Month: October 2024

  • Qubada müəllimlərin olduğu maşını sel apardı – Video

    Qubanın Cimi kəndində müəllimləri daşıyan maşını sel aparıb.

    Median.Az xəbər verir ki, bu barədə görüntülər sosial şəbəkələrdə paylaşılıb.

    Belə ki, avtomobildə olan bir qrup müəllim heyəti çayı keçən zaman sel gəlib.

    Nəticədə “Şevrolet” markalı nəqliyyat vasitəsini su basıb və 100 metr məsafəyə aparıb.

    Avtomobil çaydakı iri daşa ilişərək dayandıqdan sonra nəqliyyat vasitəsini və sürücünü sudan çıxarmaq mümkün olub.

    Sakinlər bildiriblər ki, kənddə körpü yoxdur, yalnız Qonaqkənddə var. Cimi sakinləri gediş-gəliş üçün çayı keçməli olurlar.

    Həmin görüntüləri təqdim edirik:

  • Putin Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib

    Rusiya Prezidenti Vladimir Putin tədbiri pozmamaq üçün bu il Braziliyada keçiriləcək G20 sammitinə getməyəcəyini bildirib. Apa-nın Moskva müxbiri xəbər verir ki, bunu Putin BRCİS ölkələriniN KİV rəhbərləri ilə görüşündə deyib.

    “Biz Rusiya ətrafında baş verənləri başa düşürük və mən də başa düşürəm”, – deyə Putin onun həbsinə dair Beynəlxalq Cinayət Məhkəsməsinin orderi fonunda Braziliyaya səfərin mümkünlüyünü şərh edərkən bildirib.
    Rusiya lideri Braziliya prezidenti ilə “əla dostluq münasibətlərinin” olduğunu da söyləyib.

    Rusiya lideri vurğulayıb ki, Beynəlxalq Cinayət Məhkəməsinin universal əhəmiyyəti yoxdur. O, Rusiyanın yurisdiksiyasını tanımadığı beynəlxalq təşkilatlardan biridir. Onu nə ABŞ, nə Çin nə də Türkiyə tanıyır.
    Putin onu da əlavə edib ki, ABŞ-nin qışqırmasından sonra Beynəlxalq Cinayət Məhkəməsi Yaxın Şərqlə bağlı tez susub.

  • Qarabağa 4 ildə daha 15 milyard vəsait xərclənəcək

    Azərbaycanın işğaldan azad olunmuş ərazilərin yenidənqurulması və bərpası ilə bağlı xərclərin (Böyük qayıdış I planının layihəsi) 2025-2028-ci illərdə 14,612 milyard manat təşkil edəcəyi proqnozlaşdırılır.

    Median.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyinin açıqladığı “2025-2028-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi”ndə bildirilir.

    Sənədə əsasən, bunun da əsaslı xərclərdə xüsusi çəkisi 28,9% təşkil edəcək.

    Dövlət büdcəsinin əsaslı xərclərinin ortamüddətli dövrün sonuna 2024-cü ilin təsdiq olunmuş göstəricisi ilə müqayisədə 3 milyard 581,4 milyon manat və yaxud 23,3% azalma ilə 11 milyard 794,4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Ortamüddətli dövrdə dövlət büdcəsinin əsaslı xərclərinin mühüm hissəsini Böyük Qayıdış Proqramının icrası və ölkənin müdafiə qabiliyyətinin və təhlükəsizliyinin gücləndirilməsi təşkil edir.

  • Hərbçimiz özünü öldürdü, cinayət işi açıldı

    Müdafiə Nazirliyinin N saylı hərbi hissəsinin hərbi qulluqçusu, əsgər Novruz Fikrət oğlu Gözəlovun odlu silahdan istifadə etməklə özünü öldürməsi barədə Gəncə hərbi prokurorluğuna məlumat daxil olub.

