Month: October 2024

  • В Баку тестируют маршруты передвижения специальных автомобилей COP29

    В рамках подготовки к климатической конференции COP29, которая пройдет в Баку с 11 по 22 ноября текущего года, проводятся мониторинги по управлению транспортом с целью бесперебойной и безопасной организации дорожного движения во время мероприятия.

    Об этом сообщили в пресс-службе Азербайджанской операционной компании COP29.

    В рамках мониторинга сегодня с 11:00 до 15:30 тестируется движение автобусов и специальных автомобилей COP29 по направлениям Центр Гейдара Алиева и Международный аэропорт Гейдар Алиев, а также местам проживания участников конференции.

    К мониторинговым мероприятиям, проводимым Азербайджанской операционной компанией COP29, Министерством внутренних дел и Агентством наземного транспорта Азербайджана, привлечено более 20 автомобилей и 15 автобусов.

  • Bakıda COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilir

    Bu ilin 11-22 noyabr tarixlərində Bakıda keçiriləcək COP29 iqlim konfransına hazırlıq prosesi çərçivəsində tədbir müddətində yol hərəkətinin fasiləsiz və təhlükəsiz şəkildə təşkili məqsədilə paytaxtda nəqliyyatın idarə edilməsi üzrə monitorinqlər keçirilir.

    Bu barədə COP29 Azərbaycan Əməliyyat Şirkətinin mətbuat xidməti məlumat yayıb.

    Bildirilib ki, monitorinq tədbirləri çərçivəsində oktyabrın 19-u saat 11:00-dan 15:30-dək paytaxtın mərkəzində yerləşən və konfrans iştirakçıları üçün nəzərdə tutulan qonaqlama məkanları, Heydər Əliyev Mərkəzi və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus və COP29-a məxsus xüsusi avtomobillərin hərəkəti test edilməkdədir.

    COP29 Azərbaycan Əməliyyat Şirkəti, Daxili İşlər Nazirliyi və Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən həyata keçirildiyi monitorinq tədbirlərinə 20-dən artıq avtomobil və 15 avtobus cəlb edilib.

    Qeyd edilib ki, şəhərdaxili monitorinq prosesi yol hərəkətinə məhdudiyyətlər tətbiq edilmədən reallaşdırılır. Monitorinq tədbirlərinin keçirilməsində əsas məqsəd COP29 konfransı zamanı tətbiq olunacaq xüsusi nəqliyyat vasitələrinin hərəkət sxemlərinin sınaqdan keçirilməsi, yollarda yarana biləcək instensivliyin idarə edilməsinə hazırlıqdır. Simulyasiya prosesində konfrans dövründə yerinə yetirəcəkləri tapşırıqlara hazırlıq səviyyələrini qiymətləndirmək məqsədilə xüsusi təlimlərdən keçmiş 350-ə yaxın COP29 könüllüsü də iştirak edir.

    Qeyd edək ki, monitorinqlərin davamı 20 oktyabr gecə saat 02:30-dan 04:30-dək yollarda qismən məhdudlaşmalar tətbiq edilməklə davam edəcək. Bu mərhələdə mərkəzi hotellər, tədbir məkanı olan Bakı Stadionu və Heydər Əliyev Beynəlxalq Aeroportu istiqamətlərində müəyyən olunmuş avtobus, taksi və xüsusi xidmət avtomobillərin cəlb edilməsi ilə simulyasiyalar davam etdiriləcək.

  • 11 случаев ранних браков предотвращено в этом году в Азербайджане – ОФИЦИАЛЬНО

    Одной из самых серьезных проблем нашего общества сегодня являются ранние браки. К сожалению, количество таких случаев в Азербайджане немалое.

    Согласно статье 1.4 Семейного кодекса Азербайджанской Республики, правовое регулирование брачных и семейных отношений с юридической точки зрения осуществляется государством, и признается только брак, заключенный в соответствующем органе исполнительной власти. В статье 1.5 того же документа отмечается, что религиозное бракосочетание не имеет юридического значения.

    Брачный возраст в республике – 18 лет, и лицам младше этого возраста не разрешается вступать в брак.

