Yevlaxda və ətraf rayonlarda sələmçi kimi tanınan Qiyas Pənahov hədə-qorxu ilə tələb etmə əməllərinə görə polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində Yevlax Rayon Polis Şöbəsində cinayət işi açılıb. Müvafiq qərarla “Sələmçi Qiyas” barəsində həbs-qətimkan tədbiri seçilib.
Bildirilir ki, Q.Pənahovun əməlləri ilə bağlı onlarla zərərçəkmiş var. Sələmçinin həmin şəxslərə 300 min manatdan artıq zərər vurduğu qeyd edilir.
Şikayətçilərin sayının artması istisna deyil.
Qeyd edək ki, sosial şəbəkələrdə və televiziyalarda “Sələmçi Qiyas”la bağlı bir neçə dəfə məlumatlar yayılıb. Həmin məlumatlarda şikayətçilər sələmçinin onlara 500 manat qarşılığında 5 min, 1000 manata qarşı 10 minlik borc müqaviləsinə imza atdırdığını iddia ediblər.
Month: October 2024
-
“Sələmçi Qiyas” həbs olundu
-
Balakəndə ağır QƏZA – Sürücü ölüb
Balakəndə ölümlə nəticələnən yol qəzası baş verib.
Median.Az report-a xəbər verir ki, hadisə bu gün saat 15 radələrində rayonun İtitala kəndi ərazisində qeydə alınıb.
Belə ki,-216″ markalı avtomobilin sürücüsü, 193-cü il qurğusu Surac Ramazanovun idarəetməni itirməsi10 “OVAZ000” sistemini idarə edən Allahverməni idarə edən “VAZ-211″lə toqquşmaq, daha sonra divara vurmaqdır.
DİN-in Mətbuat xidmətinin Şəki regional təşkilatdan araşdırması ki, S.Ramazanov tərəfindən törədilən hadisələrdən zərər çəkmiş ölüb.
Faktla rayon polis şöbəsində cinayət işi başlanıb.
-
Audiovizual Şuranın növbəti iclası keçirilib, dörd yeni lisenziya verilib
18 oktyabr 2024-cü il tarixində Azərbaycan Respublikası Audiovizual Şurasının növbəti iclası keçirilib. İclasda audiovizual media fəaliyyəti üçün lisenziya verilməsi ilə bağlı bir sıra müraciətlərə baxılıb.
Audiovizual Şuranın müvafiq qərarları ilə “ABC-Telecom” MMC-yə universal platforma operatoru və sifarişli yayım xidməti provayderi (xidmət adı: “Kontakt TV”) lisenziyaları verilib. Bundan başqa, “SƏSTV” MMC-yə (televiziya redaksiyasının adı: “Səs TV”) və “Biznes TV” MMC-yə (televiziya redaksiyasının adı: “Biznes TV”) peyk yayımı həyata keçirməyən platforma yayımçısı lisenziyalarının verilməsi barədə müvafiq qərarlar qəbul olunub.Yeni lisenziyaların verilməsindən sonra Azərbaycan Respublikasında audiovizual media subyektlərinin sayı 95-ə (135 lisenziya fəaliyyəti ilə) çatıb. Hazırda Audiovizual Şuradan lisenziya alaraq fəaliyyət göstərən 42 televiziya və 21 radio kanalı, beş sifarişli yayım xidməti provayderi, iki multipleks operatoru, 53 platforma operatoru mövcuddur.
-
“TikTok”da 181 nəfəri aldadıb pullarını taladı: Rəsmi maaş da verirmiş
“TikTok” sosial şəbəkəsində 181 nəfəri aldadaraq onları dənizçi kimi işə düzəltmək adı ilə külli miqdarda pulunu mənimsəyən, əvvəllər məhkum olunmuş Toğrul Kərimovun cinayət işinin məhkəmə baxışı keçirilib.
Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Vüqar Quliyevin sədrliyi ilə keçirilən prosesdə şahid və zərərçəkənlərin ifadələri dinlənilib.Şahid Nigar Fəxrəddinli məhkəmədə bildirib ki, Toğrul Kərimovun tabeçiliyində ofisdə çalışıb:
“Mən sosial şəbəkədə iş axtarmaq məqsədilə elan paylaşmışdım. Toğrul müəllim məni ofisə dəvət etdi. Məni köməkçisi qarşıladı, katibə işini təklif etdi. Yazı-pozu işi ilə məşğul olurdum. Elanla gələn müştəriləri qəbul edib, məlumatlarını toplayırdım. Mənə rəsmi olaraq 700 manat maaş verirdi. Demişdi ki, dənizdə işləməklə bağlı elan paylaşmışıq, ona görə gələnlər olacaq, onları qəbul etmək lazımdır. Orada işlədiyim müddətdə insanlardan müxtəlif məbləğlərdə pul alıb Toğrul müəllimə vermişəm”.
Zərərçəkən Famil Cəfərov ehtiyatda olan zabit olduğunu bildirib:
“Dostum dedi ki, Nərimanovda belə bir iş var. Yaxınlaşdım ofisə, dedilər ki, sertifikat alacaqsan. Ona görə də 430 manat ödədim, sonra dedilər ki, iclas olacaq, deyərik, gələrsiniz. Sonra çağırmadılar. Dedilər ki, bunlarla bağlı narazılıqlar var. Ondan sonra bildim ki, məni aldadıblar.
Digər zərərçəkən Samir Bəhramov bildirib ki, iş barədə ona qonşusu deyib:
“Getdim ofisə, Arzu xanımla görüşdüm. Mən oraya ilməkçi işinə getmişdim. Orada dedilər ki, səni mexanik kimi götürə bilərik. Dedilər ki, sənə sertifikat lazımdır. Buna görə məndən 330 manat pul istədilər, mən də verdim. Sonra basa düşdüm ki, bunlar məni aldadıblar”.
Zərərçəkən Ramin Məmmədov da Toğrul Kərimovu sosial şəbəkələrdən tanıdığını qeyd edib. Ofisə gedərək orada işçi olan Ülviyyə xanıma özü və həyat yoldaşının işə qəbul olunması üçün 760 manat verib.
Təqsirləndirilən Toğrul Kərimov isə zərərçəkənlərin heç biri ilə pul sövdələşməsi etmədiyini deyərək, ittihamları qəbul etməyib.
Qeyd edək ki, “TikTok” sosial şəbəkəsində vətəndaşların pul vəsaitlərinin “yüksəkmaaşlı iş” və digər adlar altında yerləşdirilən şirnikləndirici elanlarla aldadılaraq ələ keçirilməsi barədə polisə çoxsaylı müraciətlər daxil olub.
Aparılan araşdırmalarla bu tipli talama əməllərini törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş paytaxt sakini, 1986-cı il təvəllüdlü Toğrul Kərimov Nərimanov Rayon Polis İdarəsinin 18-ci Polis Şöbəsinin əməkdaşları tərəfindən müəyyən olunaraq saxlanılıb. T.Kərimovun sosial şəbəkələrdə özünü Türkiyədə dənizçilik fəaliyyəti ilə məşğul olan iri şirkətlərdən birinin Bakı nümayəndəsi kimi təqdim etdiyi məlum olub. O, zərərçəkənləri şirkətdə yüksəkgəlirli işlə təmin edəcəyini vəd edərək bu üsulla 181 şəxsin pul vəsaitlərini ələ keçirməklə dələduzluq edib. T.Kərimovun barəsində Cinayət Məcəlləsinin “Dələduzluq” maddəsi ilə cinayət işi açılaraq həbs qətimkan tədbiri görülüb. Toplanmış materiallar baxılması üçün Bakı Ağır Cinayətlər Məhkəməsinə göndərilib.
-
COP29 müddətində şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmur – Rəsmi
COP29-un keçirildiyi dövrdə şəhərin əsas küçə və prospektlərində əsaslı qadağaların qoyulması nəzərdə tutulmur.
COP29 Nəqliyyat Departamentinin rəhbəri Orxan Mahmudlu deyib.Onun sözlərinə görə, noyabrın 11-12-13-də Liderlər Sammitinin keçiriləcəyi dövrdə müyyən tənzimləmələr nəzərdə tutulur:
“Ölkəyə səfər edəcək dövlət və hökumət başçılarının gəlişi ilə əlaqədar hava limanından şəhərə, şəhərdən stadion istiqamətində müxtəlif tənzimlənmələrin aparılması nəzərdə tutulur. Bu tənzimləmələr aparılarkən çətinliklər və sıxlıqlar yarana bilər deyə şəhərin nəqliyyat tənzimlənməsi planını yaratmışıq. Belə ki, dövlət və hökumət başçılarının daşıyan kortejlərin keçəcəyi yollarda insanlar alternativ yollardan istifadə etsin deyə müəyyən alternativlər müəyyən olunub. Bu istiqamətlər hava limanından şəhərə, əksi və ya şəhərin digər istiqamətdir. Bununla bağlı ictimaiyyətə məlumat veriləcək”.