    Bu barədə  Hərbi Prokurorluqdan daxil olan məlumatda bildirilib.

    Qeyd edilib ki, daxil olmuş məlumat əsasında Gəncə hərbi prokurorluğunun və Azərbaycan Respublikası Hərbi Prokurorluğunun Kriminalistika və İnformasiya Texnologiyaları idarəsinin əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, iş üçün əhəmiyyət kəsb edən predmetlər maddi sübut kimi götürülüb və digər hərəkətlər icra edilib.

    Fakt üzrə Gəncə hərbi prokurorluğunda Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılaraq, zəruri istintaq hərəkətləri həyata keçirilib.

    Hazırda istintaq davam etdirilir və qanunvericiliyin tələblərinə uyğun olaraq bütün tədbirlərin görülməsi təmin olunacaqdır.

    Allah hərbçimizə rəhmət eləsin.

  • Alim Qasımov: “Əqrəbamı yığsaydım o qədər pul tapa bilməzdim” – VİDEO

    ARB TV-nin “İzzət Şou” verilişinin qonaqları Alim Qasımov və Fərqanə Qasımova olub.

    Median.Az xəbər verir ki, Alim Qasımov Əlibaba Məmmədovla bağlı xatirələrini bölüşüb.

    “Mən Əlibaba müəllimin eşqinə gəlmişdim Asəf Zeynallıya, amma mən gəbul olan ili o, cixdi ordan. O vaxti ən boyük sənətkarlarımızdan birinin arxasıyca altı-yeddi ay gəzdim ki, mənə müəllimlik elesin, məni qəbul etmədi, yol da göstərmədi. Əlibaba müəllim üçün oxudum, dedi ki, gəlin qol cəkin bundan gələcəkdə sənətkar olacaq. Bir də soruşdu ki, atan harda işləyir?  O vaxtı Asəf Zeynallıya qəbul olmaq üçün iki min beş yüz manat pul lazım idi. Mən də əqrəbamı yığsaydım o qədər pul tapa bilməzdim” – deyə o, bildirib.

    Daha ətraflı video məlumatı təqdim edirik:

  • “Sələmçi Qiyas” həbs olundu

    Yevlaxda və ətraf rayonlarda sələmçi kimi tanınan Qiyas Pənahov hədə-qorxu ilə tələb etmə əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb. 

    Median.Az sfera.az-a istinadən xəbər verir ki, onun barəsində Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müvafiq qərarla “Sələmçi Qiyas” barəsində həbs-qətimkan tədbiri seçilib.

    Bildirilir ki, Q.Pənahovun əməlləri ilə bağlı onlarla zərərçəkmiş var. Sələmçinin həmin şəxslərə 300 min manatdan artıq zərər vurduğu qeyd edilir.
    Şikayətçilərin sayının artması istisna deyil.

    Qeyd edək ki, sosial şəbəkələrdə və televiziyalarda “Sələmçi Qiyas”la bağlı bir neçə dəfə məlumatlar yayılıb. Həmin məlumatlarda şikayətçilər sələmçinin onlara 500 manat qarşılığında 5 min, 1000 manata qarşı 10 minlik borc müqaviləsinə imza atdırdığını iddia ediblər.

  • Balakəndə sürücünün ölümü ilə nəticələnən qəza olub

    Balakəndə ölümlə nəticələnən qəza baş verib.

    “Report”un məlumatına görə, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.
    Belə ki, VAZ-2106 markalı avtomobilin sürücüsü, 1993-cü il təvəllüdlü Surac Ramazanovun idarəetməni itirməsi nəticəsində nəqliyyat vasitəsi əvvəlcə Allahverdi
    Osmanovun idarə etdiyi VAZ-21011-lə toqquşub, daha sonra isə divara dəyib.

    Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Şəki regional qrupundan bildirilib ki, S.Ramazanov aldığı xəsarətlərdən hadisə yerində ölüb.

