Month: October 2024

  • Bakıda tuneldə batan ikinci şəxsin də adı AÇIQLANDI – YENİLƏNİB (VİDEO)

    Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə batmış ikinci şəxs – 1995-ci il təvəllüdlü Abbasov Köçəri Fərman oğlunun cəsədi Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə FHN Mətbuat xidməti məlumat yayıb.

    ***

    Fövqəladə Hallar Nazirliyi və Baş Prokurorluq birgə məlumat yayıb.

    Məlumatda deyilir:

    “Paytaxtın “Sabunçu keçidi” adlanan ərazisində yağış suları ilə dolu tuneldə 1 nəfərin cəsədi aşkar edilib.

    Bakı şəhəri, Sabunçu rayonu, Asif Əsədullayev küçəsində yerləşən və yağış suları ilə dolmuş tuneldə (“Sabunçu keçidi” adlanan yer) Fövqəladə Hallar Nazirliyinin əməkdaşları tərəfindən həyata keçirilən axtarış-xilasetmə tədbirləri nəticəsində boğulması ehtimal edilən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi aşkar edilərək aidiyyəti üzrə təhvil verilib.

    Faktla bağlı Sabunçu rayon prokurorluğunda araşdırma aparılır.

    Fövqəladə Hallar Nazirliyinin qüvvələri tərəfindən su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirlərinin həyata keçiriliməsi davam etdirilir.

    Eyni zamanda, media nümayəndələrindən və sosial media istifadəçilərindən dəqiqləşdirilməmiş xəbərləri yaymamağa çağırır, yalnız dövlət qurumlarının rəsmi məlumatlarına istinad olunmasını xahiş edirik”.

    * * * * *

    Bakı şəhəri, Sabunçu rayonu ərazisində subasmaya məruz qalmış tuneldə FHN-in əməkdaşları tərəfindən 1976-cı il təvəllüdlü Şirinov Elnur Fazil oğlunun cəsədi suyun altından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

    Bu barədə Milli.Az-a FHN Mətbuat xidmətindən bildirilib

    * * * * *

    Bakıda güclü yağışdan sonra “Sabunçu keçidi” kimi tanınan ərazidə iki nəfər batıb.

    Leysan yağış zamanı tuneldə qalaraq boğulan iki nəfərin meyiti tapılıb.

    Qeyd edək ki, ötən gün Bakıda normadan artıq yağıntı olub, nəticədə şəhər infrastrukturunda problemlər yaranıb.

    Sosial şəbəkələrdə Sabunçu tunelin su altında qalması və iki nəfərin boğulması ilə bağlı məlumatlar yayılmışdı.

  • Alen Simonyan: “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisidir”

    “Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir”.

    Median.Az Ermənistan mətbuatına istinadən xəbər verir ki, bu açıqlama ilə Ermənistan parlamentinin sədri Alen Simonyan parlamentdə çıxış edib.

    Müzakirə Ermənistan parlamentinin bugünkü iclasında baş tutub.

    Belə ki, Alen Simonyan bir neçə gün əvvəl mətbuata verdiyi müsahibədə bildirmişdi ki, Azərbaycan Qarabağda əməliyyatı BMT-nin ən azı 3-4 qətnaməsini əsas götürərək həyata keçirib.

    Bu açıqlamaya etiraz olaraq Ermənistan parlamentinin iclasında müxalif deputat Geqam Manukyan Alen Simonyana irad tutub. O, spikerə – “siz bu tezisi haradan almısınız ki, Azərbaycanın Qarabağa hücum etmək hüququ vardı və BMT qətnamələri buna imkan verirdi?” – sualını ünvanlayıb.

    Alen Simonyan isə cavabında bildirib ki, hər sözdə hansısa məna axtarmaq, tezislər uydurmaq olar: “Lakin fakt faktlığında qalır ki, Qarabağ Azərbaycanın beynəlxalq səviyyədə tanınmış ərazisi olub və bu, indi də belədir”.

  • Сборные Азербайджана по волейболу ухудшили позицию в мировом рейтинге

    Стали известны позиции сборных Азербайджана по волейболу в мировом рейтинге национальных команд.