    Modern.az связался с Государственным комитетом по проблемам семьи, женщин и детей, чтобы получить информацию о количестве предотвращенных ранних браков в 2024 году.

    В структуре сообщили, что как только в госкомитет, а также в 11 центров поддержки детей и семей, действующих при комитете, поступает информация о раннем или детском браках, организуются визиты в семьи с участием представителей этих центров, местных органов исполнительной власти и полиции, разъясняется ответственность, предусмотренная соответствующим законодательством, принимаются необходимые меры по предотвращению подобных случаев.

    “В текущем году в структуру поступило 16 обращений, связанных с ранними браками. Все они были рассмотрены. В целом из 16 заявлений 11 были предотвращены, одно было признано необоснованным.

    Кроме того, центрами поддержки детей и семей в течение года было совершено 15 визитов в семьи в связи с вышеупомянутыми правонарушениями.

    Из них 10 были основаны на обращениях, поступивших в Центры поддержки детей и семей в связи с ранними браками и принуждением к бракосочетанию, два – на запросах, поступивших из СМИ в связи с соответствующим нарушением закона в отношении несовершеннолетних, а три случая ранних браков были выявлены самими центрами. В результате посещения семей было предотвращено семь аналогичных случаев, четыре обращения были признаны необоснованными (т.е. случаи ранних браков не были выявлены).

    В то же время госкомитет и действующие при нем центры поддержки детей и семей организуют визиты к семьям детей, уклоняющихся от образования и находящихся в социально уязвимом положении, с участием представителей соответствующих органов, проводят индивидуальную профилактическую работу с несовершеннолетними, принимают превентивные меры по выявлению фактов ранних или детских браков, организации визитов в эти семьи, предотвращению их”, – отмечается в информации.

  • Bu il Azərbaycanda 11 erkən nikahın qarşısı alınıb – RƏSMİ

    Bu gün cəmiyyətimizin ən böyük problemlərindən biri də erkən nikahlarla bağlıdır. Təəssüflər olsun ki, Azərbaycanda da belə halların sayı az deyil.

    Azərbaycan Respublikası Ailə Məcəlləsinin 1.4-cü maddəsinə əsasən, Azərbaycan Respublikasında nikah və ailə münasibətlərinin hüquqi baxımdan tənzimlənməsi dövlət tərəfindən həyata keçirilir və yalnız müvafiq icra hakimiyyəti orqanında bağlanmış nikah tanınır. Məcəllənin 1.5-ci maddəsində isə qeyd olunur ki, dini kəbinkəsmə (dini nikah) hüquqi əhəmiyyətə malik deyil.

    Azərbaycanda nikah yaşı 18-dir və bu yaşdan aşağı şəxslərin ailə qurmasına icazə verilmir.

    Modern.az cari il ərzində qarşısı alınan erkən nikahların sayı ilə bağlı məlumat əldə etmək üçün Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi ilə əlaqə saxlayıb.

    Qurumdan bildirilib ki, komitəyə, eləcə də komitənin nəzdində fəaliyyət göstərən 11 Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə erkən nikah və uşaq evliliyi ilə bağlı məlumat daxil olan kimi həmin mərkəzlərin, yerli icra hakimiyyətlərinin və polisin nümayəndəsinin iştirakı ilə ailələrə səfərlər təşkil edilir, bu cür nikahlara görə qanunvericilikdə nəzərdə tutulan məsuliyyət izah olunur, belə halların qarşısının alınması istiqamətində müvafiq tədbirlər görülür:

    “Cari il ərzində Dövlət Komitəsinə erkən evliliklərlə bağlı 16 müraciət daxil olub. Müraciətlər araşdırılıb. Ümumilikdə 16 müraciətdən 11-nin qarşısı alınıb, birinin əsassız olduğu müəyyən edilib”.

