər görməlidir.






  • В Германии зафиксирован первый случай заражения новым вариантом оспы обезьян

    Первый случай заражения новым вариантом mpox (“эмпокс”, новое наименование оспы обезьян) зафиксирован в Германии.

    Об этом сообщает Bild.

    Как сообщили в Институте имени Роберта Коха (RKI), речь идет о штамме Clade 1b. Пациент заразился этим вирусом за границей. Несмотря на это, “по-прежнему не предполагается, что в Германии существует повышенный риск”, пишет издание.

  • Almaniyada meymunçiçəyi virusunun yeni variantı ilə yoluxmanın ilk halı qeydə alınıb

    “Mpox” virusunun (“empoks”, meymunçiçəyinin yeni adı) yeni variantı ilə yoluxmanın ilk halı Almaniyada qeydə alınıb.

    Bu barədə “Bild” məlumat verib.

    Robert Kox İnstitutunun (RKI) məlumatına görə, söhbət “Clade 1b” ştamından gedir. Xəstə bu virusla xaricdə yoluxub. Buna baxmayaraq, Almaniyada hələ də yüksək risk olduğu güman edilmir, – deyə nəşr yazır.

  • Zakir Həsənov Qırğızıstana səfər edib

    Müdafiə naziri general-polkovnik Zakir Həsənov Qırğızıstan müdafiə naziri general-leytenant Baktıbek Bekbolotovun dəvəti ilə bu ölkəyə rəsmi səfər edib.

    Bu barədə Müdafiə Nazirliyindən məlumat verilib.

    Bildirilib ki, səfər çərçivəsində general-polkovnik Z.Həsənovun bir sıra görüşlərinin keçirilməsi nəzərdə tutulub.

  • Prezident İlham Əliyev Rusiya ilə bağlanmış iki sazişi təsdiqlədi

    Prezident İlham Əliyev “Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında səhiyyə, tibb təhsili və tibb elmi sahələrində əməkdaşlıq haqqında Saziş”in təsdiq edilməsi barədə Fərman imzalayıb.

    Bu barədə President.az xəbər verir.

    Fərmanla saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Səhiyyə Nazirliyinə həvalə olunub.

    Həmçinin, Prezident digər fərmanla “Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyi ilə İstehlakçıların Hüquqlarının Müdafiəsi və İnsan Rifahı sahəsində Nəzarət üzrə Federal Xidmət (Rusiya Federasiyası) arasında qida məhsullarının təhlükəsizliyi sahəsində əməkdaşlıq haqqında Saziş”ini təsdiq edib.

    Saziş qüvvəyə mindikdən sonra onun müddəalarının həyata keçirilməsini təmin etmək Azərbaycan Respublikasının Qida Təhlükəsizliyi Agentliyinə həvalə olunub.

    Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyinə hər iki sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Federasiyası Hökumətinə bildiriş göndərmək tapşırılıb.

  • Astarada oğluna ov tüfəngi ilə xəsarət yetirən şəxs TUTULDU

    Astarada oğluna xəsarət yetirən ata saxlanılıb.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Lənkəran regional qrupundan APA-nın sorğusuna cavab olaraq bildirilib ki, şəxsi münasibətlər zəminində oğlu Tural Hüseynova ov silahı ilə xəsarət yetirməkdə şübhəli bilinən Ağaşir Hüseynov polis əməkdaşlarının keçirdikləri tədbirlərlə saxlanılaraq istintaqa təhvil verilib.

    Araşdırmalar davam etdirilir.

    Qeyd edək ki, hadisə iki gün bundan əvvəl Astarada baş verib. Sitrus bağlarına görə düşən mübahisə zəminində Ağaşir Hüseynov oğlu Tural Hüseynova ov tüfəngi ilə atəş açaraq ona xəsarət yetirib.

  • Azərbaycanda istilik mövsümü vaxtından əvvəl BAŞLAYA BİLƏR? (AÇIQLAMA)

    Hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-dən etibarən başlayır. Bu isə sakinlərin bir qisminin narazılığına səbəb olur.

    Bakı şəhər sakinlərinin bir qismi istilik mövsümünün noyabrın 1-dən başlamasını istəyir. Onlar bildirirlər ki, hazırda havanın qeyri-sabit keçməsindən dolayı yaşadıqları mənzillər soyuqdur və qızdırmaqda çətinlik çəkirlər.