    Женская сборная с 108.95 очка занимает 35-е место в мире. Команда под руководством Фаига Гараева опустилась на 4 позиции по сравнению с прошлым списком.

    Таблицу женских команд возглавляет сборная Италии с 437.03 очка в активе. За ней следует Бразилия (407.09 балла), замыкает тройку США (362.27).

    Изменилась и позиция мужской сборной Азербайджана. Команда с 22.31 очка опустилась на 82-е место, пропустив вперед 7 соперников.

    В рейтинге мужских команд по-прежнему лидирует Польша (401.31). Франция (378.07) поднялась на второе место, США (365.87) заняли третье.

  • Voleybol üzrə milli komandalarımız dünya reytinqində geriləyib

    Voleybol milliləri üzrə dünya reytinq cədvəlində Azərbaycan seçmə komandalarının da mövqeyi bəlli olub.

    Qadın voleybolçulardan ibarət millimiz 108.95 xalla dünyanın 35-ci komandasıdır. Faiq Qarayevin rəhbərlik etdiyi komanda son siyahı ilə müqayisədə 4 pillə geriləyib.

    Qadın millilərin cədvəlinə İtaliya yığması başçılıq edir. Onların aktivində 437.03 xalı var. Onları Braziliya izləyir (407.09 xal). Üçlüyü ABŞ qapayır – 362.27 xal.

    Kişilərdən ibarət komandamız da mövqeyini dəyişib. Seçmə komandamız 22.31 xalla 82-ci pilləyə enib. Onlar 7 rəqibini özlərindən irəli buraxıblar.

    İlk üçlük dəyişməz qalıb. Polşa (401.31) liderliyini qoruduğu halda, Fransa (378.07) ikinci pilləyə yüksəlib. ABŞ (365.87) isə üçüncüdür.

  • Уголовное дело в отношении Агададаша Агаева направлено в суд – ВИДЕО

    Уголовное дело в отношении Народного артиста Азербайджана Агададаша Агаева, в связи с инцидентом с топором, передано в суд.

    Согласно полученной Oxu.Az информации, двое человек признаны потерпевшими: это охранник больницы MedEra Салех Джалилов и Назакет Пашаева, получившая травмы в ходе происшествия.

    Подготовительное заседание суда назначено на 31 октября. Председательствовать на процессе будет судья Вюсал Тагиев.

    Напомним, инцидент зафиксирован 23 июля 2024 года. В соцсетях было распространено видео драки Агададаша Агаева с охранником вышеупомянутой клиники. Исполнитель напал на мужчину и метнул в него топор. Брошенное им орудие попало в работавшую в медучреждении уборщицей Н.Пашаеву, в результате последняя получила ранения. После этого охранник клиники избил народного артиста.

  • Ağadadaş Ağayevin cinayət işi məhkəməyə göndərildi – VİDEO

    Xalq artisti Ağadadaş Ağayevin balta insidenti ilə bağlı cinayət işi məhkəməyə göndərilib.

    Balta insidenti ilə bağlı iki nəfər zərərçəkmiş şəxs qismində tanınıb.

    Bunlar “MedEra” hospitalının mühafizəçisi Saleh Cəlilov və həmin hadisədə xəsarət alan Nəzakət Paşayevadır.

    Məhkəmənin hazırlıq iclası oktyabrın 31-nə təyin edilib. İşə hakim Vüsal Tağıyev sədrlik edəcək.

    Qeyd edək ki, hadisə bu il iyulun 23-də baş verib. Faktla bağlı Cinayət Məcəlləsinin 221.3 maddəsi ilə (Xuliqanlıq – silahdan və ya silah qismində istifadə olunan əşyalardan istifadə edilməklə törədilməsi zərər çəkmiş şəxsə zor tətbiq olunması ilə, yaxud özgənin əmlakının məhv edilməsi və ya zədələnməsi ilə müşayiət olunduqda) cinayət işi açılıb.

    Bu maddə ilə təqsirləndirilən şəxslər iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır.
    //oxu.az

  • Baş verən partlayışda kürəkən öldü, qayınata cəzalandırıldı

    Ötən ilin iki yanvar tarixində Binəqədi rayonu Cavadxan küçəsində yerləşən çoxmərtəbəli binada baş vermiş partlayışa görə məhkəmə prosesi başa çatıb.

