Month: October 2024

  • Zaqatalada yaşayış evi yanıb

    Zaqatalada fərdi yaşayış evi yanıb.

    APA-nın Şimal-qərb bürosunun məlumatına görə, axşam saat 20:30-da rayonun Aşağı Tala kəndində Abdulla Hacı oğlu Əzizova məxsus ümumi sahəsi 90 kv/m olan, ikiotaqlı, birmərtəbəli fərdi yaşayış evində baş verib.
    .
    Yanğının söndürülməsi üçün əraziyə Zaqatala rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikaları və şəxsi heyəti cəlb edilib.

    Yanğın nəticəsində evin yanar konstruksiyaları ev əşyaları ilə birlikdə yanıb.

    Yanğın zamanı xəsarət alan olmayıb.

    Faktla bağlı araşdırma aparılır.

  • Payızda varlanacaq bürclər – Pula pul deməyəcək

    Bu il payız fəslində var-dövlətə sahib olacaq bürclər müəyyən olunub.

    Median.Az baku.ws-ə istinadən bildirir ki, astroloji şans planetlərinin təsiri ilə yüksək pul enerjisi olan üç bürc bu dövrdə pula pul deməyəcək. Cibləri pulla dolacaq bürclər və onları gözləyən bolluq dövrü!

    Buğa bürcü

    Maddi dünya ilə güclü əlaqələri olan Buğalar noyabr və dekabr ayında böyük maddi qazanc dövrünə qədəm qoyurlar. Buğaları investisiyalardan gözlənilməz gəlirlər, işgüzar yüksəliş və pul imkanları gözləyir. Yeni layihələrə addım atmaqdan çəkinməyən Buğalar payız fəsli qazanclarını qat-qat artırmaq şansı əldə edəcəklər.

    Qız bürcü

    Payız fəslində Qız bürcü səylərinə görə böyük mükafat alacaq. Çoxdan gözlənilən ödənişlər və ya işdə yeni imkanlar Qız bürclərini maddi cəhətdən rahatlaşdıracaq. İntizamlı xasiyyətləri ilə tanınan Qızlar maliyyə qazanclarını artırmaq üçün düzgün addımlar atacaq və bu ay ən gəlirli bürclər arasında olacaqlar.

    Oğlaq bürcü

    Oğlaqlar payız fəsli karyera nərdivanlarını sürətlə dırmaşacaqlar. Bu payız Oğlaqlar üçün pul qapılarının geniş açılacağı bir dövr olacaq. Oğlaqların iş həyatındakı uğurları gözlənilməz maliyyə imkanları və qazancları ilə taclanacaq. İlin sonuna doğru gəlirlərində böyük artım yaşayacaq Oğlaqlar, investisiyalarınd

  • COP29 tədbir məkanında media-tur keçirilib – VİDEO

    Bu gün COP29 iqlim konfransına hazırlıq işləri ilə yerli media qurumlarını tanış etmək məqsədilə COP29 Azərbaycan Əməliyyat Şirkəti tərəfindən konfrans məkanı olan Bakı Stadionuna media tur təşkil edilib. 
     
     Median.Az xəbər verir ki, 60-dan çox media nümayəndəsinin, o cümlədən teleradio şirkətlərinin, informasiya agentliklərinin və xəbər saytlarının rəhbərlərinin iştirak etdiyi media-turda COP29-a hazırlıq çərçivəsində görülən işlər barədə ətraflı məlumat verilib.
     
    Media-turda Azərbaycan Prezidentinin köməkçisi, COP29 Təşkilat Komitəsinin üzvü Anar Ələkbərov, COP29 Azərbaycan Əməliyyat Şirkətinin İdarə Heyətinin sədri və Əməliyyatlar üzrə baş icraçı Nərmin Çarçalova, eləcə də Əməliyyat Şirkətinin müvafiq departamentlərinin rəhbərləri iştirak ediblər.
     
    Tanışlıq turu çərçivəsində media nümayəndələrinə tədbir məkanının konfransa hazırlıq vəziyyətinə gətirilməsi istiqamətində görülən işlər barədə geniş məlumat verilib, ərazidə icra edilən tikinti-quraşdırma işlərinin yekun tamamlanma mərhələsində olduğu və tədbir məkanının BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasına (UNFCCC) tələb olunan tarixdə təhvil veriləcəyi bildirilib.
     