    Verilən məlumata görə, bununla yanaşı Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən il ərzində erkən nikah və uşaq evliliyi ilə bağlı 15 ailə səfəri olub:

    “Onlardan 10-u Uşaq və Ailələrə Dəstək Mərkəzlərinə erkən nikah və nikaha məcbur etmə ilə bağlı daxil olan müraciətlər əsasında, ikisi uşaq evliliyi ilə bağlı mediadan daxil olan müraciətlər əsasında olub, üç erkən nikah halı isə Mərkəzlər tərəfindən aşkarlanıb. Ailə səfərləri nəticəsində yeddi erkən nikah halının qarşısı alınıb, dörd müraciət əsassız hesab olunub (erkən nikah halı aşkarlanmayıb).

    Eyni zamanda, Dövlət Komitəsi və komitənin nəzdində fəaliyyət göstərən Uşaq və Ailələrə Dəstək Mərkəzləri tərəfindən təhsildən yayınan və sosial təhlükəli vəziyyətdə olan uşaqların ailələrinə də aidiyyəti qurumların nümayəndələrinin iştirakı ilə səfərlər təşkil edilir, uşaqlarla fərdi profilaktik işlər aparılır, erkən nikah və uşaq nikah faktlarının aşkarlanması, həmin ailələrə səfərlərin təşkili, nikahın qarşısının alınması istiqamətində qabaqlayıcı tədbirlər görülür”.

  • В Нью-Йорке отметили День восстановления независимости Азербайджана

    В Нью-Йорке 18 октября по случаю 33-й годовщины восстановления независимости Азербайджана был поднят азербайджанский триколор.

    Как сообщает американское бюро report, Государственный флаг Азербайджана был вывешен в парке “Боулинг-Грин”, расположенном на Уолл-стрит, одной из самых посещаемых туристами улиц, которая считается символом и финансовым центром Нью-Йорка.

    Проект был реализован под руководством вице-президента Нью-Йоркской ассоциации азербайджанцев Замины Мирхадиевой. В церемонии приняли участие постоянный представитель Азербайджана при ООН Яшар Алиев, а также наши соотечественники, проживающие в Нью-Йорке, и активисты диаспоры.
    Флаг Азербайджана будет развеваться в парке 10 дней.

    Отметим, что и в предыдущие годы трехцветный флаг украшал небо Нью-Йорка в памятные для Азербайджана дни.

  • Nyu Yorkda Azərbaycan bayrağı qaldırılıb

    18 Oktyabr – Müstəqilliyin Bərpası Günü münasibətilə ABŞ-nin Nyu York şəhərində Azərbaycanın dövlət bayrağı ucaldılıb.

    Report-un ABŞ bürosu xəbər verir ki, dövlət bayrağı Nyu York şəhərinin simvolu və maliyyə mərkəzi hesab olunan, turistlərin ən çox ziyarət etdiyi küçələrdən birində – “Wall Street”də yerləşən “Bowling Green” parkında asılıb.

    Layihə Azərbaycan Nyu York Assosiasiyasının vitse-prezidenti Zəminə Mirhadıyevanın təşkilatçılığı ilə həyata keçirilib. Mərasimdə Azərbaycanın BMT yanında daimi nümayəndəsi Yaşar Əliyev və Nyu Yorkda yaşayan həmvətənlərimiz, diaspor aktivləri iştirak ediblər.
    Azərbaycan və ABŞ bayraqları səmada birlikdə dalğalanıb.

    Y.Əliyev çıxışında Müstəqilliyin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.
    Azərbaycan bayrağı 10 gün ərzində ərazidə dalğalanacaq.

    Qeyd edək ki, əvvəlki illərdə də Azərbaycanla bağlı bir çox tarixi günlərdə üçrəngli bayraq Nyu York səmalarını bəzəyib. “Bowling Green” Nyu Yorkun ilk rəsmi parkıdır və nəhəng bayraq meydanı kimi tanınır.

  • Neftçala sakini bədbəxt hadisə ilə üzləşib

    Neftçala rayonunda bədbəxt hadisə baş verib.

    Report-un Aran bürosu xəbər verir ki, hadisə rayonun Xolqaraqaşlı kəndində qeydə alınıb.

    İlkin məlumata görə, kənd sakini, 1988-ci il təvəllüdlü Əsgərov Gündüz Çingiz oğlu öz həyətində iş görərkən diskli kəsici alətlə (laqonda) sağ ayağının barmaqlarını kəsib.