    Bəzi valideynlər isə məktəblərdə istilik sistemlərinin işə salınmadığına görə sinif otaqlarının soyuq olduğunu və şagirdlərin bu səbəbdən xəstələndiklərini deyirlər.

    Maraqlıdır, bəs görəsən, Azərbaycanda istilik mövsümü vaxtından əvvəl başlaya bilərmi?

    Mövzu ilə bağlı oxu.az “Azəristiliktəchizat” Açıq Səhmdar Cəmiyyətinə (ASC) sorğu ünvanlayıb.

    Qurumun mətbuat katibi Elvin Basqallı sorğumuza cavab olaraq qeyd edib ki, qazanxanaların vaxtından əvvəl işə salınması məsələsinə konkret halda baxıla bilər:

    “5 sentyabr 2023-cü il tarixində Nazirlər Kabineti tərəfindən istilik enerjisi qaydaları təsdiqlənib. Bu qaydalara əsasən, hər il Azərbaycanda istilik mövsümü noyabrın 15-də başlayır və növbəti il aprelin 15-də yekunlaşır. Lakin Azərbaycanın 14 dağlıq və dağətəyi rayon və şəhərində istilik mövsümü noyabrın 1-i başlayır, növbəti ilin mayın 1-də yekunlaşır. Söhbət Şuşa, Laçın, Lerik, Yardımlı, Gədəbəy, Daşkəsən, Şabran, Quba, Qəbələ, Qusar kimi rayon və şəhərlərdən gedir. Əgər ardıcıl olaraq 5 gün havanın temperaturu 8 dərəcədən aşağı olar və Ekologiya və Təbii Sərvətlər Nazirliyi növbəti günlərdə də havanın belə davam edəcəyi ilə bağlı proqnozu verilərsə, qazanxanaların vaxtından əvvəl işə salınması məsələsinə baxıla bilər”.

  • Bakıda küçədən meyit tapıldı

    Bakıda küçədən meyit tapılıb.

    Lent.az xəbər verir ki, hadisə paytaxtın Yasamal rayonunda qeydə alınıb.

    Rayonun Ş.Əzizbəyov küçəsi ev 68-in qarşısında naməlum kişi meyiti aşkar edilib.

    Araşdırmalar nəticəsində meyiti tapılan şəxsin Bakı şəhər sakini, 1970-ci il təvəllüdlü Azər Baba oğlu Hacıyev olması müəyyən edilib.

    Meyitin üzərində zorakılıq əlamətləri aşkarlanmayıb.

    Məsələ ilə bağlı rayon prokurorluğunda araşdırma aparılır.

  • В Гяндже задержан подозреваемый в кражах из автомобилей

    В Гяндже задержан подозреваемый в кражах из автомобилей.

    Об этом сообщает Median.Az со ссылкой на региональную группу пресс-службы МВД.

    В Главное управление полиции города Гянджа поступила информация о краже аккумулятора стоимостью 480 манатов и 4 звукоусилителей из автомобиля Mercedes-Benz. Сотрудники полиции выявили и задержали жителя города, ранее судимого Керима Мамедова, подозреваемого в совершении преступления.

    В ходе следствия было установлено, что он в течение октября похитил из нескольких автомобилей 2 535 манатов наличными и различные автоаксессуары на сумму около 1 000 манатов.

    Расследование по данным фактам продолжается.

  • Avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanıldı

    Gəncədə avtomobillərdən oğurluq etməkdə şübhəli bilinən şəxs saxlanılıb.

    Bu barədə Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupu məlumat yayıb.

    Bildirilib ki, Gəncə Şəhər Baş Polis İdarəsinə şəhər ərazisində “Mercedes” markalı avtomobildən 480 manat dəyərində akkumulyator və 4 ədəd səsgücləndirici oğurlanması barədə məlumat daxil olub. Polis əməkdaşlarının keçirdikləri müvafiq tədbirlər nəticəsində cinayəti törətməkdə şübhəli bilinən şəhər sakini, məhkum olunmuş Kərim Məmmədov saxlanılıb.

    Şübhəli şəxsin ətrafında davam etdirilən istintaq tədbirləri nəticəsində onun oktyabr ayının müxtəlif vaxtlarında bir neçə avtomobildən 2535 manat nağd pul və 1000 manata yaxın müxtəlif avtomobil aksesuarlarını oğurlaması məlum olub.

    Faktlarla bağlı araşdırmalar davam etdirilir.