    Median.Az “Qafqazinfo”ya istinadən xəbər verir ki, “Şərur” MTK-ya məxsus binanın 18-ci mərtəbəsində yerləşən mənzilin sahibi 1962-ci il təvəllüdlü Əlibaba Kəlbəliyevə hökm oxunub.

    O, Cinayət Məcəlləsinin 225.2-ci (Yanğın təhlükəsizliyi qaydalarını pozma-ölümlə nəticələndikdə) maddəsi üzrə təqsirli bilinib.

    Bildirilib ki, 2022-ci ildə Ə.Kəlbəliyevin qızı polis əməkdaşı Məhəmməd Babayevlə ailə qurub. Bundan sonra o, Cavadxan küçəsindəki evini kürəkəninə yaşamaq üçün verib və gənc ailə həmin mənzildə yaşamağa başlayıb.

    Hadisə baş verən gün M.Babayev evə gəlib və az sonra mənzildə qaz sızmasından güclü partlayış baş verib.

    Zərbənin təsirindən M.Babayev 18-ci mərtəbədəki mənzilin pəncərəsindən Cavadxan küçəsinə düşərək həlak olub. Həmçinin evə və qonşu mənzillərə məxsus qapı-pəncərələr dağılıb, əşyalar küçəyə tökülüb.

    Yol kənarındakı avtomobillərə və obyektlərə ziyan dəyib. Hadisə nəticəsində bir neçə sakin də xəsarət alıb.

    Ə.Kəlbəliyev hadisədən əvvəl də binada qaz sızmasının olduğunu və MTK-nın, müvafiq qurumların cavabdeh olduğunu bildirib.

    O, ibtidai istintaqa verdiyi ifadəsini məhkəmədə təsdiq etməyib və hadisədə günahının olmadığını bildirib.

    Binəqədi Rayon Məhkəməsinin hökmü ilə Ə.Kəlbəliyevə 4 il azadlıqdan məhrumetmə cəzası verilib. Lakin onun barəsindəki polisin nəzarəti altına verilmə qətimkan tədbiri dəyişdirilməyib və cəzasını məntəqə tipli müəssisədə çəkməsi qeyd edilib.

  • В Азербайджане могут установить минимальные цены розничной продажи алкоголя

    В Милли Меджлис Азербайджана поступил законопроект, предусматривающий установку минимальных розничных цен на алкогольные напитки.

    Как сообщает Report, соответствующие поправки предлагается внести в закон “О защите прав потребителей”.

    Согласно документу, минимальные розничные цены на алкоголь будет определять уполномоченный орган, назначенный соответствующим органом исполнительной власти. Он же утвердит правила установления минимальных цен. Продажа алкогольных напитков по ценам ниже установленного минимума будет запрещена.

    Законопроект разработан в рамках распоряжения президента Азербайджана от 7 февраля 2023 года “Об усилении государственного контроля в сфере импорта и производства табачных изделий и алкогольных напитков”. Он направлен на защиту экономических интересов страны и местных производителей, усиление защиты здоровья и прав потребителей, предотвращение продажи на внутреннем рынке алкогольных напитков, не отвечающих минимальным показателям качества и безопасности, а также незаконного предпринимательства в этой сфере.

  • Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müəyyən olunacaq

    Azərbaycanda alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin müəyyən olunması nəzərdə tutulur.

    Bu, “İstehlakçıların hüquqlarının müdafiəsi haqqında” qanunda dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

    Sənədə əsasən,

    – Alkoqollu içkilərin pərakəndə satışının minimum qiyməti müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilir.

    – Alkoqollu içkilərin pərakəndə satışına dair minimum qiymətin müəyyən edilməsi qaydası müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən təsdiq olunur.

    – Pərakəndə satışının minimum qiyməti müəyyən edilmiş alkoqollu içkilərin həmin qiymətdən aşağı qiymətə satılması qadağandır.