    Faktla bağlı rayon polis şöbəsində cinayət işi başlanıb.

  • XƏBƏRDARLIQ! Elektrik və internet kəsilə bilər – 11 illik…

    Günəşdə aktivlik maksimum səviyyəyə çatıb.

    Median.Az yenisabah.az-a istinadən xəbər verir ki, NASA bu barədə xəbərdarlıq edib.

    Məlumata görə, bu dövrdə Günəş 11 illik dövrünün zirvəsinə çatacaq və günəş ləkələri, günəş alovları və tac kütləsinin atılması kimi qeyri-adi hadisələrlə özünü göstərəcək. Günəş qarşıdakı aylarda intensiv şəkildə aktivləşəcək. Lakin bu hərəkətliliyin nə vaxt sona çatacağı, yəni maqnit qütblərinin nə vaxt yer dəyişəcəyi və dövrün stasionar dövrünün nə vaxt başlayacağı hələlik bəlli deyil. NASA-nın verdiyi açıqlamaya görə, Günəş hər 11 ildən bir müəyyən dövrələrdən keçir və bu dövrlərdə müxtəlif dəyişikliklər baş verir. vakansiyalar
    Alimlər Günəşin daxilində gedən prosesləri tam başa düşə bilmirlər. Günəşin dövrünü dəqiq proqnozlaşdırmaq çətindir, çünki hər bir dövr müxtəlif uzunluqda və intensivlikdə ola bilər. Günəş dövrünün ən mühüm göstəricilərindən biri Günəşin səthindəki günəş ləkələridir. Bu ləkələr maqnit sahələrinin cəmləşdiyi, isti plazmanın axınına mane olan, bu sahələrin ətrafdan daha soyuq və qaranlıq görünməsinə səbəb olan ərazilərdir.

    Günəş alovları radio siqnallarında fasilələrə səbəb ola, tac kütlələrinin atılması isə Yerin maqnit sahəsi ilə qarşılıqlı əlaqədə ola bilər. Eyni zamanda, geomaqnit fırtınaları yarada bilər. Bu fırtınalar elektrik şəbəkələrinə, peyk əməliyyatlarına və rabitə sistemlərinə zərər verir. Lakin bu hadisələr həm də füsunkar qütb işıqlarının yaranmasına səbəb olur.

  • Ukraynanın bu silahı əldə etməsinə imkan vermərik – Putin

    Rusiya heç bir halda Ukraynanın nüvə silahı əldə etməsinə imkan verməyəcək.

    Median.Az xəbər verir ki, bu barədə Rusiya Prezidenti Vladimir Putin BRİKS ölkələrinin media rəhbərləri ilə görüşündə bildirib.

    “İndiki Ukraynanın siyasi rəhbərliyi hələ böhranın qaynar fazasına keçməmişdən əvvəl bu barədə dəfələrlə danışıb, Ukraynanın nüvə silahına malik olması lazım olduğunu bildiriblər. Belə bir təhdid Rusiyanın müvafiq reaksiyasına səbəb olacaq. Mən dərhal deyə bilərəm ki, Rusiya heç bir halda buna imkan verməyəcək”, – deyə Putin bildirib.

  • Türkiyə Prezidenti Azərbaycan xalqını təbrik edib

    Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan 18 oktyabr – Azərbaycanın Müstəqilliyinin Bərpası Günü münasibətilə Azərbaycan xalqını təbrik edib.

    Report xəbər verir ki, Prezident bu barədə “X”də paylaşım edib.

    “Dostumuz, qardaşımız: “iki dövlət, bir millət” şüarına sahib olduğumuz Azərbaycanın 18 oktyabr – Müstəqilliyinin Bərpası Gününü ən səmimi arzularımla təbrik edirəm. Prezident, dəyərli qardaşım İlham Əliyev və bütün Azərbaycan xalqına Türkiyənin salamını çatdırıram”, – o bildirib.