Month: October 2024

  • Yağış Bakı və Abşeronda fəsadlar törətdi: 31 nəfər təxliyə edildi – VİDEO (YENİLƏNİB)

    Ötən gündən etibarən Fövqəladə Hallar Nazirliyinin (FHN) qüvvələri intensiv yağışlarla əlaqədar Bakı şəhəri və Abşeron rayonu ərazisində su basmış ərazilərdə müvafiq təhlükəsizik tədbirlərinin görülməsi işlərinə cəlb olunub.

    Bu barədə FHN-dən məlumat verilib.

    Bildirilib ki, nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti, Mülki müdafiə qoşunları, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri tərəfindən fasiləsiz olaraq su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, köməyə ehtiyacı olan vətəndaşların təxliyəsi və digər zəruri təhlükəsizlik tədbirləri həyata keçirilir. Tədbirlər çərçivəsində ümumilikdə 31 nəfər vətəndaş təhlükəsiz əraziyə təxliyə edilib.

    “Hazırda bir sıra ünvanlarda əməliyyat davam etdirilir. Əlavə məlumat veriləcək”, – deyə nazirlikdən əlavə edilib.

    * * * * *

    Fövqəladə Hallar Nazirliyinin “112” qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında intensiv yağışların Bakı şəhəri və Abşeron rayonu ərazisində yaratdığı fəsadların aradan qaldırılması üçün Fövqəladə Hallar Nazirliyinin qüvvələri ərazilərə cəlb olunub.

    Bununla bağlı FHN-in Mətbuat Xidməti məlumat yayıb.

    Belə ki, su basmış yerlərdən suyun çəkilərək kənarlaşdırılması, habelə bəzi ünvanlarda köməyə ehtiyacı olan vətəndaşların təhlükəsiz əraziyə təxliyə edilməsi üçün Nazirliyin Dövlət Yanğından Mühafizə Xidməti, Xüsusi Riskli Xilasetmə Xidməti və Bakı Regional Mərkəzinin qüvvələri cəlb edilib.

    Görülmüş tədbirlər nəticəsində bir sıra ünvanlarda suyun çəkilərək kənarlaşdırılması təmin edilib, köməyə ehtiyacı olan 3-ü azyaşlı olmaqla ümumilikdə 8 vətəndaşın təhlükəsiz əraziyə təxliyə edilməsi təmin edilib.

    Hazırda suçəkmə və digər təhlükəsizlik tədbirlərinin görülməsi davam etdirilir.

  • Bakıda qadını döyən, digər iki nəfərə xəsarət yetirənlər saxlanıldılar

    Oktyabrın 21-də saat 3 radələrində paytaxtın Xətai rayonu ərazisində yerləşən restoranların birində 2000-ci il təvəllüdlü qadının döyülməsi, 1984-cü il təvəllüdlü Ş.Mustafayevə və 1994-cü il təvəllüdlü F.İsmayılova kəsici alətlə xəsarətlər yetirilməsi barədə polis məlumat daxil olub.

    Bu barədə Daxili İşlər Nazirliyindən (DİN) bildirilib.

    Vurğulanıb ki, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməli törətməkdə şübhəli bilinən, biri əvvəllər məhkum olunmuş şəxs olmaqla 5 nəfər müəyyən olunaraq saxlanılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Сильный дождь в Баку нанес ущерб еще одному университету – ВИДЕО

    В результате сильного дождя затопило столовую Университета Хазар.

    Соответствующие кадры распространились в социальных сетях.

    Отметим, что из-за начавшихся вчера интенсивных дождей проблемы возникли и в здании Азербайджанской государственной академии художеств. В коридоре учебного заведения с потолка течет вода.

  • Bakıda yağış daha bir universitetdə fəsadlar törətdi – VİDEO

    Güclü yağış nəticəsində Xəzər Universitetinin yeməkxanasını su basıb.

    Bununla bağlı sosial şəbəkələrdə görüntülər yayılıb.

    Qeyd edək ki, ötən gündən başlayan intensiv yağışlar nəticəsində Azərbaycan Dövlət Rəssamlıq Akademiyasının (ADRA) binasında da problem yaşanıb. Akademiyanın dəhlizində yağış suları tavandan axmağa başlayıb.

  • Dövlət bağçalarında uşaqlara kameralarla nəzarət etmək niyə mümkün deyil? – VİDEO

    Dövlət bağçalarının bir çoxunda müşahidə kameralarına rast gəlinmir.

    Bu da valideynlərin narazılığına gətirib çıxarır.

    Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyindən bildirilib ki, qanunvericiliyə əsasən dövlət bağçalarında müşahidə kameralarının quraşdırılması nəzərdə tutulmayıb.

    Daha ətraflı Xəzər TV-nin materialında:

  • Житель Кюрдамирского района ударил ножом брата

    В Кюрдамирском районе произошла поножовщина.

    Как сообщает АПА, житель села Арабгубалы Фахмин Гаджиев (1995 г.р.) на почве возникшего конфликта нанес ножевые ранения своему брату Эмину Гаджиеву (1991 г.р.).

    Пострадавший был госпитализирован.

    По данному факту ведется расследование.

  • Kürdəmirdə qardaş qardaşı BIÇAQLADI

    Kürdəmirdə qardaş qardaşı bıçaqlayıb.

    APA-nın xəbərinə görə, rayonun Ərəbqubalı kənd sakini, 1995-ci il təvəllüdlü Fəhmin Bədəl oğlu Hacıyev aralarında yaranmış münaqişə zəminində qardaşı, 1991-ci il təvəllüdlü Emin Bədəl oğlu Hacıyevi bıcaqlayıb.

    Zərərçəkən xəstəxanaya yerləşdirilib.

    Faktla bağlı araşdırma aparılır.

  • Restoranlarda niyə depozit tələb olunur? (VİDEO)

    Restoranların bəzilərində terras, bəzilərində kabinet, bəzilərində isə ümumiyyətlə bütün masalara görə depozit tələb olunur.

    Yesən də, yeməsən də o məbləği ödəməlisən.

    Bu depozit nə üçün alınır? Ümumiyyətlə, bəzi restoranların depozit tələbi qanunidirmi?

    Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin məlumatına görə, “Sahibkarlıq fəaliyyəti haqqında” qanuna və beynəlxalq təcrübəyə əsasən depozit məbləğinin tutulmasını qadağan edən hər hansısa bir normativ sənəd yoxdur.

    Öz ticarət qaydalarını müəyyən etmək sahibkarın hüququdur.

    Daha ətraflı “Xəzər xəbər”in süjetində:

  • К тушению пожара на Нефтеперерабатывающем заводе привлечены два вертолета – ВИДЕО (ОБНОВЛЯЕТСЯ)

    Два пожарных вертолета задействованы в тушении возгорания, произошедшего на Нефтеперерабатывающем заводе, расположенном в Низаминском районе Баку.

    Об этом сообщает Report.

    * * * * *

    На Нефтеперерабатывающем заводе имени Гейдара Алиева начался пожар.

    Как сообщили в пресс-службе Министерства по чрезвычайным ситуациям (МЧС) Азербайджана, на горячую линию 112 ведомства поступила информация о возгорании на вышеупомянутом предприятии, расположенном в Низаминском районе Баку.

    В связи с этим силы Государственной службы пожарной охраны МЧС немедленно прибыли на место происшествия.

    * * * * *

    На Нефтеперерабатывающем заводе имени Гейдара Алиева вспыхнул пожар.

    Как сообщает Oxu.Az, на территорию прибыли пожарные расчеты.

  • Neft Emalı Zavodundakı baş verən yanğın söndürülüb: Xəsarət alan yoxdur – VİDEO (YENİLƏNİB)

    Paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğın söndürülüb.

    Bu barədə Fövqəladə Hallar Nazirliyindən (FHN) məlumat verilib.

    Bildirilib ki, yanğından mühafizə bölmələrinin çevik müdaxiləsi sayəsində yanğın genişlənməsinə imkan verilmədən qısa müddətdə söndürülüb.

    “SOCAR Downstream Management” MMC-dən isə bildirilib ki, Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) Neft Emalı Zavodunda qeydə alınan yanğın hadisəsi nəticəsində xəsarət alan yoxdur.

    * * * * *

    Bakının Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda baş verən yanğının söndürülməsinə iki yanğınsöndürən helikopter cəlb olunub.

    Bu barədə “Report” xəbər yayıb.

    * * * * *

    Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

    Fövqəladə Hallar Nazirliyindən (FHN) Oxu.Az-a bildirilib ki, qurumun “112” qaynar telefon xəttinə paytaxtın Nizami rayonu ərazisində yerləşən Neft Emalı Zavodunda yanğın baş verməsi barədə məlumat daxil olub.

    Məlumatla əlaqədar FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri dərhal əraziyə cəlb olunub.

    * * * * *

    Heydər Əliyev adına Neft Emalı Zavodunda yanğın başlayıb.

    Əraziyə yanğınsöndürənlər cəlb olunublar.