    Qanun layihəsi ölkənin, habelə yerli istehsalçıların iqtisadi maraqlarının qorunması, istehlakçıların sağlamlığının və hüquqlarının müdafiəsinin gücləndirilməsi, daxili bazarda minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilərin satışının, bu sahədə qanunsuz sahibkarlığın qarşısının alınması məqsədilə “Tütün məmulatlarının və alkoqollu içkilərin idxalı və istehsalı sahəsində dövlət nəzarətinin gücləndirilməsi haqqında” 7 fevral 2023-cü il tarixli Prezidentinin sərəncamı çərçivəsində hazırlanıb və spirtli içkilərlə bağlı qiymət-satış siyasətinin yenilənməsini, bunun üçün alkoqollu içkilərin ölkə daxilində satışı zamanı həmin məhsullara minimum satış qiymətinin tətbiq olunmasını nəzərdə tutur.

    Müşahidələr göstərir ki, istehlak bazarında dövriyyədə texniki normativ hüquqi aktlarla müəyyən olunmuş minimum keyfiyyət və təhlükəsizlik göstəricilərinə cavab verməyən alkoqollu içkilər mövcuddur. Bu fakt eyni zamanda qanunsuz istehsalın və qaçaqmalçılığın, vergidən yayınmanın mövcudluğunu göstərir. Nəticədə, əhalinin sağlamlığı üçün təhlükə yaranır, istehlakçılarda ölkəmizdə istehsal olunan analoji məhsulların keyfiyyətinə olan inamı azaldır, həmçinin haqsız rəqabət mühiti yaradaraq qida təhlükəsizliyi sahəsində texniki normativ hüquqi aktlar ilə müəyyən olunmuş tələblərə uyğun məhsul istehsal edən müəssisələrin fəaliyyətinə çətinlik yaradır. Mövcud vəziyyət ölkəmizdə alkoqollu içkilərin satışı sahəsində dövlət tənzimlənməsinin təkmilləşdirilməsini, bu sahədə əlavə tədbirlərin həyata keçirilməsini zəruri edir.

    Alkoqollu içkilərin pərakəndə satışının minimum qiymətinin tənzimlənməsi beynəlxalq təcrübədə də tətbiq edilir. Qanun layihəsi alkoqollu içkilərin təhlükəsizliyi və keyfiyyəti sahəsində istehlakçıların hüquqlarının qorunmasına, istehlakçını aldadan hər hansı digər fəaliyyətin qarşısının alınmasına, bu sahədə qanuni fəaliyyət göstərən intizamlı və peşəkar sahibkarlıq subyektlərinin maraqlarının müdafiəsinə, daxili bazarın aşağı keyfiyyətli məhsullardan qorunmasına, qeyri-qanuni istehsalın qarşısının alınmasına xidmət edəcək.
    //report

  • Дождь вызвал ряд осложнений в Баку и на Абшероне: 31 человек эвакуирован – ВИДЕО (ОБНОВЛЯЕТСЯ)

    Со вчерашнего дня силы Министерства по чрезвычайным ситуациям (МЧС) были привлечены к работам по обеспечению соответствующих мер безопасности в затопленных районах Баку и Абшеронского района в связи с интенсивными дождями.

    Об этом сообщили в МЧС.

    Силами Государственной службы пожарной охраны, Службы спасения особого риска, Войск гражданской обороны, Государственной службы надзора за маломерными судами и спасения на водах и Бакинского регионального центра непрерывно проводятся работы по откачке воды из затопленных мест, эвакуации нуждающихся в помощи граждан, принимаются другие меры безопасности. В общей сложности 31 гражданин был эвакуирован в безопасную зону.

    “В настоящее время по ряду адресов продолжаются необходимые мероприятия. Дополнительная информация будет предоставлена позже”, – добавили в министерстве.

    * * * * *

    Силы Министерства по чрезвычайным ситуациям (МЧС) привлечены для устранения последствий интенсивных дождей в Баку и Абшеронском районе.

    Об этом сообщили в пресс-службе ведомства.

    Согласно информации, для откачки воды с затопленных территорий, а также эвакуации граждан в безопасное место привлечены силы Государственной службы пожарной охраны, Службы спасения особого риска и Бакинского регионального центра МЧС.

    В результате принятых мер по ряду адресов был обеспечен отвод воды, в целом восемь граждан, включая троих несовершеннолетних, были эвакуированы в безопасное место.

    В настоящее время силы МЧС продолжают работу на местах.