    Yaralı Salyan Mərkəzi Rayon Xəstəxanasına çatdırılıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Mark Rütte: Rusiyanın destruktiv addımlarının qarşısının alınması NATO-nun prioritetlərindəndir

    “NATO-nun əsas prioritetləri regionun müdafiəsinin gücləndirilməsi, Rusiyanın destruktiv addımlarının qarşısının alınması, eləcə də milyarda yaxın insanın təhlükəsizliyinin təminatından ibarətdir”.

    Apa alyansın saytına istinadən xəbər verir ki, bunu NATO-nun baş katibi Mark Rütte quruma üzv ölkələrin müdafiə nazirlərinin Brüssel görüşündə bildirib.

    Alyans üzvlərini Rusiyanın rəhbər tutduğu ritorikadan agah edən M. Rütte əlavə edib ki, nüvə təhlükəsizliyinin təminatı NATO üçün hər zaman olduğu kimi bu gün də prioritet məsələdir.

    Baş katibin qənaətincə, bu xüsusda müdafiə sənayesi istehsalının artırılması, habelə yeni texnologiyaların tətbiqi təhlükəsizliyin vacib elementini təşkil edir.
    Qeyd edək ki, oktyabrın 17-də NATO-nun müdafiə nazirləri ilk dəfə olaraq Avstraliya, Yaponiya, Cənubi Koreya və Yeni Zelandiyadam olan həmkarları ilə təhlükəsizlik, eləcə də Ukrayna məsələsi, o cümlədən Çin, Şimali Koreya və İranın Rusiyaya dəstəyini müzakirə ediblər.

  • Lerikdə odun peçindən çıxan alov 2 yaşlı uşağın üzərinə düşüb

    Lerikdə benzinlə ehtiyatsız davranma 2 yaşlı uşağın yanmasına, ata və ananın xəsarət almasına səbəb olub.

    Apa-nın cənub bürosunun verdiyi məlumata görə hadisə Lerik rayonunun Blaband kənd ərazi vahidliyinə daxil olan Şinəbənd kəndində baş verib. Kənd sakini 1987-ci il təvəllüdlü Rüfət Güloğlan oğlu Abbasov, evdə odun peçini qalamaq üçün benzindən istifadə edib. Bu zaman peçdən çıxan alov ətrafa və yaxınlıqda olan uşaq 2022-ci il təvəllüdlü V.R.Abbaslının üzərinə düşüb. Uşağın anası 1989-cu il təvəllüdlü Afiqə İbrahim qızı Qasımova dərhal uşağın paltarlarını çıxarmağa çalışıb. Həmin anda ana da hər iki əlin 1 və 2-ci dərəcəli termiki yanıq xəsarətləri alıb. 2 yaşlı uşaq dərhal Lənkəran Rayon Mərkəzi Xəstəxanasının təcili yardım şöbəsinə hospitalizasiya olunub, ilkin tibbi yardımdan sonra vəziyyətinə uyğun olaraq reanimasiya şöbəsinə yerləşdirilib.

    Hazırda həkimlər uşağın vəziyyətini ağır qiymətləndirir. Ona bədənin 90% termiki yanıq diaqnozu qoyulub. Ata R.Abbasov isə Lerik rayon mərkəzi xəstəxanasına çatdırılıb.

    Fakt araşdırılır.

  • Şəkidə məktəblinin meyiti tapıldı

    Şəkidə məktəblinin meyiti tapılıb.

    Median.Az APA-ya istinadən bildirir ki, hadisə axşam saatlarında rayonun Orta Zəyzid kəndində baş verib.
    Kənd sakini 16 yaşlı Çiçək Habil qızı Lətifovanın meyiti yaşadığı evdə qapının əl tutacağından asılı vəziyyətdə aşkar edilib.

    İlkin araşdırma zamanı 11-ci sinif şagirdi olan C. Lətifovanın öldüyü məlum olub.

    Faktla bağlı Şəki rayon prokurorluğunda araşdırma aparılır.