    Media qurumlarının rəhbərləri və jurnalistlər konfransın keçiriləcəyi Bakı Stadionunun həm Mavi, həm də Yaşıl zonalarına baş çəkməklə tədbir məkanında yaradılmış infrastruktur, təmin edilən texnologiyalar, müxtəlif təyinatlı zona və məkanlarla tanış olublar. Qonaqlar konfransın gedişində media nümayəndələrinin səmərəli işinin təşkili üçün tələb olunan şəraitin yaradıldığı Media Mərkəzinə də baxış keçiriblər.

    Qeyd olunub ki, indiyədək konfransın işıqlandırılması üçün dünyanın ən nüfuzlu media qurumları da daxil olmaqla, 2700-ə qədər media nümayəndəsi akkreditasiyadan keçib və hazırda qeydiyyat prosesi davam edir. 6325 kvadratmetr sahəni əhatə edən Media Mərkəzində 1200 media nümayəndəsinin eyni anda işləyə bilməsi üçün hər cür şərait təşkil olunub. 
     
    Media-tur çərçivəsində həmçinin qeyd edilib ki, cari tarixə olan məlumatlara əsasən, COP29-da iştirak üçün qeydiyyatdan keçən müxtəlif ölkə nümayəndələrinin ilkin sayı artıq 28 000 nəfər təşkil edir. COP tədbirlərinə xas olaraq əksər deleqasiyaların tədbirə daha yaxın tarixlərdə qeydiyyat üçün müraciət etmə tendensiyası nəzərə alınaraq, davam edən registrasiya prosesi ərzində bu rəqəmlərin yaxın həftələrdə dinamik artımının müşahidə ediləcəyi bildirilib. 
     
    Xüsusilə vurğulanıb ki, COP29 konfransının təşkili zamanı inklüzivlik və müyəssərliyin təmin olunması əsas prioritetlərdən biri kimi nəzərə alınıb. Belə ki, tədbir məkanın hər kəsə əlçatan olması üçün tikinti və quraşdırma işlərinin bütün mərhələlərində müvafiq tələblər nəzərə alınıb. 
     
    Sonda media nümayəndələrini maraqlandıran suallar ətraflı şəkildə cavablandırılıb. 

  • Putin: Rusiya Ukraynadakı münaqişəyə son qoymaq üçün dialoq aparmağa hazırdır

    Rusiya Ukraynadakı münaqişəyə sülh yolu ilə son qoymaq üçün dialoq aparmağa hazırdır.

    APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya Prezidenti Vladimir Putin BRICS ölkələri KİV rəhbərləri ilə görüşündə deyib.

    O, Rusiyanın Kiyevlə ancaq İstanbul razılaşmaları əsasında, dialoq aparmağa hazır olduğunu söyləyib.

    Putin bildirib ki, Ukrayna ilə bağlı konfrans üçün mümkün məkan kimi Səudiyyə Ərəbistanının əleyhinə deyil, amma məsələ “nəyi müzakirə etməkdir”.

    Putin hesab edir ki, Kiyev əvvəlcə Rusiya Federasiyası ilə danışıqları qadağan edən dekreti ləğv etməlidir.

    O deyib ki, Rusiya Federasiyası Ukraynada sülh yolu ilə nizamlanmanı istəyir, o cümlədən öz əsgərlərini düşündüyü üçün:

    “Rusiyalı əsgərlər xüsusi əməliyyat zamanı öz əraziləri üçün döyüşürlər. Rusiya silahlı mübarizəni davam etdirməyə hazırdır, Qələbə bizim olacaq”.

    Rusiya prezidenti Ukraynada “bir həftəlik, iki və ya bir illik atəşkəsə” qarşıdır. Onun sözlərinə görə, dayanıqlı sülh üçün şərait lazımdır.

    Putin qeyd edib ki, NATO Rusiya ilə Ukrayna əsgərlərinin əli ilə vuruşur, Kiyevin üçüncü ölkələrin maraqları naminə öz hərbçilərinə heyfi gəlmir.

    “Ukrayna ordusunun özü yüksək dəqiqlikli silahlardan istifadə etmək iqtidarında deyil, bütün bunları NATO mütəxəssisləri edir”, – Rusiya prezidenti əlavə edib.

  • Bakıda daha bir məhkum ölümü qeydə alınıb

    Bakıda məhkum ölüb.