O.Mahmudlu bildirib ki, həmin günlərdə nəqliyyatın tənzimlənəcəyi planlaşdırılan istiqamətlər Neftçilər prospekti, Yusif Səfərov, Heydər Əliyev prospekti, Zərifə Əliyeva küçəsi və digər yollar daxildir.
-
Президент Азербайджана наградил группу энергетиков
Президент Азербайджанской Республики Ильхам Алиев подписал распоряжение о награждении азербайджанских энергетиков.
Как сообщает АЗЕРТАДЖ, в документе говорится:“Руководствуясь пунктом 23 статьи 109 Конституции Азербайджанской Республики, постановляю:
За плодотворную деятельность в развитии сферы энергетики наградить следующих лиц:
орденом “Эмек” 3-й степени
Халилова Сахиба Гаджибала оглу
Насирова Таира Иса оглу
Рзаева Огтая Бахадур оглу
Садыгова Надира Ага Джафар оглу
Сулейманова Фазаила Имамали оглу
медалью “Терегги”
Джафарова Намига Агамуса оглу
Дадашева Эльчина Завир оглу
Эйвазова Зала Эйваз оглу
Акберова Азера Адиль оглу
Алиеву Сабину Алияддин гызы
Гусейнову Батуру Нуреддин гызы
Искендерова Майыла Хизри оглу
Исмайылова Ариза Балагардаш оглу
Гасымова Немата Ханкиши оглу
Махмудова Эльмара Надир оглу
Мамедова Эльшана Паша оглу
Мамедзаде Араза Бахтияр оглу
Мирза Агаева Фарида Исмайыл оглу
Нуриева Эльбруса Закир оглу
Панахова Бахрама Насир оглу
Рафиева Адиля Мирза оглу
Рзаева Башира Исмайыл оглу
Садыгова Садига Юсиф оглу
Сафарова Талеха Расул оглу
Велиева Рамиза Зиряддин оглу”.
-
Prezident bir qrup energetiki təltif edib – SƏRƏNCAM
Prezident İlham Əliyev Azərbaycan Respublikasının energetiklərinin təltif edilməsi haqqında Sərəncam imzalayıb.
President.az xəbər verir ki, sərəncamda deyilir:Energetika sahəsinin inkişafında səmərəli fəaliyyətinə görə aşağıdakı şəxslər təltif edilsinlər:
3-cü dərəcəli “Əmək” ordeni ilə
Xəlilov Sahib Hacıbala oğlu
Nəsirov Tahir İsa oğlu
Rzayev Oqtay Bahadur oğlu
Sadıqov Nadir Ağa Cəfər oğlu
Süleymanov Fəzayıl İmaməli oğlu
“Tərəqqi” medalı ilə
Cəfərov Namiq Ağamusa oğlu
Dadaşov Elçin Zavir oğlu
Eyvazov Zal Eyvaz oğlu
Əkbərov Azər Adil oğlu
Əliyeva Səbinə Əliyəddin qızı
Hüseynova Bəturə Nurəddin qızı
İskəndərov Mayıl Xizri oğlu
İsmayılov Ariz Balaqardaş oğlu
Qasımov Nemət Xankişi oğlu
Mahmudov Elmar Nadir oğlu
Məmmədov Elşən Paşa oğlu
Məmmədzadə Araz Bəxtiyar oğlu
Mirzə Ağayev Fərid İsmayıl oğlu
Nuriyev Elbrus Zakir oğlu
Pənahov Bəhram Nəsir oğlu
Rəfiyev Adil Mirzə oğlu
Rzayev Bəşir İsmayıl oğlu
Sadıqov Sadiq Yusif oğlu
Səfərov Taleh Rəsul oğlu
Vəliyev Ramiz Zirəddin oğlu.