    Bakupost.az xəbər verir ki, Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 15 saylı cəzaçəkmə müəssisəsində cəza çəkən 1982-ci il təvəllüdlü İntiqam Əliyevin vəziyyəti qəfil pisləşib.

    O, 1 Saylı Kliniki Tibbi Mərkəzə aparılarkən yolda keçinib.

    Mərhumun üzərində hər hansı zorakılıq izi aşkarlanmayıb.

    Qeyd edək ki, bu, 2024-cü il ərzində Bakı həbsxanalarında 34-cü ölüm hadisəsidir.

  • МИД: Баку и Ереван достигли соглашения о необходимости приложить больше усилий для заключения мирного договора-ФОТО

    18 октября 2024 года в Стамбуле прошла встреча министра иностранных дел Азербайджана Джейхуна Байрамова и министра иностранных дел Армении Арарата Мирзояна в рамках региональной консультационной платформы “3+3”.

    Как передает апа, об этом сообщает МИД Азербайджана.

    Стороны продолжили переговоры по Соглашению о мире и установлении межгосударственных отношений и достигли соглашения о необходимости приложить больше усилий для его завершения и подписания в кратчайшие сроки.

    Стороны высоко оценили гостеприимство Турции.

  • İstanbulda Azərbaycan və Ermənistan XİN rəhbərlərinin görüşü keçirilib – Yenilənib – FOTO

    18 oktyabr 2024-cü il tarixində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan arasında İstanbulda “3+3” regional məşvərət platforması çərçivəsində görüş keçirilib.

    Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, tərəflər Sülh və Dövlətlərarası Münasibətlərin Qurulması haqqında Saziş ilə bağlı danışıqları davam etdirib, ən qısa zaman ərzində onun yekunlaşdırılması və bağlanması üçün daha çox səy göstərmək istiqamətində razılıq əldə ediblər.

    Tərəflər Türkiyənin qonaqpərvərliyini təqdir ediblər.

    **

    3+3” regional məşvərət formatının iclası çərçivəsində Türkiyənin İstanbul şəhərində Sülh və Dövlətlərarası Münasibətlərin qurulması haqqında Müqavilə üzrə Azərbaycan-Ermənistan danışıqlarının növbəti raundu başlayıb.

    Apa xəbər verir ki, bu barədə Azərbaycan Xarici İşlər Nazirliyi məlumat yayıb.

    Görüşdə Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov və Ermənistan xarici işlər naziri Ararat Mirzoyan iştirak edir.

  • Vladanka Andreyeva Azərbaycanı təbrik etdi

    BMT-nin Azərbaycandakı rezident-əlaqələndiricisi Vladanka Andreyeva 18 oktyabr – Azərbaycan Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Median.Az xəbər verir ki, o, bu barədə X-də yazıb.
    “Müstəqilliyin Bərpası Günün mübarək, Azərbaycan!”, – o bildirib.

  • Скончался Таги Ахмедов

    После продолжительной болезни скончался бывший глава ЗАО “Бакинский метрополитен” Таги Ахмедов.

    Информацию Qafqazinfo подтвердила его супруга Салатын Ахмедова.

    Отметим, что Т.Ахмедов родился 1 февраля 1949 года в Шахбузском районе (Нахчыванская Автономная Республика). В 1998-2014 годах возглавлял ЗАО “Бакинский Метрополитен”. Также до 2022 года Т.Ахмедов занимал должность председателя Ясамальской районной организации партии “Ени Азербайджан”.

  • Tağı Əhmədov VƏFAT ETDİ

    “Bakı Metropoliteni” QSC-nin sabiq rəisi Tağı Əhmədov vəfat edib.

    Bu barədə məlumatı onun həyat yoldaşı Salatın Əhmədova “Qafqazinfo”ya təsdiq edib.

    Məlumata görə, bir az əvvəl Tağı Əhmədov əziyyət çəkdiyi xəstəlikdən dünyasını dəyişib.

    Qeyd edək ki, Tağı Məhəmməd oğlu Əhmədov 1 fevral 1949-cu ildə Naxçıvanın Şahbuz rayonunda anadan olub. O, 1998-2014-cü illərdə “Bakı Metropoliteni” QSC-yə rəhbərlik edib. T.Əhmədov eyni zamanda, 2022-ci ilədək Yeni Azərbaycan Partiyası Yasamal rayon təşkilatının sədri idi.